Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   41   42   43   44   45   46   47   48   49

139 
 
«mədfun ola» (dəfh ola), «pünhan ola» (gizlənə) xəbərləri 
cümlədəki  «sizin toprağınızda» və  «sizin mənzilinizdə» yer 
zərfliklərindən əvvəl işlənmişdir. Maraqlıdır ki, bu nümunədəki 
mübtədalar - «bənim pareyi-tənim» (bədənimin parçası), «bənim 
sitareyi-rövşənim» (parlaq ulduzum) zərflikdən sonra - ən sonda 
işlənmişdir. Bu cümlələrin də bu cür quruluşda olmasını yalnız 
və yalnız farsca orijinalın təsirinin nəticəsi kimi izah etmək 
mümkündür. Onu da qeyd edək ki, farsca cümlə ilə onun 
türkcəyə tərcüməsi arasında müəyyən fərqlər də vardır. Birincisi
A.Bakıxanov bu cümlənin «beseparənd be-şoma əmanət-e 
məra» 
(mənim əmanətimi sizə tapşıralar) hissəsini 
buraxmışdır. İkincisi isə, farsca mətndəki «parei əz-tən-e məra» 
(bədənimin parçasını) tamamlığının 
qarşılığı
 tərcümədə mübtəda 
rolunda çıxış edir: «bədənimin parçası». Üçüncüsü isə farsca 
mətndəki  «mədfun sazənd» (dəfn edələr) xəbəri cəmdədir və 
təsirli feillə ifadə olunduğu halda, onun tərcüməsindəki 
qarşılığı - «mədfun ola» həm  təkdədir, həm də təsirsiz feillə 
ifadə olunmuşdur. Nəhayət, bu fərqlər sırasında hər iki 
cümlədəki xitabın («əhl-
e
Xorasan», «ey əhli-Xorasan») yerini də 
qeyd etmək olar: farsca cümlədə o, birinci xəbərdən sonra, onun 
türkcəsində isə lap əvvəldə işlənmişdir. 
Qeyd edək ki, Füzulinin «Hədiqətüs-süəda»sında da 
oxşar quruluşlu cümlələrə rast gəlirik. Məsələn, aşağıdakı 
cümlələrdə zərfliklər xəbərdən sonra, cümlənin sonunda 
işlənmişdir: 
«Ey Əyyub, bunlar mükərrəmlərdür  dünyadə və 
möhtərəmlərdür üqbadə». (29, 149) 
«Ey bəradər, filan qızını bu fərzəndümə verəsən və'dəsi 
irişdükdə». (29, 156) 
«Nagah xəbəri-vaqiyeyi-Kərbəla yetüb mə'lum oldı ki, ol 
kəbütərin balı nameyi-əhvali-Kərbəla imiş rövzeyi-
Rəsulüllahə». (29, 286). 
Düşünürük ki, b
urada da cümlələrin bu cür qurulmasında 
«Hədiqətüs-süəda»nın farsca orijinalının - «Rövzətüş-şühəda»nın 


140 
 
müəyyən təsiri olmuşdur (bax: 54, 104-105). 
«Riyazül-qüds»ün dili obrazlılığı və bədiiliyi, yüksək 
sənətkarlıq xüsusiyyətləri ilə seçilir ki, bunu da şərtləndirən 
başlıca amillər sırasında ilk növbədə əsərin adi nəsrlə deyil, 
səc'lə - qafiyəli nəsrlə qələmə alınmasını qeyd etmək lazımdır. 
Söz incəlikləri ilə bağlı ədəbi sənətlər (bax: 41, 19-20; 97, 9-17) 
sırasında xüsusi çəkisi olan səc' bir çox klassik bədii mətnlərin 
mühüm və ayrılmaz tərkib hissəsi sayılır. Bilavasitə nəsrlə bağlı 
olan bu ədəbi sənət növü nəzmdə qafiyənin daşıdığı vəzifəni 
yerinə yetirir, sözlərin səs tərkibinə görə qafiyələnməsini 
təmin edir.  Bu funksiyasına görə səc' ədəbiyyatşünaslıq 
termini kimi «qafiyələnmə», «nəsrin qafiyələnməsi» 
mənalarında işlənir (103,  802). Səc' birinci növbədə sözün 
bədii-estetik gözəlliyini, emosional təsir gücünü qüvvət-
ləndirməyə xidmət edən bir vasitə, sənət növüdür. Məhz buna 
görə də nəsrlə qələmə alınan əski 
türkcə 
bədii mətnlərin 
çoxu, o sıradan Füzulinin bütün nəsr əsərləri, divanlarının 
dibaçələri səc'lə yazılmışdır. Klassik Azərbaycan nəsr 
nümunələrindən Möhsün Nəsirinin «Lisanüt-teyr»i, S.Ə.Şirva-
ninin təzkirəsi də qafiyəli nəsrlədir (bax: 54, 108; 32, 76-78). 
A.Bakıxanov da ilk növbədə klassik ədəbiyyat ənənələrinin 
görkəmli davamçısı kimi bədii nəsr əsərlərini, o sıradan 
sərbəst-yaradıcı tərcümə nümunəsi olan «Riyazül-qüds»ü 
səc'lə qələmə alaraq bununla da ilk növbədə fikrin bədii şəkildə 
ifadəsinə nail olmağa çalışmışdır. 
Səc'in əsas əlaməti nəsrlə yazılan mətndəki cümlələrin 
tərkibində olan sözlərin və ya birləşmələrin ahəngdarlığı, 
qafiyələnməsidir. Nəsrdə qafiyələnən sözlər cümlənin müxtəlif 
yerlərində işlənə bilər. Səc' qafiyələnmə sisteminə görə üç növə 
bölünür: 
1. Ardıcıl səc'. Bu növ səc' bir qafiyə üzərində qurulur və 
bir qayda olaraq, cümlələrin və ya birləşmələrin sonunda işlənir 
(97, 9-17). Məsələn: 
«Əlqissə, dört nəfər ləini-bədayin  kəməri-kin qətli-


141 
 
sərvəri-din və pişvayi-möminin əzminə bağladılar». (15a) 
«Hər vəqt kim, Mahəmmədü Əli və Fatiməvü Həsən adın 
yad edərdi, kəndüsin damgahi-qəmdən azad edərdi». (31a) 
«Bu günlər biz Əhli-beytə əyyami-hüznü möhnət və 
düşmənlərə ruzi-fərəhü məsərrətdür». (30a) 
«Divani-qəzadən yazılan bərati-müqəddər pozulmaz 
və əhkami-əzəli təqdirinə imkani-təğəyyür olmaz». (41b) 
«Məgər bilməzsən kim, təriqi-həqdə qətl olmaq bizə adət 
və rütbeyi-şəhadət mövrisi-kəramətdir». (70b-71a)  
Əsərdəki əksər bab və fəsillərin adları da bu cür 
qafiyələnir
. Məsələn, imam Rza (ə.) haqqında olan 
onuncu babın ikinci fəslinin adı belədir: «Əxbari-
şəhadətin və məratibi-rif'ətin səvabi-ziyarətin bəyan edər». 
(83b) 
2.  Qoşalanmış  səc'. 
Bu növ səc'də cümlə tərkibindəki 
qafiyələnmiş sözlərin sayı ən azı ikiyə bərabər olur. Məsələn

«Axirüləmr  cuqeyi-sitəmkar və firqeyi-kəffar əlində şəhadətə 
yetişdi»  (31a). «Ol kişvər əhlinin əksəri həvaxahi-dudmani-
risalət və dustdari-xanidani-imamətdürlər» (35b). «Həzrəti-
Adəm Həvva tələbində ətrafi-aləmi gəzər ikən güzarı... 
mövzei-qətli-cigərguşeyi-sərvəri-ənbiyayə və məhəlli-şəha-
dəti-nuri-dideyi-məfxəri-övsiyayə  yetdükdə b
i
r daş qədəmi-
mübarəkin məcruh edüb qan cari oldı». (32a) 
Göründüyü kimi, birinci nümunədə birləşmə 
tərkibindəki hər iki söz bir-biri ilə həmqafiyədir. İkinci 
nümunədə isə üç sözdən ibarət olan birləşmənin son ikisi bir-
biri ilə qafiyələnmişdir:; «dudmani-risalət» - «xanidani-
imamət». Üçüncü nümunədəki beş və altı sözdən ibarət olan 
izafət silsiləsində isə son üç söz qafiyələnmişdir: 
«cigərguşeyi-sərvəri-ənbiya» - «dideyi-məfxəri-övsiya». Qeyd 
edək ki, ikinci birləşmədən sonra gələn «yetdükdə» sözü 
birinciyə də aiddir. Ədəbiyyatşünaslıqda səc'in bu növü 
«səc'i-müqəyyəd» adlanır. 
Qoşalanmış səc' «Hədiqətüs-süəda»da daha geniş 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə