Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

78 
 
bir fərq farsca ikinci cümlənin tərkibindəki «əz-ma çe mixahi» 
(bizdən nə istəyirsən) hissəsinin türkcə mətndə «neçün bizə 
manesən» şəklində verilməsidir. Göründüyü kimi, A.Bakıxanov 
mətnin ümumi məzmunundan çıxış edərək, farsca cümlənin bu 
hissəsini türkcədə bir qədər incə məna fərqi ilə vermişdir. 
Farsca nümunədəki ikinci cümlə də eynilə birinci cümlə 
kimi, mürəkkəb cümlə şəklindədir. A.Bakıxanov bu cümlənin 
tərcüməsində də ondakı «ke» bağlayıcısını buraxmış və yenə də 
fikri iki cümlə ilə vasitəsiz nitq şəklində ifadə etmişdir. Farsca 
cümlə ilə onun tərcüməsi arasındakı uyğunluq burada, demək 
olar ki, maksimum dərəcədədir. A.Bakıxanov bu cümləni 
tərcümə edərkən orijinaldakı bir neçə sözü tərcümədə də olduğu 
kimi saxlamışdır: «madər», «mütəərriz» (ad çəkmək), «tə'zim», 
«təkrim» (hörmət etmək). Göründüyü kimi, o, əvvəlki cümlədə 
farscadakı  «madər»  sözünü türkcəyə tərcümə edərək «ana» 
şəklində verdiyi halda, burada eynilə saxlamış, onunla birləşmə 
əmələ gətirmiş «nam» (ad) sözünün əvəzində isə ərəb mənşəli 
«ism» sözünü işlətmişdir. A.Bakıxanov farsca cümlədəki xəbəri 
-  «soxəni bər zəban nemitəvanəm avərd» (dilimə söz gətirə 
bilmərəm) birləşməsini isə «söz izhar edə bilməzəm» şəklində 
tərcümə etmişdir ki, burada da tam uyğunluq vardır. Deməli, 
A.Bakıxanov farscadakı bu cümləni, demək olar ki, o dövr üçün 
nümunəvi sayıla bilən bir biçimdə, çox uğurlu şəkildə tərcümə 
etmiş, ən başlıcası isə, burada orijinaldakı fikrin məzmununda 
heç bir dəyişikliyə yol verməmişdir. Bu baxımdan sonrakı - 
farsca nümunədəki üçüncü cümlənin tərcüməsi daha nümunəvi 
sayıla bilər. A.Bakıxanov həcmcə çox kiçik olan bu cümləni də 
iki cümlə şəklində verməsinə baxmayaraq, onu eynilə 
orijinaldakı kimi, söz-söz çevirmişdir. 
«Cəlaül-üyun»dakı sonrakı iki cümlə vəsitəsiz nitq 
şəklində qurulmuşdur və tərcümədə də eynilə belədir. 
A.Bakıxanov bu cümlələləri də nümunəvi şəkildə tərcümə 
etmişdir. Farsca nümunədə Hürrün dilindən verilən cümlə 
çağdaş dilimizdə belə səslənir: «İstəyirəm səni Ziyad 


79 
 
oğlunun yanına aparam». Göründüyü kimi bu cümlə 
quruluşuna görə mürəkkəb cümlədir: intonasiya əsasında 
qurulmuş tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir. 
A.Bakıxanovun tərcüməsində isə həmin cümlə sadə cümlə 
şəklindədir. O, farsca mürəkkəb cümlədəki budaq cümləni 
tərcümədə məsdər tərkibi şəklində vermiş, baş cümlənin 
xəbərini - «istəyirəm»  sözünü isə tərcümədə lap sonda 
işlətmişdir. A.Bakıxanov bununla həm farsca cümlənin 
məzmununu olduğu kimi saxlamış, həm də tərcümədəki 
cümləni orijinal biçimdə qurmuşdur. Farsca nümunədəki 
sonrakı üç cümlə ilə onun türkcə qarşılığı arasında isə müəyyən 
fərq özünü göstərir. Farsca cümlələrin çağdaş dilimizə 
tərcüməsi belədir: «Həzrət buyurdu ki, mən sənə itaət 
etməyəcəyəm. Hürr dedi: Mən də əl çəkmirəm. Onların söhbəti 
uzun çəkdiyi üçün Hürr dedi ki, mən səninlə vuruşmaq əmri 
almamışam». 
A.Bakıxanov bu cümlələrin məzmununu 
ümumiləşdirərək onların qarşılığını türkcə mətndə: «Həzrət 
imtina edüb, bəsti-kəlam aralarında tuli-əncam olub» şəklində, 
yəni feli bağlama tərkibi formasında ifadə edərək sonrakı cümlə 
ilə onu tamamlamışdır. A.Bakıxanov bu cümlələrin tərcümə-
sində də orijinaldakı «tul»  (uzanma),  «əncam»  və  «mə'mur» 
sözlərini olduğu kimi saxlamışdır. 
Farsca və türkcə mətnlərdəki sonuncu cümlələr isə istər 
məzmun, istərsə də quruluş baxımından üst-üstə düşür. Sadəcə 
olaraq, burada farsca budaq cümlədəki «razi nemişəvi» (razı 
olmursan) xəbəri onun türkcə qarşılığında buraxılmış və 
«amədən» (gəlmək) sözü «getməzsən» sözü ilə əvəzlənmişdir ki, 
bu da onların məzmunlarına elə bir ciddi təsir göstərməmişdir. 
Beləliklə, bu nümunənin farscası ilə türkcəsi arasında da 
bütövlükdə götürdükdə məzmun baxımından uyğunluq və 
yaxınlığın olması danılmaz bir faktdır. Başqa sözlə 
desək

«Riyazül-qüds»dəki bu parça çox kiçik və cüzi dəyişikliklərlə 
eynilə
 «Cəlaül-üyun»dan tərcümə olunmuşdur. 
Həm «Cəlaül-üyun»da, həm də «Riyazül-qüds»də bu 


80 
 
qəbildən olan nümunələrin sayını artırmaq da olar. 
Ümumiyyətlə, hər iki əsərdə bir-biri ilə tam üst-üstə düşən
uyğun gələn bütöv hissələr, ayrı-ayrı parçalar bütün mətn boyu 
müşahidə olunur. Bu cür müqayisə və qarşılaşdırma zamanı 
A.Bakıxanovun «RiyazüI-qüds»ün mətninə etdiyi kiçik 
əlavələri ilə yanaşı, «Cəlaül-üyun»da olan ayrı-ayrı 
hissələrin tərcüməsi zamanı bəzi kiçik ixtisarlara da yol 
verdiyi, yəni farsca mətndəki ayrı-ayrı cümlələri qısaltması 
və ya tamamilə buraxması halları da müşahidə olunur. Buna 
nümunə olaraq aşağıdakı nümunənin farscasına və türkcə 
qarşılığına nəzər salaq. 
«Cəlaül-üyun»da:  «Çe besyar xahan və moştağ-e 
leğa-ye əslaf-e geram-e xod gərdidəm manənd-e eştiyağ-e 
Yə'ğub be-su-ye Yosef. Və bəray-e dəfn-e mən Həğğ-təala 
boğ'e
-ye şərifi exteyar nəmude əst ke, bezudi be-an məkan 
xahəm rəsid və quya mibinəm ke, dər in zudi ə'za-ye mən pare-
pare xahəd şod dər-səhra-ye Kərbəla və çarei nist əz dər-
yaftən-e ruziyi ke, moğədder gərdide bəray-e in əmr. Və ma, 
Əhl-e Beyt be-ğəza-ye Elahi reza dadeim və bər-bəla-ye u 
səbr minəmayim, ta əta konəd mara behtərin cəza-ye səbr 
konəndeqan. Və bezudi an ə'za-ye pare-pare dər xater-e 
ğods nəzd-e həzrət-e resalat moctəme' xahəd gərdid və 
Həğğ-təala dide-ye ura rouşən xahəd gərdanid və və'dha-
ye xodra be-əməl xahəd avərd... Və hər kera arzu-ye 
şəhadət başəd və xahəd ke, can dər nosrət-e ma bazəd və 
be-səadət-e əbədi faez gərdəd ba-ma rəfiğ şəvəd ke, fərda 
rəvaneim, enşaallah-təala». (204b) 
«Riyazül-qüds»də:  «Bən ziyadə müştaqəm əslafi-
giramiyəm liqasına həzrəti-Yə'qubdan Yusif tərəfinə. Və Həqq-
təala bənim dəfnim içün bir büq'eyi-şərifə ixtiyar etmişdür kim, 
ənqərib ol məkanə varid oluram. Guya görirəm kəndü 
peykərimi parə-parə və mətruhi-xunaludə. Pəs, əmri-İlahiyə 
təslim və əziməti-şəhadət iradəsində təsmim edərəm və təhsili-
rizayi-Xuda və Rəsul içün dəşti-möhnətxizi-İraqə gedərəm. Hər 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə