Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

13 


ver. 1.0.6. date 03.07.17 

bitdikdə  və/  və  ya  pul  öhdəlikləri  Müştəri  tərəfindən  icra  edilmədiyi  halda  əməliyyatların 

aparılmasının qarşısını almaq və Müştərinin hesablarına vəsait daxil olduqca onları Kredit üzrə 

yaranmış borclarının silinməsinə yönləndirmək

2.1.5.

 

Kredit hissələrlə verildiyi  halda Müştərinin  əmlak və/və  ya maliyyə  vəziyyətindən asılı  olaraq 



limiti birtərəfli qaydada dəyişmək və ya ləğv etmək; (birdəfəlik kreditlərə şamil olunmur) 

2.1.6.


 

AR  Mərkəzi  Bankının  pul-kredit  siyasətinin  tələblərindən  irəli  gələn  səbəblər  nəticəsində 

mərkəzləşdirilmiş  kredit  ehtiyatlarına  görə  faiz  dərəcələri  dəyişdirildikdə  və  ya  Azərbaycan 

Respublikası  daxilində  inflyasiyanın  həddi  yüksəldikdə  Müştərini  yazılı  qaydada  qabaqcadan 

xəbərdar etmək şərti ilə Kredit üzrə faiz dərəcəsini kreditdən istifadə müddəti zamanı qarşılıqlı 

razılıq əsasında dəyişdirmək;  

2.1.7.

 

Bu müqavilə üzrə bütün hüquqlarını üçüncü şəxslərə güzəşt etmək (satmaq və ya ötürmək); 



2.1.8.

 

Kredit Azərbaycan manatı ilə verildiyi halda, Azərbaycan manatının, Müqavilə imzalandığı günə 



olan AR Mərkəzi Bankının məzənnəsinə nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin  hər 10% 

(on) faiz həcmində aşağı düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsini 2% (iki) 

faizədək artırmaq. 

2.1.9.


 

Təminatın  vəziyyəti  əhəmiyyətli  şəkildə  dəyişildikdə  təminatın  yenidən  qiymətləndirilməsini 

tələb etmək; (təminatlı kreditlərə şamil olunur)

 

2.1.10.



 

Sığorta hadisəsi baş verdikdə sığorta ödənişindən təminat almaq;

 

2.1.11.


 

Qanunvericiliklə Banka verilən digər hüquqlar. 

2.2.

 

Bankın vəzifələri: 



2.2.1.

 

Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ona təqdim olunan sənədlər siyahısı və 



AR  Mərkəzi  Bankının  və  Maliyyə  bazarlarına nəzarət  orqanının  normativ xarakterli  aktları ilə 

müəyyən  olunan  tələblərə  uyğun  olduqda  və  müqavilənin  IV  2.4.9  yarımbəndi  ilə  müəyyən 

olunan sənədlər təqdim olunduqdan sonra Müştəriyə Kredit vermək; 

2.2.2.


 

Müqavilə  ilə  üzərinə  götürdüyü  öhdəlikləri  vaxtında  və  lazımi  qaydada  icra  etmək  və  onların 

pozulmasına yol verməmək

2.2.3.


 

Qanunvericiliklə üzərinə düşən digər vəzifələr. 

2.3.

 

Müştərinin hüquqları: 



2.3.1.

 

Bankdan verilmiş Kredit üzrə özünün mövcud cari borcları barədə məlumat almaq. 



2.3.2.

 

Müqavilənin  IV.2.2.  bəndi  ilə  üzərinə  götürdüyü  öhdəliklərinin  vaxtında  və  lazımınca  icra 



edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək. 

2.4.


 

Müştərinin vəzifələri: 

2.4.1.


 

Kredit verilməsi üçün Müqavilənin ona təqdim olunan sənədlər siyahısı və AR Mərkəzi Bankının 

və Maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən olunan sənədləri 

Banka təqdim etmək; 

2.4.2.

 

Kreditdən  yalnız  müqavilənin  “Fərdi  müştərilərin  Maliyyələşdirilməsi  üçün  ərizə”  formasında 



göstərilən məqsədlər üçün istifadə etmək; 

2.4.3.


 

Kredit və faizləri müqavilənin IV.3 bəndi və “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” 

forması ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək; 

2.4.4.


 

Bu  Müqavilə  üzrə  yaranmış  öhdəliklərinin  icrasına  təsir  edə  biləcək  və  ya  onunla  bağlı  olan, 

özünün  cəlb  olunduğu  məhkəmə  mübahisələri  və  icraatı  ilə  bağlı  bütün  sənəd  və/və  ya 

məlumatları dərhal Banka təqdim etmək;  

2.4.5.

 

Kreditin  və  faizlərin  qaytarılması  məqsədilə  özünün  sağlam  maliyyə  vəziyyətinin  təmin 



edilməsinə  dair  müvafiq  tədbirlər  görmək  və  öhdəliklərinin  icrasını  çətinləşdirəcək  heç  bir 

fəaliyyətə yol verməmək; 

2.4.6.

 

Müqavilənin IV.5.2 bəndi ilə müəyyənləşdirilən hallardan hər hansı biri mövcud olduqda, Bankın 



tələbnaməsində göstərilən müddətdə Krediti Banka qaytarmaq və faizləri ödəmək

2.4.7.


 

Kreditdən “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən məqsədlə 

istifadə  edilməsinə  nəzarətin  həyata  keçirilməsi  üçün  Bankın  nümayəndəsinə  lazımi  şərait 

yaratmaq və müvafiq sənədləri ona təqdim etmək; 




 

14 


ver. 1.0.6. date 03.07.17 

2.4.8.


 

Maliyyə vəziyyətinə dair sənədləri tələb olunduqda Banka təqdim etmək

2.4.9.

 

Kredit təminatlı olduğu halda bu müqavilədən irəli gələn pul öhdəliyinin icrasının təmin edilməsi 



üçün bağlanmış girov (ipoteka) müqaviləsinin qeydə alınmasını təsdiq edən müvafiq sənədləri 

Banka təqdim etmək və müvafiq xərcləri ödəmək; 



(təminatlı kreditlərə şamil olunur)

 

2.4.10.



 

Kredit  verildiyi  zaman,  özünü  bədbəxt  hadisə  nəticəsində  əmək  qabiliyyətinin  daimi  və  ya 

müvəqqəti olaraq tam itirilmə risklərindən həyat sığortası üzrə öz hesabına Bankın xeyrinə Kredit 

müddətinin  sonuna  kimi  sığorta  etdirmək  və  həyatının  sığorta  olunmasını  təsdiq  edən  sığorta 

şəhadətnaməsini Banka təqdim etmək;

 

2.4.11.



 

Hesabına hər hansı bir səbəbdən aylıq əmək haqqı daxil olmadığı halda (mövcud aylıq borcun 

Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Kredit üzrə cari öhdəliyin 

ödənilməsi  üçün  müvafiq  hesabda  kifayət  qədər  vəsait  olmadığı  halda,  Banka  aylıq  ödənişini 

nağd və ya köçürmə yolu ilə ödəmək;

 (birdəfəlik kreditlərə şamil olunur) 

2.4.12.


 

Cari  iş  yerini  dəyişdikdə,  başqa  vəzifəyə  keçirildikdə,  və  ya  işdən  azad  olunduqda  Bankı  bu 

barədə 5 (beş) iş günü qabaqcadan yazılı qaydada məlumatlandırmaq. 

Yazılı məlumata məktub 

və ya elektron əlaqə vasitəsi (e-mail) aiddir. 

2.4.13.


 

Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların 

pozulmasına yol verməmək. 

 

3.

 

Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin 

miqdari və ödənilməsi şərtləri 

3.1.


 

Kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan ssuda hesabından 

müvafiq hesabına köçürülməsi yolu ilə verilir. 

3.2.


 

Müştəri  Kreditdən  istifadəyə  görə  Banka  “Fərdi  müştərilərin  Maliyyələşdirilməsi  üçün  ərizə” 

formasında göstərilən faizləri ödəyir.  

3.3.


 

Nəzərdə tutulduğu halda, Müştəri Kreditin verilməsi üzrə “Maliyyələşdirmə üçün ərizə” forması 

ilə  müəyyən  olunan  Komissiya  haqqını,  həmçinin  də  Sığorta  və  Qiymətləndirmə  xərclərini  də  

ödəyir. Bu halda, Kredit üzrə Faktiki illik faiz dərəcəsi “Maliyyələşdirmə üçün ərizə” formasında 

göstərilən həddən artıq olmayacaq.  

3.4.


 

Faizlər Kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. 

3.5.

 

Kreditin əsas məbləği və ona hesablanmış faizlər Müştəri tərəfindən Banka nağd və ya köçürmə 



yolu ilə ödənilir. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə birlikdə həyata keçirilir. 

3.6.


 

Kreditin  əsas  məbləğinin  və  ona  hesablanmış  faizlərin  ödəmə  qrafiki  müqavilənin  ayrılmaz 

hissəsi  olan  qoşmada  göstərilir  və  əgər  belə  qoşma  mövcud  deyilsə,  bu  məbləğlər  “Fərdi 

müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir.  

3.7.

 

Kredit məbləği Banka “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən 



müddət ərzində tam olaraq qaytarılır. 

3.8.


 

Müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş 

ilkin  olaraq  cərimə  (peniya)  faizlərinin,  sonra  kredit  faizlərinin  və  son  olaraq  əsas  borc 

öhdəliyinin silinməsinə yönəldilir.  

3.9.

 

Bank, Müştərinin Kredit və ona hesablanmış faizlər üzrə yaranmış öhdəliklərini özünün ödəmə 



tələbnaməsi əsasında Kredit alanın müvafiq hesablarından akseptsiz qaydada silə bilər. 

3.10.


 

Kredit üzrə müəyyən olunan əsas məbləğ və faizlərin ödəniş günü qeyri-iş gününə təsadüf edərsə, 

ödəniş növbəti iş günü həyata keçiriləcək. Bu halda, Kredit üzrə müəyyən olunan faizlər növbəti 

iş gününədək hesablanacaq. 

3.11.

 

Müştəri  tərəfindən  Banka  ediləcək  bütün  ödənişlər  heç  bir  qarşılıqlı  hesablama  aparılmadan, 



qarşılıqlı  tələb  təqdim  edilmədən,  mənbədə  tutma  tətbiq  edilmədən  həyata  keçiriləcək,  bu  bir 

şərtlə ki, Müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə 

olan təqdirdə isə  Müştəri  tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki,  ona görə 

Bankın  faktiki  alacağı  məbləğ  hər  hansı  mənbədə  tutmanın  mövcud  olmadığı  halda  alacağı 

məbləğə  bərabər  olsun.  Hər  hansı  bir  anlaşılmazlığın  aradan  qaldırılması  üçün  müqavilədə 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə