Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

130 
 
və yığcam cümlələr şəklində qurulmuşdur və nisbətən 
anlaşıqlıdır. Buradakı son iki cümlə isə şeir təsirini bağışlayır, 
ahəngdarlığı və axıcılığı ilə diqqəti cəlb edir. 
İkinci nümunənin dili birinci ilə müqayisədə daha sadə və 
anlaşıqlıdır. Burada xalq danışıq dilindən gələn ifadələr də 
işlənmişdir:  yüzi aşağa yıxıldım, başım üstə əgləşüb, başına nə 
bəlalər gəlmiş. Nümunədə birinci tərəfləri ərəb və fars 
mənşəli sözlərdən təşkil olunmuş frazeoloji birləşmələrin 
işlənməsi də diqqəti cəlb edir: nəzəri sataşanda, huşa gəldükdə. 
Cümlədəki sonuncu ifadə də (başına nə bəlalər gəlmiş) bu 
qəbildəndir. Üçüncü nümunədəki cümlələr də sadə və 
yığcamlığı ilə seçilir. Dialoq şəklində qurulmuş bu parçada bir-
iki izafət tərkibini çıxmaq şərtilə, əksər sözlər anlaşıqlıdır. 
Burada türk mənşəli sözlərlə ərəb-fars mənşəli sözlərin nisbəti 
təxminən yarıbayarıdır. Bu parçadakı son cümlə isə xalq danışıq 
dilini xatırladır. Nümunədə «əl götürməzəm» frazeoloji 
birləşməsinin işlənməsi də diqqəti çəkir. Bu birləşmədəki fel 
hissəsində qeyri-qəti gələcək 
zaman
 şəkilçisində «r - z» 
əvəzlənməsi XIX əsr müəlliflərindən Mirzə Həsən Qarabağlı və 
Xurşidbanu Natəv
a
nın dilində də işlənmişdir (32, 35-38). 
Professor T.Hacıyev bu faktı Füzuli dövrü dil ənənələrinin təsiri 
kimi qiymətləndirir (32, 38-39). Nümunədəki «xəlq»  toplu 
ismindən sonra xəbərin cəmdə işlənməsini də qeyd etmək 
lazımdır. Bu xüsusiyyət Nişatinin «Şühədanamə»sində və 
Füzulinin «Hədiqətüs-süəda»sında da özünü göstərir (bax: 56, 
167
-168). Qeyd edək ki, «Şühədanamə»də «bəzi», «məlaikə», 
«xəlayiq», «el» sözlərindən sonra gələn xəbərlərin cəmdə 
işlənməsi, fikrimizcə, bilavasitə hərfi tərcümədən irəli gəlir. Öz 
kökü ilə ərəb dilinə gedib çıxan bu xüsusiyyət, yəni toplu isimdən 
sonra xəbərin cəmdə işlənməsində Azərbaycan ziyalılarının, o 
cümlədən Nişati və A.Bakıxanovun ərəb və fars dillərində təhsil 
almaları da, təbii ki, müəyyən rol oynamışdır. Maraqlıdır ki, 
A.Bakıxanov «Kitabi-Əsgəriyyə»də «xalq» sözündən sonra gələn 
xəbəri təkdə işlətmişdir: «Bir fikir elə ki, sən bu yerə gəlmək 


131 
 
üçün əlində bəhanə olsun və xalq bəd güman etməsin»
F
*
F
 (15, 125). 
Bununla belə, XIX yüzilliyə aid digər orijinal əsərlərdə də 
«xalq» sözü ilə işlənən feli xəbərlərin cəmdə olmasına dair faktlar 
vardır (bax: 32, 38). 
«Riyazül-qüds»də yuxarıda nümunə olaraq verdiyimiz 
nisbətən sadə və anlaşıqlı dillə qələmə alınan hissələr 
bütövlükdə, götürdükdə çox deyil. Əsər, ümumiyyətlə, çağdaş 
oxucu üçün qəliz və çətin bir dildə qələmə alınmışdır. Onu da 
qeyd edək ki, A.Bakıxanov əsərdə mətn arasında ərəbcə 
ifadələrdən də bol-bol istifadə etmişdir. Mütərcim bəzən həmin 
ifadələrin türkcəyə tərcüməsini də verir. Məsələn: «Əlan 
inkəsərə zühra, yəni imdi belim sındı»
.
 (60a) 
XIX əsr Azərbaycan ədəbi dilini araşdıran professor 
T.Hacıyev bu dövrə aid bəzi əsərlərdə, xüsusilə də nəzmlə 
yazılan, mətnlərdə ədəbi dilin ümumi mənzərəsi baxımından bir 
istisnaların, aparıcı meyildən kənara çıxma hallarının müşahidə 
olunduğunu qeyd edir. Pərakəndə halda görünən bu istisnaları 
klassik üslubun «qalıq-qəlpələri» adlandıran alim onlar sırasında 
ayrı-ayrı bəzi leksik vahidləri və bir sıra morfoloji əlamətləri 
göstərir (32, 34-39). «Riyazül-qüds»ün dili üzərindəki müşahi-
dələr göstərir ki, burada da vəziyyət eynilə belədir: əsərdə məhz 
klassik üslubun, xüsusilə də «Hədiqətüs-süəda»nın təsirinin 
nəticəsi olan bir sıra türk mənşəli arxaik sözlər və XIX əsr ədəbi 
dili, elecə də çağdaş ədəbi dilimiz üçün arxaik sayılan leksik 
vahidlər və morfoloji əlamətlər vardır. 
«Riyazül-qüds»də XIX əsr Azərbaycan ədəbi dili üçün 
ümumişlək olmayan aşağıdakı leksik vahidləri - türk mənşəli 
arxaik sözləri qeydə almışıq: ayıtmaq  (demək, söyləmək), bən 
(mən), bin (min), birlə (ilə), cuqə-cuqə (dəstə-dəstə), dişrə (çöl, 
bayır), dün (dünən), ilətmək (çatdırmaq), ilətdürmək (çatdırmaq), 
irmək  (çatmaq, yetişmək), əglətmək  (oturtmaq),  qanda  (harada), 
                                                           
*
 Qafiyəli nəsrin tələbinə görə, eləcə də orijinaldakı yazılışına əsasən bu 
söz «etməsün» olmalıdır. 


132 
 
qanı  (hanı),  qaranğu  (qaranlıq),  qarındaş  (qardaş),  kimsənə 
(kimsə), kəndü (öz), munca (bu qədər),  n
e
tə kim (n
e
cə ki), nəstə 
(şey), sürmək  (sürtmək), şimdi (indi),  şol  (o),  şöylə  (elə), urmaq 
(vurmaq),  varmaq  (getmək),  yarın  (sabah),  yasavul  (gözətçi, 
keşikçi),  yavuq (yaxın) və s. Göründüyü kimi, bu sözlərdən 
bəziləri fonetik arxaizmlərdir: bən, bin, qansı. Məlum olduğu kimi
həmin leksik vahidlərin əvəzində onların digər fonetik 
variantları XIX əsr ədəbi dili üçün daha səciyyəvi olmuşdur: 
«bən»  şəxs əvəzliyi əvəzində «mən»,  eləcə də «bin»  sayı 
əvəzində  «min», «qansı» sual əvəzliyinin əvəzində isə bu 
əvəzliyin  «hansı»  fonetik variantı işlənmişdir. Yuxarıda da 
qeyd etdiyimiz kimi, «Riyazül-qüds»ün özündə də bu qəbildən 
olan sözlərin paralel olaraq sinonimləri və ya fonetik 
variantlarına da rast gəlirik. Məsələn: bən - mən, kimsənə - kimsə, 
netə kim - necə kim, şimdi - imdi, şol - ol-o, varmaq - getmək. 
Yuxarıda qeyd olunmayan «genə» zərfi də bu qəbildəndir: əsərdə 
o həm «genə», həm də «yenə» şəklində işlənmişdir. Maraqlıdır 
ki, 
yuxarıda göstərilən arxaizmlərdən
  «birlə», «kəndi», 
«urmaq»  leksemləri A.Bakıxanovun müasiri, lakin folklor-
danışıq üslubunun görkəmli davamçısı 
Qasım bəy Zakirin
 
şeirlərində də işlənmişdir (32, 47-48). «Birlə»  qoşmasına 
X.Natəvanın qəzəllərində də rast gəlirik (32, 38). XIX əsrə 
qədərki Azərbaycan ədəbi dili üçün işlək olan «ayıtmaq» felinə 
gəldikdə isə, bu söz Möhsün Nəsirinin «Lisanüt-teyr» əsərində 
(XVIII əsr) tez-tez işlənən leksemlərdəndir (50, 68, 75, 191, 217 
və s.). «Riyazül-qüds»də yuxarıdakı arxaizmlərin işlənməsi, 
təbii ki, klassik ədəbiyyatın, xüsusilə də Füzulinin (deməli, 
həm də «Hədiqətüs-süəda»nın) təsirinin nəticəsi kimi 
dəyərləndirilə bilər. Aydındır ki, bu sözlər XIX əsr 
Azərbaycan ədəbi dili üçün səciyyəvi olmamış və klassik-
kitab üslubunun, xüsusilə də Füzulinin təsiri ilə A.Bakıxanovun 
leksikonuna daxil olmuşdur. 
«Riyazül-qüds»ün dilində ayrı-ayrı arxaik morfoloji 
əlamətlər də müşahidə olunur. Əsasən feillərə aid olan əski 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə