Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

133 
 
morfoloji əlamətlər sırasında aşağıdakıları qeyd etmək olar: 
1. Qeyri-qəti gələcək zamanın inkarında zaman 
şəkilçisin
dəki
  (-ar, -ər) r samitinin  z  samiti ilə əvəzlənməsi 
ikinci və üçüncü şəxslərdə olduğu kimi birinci şəxsin təkində 
də özünü göstərir: «Bən hərgiz  Yezidə bey'ət etməzəm və   
Vəlid hüzurinə  dəxi getməzəm» (33b). «İstəməzəm, bənimlə 
onın arasında küdurət vaqe  ola»  (39a).  «Səni  şəhid 
edərəm,  heç  kimsədən pərva  qılmazam»  (65a). Xurşidbanu 
Natəvanın dilində bu faktı qeyd edən professor T.Hacıyev onu 
«Füzuli dövrünün dil ənənəsini sadəcə saxlamaq» kimi 
dəyərləndirir (32, 38). 
2. Nəqli keçmiş zaman şəkilçisi -ıb, -ib, -ub, -üb birinci şəxsdə 
-əm  şəxs sonluğu qəbul etmişdir: «Bən  eşidübəm kim,hala 
səhhətpəzir olmuşdur» (39a).  «Ol cənabdən filan mövzedə 
müfariqət qılubəm» (43a). Kişvərinin dilində və «Şühədanamə»də 
qeydə alınmış bu morfoloji əlamətə (bax: 45, 145) XIX əsr ədəbi 
dilinə aid araşdırmalarda rast gəlmirik. 
3. Felin əmr şəklinin ikinci şəxs cəminin inkarı bir 
sıra feillərdə -m+ın, -m+in şəklində özünü göstərir: «Xilafi-
mə'hud etməklə xiclətzədeyi-ruzi-qiyam  olmın»  (36b).  «Fitnə 
və iftiraq canibinə müsarəət qılmın»
.
 (37b) 
 
«Demin ki, tijli-cigərtəşnə munca cəng etməz,  
Əgərçi tifl idi, ol yadigari-Heydər idi». (57b) 
 
X
I
V-XVII əsrlərə aid yazılı abidələrin dilində yuxarıdakı 
morfoloji formanın işləndiyini qeyd edən professor 
Mirzə 
Rəhimovun
 fikrincə, bu morfoloji əlamət iki sait arasında gələn y 
samitinin ixtisara düşməsinin nəticəsi olaraq meydana çıxmışdır, 
yəni əslində «deəməyin»  şəklində olan fel «demin»  şəklində 
deformasiyaya uğramışdır (64, 26-27). Maraqlıdır ki, dilimizin 
Naxçıvan şivəsində «gəlmək»  felinin əmr şəklində ikinci şəxsdə 
inkarı məhz bu şəkildə işlənir: «gəlmin» (7
2
, 200). 
4. Felin əmr şəklinin birinci şəxsin cəminin -alım, -əlim 


134 
 
şəkilçisi əsərdə nisbətən geniş təmsil olunmuşdur: 
«Dedilər: -Hökmi-əmir yetübdür kim, sizə ərz edəlim: 
bey'ət etsəniz, alub hüzurinə 
gedəlim
 və əgər 
rəbqeyi-
inqiyaddən
 rüqəbeyi-təslim çəkər olsanız, sizünlə müqatilə 
qılalım
» (47b). Bu şəkilçi istər 
XIII-XVI 
yüzilliklərə, istərsə 
də XVIII-XIX əsrlərə aid mətnlərdə işlənmişdir (bax: 45, 140; 
64, 47-50). 
5.
 Felin əmr şəkli -gilən  şəkilçisi ilə də təmsil 
olunmuşdur. 
Bu şəkilçi, məlum olduğu kimi, ikinci şəxsin 
təki ilə işlənir: «izhari-cəzə' ilə mövcibi-şəmatət və əhli-qürur 
olmagilən»  (47b).  «Validimin səri-mütəhhərinə müvəkkil 
olan bihəyayə degilən Əhli-beyt arasından dişrə getsün» (73b). 
Bu şəkilçi də yazılı abidələrin dilində geniş yayılmışdır (bax: 
45, 138). 
6. Felin əmr şəklinin -ayım, -əyim şəkilçisi əsərdə yalnız 
bir nümunədə işlənmişdir: «Gördim əmmeyi-mehribanım başım 
üstə əgləşüb derdi: - Ayağa dur, xeymələrə varub görəyim, 
bəradəri-bimarun və sayir Əhli-beyti-ətharun başına nə 
bəlalər gəlmiş» (66b). Nümunədən göründüyü kimi, burada -
əyim  şəkilçisi birinci şəxsin təkini deyil, cəmini bildirir. Digər 
mənbələrdə isə bu şəkilçi yalnız birinci şəxsin təkinin morfoloji 
göstəricisidir (bax: 45, 140; 64, 44). Bunu nəzərə alaraq, güman 
etmək olar ki, «görəyim» felindəki -əyim şəkilçisi bu morfemin 
daha qədim forması olan və I şəxsin həm təki, həm də cəmini 
bildirən -ayın, -ayin şəkilçisinin (64, 37-38) funksiyasını daşıyır. 
7. Felin vacib şəkli məsdərlə «gərək»  ədatının birləşməsi 
yolu ilə düzəlmiş formada işlənmişdir: «Labüd onunla müqatilə 
etmək  gərək»  (47a).  «Səbr qılmaq gərəksiz kim, bu gecə səlahi-
kari mülahizə edəlim» (34b).  «Hala Məkkə şəhrinə varub ol 
məkani-feyzbünyandə təvəqqüf etmək gərəksən» (35b). Felin 
vacib şəklinin bu forması orta yüzilliklərə aid yazılı 
abidələrimizdə geniş yayılmışdır (bax: 45, 163-165; 64, 198-
204). Maraqlıdır ki,əsərdə  «gərək»  ədatı  feil  rolunda  
müstəqil  söz  kimi  də işlənmişdir: «Bu sözlər bana 


135 
 
gərəkməz» (47a). Aydındır ki, burada «gərəkməz» leksemi gərək 
deyil mənasındadır.  
8. Əsasən «etmək»  köməkçi felinin nümunəsində -übən 
feli bağlama şəkilçisi işlənmişdir: «Üç nəfər atlu və on səkkiz 
nəfər piyadə əlaməti-mövt ilə isabəti-həvn edübən Abdullah 
ibn Bətt əlində cami-şəhadət içdi» (57b).  «Mənabiri-əhli-
islamı xarab edübən [minbər] üzrə çıxub bu növ əqvali-batilə 
bəyan edərsüz» (71a). Orta əsrlərə aid yazılı abidələrdə geniş 
şəkildə təmsil olunan -ibən, -übən feli bağlama şəkilçisi (bax: 
45, 171; 20, l09) XIX əsr müəlliflərindən Natəvanın və Heyran 
xanımın dilində də işlənmişdir (45, 171). Dilimizin Quba, 
Zaqatala şivəsində bu qədim şəkilçi öz varlığını qoruyub 
saxlamışdır.  
9. Yenə də, əsasən, «olmaq», «qılmaq» köməkçi feillərinin 
nümunəsində  -madın, -mədin feli bağlama şəkilçisi işlənmişdir: 
«Xəbəri-mövti-Müaviyə xəlq içində şaye' olmadın onları daireyi 
bey'ətə gətür və əba qılan kimsəni qətlə yetür» (33b).  «Hərbə 
yetmədin yer üzrə düşüb mürği-ruhi-məqbahi aşiyani-əzabə 
pərvaz edərdi»
.
 (80a) 
 
«Büsati-gülşəni-ali-rəsul güllərini 
Şükuftə qılmadın əfsürdə qıldı badi-xəzan». (64b) 
 
Nümunələrdən göründüyü kimi, bu feli bağlama şəkilçisi 
həm nəsrdə, həm də nəzm parçasında işlənmişdir. Professor 
H.Mirzəzadə 
-madın, -mədin şəkilçisinin «Kitabi-Dədə 
Qorqud»da və Nəsiminin dilində işləndiyini qeydə almışdır (45, 
75). Maraqlıdır ki, Füzulinin dilində bu şəkilçi çağdaş ədəbi 
dilimizdə olduğu kimi, -madan, -mədən formasında işlənmişdir 
(45, 175). 
10. Daha çox XV-XVI əsrlər üçün səciyyəvi olan -durur, -
dürür xəbərlik şəkilçisi işlənmişdir: 
 
«Kimdürür aləmdə ol qəmdidə kim yandırmadı, 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə