Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

ver. 1.0.6. date 03.07.17 



2.1.

 

Bankın vəzifələri:

 

2.1.1.


 

Bankın qüvvədə olan tariflərinə uyğun olaraq xidmət haqlarının ödənilməsi şərti ilə Dövri Ödəniş 

Tapşırığını vaxtı-vaxtında və göstərilən məlumatlara uyğun olaraq dəqiq icra etmək.

 

2.1.2.



 

Azərbaycan Respublikası Mərkəzi Bankının 

və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq

 

qaydalarına  və  Bankın  daxili  qayda  və  prosedurlarına  ciddi  riayət  etməklə  hesablaşma 



əməliyyatlarını vaxtı-vaxtında yerinə yetirmək.

 

2.1.3.



 

Müvafiq əməliyyatlar üzrə Müştəriyə Bank Hesabından çıxarış vermək.

 

2.2.

 

Bankın hüquqları:

 

2.2.1.


 

Bank aşağıdakı hallarda Dövri Ödəniş Tapşırığını icra etməmək hüququna malikdir:

 

a)

 



Dövri  Ödəniş  Tapşırığı  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  və  Bankın  qaydalarına 

əsasən tərtib və təqdim olunmamasını sübut edən dəlillər olduqda;

 

b)

 



Dövri  Ödəniş  Tapşırığında  göstərilən  icra  tarixinə  Müştərinin  Bank  Hesabında  Dövri  Ödəniş 

Tapşırığının  icrası  və  Bankın  müvafiq  komissiyalarının  ödənilməsi  üçün  kifayət  məbləğ 

olmadıqda;

 

c)



 

Müştərinin  Bank  Hesabına  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  həbs 

qoyulduğu təqdirdə.

 

2.2.2.



 

Özünün qüvvədə olan tarifləri əsasında Dövri Ödəniş Tapşırığının icra olunması üzrə xidmətlərə 

görə müvafiq xidmət haqqını Müştərinin Bank Hesabından akseptsiz qaydada silmək və ya onun 

ödənilməsini tələb etmək.

 

2.3.

 

Müştərinin vəzifələri:

 

2.3.1.


 

Dövri  Ödəniş  Tapşırığında  qeyd  olunan  məlumatları  düzgün  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə və Bankın tələblərinə uyğun olaraq tam təqdim etmək.

 

2.3.2.



 

Özünün müvafiq Bank Hesabında Dövri Ödəniş Tapşırığı üzrə ödənişin köçürülməsi və Bankın 

bununla  əlaqəli  müvafiq  komissiyalarının  ödənilməsi  üçün  kifayət  edəcək  məbləğin  olmasını 

təmin etmək.

 

2.4.

 

Müştərinin hüquqları:

 

2.4.1.


 

Dövri Ödəniş Tapşırığın icra olunması üzrə Banka tapşırıq vermək və müvafiq məlumat almaq;

 

2.4.2.


 

İcra olunmuş əməliyyatlar üzrə Bankdan çıxarışlar almaq.

 

4.

 

Dövri Ödəniş Tapşırığı üzrə xidmətə xitam verilməsi

 

4.1.



 

Müştəri  istənilən  vaxt 

“Dövri  ödəniş  tapşırığının  icrası  üzrə  ərizə”  formasını

  Banka  təqdim 

etməklə bir və ya icrada olan bütün Dövri Ödəniş Tapşırığının(larının) icrasına xitam verə bilər. 

Bu halda Dövri Ödəniş Tapşırığı Müştərinin yazılı müraciəti Banka təqdim olunduğu gün ləğv 

olunur.

 

4.2.



 

Bank həmçinin Müştəriyə 15 (on beş) təqvim günü əvvəlcədən təqdim olunan bildiriş ilə Dövri 

Ödəniş Tapşırığının icrası üzrə göstərdiyi xidmətlərə xitam verə bilər.

 

5.



 

Dövri Ödəniş Tapşırığı üzrə tərəflərin məsuliyyəti

 

5.1.



 

Müştəri Dövri Ödəniş Tapşırığında qeyd olunan məlumatların düzgünlüyü və dəqiqliyinə görə 

məsuliyyət daşıyır.

 

5.2.



 

Bank  Müştəri  ilə  üçüncü  şəxslər  arasında  olan  əlaqələrə  görə,  həmçinin  Müştəri  ilə  üçüncü 

şəxslərin bir-birinə qarşı mümkün olan hər hansı iddialara görə heç bir məsuliyyət daşımır.

 

5.3.



 

Müştəri razılaşır və təsdiqləyir ki, Bankın bu xidmət üzrə apardığı əməliyyatlar, Bankın həmin 

gün üçün müəyyən etdiyi məzənnəsinə uyğun həyata keçirilir və Müştəri Bankın həyata keçirdiyi 

bütün belə əməliyyalarla əlaqədar, o cümlədən belə əməliyyatlar nəticəsində və ya onlarla əlaqəli 

Müştərinin çəkə biləcəyi hər hansı zərər və ya ziyanla bağlı Banka qarşı heç bir tələb və ya iddia 

irəli sürməyəcək.

 

5.4.


 

Bank, bu Müqavilənin II.10.2.5. bəndində göstərilən səbəblərə görə Dövri Ödəniş Tapşırığının 

icra olunmaması ilə əlaqədar Müştərinin hər hansı bir itkisinə görə heç bir məsuliyyət daşımır.

 

 



III.

 

DEPOZİT (ƏMANƏT) 


 

ver. 1.0.6. date 03.07.17 



 

1.

 

Depozit barədə məlumat 

1.1.


 

Bank, Müştərinin müraciəti əsasında ona və ya onun üçün daxil olmuş pul məbləğini (əmanəti) 

qəbul edərək bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Əmanət məbləğini Əmanət 

müddətinin  sonunda  Müştəriyə  qaytarmağı  və  onun  üçün  faizlər  ödəməyi  (nəzərdə  tutulduğu 

halda) öhdəsinə götürür. 

1.2.


 

Bu xidmət çərçivəsində “depozit” və “əmanət” sözləri eyni mənada başa düşülür. 

1.3.

 

Bank, Müştərinin müraciəti əsasında ona Əmanətin müxtəlif növləri üzrə xidmət təqdim edə bilər.  



1.4.

 

Əmanətin növü, məbləği, müddəti, faizlərin ödəniş tarixi və qaydası “Depozitlərin yerləşdirilməsi 



üçün ərizə” formalarında qeyd olunur. 

1.5.


 

Kredit, faizlər, xidmət haqları, Banka ödənilməli olan ödənişlər, üçüncü şəxslərin xeyrinə Banka 

verilmiş zaminliklər, girovlar və digər birtərəfli öhdəliklər üzrə yaranmış borcların ödənilməsi 

zamanı həmin öhdəlik məbləğləri Əmanət məbləğinin hesabına ödənilə bilər. 

 

2.

 

Depozitlə bağlı tərəflərin hüquq və vəzifələri 

2.1.

 

Bankın hüquqları: 

2.1.1.


 

Müştərinin əmanət hesabı açılması üçün təqdim etdiyi sənədlər qanunvericiliyin və Bankın daxili 

qaydalarının tələblərinə uyğun olmadıqda əmanət hesabı açmaqdan imtina etmək

2.1.2.


 

Bu Müqavilənin III.2.4. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra 

edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək; 

2.1.3.


 

Depozit  üzrə  ödənilən  faizlərdən  ödəniş  mənbəyində  Azərbaycan  Respublikasının 

Qanunvericiliyinə uyğun olaraq vergi tutulmasını həyata keçirmək

2.1.4.


 

Kredit,  faizlər,  komissiyalar,  Banka  ödənilməli  olan  ödənişlər  və  qanunvericiliklə  müəyyən 

olunan qaydada səlahiyyətli orqanlar tərəfindən Müştərinin hesabına yönəldilmiş tələblərin icrası 

üçün müvafiq pul vəsaitlərini Müştərinin Əmanət məbləğindən akseptsiz qaydada silmək. 

2.1.5.

 

Depozit Bankın xeyrinə yüklü edildikdə, girov məbləğini bloklaşdırmaq. 



2.2.

 

Bankın vəzifələri: 

2.2.1.


 

Bu Müqavilə üzrə qəbul olunmuş əmanətin Əmanətlərin Sığortalanması Fondu (sonradan – Fond) 

tərəfindən sığortalanmasını təmin etmək;

 

Fond tərəfindən sığortalanmış əmanət üzrə aşağıdakı həcmdə kompensasiya ödənilir: 



Sığorta  hadisəsi  baş  verdikdə  Əmanətçiyə  “Əmanətlərin  sığortalanması  haqqında”  və 

“Əmanətlərin  tam  sığortalanması  haqqında”  AR  Qanunlarının  tələblərinə  uyğun  olaraq 

kompensasiya ödəyir.  

Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə 

isə  əmanətlərin  valyutasında  ödənilir.  Əmanətlər  ABŞ  dolları  və  ya  Avroda  olmadıqda 

kompensasiya  bu  valyutaların  biri  ilə  sığorta  hadisəsinin  baş  verdiyi  günə  Mərkəzi  Bankın 

müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə 

üzrə hesablanır və ödənilir.

 

2.2.2.


 

Qanunvericiliklə və Bankın daxili qaydaları ilə müəyyən olunan sənədlər təqdim edildikdən və 

“Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında qeyd olunan əmanət məbləği Banka daxil 

olduqdan sonra şərtlərdən asılı olaraq, müvafiq faizləri hesablayaraq müəyyən olunmuş qaydada 

Müştərinin hesabına köçürmək

2.2.3.


 

“Depozitlərin yerləşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan əmanət müddətinin başa 

çatmasından əvvəl Əmanət məbləği Müştəri tərəfindən tələb olunduqda, Əmanət məbləği və ona 

hesablanmış faizləri (nəzərdə tutulduğu halda) Banka ödənilməli olan bütün məbləğləri akseptsiz 

qaydada tutmaqla, Müqavilənin III.4. bəndinə uyğun olaraq Müştəriyə qaytarmaq; 

2.2.4.


 

Əmanəti qəbul etdikdə Müştəriyə müvafiq təsdiqedici sənəd (əmanət kitabçası) vermək; 

2.2.5.

 

Əmanətin məbləğinə bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada faizlər hesablamaq və 



ödəmək; 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə