Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   41   42   43   44   45   46   47   48   49

145 
 
tani-Kərbəlanın xitteyi-Hicazdan diyari-İraq və mövridi-bidadi-
zümreyi-əhli-nifaq olmağın bəyan edər» (
41a). 
«Riyazül-qüds»də bəzən bir-birinin ardınca gələn 
cümlələrdəki son sözlər də səc' yaradır. Səc'in bu növü «səc'i-
məfruq»  adlanır. Əsərdəki aşağıdakı nümunələrdə səc'i-
məfruqdan istifadə olunmuşdur: 
«Biri həzrəti-Adəm əleyhissəlam ki
şəbü
 ruz behişt 
fəraqından nalan idi. Və biri həzrəti-Yə'qub əleyhissəlam kim, 
fərzəndi-əzizi arzusində sakini-beytül-əhzan.  Və biri həzrəti-
Yusif kim, validi-alimiqdarından ayru həmqərini-naləvü əfğan. 
Və biri Fatimə 
əleyhassəlam
 - peyğəmbər vəfatından sonra 
ələddəvam şikəstəbalü giryan. Və biri həzrəti Əli bin əl-
Hüseyn əleyhisəlam kim,
 
vaqiyeyi-Kərbəladən sonra yigirmi 
yıl və bir rəvayətdə qırq yıl əşkəfşan idi» (11b).  Bu 
nümunədəki  cümlələrin  sonunda  işlənən «nalan», «əhzan», 
«əfğan», «giryan» və «əşkəfşan» sözləri səc'i-məfruq 
yaratmışdır.  Yeri gəlmişkən qeyd edək ki, bu cümlə kiçik 
dəyişikliklə «Hədiqətüs-süəda» əsərində də vardır: 
«Biri Adəm ki, behişt fərağında nalan idi və biri Yə'qub 
ki, Yusif hicrindən giryan idi, biri Yusif ki, Yə'qub yadilə pərişan 
idi və biri Fatimeyi-Zəhra ki,   həzrəti-Rəsulun  atəşi-fərağından 
büryan idi və biri imam Əliyyi-Zeynəlabidin ki, qırq yıl v
a
qieyi-
Kərbəladən sonra layənqət sirişkəfşan idi» (29, 114-115).       
Göründüyü kimi, bu iki nümunədəki cümlələrin sonunda 
işlənən qafiyələrdən ikisi tam eynidir: nalan, giryan. Bundan əlavə 
Füzulinin işlətdiyi sirişkəfşan (göz yaşı tökən) sözü ilə «Riyazül-
qüds»dəki  əşkəfşan sözü sinonimlərdir. Bu sözlərin birinci 
tərəfləri fars mənşəli - «sirişk» və «əşk» sözləri «göz yaşı» 
deməkdir. 
Bütövlükdə götürdükdə «Riyazül-qüds»ün nəsr dili ilk 
növbədə ahəngdarlığı və lirizmi, poetikliyi və axıcılığı ilə 
yadda qalır. Əsərdəki bir çox cümlələr nəzm təsirini bağışlayır, 
nəzmdən az fərqlənir, eynilə şeir kimi səslənir. Məsələn: 
«Bizim dustlarımız daxili-cəhənnəm olmayalar və bizim 


146 
 
düşmənlərimiz daxili-cinanə rüsxət bulmayalar». (14a) 
«Pərtövi-hüsni-ruyindən mehri-dirəxşanə zəval irürdi və 
tabi-istilayi-ənvari-cəmali mahi-tabanə nöqsan verürdi». 
(57b) 
«Ol qandan bir qətrə yerə gəlməyüb daməni-gərduni 
dutdı və ol gündən arizi-üfüqdə hümreyi-şəfəq artdı». (64a) 
Bu nümunələrin hər biri ilk növbədə ahəngdarlığı, axıcılığı, 
qafiyəliliyi, liriz
m
i - bir sözlə, şeiriyyəti ilə seçilir. Bu baxımdan 
ilk növbədə həmin nümunələrin hər birində şeirdə olduğu kimi, 
sonda qafiyələrin işlənməsi, həm də bu məqamda türk mənşəli 
sözlərdən istifadə edilməsi diqqəti çəkir. Bundan əlavə, onların 
hər  biri həm də obrazlılığı, bədii xüsusiyyətləri ilə də yadda 
qalır. Belə ki, bu nümunələrin üçündə də A.Bakıxanov klassik 
bədii əsərlər üçün səciyyəvi olan məcazlardan və bədii təsvir 
vəsitələrindən uğurla və bacarıqla istifadə etmişdir. Məsələn, o, 
birinci nümunədə «dust» - «
düşmən
» və «cəhənnəm» - «cinan» 
(behişt, cənnət) antonimlərinin köməyilə cümlədə qüvvətli 
bədii təzad yaratmışdır. A.Bakıxanov burada eyni köklü «daxil» 
və «düxul» sözlərini işlətməklə həm də iştiqaq sənətindən istifadə 
etmişdir (bax: 41, 21; 97, 251-258). Burada həm də «olmayalar», 
«
bulmayalar
»  sözlərinin qafiyə yerində işlənməsi də cümlədə 
xüsusi bir ahəngdarlıq yaradır. 
İmam Həsənin oğlu Qasım haqqında deyilmiş ikinci 
nümunədə A.Bakıxanov bu cavan Kərbəla şəhidinin gözəlliyinin 
təsvirində mübaliğədən istifadə etmişdir: onun üzünün 
parıltısından parlaq günəş qərbə doğru ged
ə
rək orada gizlənir 
(batır), gözəlliyinin parlaqlığı nurlu aya nöqsan gətirir. Qeyd 
edək ki, oxşar məzmunlu mübaliğələr klassik ədəbiyyatda geniş 
yayılmışdır. Bu nümunədə də «mehri-dirəxşan» (parlaq günəş) və 
«
mahi-taban
»  (parlaq ay) birləşmələrindəki ikinci tərəflərin, 
eləcə də sondakı «irürdi», «verürdi» sözlərinin qafiyələnməsi 
onda ahəngdarlıq yaradan 
vasitə
  kimi diqqəti cəlb edir. 
     İmam Hüseyn (ə.) haqqında olan üçüncü nümunədə isə 
güclü mübaliğə işlənmişdir. Düşmənin atdığı oxlardan biri 


147 
 
imamın (ə.) alnına, biri isə köksünə sancılır və imam (ə.) 
onları çəkdikdə bədəninin yaralanmış yerlərindən fışqıran 
qandan bir damcı belə yerə düşmür, göyə qalxır. Həmin 
gündən üfüqdəki şəfəqin qırmızılığı artır. A.Bakıxanov 
burada  «arizi-üfüqdə»  (üfüqün yanağında) birləşməsi ilə həm 
də metafora (istiarə) sənətindən istifadə etmişdir. Qeyd edək ki, 
A.Bakıxanov bu cümlədən sonra aşağıdakı şeir parçasını 
vermişdir: 
 
Üfüqdə rəngi-şəfəq sanma damənin fələgün,  
Hüseyni-təşnəcigər qanı eyləmiş gülgün.  
Büsati-çərxdə xurşid bəlkə şamü səhər 
Tökər sirişki-əza, bəlkə arizin pürxun. (64a)  
 
A.Bakıxanov bu misralarda nəsrlə verilən fikri əsərə 
əlavə etdiyi nəzm parçası ilə daha sənətkarlıqla ifadə etmişdir. 
Göydə dolanan günəş gecə-gündüz matəm yaşları axıdır və 
yanağı qanla doludur. Burada da müəllif güclü istiarə 
yaratmışdır: günəşin göz yaşları axıtması, günəşin yanağını 
yırtaraq onu qana boyaması metaforadır. Yeri gəlmişkən qeyd 
edək ki, əsərdəki bir çox şeir parçalarının məzmunu nəsrlə də 
verilmişdir. Füzulinin «Hədiqətüs-süəda»sında da vəziyyət 
eynilə belədir. Sadəcə olaraq, nəzmlə ifadə olunan fikirdə 
bədiilik, obrazlılıq, sənətkarlıq məsələləri daha qabarıq şəkildə 
özünü göstərir. 
A.Bakıxanov «Riyazül-qüds»də nadir hallarda eyni köklü 
sözləri bir cümlə daxilində işlətməklə iştiqaq sənətindən də 
istifadə etmişdir. Məsələn: «Aya bənim taətimdə fərzəndini qətl 
etmək sana düşvardır, ya onun nuri-didəsi düşmənlər əlində 
məqtul olmaq?» (31b). Bu cümlədəki ərəb mənşəli «qətl» və 
«məqtul» sözləri eyni köklüdür. 
Əsərdə cinas sözlərdən istifadə hallarına da rast gəlirik. 
Məsələn: «Ol hümayi-hümayunbal övci-əclalın fərti-hərarətdən 
dilü ruyində şahinmisal şəbəkeyi-iztirabə düşüb tiği-siyasət 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə