Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

ver. 1.0.6. date 03.07.17 



müraciətini  məktub  və  ya  faks  vasitəsi  ilə  yazılı  olaraq  təsdiqləyir.  İstənilən  halda,  Müştəri 

razılaşır  ki,  Bankın  vaxtında  yazılı  olaraq  məlumatlandırılmaması  nəticəsində  kodların 

dəyişdirilmədiyi üçün Banka qarşı heç bir iddia irəli sürməyəcək. 

6.6.5.


 

Xidmətdən istifadə bloklaşdırıldığı təqdirdə yeni kodların alınması üçün Banka müraciət etmək. 

6.6.6.

 

Bankın “İnternet bank sisteminə qoşulma və ondan istifadə” qaydalarına riayət etmək. 



6.6.7.

 

Xidmətdən  istifadə  zamanı  kodlarda  dəyişiklik  etdiyi  halda  onların  Bankın  tələblərinə  uyğun  



olmasını təmin etmək. 

6.6.8.


 

Xidmətdən istifadə zamanı Bankın təhlükəsiz istifadəyə dair tövsiyələrinə riayət etmək. 

6.6.9.

 

Təqdim olunan xidmətin  maneəsiz göstərilməsi üçün zəruri olan internet sürəti və digər tələbləri 



yerinə yetirmək. 

6.6.10.


 

Xidmətdən  istifadə  edən  istifadəçilərin  sayı  “İnternet  Bank  xidmətlərinin  göstərilməsi  üçün 

ərizə”də  göstərilənlərdən  fərqləndikdə  və  ya  hər  hansı  dəyişikliklər  olduqda  dərhal  bu  barədə 

Bankı  şifahi  olaraq  məlumatlandırmaq.  Şifahi  müraciətdən  sonrakı  3  (üç)  iş  günü  ərzində  bu 

müraciətini məktub və ya faks vasitəsi ilə yazılı olaraq təsdiqləmək. 

6.7.

 

Müştəri aşağıdakı hüquqlara malikdir: 

6.7.1.


 

Bu Müqavilənin II.6.6.4. bəndində qeyd olunan qaydada Xidmətdən istifadənin bloklaşdırılması 

barədə Bankı təlimatlandırmaq. 

6.7.2.


 

Bu Müqavilədə qeyd olunan hallarda Xidmətdən istifadə bloklaşdırıldığı zaman, yeni Kodların 

verilməsi üçün Banka müraciət etmək. 

6.8.

 

Bank aşağıdakıları öz öhdəsinə götürür: 

6.8.1.


 

Xidmətdən  istifadə  zamanı  texniki  problemlər  yaranarsa,  onları  ağlabatan    müddətdə  aradan 

qaldırmaq.  Bu  hal  baş  verərsə,  texniki  problemlər  aradan  qaldırılanadək,  Müştəri  tapşırıqları 

Banka adi qaydada, kağız daşıyıcı vasitəsi ilə təqdim edərək əməliyyatlar aparmaq. 

6.8.2.

 

Bu Müqavilədə göstərilən qaydada Müştəri tərəfindən müvafiq müraciət daxil olduğu təqdirdə



Hesabdan istifadəni dərhal bloklaşdırmaq. 

6.8.3.


 

Müştərinin müraciətinə əsasən Xidmətdən istifadə üçün ona yeni kodlar təqdim etmək. 



6.9.

 

Bank aşağıdakı hüquqlara malikdir: 

6.9.1.


 

Öz mülahizəsinə uyğun olaraq, Müştərini 1 (bir) gün qabaqcadan yazılı qaydada xəbərdar etmək 

şərti ilə birtərəfli qaydada Xidmətdən istifadə qaydalarını dəyişmək. 

6.9.2.


 

Müştəri  tərəfindən  əməliyyatın  həyata  keçirilməsi  üçün  natamam  (və  ya  səhv)  məlumatların 

təqdim  edildiyi,  və  ya  bu  tapşırıq  AR  qanunvericiliyinə  uyğun  olmadığı  hallarda,  həmçinin  - 

əməliyyatın həyata keçirilməsi və ya xidmət haqları üçün Müştərinin Hesabında yetərincə vəsait 

olmadığı təqdirdə, bu əməliyyatın həyata keçirilməsindən imtina etmək. 

6.9.3.


 

Müştərinin  Hesabı  bloklaşdırıldıqda,  ona  həbs  qoyulduqda  və  ya  AR  qanunvericiliyi  ilə  tələb 

olunan digər hallarda Müştərinin Xidmət vasitəsi ilə əməliyyatlar etməsini məhdudlaşdırmaq. 

6.9.4.


 

Müştəri tərəfindən kodlar 1 (bir) gün ərzində ardıcıl olaraq 3 (üç) dəfə səhv daxil edilərsə, onun 

Xidmətə girişi məhdudlaşdırmaq. 

6.9.5.


 

Zərurət yaranarsa proqram təminatının quraşdırılması, dəyişdirilməsi üçün və ya sistemdə təmir 

aparılması üçün Xidmətin fəaliyyətini dayandırmaq. 

6.9.6.


 

Aşağıdakı hallarda Müştərinin Xidmətə girişini dərhal ləğv etmək: 

a.

 

Müştərinin yazılı müraciətinə əsasən



b.

 

Müştərinin Hesabı bağlandığı təqdirdə. 



6.10.

 

Bank aşağıda qeyd olunan hallara görə heç bir məsuliyyət daşımır: 



a.

 

Müştərinin səhvi, gecikdirməsi, və ya avadanlığının nasazlığı və ya əlaqə kanallarında kəsilmələr 



olduğundan Xidmətə çıxışı əldə edə bilməməsi üçün; 

b.

 



Müştərinin  internet  banka  daxil  olduğu  kompüterin  proqram  və  texniki  təminatının  təmin 

edilməsinə,  bu  kompüterin  məlumat  təhlükəsizliyinə,  ziyanverici  kod  və  haker  hücumundan 

qorunmasına və nəticədə müştərinin İnternet bank hesabı ilə əlaqədar məlumatlarının tamlığının, 

məxfiliyinin, istifadəliliyinin pozulmasına və bununla bağlı digər ziyanlara görə




 

ver. 1.0.6. date 03.07.17 



c.

 

Xidmətin göstərilməsi üçün üçüncü tərəflərin (İnternet provayder və digər) Bankı təmin etdiyi 



vasitə, xidmət və məhsullara görə

d.

 



Bankın nəzarətindən kənar üçüncü şəxslərin Xidmətə icazəsiz girişi üçün

e.

 



İtirilən (oğurlanmış) Kodlar, səhv əməliyyatlar və Müştərinin bank hesab(lar)ına (və ya Xidmətin 

özünə)  Xidmət  vasitəsilə  icazəsiz  girişlər  barədə  Bankın  vaxtında  məlumatlandırılmamasının 

nəticələrinə görə. 

6.11.


 

Bu Xidmətlə bağlı yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq Müştəri özü 

və öz hesabına daşıyır. 

6.12.


 

Xidmətin göstərilməsi zamanı aparılan əməliyyatlara müvafiq Hesab müqavilələri üzrə nəzərdə 

tutulan şərtlər tətbiq edilir. 

 

7.



 

Dövri ödəniş tapşırığı

 

1.



 

Dövri ödəniş tapşırığı barədə məlumat 

1.1.


 

Müştərinin müraciətinə əsasən, Bank ona “Dövri ödəniş tapşırığının icrası üzrə ərizə” formasında 

göstərilən şərtlərlə müvafiq Cari hesab üzrə 

Müştəriyə təkrar olunan nağdsız ödənişləri və/və ya 

valyutanın  alqı-satqısı  üzrə  təkrar  olunan  əməliyyatlarının  Dövri  Ödəniş  Tapşırıqları  əsasında 

Bank tərəfindən avtomatik olaraq həyata keçirilməsi xidmətini göstərir.



 

1.2.


 

Dövri  Ödəniş  Tapşırığı  -  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  Bankın  daxili 

qaydalarına  əsasən  tərtib  olunan,  qeyd  olunan  günlərdə  və  intervallarla  müəyyən  olunan 

Benefisiara dövri ödənişin avtomatik olaraq köçürülməsinə və/və ya tələb olunduqda, valyutanın 

alqı-satqısına göstəriş verən Müştəri tərəfindən Banka təqdim olunan yazılı ödəniş tapşırığıdır.

 

1.3.


 

Benefisiar - Dövri Ödəniş Tapşırığında qeyd olunan Dövri Ödənişin benefisiarıdır.



 

2.

 

Dövri Ödəniş Tapşırığının icrasına dair şərtlər

 

2.1.



 

Dövri  Ödəniş  Tapşırığı  əsasında  həyata  keçirilən  dövri  ödəniş  və/və  ya  valyutanın  alqı-satqısı 

Müştərinin müvafiq Bank Hesabından aparılır.

 

2.2.



 

Dövri  Ödəniş  Tapşırıqlarının  icrası  üçün  Müştəri  icra  olunmalı  əməliyyat  üzrə  Dövri  Ödəniş 

Tapşırığında ödənişin təyinatı, ödəniləcək konkret məbləğlər, Benefisiarın adı, Benefisiarın bank 

məlumatları və/və ya valyutanın alqı-satqısı üzrə dəqiq məlumat və qanunvericiliklə tələb olunan 

digər zəruri məlumatlar göstərilməlidir.

 

2.3.



 

Hər bir Dövri Ödəniş Tapşırığı onun şərtlərində göstərilən müddət ərzində etibarlıdır.

 

2.4.


 

Dövri Ödəniş Tapşırığı əsasında ödəniş Dövri Ödəniş Tapşırığında göstərilən məlumatlara uyğun 

olaraq  həyata  keçirilməlidir.  Dövri  Ödəniş  Tapşırığında  göstərilən  məbləğ  Dövri  Ödəniş 

Tapşırığının etibarlılıq müddəti ərzində dəyişdirilmədən Benefisiara köçürülməlidir.

 

2.5.


 

Dövri  ödənişin  və/və  ya  valyutanın  alqı-satqısının  vaxtı-vaxtında  icrasını  təmin  etmək  üçün 

Müştərinin  müvafiq  Bank  Hesabında  kifayət  məbləğin  olması  zəruridir.  Dövri  Ödəniş 

Tapşırığında  göstərilən  icra  tarixində  Müştərinin  Bank  Hesabında  bu  əməliyyatın  icrası  və 

müvafiq  xidmət  haqqının  ödənilməsi  üçün  kifayət  qədər  vəsait  olmadıqda,  Dövri  Ödəniş 

Tapşırığı  Bank  tərəfindən  həmin  tarix  üçün  icra  olunmur.  Dövri  Ödəniş  Tapşırığının  hesabda 

kifayət qədər pul vəsaitinin olmaması və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 

olaraq  həbs  qoyulması  səbəbəindən  icra  olunmaması,  onun  növbəti  icra  tarixlərində  icrasını 

istisna etmir.

 

2.6.



 

Dövri Ödəniş Tapşırığı əsasında ödənişlərin və/və ya valyutanın alqı-satqısının həyata keçirilməsi 

üzrə xidmət haqları Bankın qüvvədə olan xidmət tariflərinə uyğun olaraq müəyyən olunur.

 

2.7.



 

Dövri  Ödəniş  Tapşırığının  icrasının  tarixi  Azərbaycan  Respublikası  ərazisində  tətbiq  olunan 

qeyri-iş gününə təsadüf edirsə, Dövri Ödəniş Tapşırığı növbəti iş günündə icra olunur.

 

2.8.



 

Dövri Ödəniş Tapşırığı əsasında valyutanın alqı-satqısı əməliyyatın aparıldığı gün üzrə Bankın 

həmin valyutanın alqı-satqısı üzrə müəyyən etdiyi məzənnəsinə uyğun olaraq həyata keçirilir.

 

3.



 

Dövri Ödəniş Tapşırığı ilə bağlı 

tərəflərin hüquq və vəzifələri 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə