Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

136 
 
Daği-hicrilən fələk cövri-dili-naşadını». (61a) 
 
Maraqlıdır ki, A.Bakıxanov 
D
ivanındakı bir qəzəlində də 
-durur şəkilçisini ismə qoşaraq işlətmişdir:  
 
«Gün üzr
ə
 ay tüluimi, ya gün kamanıdır,  
Ya qaşdurur bu cümləsi aşiq gümanıdır». (15, 241)  
 
«Riyazül-qüds»ün dilindəki morfoloji əlamətlərlə bağlı 
daha iki maraqlı faktı qeydə almışıq. Bunlardan biri -mı, -mi, -
mu, -mü ədatının yeri ilə bağlıdır. Əsərdə bu ədat «yox» 
sözünə qoşularaq həm xəbərlik şəkilçisindən əvvəl, həm də 
ondan sonra işlənmişdir. Maraqlıdır ki, bu variantların hər 
ikisi eyni vərəqdədir. «Aya bu qüruh içün insaf və bu millət 
içrə bir müsəlman yokmıdır kim, bizə yavərliq etsün? Aya 
bu cəmaət içində bir mömin yokmıdır kim, bizim 
fəryadımıza yetsün? Qit'ə: 
 
Bu dəşti-kinədə yokdurmı bir mühibbi-Rəsul 
Ki, olsun itrəti-ətharə munisü qəmxar. 
Çəkəydi tiği-düsər, aləmi edəydi xərab
Olaydı kaş bu gün zində Heydəri-Kərrar». (66a) 
 
Əsərdə başqa bir şeir parçasında yenə də -mı  ədatı 
xəbərlik şəkilçisindən qabaq işlənmişdir: 
 
«Rəvamıdır kim, ola Əhli-beyti-Peyğəmbər,  
Hücumi-cövr ilə pamali-zümreyi-kafər». 
(47b)  
 
İkinci bir maraqlı fakt isə feillərdə cəm şəkilçisinin 
işlənməsi ilə bağlıdır. Məlum olduğu kimi, çağdaş ədəbi 
dilimizdə feillərdə işlənən -lar, -lər cəm şəkilçisi felin 
mürəkkəb şəkillərini düzəldən idi, imiş bağlamalarından 
sonra gəlir. Məsələn:  gəlmişdilər, gəlirmişlər. «Riyazül-


137 
 
qüds»də isə orta əsrlərə aid yazılı abidələrdə olduğu kimi 
cəm şəkilçisi idi  bağlamasından əvvəl işlənmişdir. Məsələn: 
«Sədayi-şivən bülənd edüb bir növ ilə fəğan başlamışlardı» 
(36a). 
Seyid Əzim Şirvaninin
 dilində də bu morfemlərin 
inversiyasını qeyd edən professor T.Hacıyev onu «tarixən 
yüksək üslub faktı» kimi dəyərləndirir (32, 39). 
«Riyazül-qüds»ün müəyyən qədər fərqli dil 
xüsusiyyətləri sırasında «etmək» köməkçi feli ilə müqayisədə 
onun sinonimi olan «qılmaq»  köməkçi felinin daha çox 
işlənməsini də qeyd etmək olar. Məlum olduğu kimi, çağdaş 
ədəbi dilimizdə «qılmaq»  köməkçi feli yalnız “namaz 
qılmaq”, “çarə qılmaq” tərkibi feillərində öz varlığını 
qoruyub saxlamışdır. «Riyazül-qüds»də isə bu köməkçi feil 
ərəb mənşəli bir sıra sözlərlə işlənmişdir. Məsələn: «aşkar 
qılmaq», «cəzə' qılmaq» (
qəmlənmək

ağlamaq
),  «xəyal 
qılmaq», «əda qılmaq» (
yerinə yetirmək
), «imtidad qılmaq» 
(
davam
 
etdirmək
),  «irsal qılmaq» (
göndərmək
),  «qəmxarlıq 
qılmaq», «kəşf qılmaq», «giryə qılmaq»  (
ağlamaq
), 
«müraciət qılmaq» (
qayıtmaq)
,  «müşahidə qılmaq», «nalə 
qılmaq», «nəzər qılmaq», «nəzir qılmaq», «nişanə qılmaq», 
«seyr qılmaq», «səbr qılmaq», «səfər qılmaq», «tazə qılmaq», 
«təfəkkür qılmaq», «təsəvvür qılmaq», «təvəccüh qılmaq» 
(getmək), «vida qılmaq», «ziyadət qılmaq» (artırmaq), «zövq 
qılmaq» və s. Fikrimizcə, bu faktı da klassik-kitab üslubunun 
qalığı kimi dəyərləndirmək olar. 
«Riyazül-qüds»ün sintaksisində, daha doğrusu, bəzi 
cümlələrin quruluşlarında da müəyyən istisnalar, kənara çıxma 
halları müşahidə olunur. Bu, əsasən, zərfliyin, xüsusilə də zaman 
zərfliyinin xəbərdən sonra - cümlənin sonunda işlənməsində 
özünü  göstərir. Məsələn: «İsa dedi: «Onun qatili kimdir?» Dedi: 
Yezidi-pəlid kim, vühuşü tüyuri-səhra və mütəvəttini-məlai-
əla  və  sakinini-ərzü səma ona lə'nət edərlər, xüsusən əyyami-
Aşurada» (33a). Göründüyü kimi, sonuncu cümlədəki «əyyami-
Aşurada» (aşura günləri) zaman zərfliyi («xüsusən» sözü ilə 


138 
 
birlikdə) xəbərdən sonra, cümlənin sonunda işlənmişdir. Qeyd 
edək ki, cümlənin bu cür quruluşunu orijinalın dilinin - fars 
dilinin təsirinin nəticəsi kimi dəyərləndirmək lazım gəlir, çünki 
bu cümlənin qarşılığı «Cəlaül-üyun»da da vardır və eyni 
quruluşludur: «İsa qoft: «Koşənde-ye u kist?» Şir qoft ke, Yezid 
əst ke, vəhşiyan-o-dərəndeqan-həme ura lə'nət mikonənd, 
xosusən dər əyyam-e Aşura». (182b) 
A.Bakıxanov bu nümunəni çevirərkən yenə də irəlidə 
qeyd etdiyimiz kimi, tərcüməyə özündən bir neçə söz artırsa da, 
onun məzmununu, demək olar ki, dəqiq verməklə yanaşı, 
eyni zamanda farsca cümlədəki son sözlərin həm sırasını, həm 
də özlərini olduğu kimi saxlamışdır. Aşağıdakı iki cümlə də bu 
cür qeyri-adi quruluşludur (müqayisə üçün əvvəlcə onların 
farsca orijinallarını da veririk):  
«Cəng-e ma ba işan asantər əst əz-cəng ba ləşkər-e 
bihədd-o-ehsa ke, bə 'd əz-in xahənd aməd». (210a)  
«Hala bu güruh ilə cəng etmək övladır, minbə'd varid 
olacaq ləşkəri-bişümar ilə müqatilə qılmaqdan». (45a)  
«Çequne xahəd bud hal-e şoma, əhl-
e
Xorasan, dər 
vəğti ke, mədfun sazənd dər-an zəmin parei əz-tən-e məra 
və beseparənd be-şoma əmanət-e məra və  ponhan gərdəd 
dər-zəmin-e şoma setare-ye mən». (287b) 
«Ey əhli-Xorasan, necə olacaqdur halınız ol vəqtdə 
kim, mədfun ola sizün toprağınızda bənim pareyi-tənim və 
pünhan ola sizin mənzilinizdə bənim sitareyi-rövşənim». 
(83b) 
Birinci cümlə quruluşuna görə sadədir və burada xəbərlə 
tamamlığın işlənməsində inversiyaya yol verilmişdir: əvvəl 
«övladır» (üstündür, əslində burada farscasında olduğu kimi 
«asandır»  sözü cümlənin mənasına daha uyğun gəlir) xəbəri 
işlənmiş, sonra isə «minbə'd varid olacaq ləşkəri-bişümar ilə 
müqatilə qılmaqdan» (bundan sonra gələcək saysız-hesabsız 
qoşunla vuruşmaqdan) tamamlığı gəlmişdir. 
Mürəkkəb quruluşlu ikinci cümlədə isə «necə olacaqdır», 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə