Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   ...   4   5   6   7   8   9   10   11   12

 

17 


ver. 1.0.6. date 03.07.17 

2.14.


 

Kartla  ödəniş  sistemləri  üzərində  nəzarət  funksiyasını  Azərbaycan  Respublikasının  Mərkəzi 

Bankı  həyata keçirir (tel: +994 12 493 11 22).

 

2.15.



 

Kartlarla Azərbaycan Respublikasından xaricdə aparılan əməliyyatlar zamanı valyuta mübadiləsi 

müvafiq ödəniş sisteminin məzənnəsi ilə aparılır. 

 

3.



 

 Kart xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələri 



3.1.

 

Bankın hüquqları: 

3.1.1.


 

Kartın  dəyərini  Bankın  mövcud    tariflərində  nəzərdə  tutulduğu  halda  Müştərinin  bank 

hesabındakı pul vəsaitindən silmək

3.1.2.


 

Bu Müqavilənin V.3.4. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra 

edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək; 

3.1.3.


 

Müştəri  ilə  münasibətlərin  tənzimlənməsində  müvafiq  olaraq  MasterCard  və  ya  Visanın 

beynəlxalq normativlərinə əsaslanmaq;

 

3.1.4.



 

Müqavilə ilə müəyyən olunan xidmət tariflərini və şərtləri birtərəfli qaydada dəyişmək. Bu halda 

Bank Müqavilə ilə müəyyən olunan xidmət tariflərini və şərtləri dəyişdirilməsi haqqında 14 (on 

dörd)  gün  əvvəlcədən  Müştəriyə  yazılı  formada  məlumat  verməlidir.  Müştəri  Müqavilə  ilə 

müəyyən olunan xidmət tariflərinin və şərtlərin dəyişdirilməsi ilə razı olmadıqda, qeyd olunan 

xidmətin göstərilməsinə xitam verə bilər. 

3.1.5.

 

Müştəri  tərəfindən  Müqavilə  öhdəlikləri  yerinə  yetirilmədikdə,  Azərbaycan  Respublikası 



Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək;

 

3.1.6.



 

Müvaiq  Kart  növü  üzrə  nəzərdə  tutulmuş  xidmət  haqlarını,  həmçinində  Müştəri  tərəfindən 

ödəniləcək  məbləğləri  Müştərinin  Bankdakı  krediti,  faizləri,  Banka  ödənilməli  olan  ödənişlər, 

üçüncü şəxslərin və Müştərinin xeyrinə verilmiş zaminliklər, qarantiyalar və/və ya digər birtərəfli 

öhdəliklər  üzrə  yaranmış  borcların  ödənilməsinə  yönəldilən  pul  vəsaitlərini  Müştərinin  bütün 

hesablarından mübahisəsiz qaydada silmək hüququ Banka verilir.

 

3.1.7.


 

VISA/MasterCard  tərəfindən  Chargeback  (kart  hesabı  üzrə  həyata  keçən  və  Müştərinin 

razılaşmadığı hər hansı əməliyyat) üzrə vəsaitlər VISA/MasterCarda geri qaytarıldıqda, həmin 

vəsaiti Müştərinin hesabından akseptsiz qaydada silmək. 

3.2.

 

Bankın vəzifələri:   



3.2.1.

 

Müştəri tərəfindən daxil olmuş yazılı müraciətə əsasən, sənədlər Banka təqdim olunduqdan sonra 



Müştəriyə Kartı və müvafiq PİN-zərfi  hazırlayıb 3(üç) iş günü ərzində təqdim etmək

3.2.2.



 

Müştərinin  müraciətinə əsasən onun “Hesab”ı üzrə çıxarışlar vermək

3.2.3.


 

Kart  hesablarının  sahiblərini  nağd  pul  vəsaitinin  alınması,  xidmət  və  malların  dəyərinin  Kart 

vasitəsilə ödənilməsi xidmətləri ilə təmin etmək

3.2.4.


 

Kartın  itirilməsi  barədə  Müştəridən  bu  Müqavilənin  V.3.4.4.  yarımbəndi  ilə  müəyyən  olunan 

qaydada məlumat aldıqdan sonra Kart üzrə əməliyyatları dayandırmaq; 

3.2.5.


 

Bu Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların 

pozulmasına yol verməmək. 

3.3.

 

Müştərinin hüquqları: 

3.3.1.


 

İstifadə  etmədiyi  vəsaitlər  Kartdan  silindiyi  halda,  yazılı  sorğu  əsasında  müvafiq  araşdırma 

aparılmasını və əsassız silinmiş məbləğin geri ödənilməsini Bankdan tələb etmək; 

3.3.2.


 

Bu Müqavilənin V.3.2. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra 

edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək.  

3.3.3.


 

Özünün  yazılı  müraciətinə  əsasən  Bankın  qüvvədə  olan  tariflərinə  uyğun  Mobil  bankçılıq 

xidmətindən istifadə etmək.  

3.3.4.


 

Kartın itirilməsi halında, onun yenisi ilə əvəz olunması barədə Banka yazılı ərizə ilə müraciət 

etmək;

 

3.3.5.



 

Yazılı sorğu əsasında öz Hesabından hər hansı bir dövr üçün əlavə çıxarışlar və Hesabdan silinmiş 

məbləğlərin düzgünlüyünü təsdiq edən sənədləri tələb etmək;

 

3.3.6.



 

Bankın  əmanət  xidmətindən  istifadə  etdiyi  zaman,  hesablanmış  faiz  məbləğinin  kart  hesabına 




 

18 


ver. 1.0.6. date 03.07.17 

köçürülməsi üçün Banka müvafiq ərizə formasını doldurmaqla müraciət etmək.

 

3.3.7.


 

Müqavilənin  V.3.1.4.  bəndinə  əsasən  qəbul  olunan  yeni  xidmət  tarifləri  və  şərtlərindən  narazı 

olduğu halda xidməti ləğv etmək üçün Banka müraciət etmək (

Depozit (Əmanət) kartına şamil 

olunur

).

 

3.4.



 

Müştərinin vəzifələri: 

3.4.1.


 

Kartın  emissiya  edilməsi  üçün  Bankın  daxili  qaydaları  ilə  müəyyən  olunan  sənədləri  Banka 

təqdim etmək

3.4.2.



 

Bankın  qüvvədə  olan  tariflərində  nəzərdə  tutulduğu  halda  Kartın  dəyərini  və  müvafiq  xidmət 

haqqını Banka ödəmək;  

3.4.3.


 

Kartın PİN-zərfi və Şifrənin məxfiliyini qorumaq; 

3.4.4.

 

Kart  itirildikdə  bu  barədə  dərhal  Banka  və  ya  Visa/MasterCard  xidmət  mərkəzinə  yazılı,  bu 



mümkün olmadıqda isə, şifahi məlumat vermək; 

3.4.5.


 

İtirilən “Kart” tapıldıqda dərhal bu barədə “Bank”a məlumat vermək;

 

3.4.6.


 

Plastik  kartlarla  bağlı  xidmətin  göstərilməsi  üçün  təqdim  edilən  sənədlərdə  baş  vermiş 

dəyişikliklər  barədə  bütün  məlumatları  3  (üç)  iş  günü  ərzində  müvafiq  təsdiqedici  sənədlər 

qoşulmaqla dərhal Banka təqdim etmək;  

3.4.7.

 

Müqavilənin  V.3.3.1.  bəndində  nəzərdə  tutulmuş  hallarda,  Müştərinin  dediklərinin  əksi  sübut 



olunduqda, Bankın araşdırmalara sərf edilən bütün xərclərini ödəmək

3.4.8.


 

Telefon  vasitəsilə  Kartla  bağlı  xidmət  göstərilməsi  üçün  Banka  zəng  etdikdə,  Şifrəni  təqdim 

etmək; 

3.4.9.


 

Müqavilənin  V.2.9.  bəndində  göstərilən  halın  baş  verməməsinə  nəzarət  etmək  və  belə  hal  baş 

verərsə, yaranmış borcları dərhal Banka ödəmək;

 

3.4.10.



 

Əmək münasibətlərinə xitam verildikdə Bankı qabaqcadan məlumatlandırmaq;

 

3.4.11.


 

Bu Müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra etmək və onların 

pozulmasına yol verməmək. 

 

4.



 

Debet kartı üzrə overdraft 

 

4.1.



 

 İstifadə olunan əsas anlayışlar 

4.1.1. 


Overdraft:

 

Bank  hesabı  üzrə  mənfi  qalıqdır.  Əmək  haqqı  kartı  üzrə  overdraft 



limiti xalis əmək haqqı məbləğinə bağlı olan və əmək haqqı hesabına 

ödənilən kredit xəttidir.

 

4.1.2. 


İllik faiz dərəcəsi:

 

Müqavilənin  qüvvədə  olduğu  müddətdə  Overdraftın  istifadə 



olunmuş hissəsinə tətbiq olunan illik faiz dərəcəsi nəzərdə tutulur. 

 

4.1.3. 



İllik cərimə faizi:

 

Müqavilə  qüvvədən  düşdükdən  sonra  Overdraft  məbləğinin  geri 



qaytarılmamış  hissəsi  üzrə  tətbiq  olunan  faiz  dərəcəsi  nəzərdə 

tutulur. 

 

4.1.4 


Hesablaşma 

(Billinq): 

 

Overdraftdan istifadə üzrə hər ayın axırıncı iş günündə aparılan 



hesablaşmalar nəzərdə tutulur. 

 

4.1.5. 



Hesabat dövrü:

 

İki Hesablaşma arasında olan dövrü əhatə edir.



 

4.1.6. 


Əsas borc:

 

Overdraft üzrə faizlər nəzərə alınmadan Müştərinin Bank qarşısında 



olan öhdəliyi, yəni istifadə olunmuş Overdraft məbləği.

 

4.1.7. 



Cari borc:

 

Əsas borc, ona hesablanmış illik faizlər, Xidmət haqqı və cərimə 



faizləri nəzərə alınmaqla Müştəri tərəfindən Banka ödənilməli olan 

məbləğ.


 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə