Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

116 
 
növlərinin eyniliyində də özünü göstərir. Məsələn, «Hədiqətüs-
süəda»dakı Müslim bin Əqilin şəhadətinə həsr olunan beşinci 
babda belə bir epizod var: Müslim Əqil ona kömək edən 
Hani bin Ürvənin öldürüldüyünü eşidəndən sonra Kufə 
valisi
 
Übeydullah Ziyadın qoşunu ilə vuruşmağa gedir və iyirmi 
minə yaxın kufəli də ona qoşulur. Bu zaman xəbər gəlir ki, 
Übeydullaha kömək üçün Şamdan qoşun gəlir. Bu xəbəri 
eşidən kufəlilər Müslimi tənha qoyub  dağılışırlar. Əvvəlcə 
Müslimin müdafiəsinə qalxan kufəlilərin bu hərəkətini Füzuli 
obrazlı şəkildə belə təsvir edir: 
«Əhli-Kufə ki zatlarında səbati-e'tiqad yok idi, bu 
hekayətdən mütəvəhhim olub, güruh-güruh həzimətə təvəccöh 
qıldılar və Pərvin kibi cəm' ikən Bənatünn'əş kibi mütəfərriq 
oldılar» (29, 190). Füzuli burada kufəlilərin əvvəlcə Müslimin 
yanına yığılmasını (cəm olmasını) klassik ədəbiyyatda birlik 
rəmzi kimi işlənən Pərvin (Ülkər) ulduzuna, sonradan 
dağılmalarını isə dağınıqlıq, pərakəndəlik rəmzi olan 
Bənatünnəşə
 - Böyük və Kiçik Ayı bürclərində bir-birindən 
aralı yerləşən ulduzlara bənzədir. 
A.Bakıxanov da kufəlilərin Müslimi tərk etməsini 
təsvir edərkən eyni təşbehdən (bənzətmədən) istifadə etmişdir: 
«Bu ittiladən güruhi-ənbuh iqdi-Sürəyyaasa müctəme' 
ikən Bənatənnə'şvəş mütəfərriq oldılar» (39a). Qeyd edək ki, bu 
cümlədə işlənən ərəb mənşəli Sürəyya da ulduz adıdır - fars 
mənşəli Pərvin ulduzunun başqa adıdır. A.Bakıxanov burada 
Füzulidən fərqli olaraq, «kibi»  qoşması əvəzinə
 eyni mənanı 
daşıyan
 fars mənşəli «asa»  və  «vəş»  şəkilçilərindən istifadə 
etmişdir. Bu cümlələrin məzmunu, xüsusilə də son hissəsi tam 
eynidir: «Hədiqətüs-süəda»da olan «cəm ikən» sözünü 
A.Bakıxanov eyni mənalı «müctəme' ikən» sözü ilə vermiş, 
birincidəki  «mütəfərriq oldılar» (dağıldılar) sözünü isə eynilə 
saxlamışdır. Bütün bunları nəzərə alaraq düşünmək olar ki, 
A.Bakıxanov bu cümlədə bilavasitə Füzulinin təsirilə sözügedən 


117 
 
təşbehdən istifadə etmişdir.
F
*
F
 «Riyazül-qüds»dəki cümlənin 
«Cəlaül-üyun»dakı qarşılığında ulduzlarla bağlı təşbehin 
işlədilməməsi də bunu sübut edir: 
«Çun əhl-e ğəbile-ye u şenidənd ke, dər-həyat əst, 
pərakənde şodənd» (202a). 
(Onun qəbiləsinin camaatı eşitdi ki, [Hani bin Ürvə] 
sağdır, dağılışdı.) 
Qeyd edək ki, Müslim Əqili müdafiə edən kufəlilərin 
dağılması ilə bağlı verilən yuxarıdakı cümlədə onların bu 
hərəkətinin səbəbi «Hədiqətüs-süəda»da Şamdan Kufəyə kömək 
üçün qoşunun gəlməsi ilə izah edildiyi halda, «Cəlaül-üyun»da 
(həm də «Riyazül-qüds»də) isə buna səbəb olaraq Müslimi 
evində 
gizlədən
 Hani bin Ürvənin sağ olması göstərilir (qorxuya 
düşən Übeydullah kufəlilərə xəbər göndərir ki, Hani ölməyibdir, 
sağdır). 
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda»nın mətnlərinin 
qarşılıqlı təhlili birincidə ikincinin təsirinin nəsrlə müqayisədə 
nəzm parçalarında daha qabarıq şəkildə özünü göstərdiyini üzə 
çıxarır. Bu təsir iki şəkildə özünü göstərir: birincisi, «Riyazül-
qüds»dəki bir sıra şeir parçalarının işlənmə məqamları 
«Hədiqətüs-süəda»dakı uyğun şeir parçaları ilə üst-üstə düşür; 
ikincisi isə, hər iki əsərdə verilən bəzi şeir nümunələri 
arasında məzmun baxımından müəyyən yaxınlıq müşahidə 
olunur. Bu məsələ ilə bağlı birinci növbədə qeyd etmək 
lazımdır ki, «Hədiqətüs-süəda»nın ümumi həcmi «Riyazül-
qüds»dən təxminən üçqat artıq olduğu kimi, ondakı şeir 
parçaları da istər ümumi sayına, istərsə də beyt sayına görə 
                                                           
*
 Füzulidən çox-çox əvvəl dahi  Nizami Gəncəvi də 
«
Xosrov və Şirin
»
 
poemasındakı aşağıdakı beytdə eynilə bu iki ulduz - bürc adını məcazi 
mənada (istiarə kimi) işlətmişdir. 
Dəvidənd an şegerfan su-ye Şirin, 
Bənatonnə'şra 
kərdənd
 Pərvin. (
108,134) 
(O gözəllər Şirinə tərəf qaçdılar, 
Bənatünnə'şi Pərvin etdilər). 


118 
 
ikincidən xeyli çoxdur. Belə ki, Füzulinin bu əsərindəki 
şeir nümunələrinin ümumi sayı (türkcə 525, ərəbcə 16), 
onlardakı beyt sayı isə 1151-dir. «Riyazül-qüds»də isə bu 
rəqəm, qeyd etdiyimiz kimi, müvafiq olaraq 294-ə və 845-ə 
bərabərdir. 
Deməli, «Riyazül-qüds»dəki şeir parçalarının istər 
ümumi sayı, istərsə də həcmi (beytlərin sayı) «Hədiqətüs-
süəda» ilə müqayisədə azdır. Məsələn, «Riyazül-qüds»ün 
Məhəmməd peyğəmbərin(s.) vəfatından bəhs edən ilk 
babındakı 
şeir
 nümunələrinin sayı 14 olduğu halda, 
«Hədiqətüs-süəda»nın eyni babında bu rəqəm 26-ya 
bərabərdir. Eləcə də «Riyazül-qüds»də Müslim bin Əqil 
haqqındakı fəsildə olan şeirlərin sayı cəmi 5-dir, «Hədiqətüs-
süəda»da isə həmin babda 31 şeir parçası verilmişdir. 
Bununla belə, bu iki əsərdəki şeir parçaları arasında say 
baxımından kəskin fərq olsa da, onların işlənmə məqamları 
bir sıra hallarda üst-üstə düşür. Bu isə aydındır ki, yalnız 
«Hədiqətüs-süəda»nın təsirinin nəticəsi kimi dəyərləndirilə 
bilər. 
İndi isə hər iki əsərdə işlənmə məqamlarına görə eyni 
olan bir 
neçə
 şeir parçasına nəzər salaq. «Hədiqətüs-süəda»nın 
səkkizinci babında təsvir olunur ki, Müslim bin Əqil şəhid 
olmamışdan qabaq əmisi oğlu imam Hüseyni (ə.) yada 
salaraq göz yaşları tökür. Bu məqamda Füzuli onun dilindən 
aşağıdakı şeir parçasını verir: 
 
Buq 'eyi-Bəthayə bir lütf eyləyib var, ey səba, 
Qıl Hüseyni hali-zarimdən xəbərdar, ey səba. 
Gör bəni könlümdə yüz bin dərdi-dil, üstümdə tığ, 
Necə
 kim gördün, 
aŋa
 şərh eylə, zinhar, ey səba. 
Cəhd qıl, mən' eylə ol məzlumi meyli-Kufədən, 
Öp ayağın çizginüb başına yalvar, ey səba... (29, 
194) 
 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə