Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   ...   4   5   6   7   8   9   10   11   12

 

21 


ver. 1.0.6. date 03.07.17 

5.1.3. 


Kreditin illik 

cərimə faizi:

 

Ödəniş tarixindən



 sonrakı 

ayın 1-dən 

və ya Kredit xəttinin müddəti 

bitdiyi  tarixdən  sonra  Əsas  borc  üzrə  tətbiq  olunan  faiz  dərəcəsi 

nəzərdə tutulur. 

 

5.1.4 



Güzəşt müddəti: 

Kredit xəttinin istifadə olunmuş hissəsinə faizlərin hesablanmadığı 

dövrü nəzərdə tutur.  Bu zaman: 

5.1.4.1.           Əgər  güzəşt  müddəti bitənədək müştəri  cari  borcunu 

tam ödəyərsə, əvvəlki müddət üzrə faizlər hesablanmır. 

5.1.4.2.


 

Əgər  billinq  tarixindən  sonra  Güzəşt  müddəti 

bitənədək  Müştəri  Cari  borcu  tam  ödəməzsə,  Cari  borc 

məbləğinə  İllik  faizlər  hesablanır.  Faizlərin  hesablanması 

güzəşt müddətinin bitdiyi gündən başlayaraq  yalnız carı borc 

məbləği üzrə aparılır. 

Hər ayın 5-inə qədər (5-i də daxil olmaqla) hesab olunur. Əgər ayın 

5-i  və  ya  güzəşt  müddətindən  təkrar  istifadə  edə  bilmək  üçün 

müştərinin ödəniş etdiyi tarix qeyri-iş gününə təsadüf edərsə, Güzəşt 

müddəti  sonrakı  iş  gününə  qədər  uzadılır.

 

Qeyri-iş  günü  edilmiş 



ödəniş növbəti iş günü hesaba mədaxil edilir və güzəşt müddətindən 

təkrar  istifadə  edə  bilmək  üçün  həmin  məbləğ  ən  azı  bir  iş  günü 

hesabda saxlanılır. 

5.1.5. 


Ödəniş tarixi (Due 

Date): 


Güzəşt müddətinin sonuncu günüdür. Əvvəlki təqvim ayında 

aparılmış bütün əməliyyatlar üçün cari növbəti təqvim ayının 10-u 

kimi müəyyən edilmişdir. 

5.1.6. 


Əsas borc:

 

Kredit üzrə faizlər nəzərə alınmadan Müştərinin Bank qarşısında 



olan öhdəliyi, yəni istifadə olunmuş kredit məbləği.

 

5.1.7. 



Cari borc: 

Əsas borc, ona hesablanmış illik faizlər, Xidmət haqqı və cərimə 

faizləri nəzərə alınmaqla Müştəri tərəfindən Banka ödənilməli olan 

məbləğ 


5.1.8. 

Xidmət haqqı: 

Bankın qüvvədə olan tariflərinə əsasən mövcud olan xidmət 

tarifləri. Bura konvertasiya, nağd pulun çıxarılması üçün 

komissiyalar, Kartın dəyişdirilməsi, yenilənməsi, əlavə Kartın 

verilməsi və sair aiddir 

5.1.9. 

Overlimit məbləği:  Kredit limitini aşan məbləğdir 



5.1.10. 

Təminat predmeti: 

Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün

 Ərizə 


formasında göstərilən Depozit kimi yerləşdirilmiş pul məbləği 

 

5.2.

 

Kredit xəttinin miqdarı, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin 

miqdarı və ödənilməsi qaydası 

5.2.1.


 

Bank,  Müştərinin  istifadəsinə  “Ödəniş  kartları  üzrə  xidmətlərin  göstərilməsi  üçün  Ərizə” 

formasında göstərilən limit, müddət və təminat predmeti olan depozitin valyutasında Kredit xətti 

açır.  Bu  zaman  Kredit  xətti  Müştəriyə  təyin  olunmuş  limit  daxilində  pul  vəsaitindən  istifadə 

etmək hüququ verir. Müştəriyə Əsas borc məbləğini Banka faiz hesablanmadan geri qaytarmaq 

üçün Güzəşt müddəti verilir.  

5.2.2.

 

Əgər Ödəniş tarixi qeyri-iş gününə təsadüf edərsə, Güzəşt müddəti Ödəniş tarixindən əvvəlki iş 



günü hesab olunur.  

5.2.3.


 

Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa və ən azı 

bir iş günü ərzində hesabda saxlanılarsa həmin məbləğə heç bir faiz hesablanmır. 

5.2.4.


 

Müştəri  Güzəşt  müddəti  bitənədək  Əsas  borc  məbləğini  Banka  tam  şəkildə  geri  qaytarmadığı 

təqdirdə, həmin məbləğə 2.6. bəndində göstərilən illik faiz dərəcəsi hesablanır. 



 

22 


ver. 1.0.6. date 03.07.17 

5.2.5.


 

Kredit xəttinin qüvvədə olduğu müddəti ərzində Cari borc Banka tam olaraq qaytarılmalıdır. 

5.2.6.

 

Müqavilənin  V.5.1.3.  bəndində  qeyd  olunan  hallarda,  Cari  borc  Müştəri  tərəfindən  Banka 



qaytarılmadığı  təqdirdə,  Əsas  borc  məbləğinə    “Ödəniş  kartları  üzrə  xidmətlərin  göstərilməsi 

üçün Ərizə” formasında göstərilən İllik cərimə faizləri hesablanır. 

5.2.7.

 

Bank Cari borc məbləğini Müştərinin  bütün bank hesablarından akseptsiz qaydada silə bilər. 



5.2.8.

 

Müştərinin  Bank  qarşısında  mövcud  borc  pul  öhdəlikləri  ilə  bağlı  Banka  edilən  hər  hansı  bir 



ödəniş  ilkin  olaraq  Overlimit  məbləği,  sonra  Xidmət  haqqı,  sonra  cərimə  (peniya)  faizlərinin, 

sonra kreditin illik faizlərinin və son olaraq, Əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kredit 

xəttinin valyutası Müştərinin hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, həmin vəsait 

Müştərinin  bütün  bank  hesablarından  silinmə  günü  üçün  Bankın  müəyyən  etdiyi  məzənnəyə 

uyğun olaraq silinir.  

5.2.9.


 

Kredit  xəttindən  istifadə  üzrə  nəzərdə  tutulmuş  faiz  dərəcələri  yalnız  Əsas  borc  məbləğinə 

hesablanır. Kart üzrə Bankın müəyyən etdiyi komissiyalara heç bir komissiya tətbiq olunmur. 

5.2.10.


 

Kart  üzrə  texniki  overdraft,  yəni  Hesabın  məzənnə  fərqi  və  ya  digər  səbəblərdən  Overlimitə 

keçməsi  halı  baş  verərsə,  bu  zaman,  bu  növdən  olan  kart  üzrə  Bankın  mövcud  cərimə  faizləri 

tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan texniki overdraft halının baş 

verdiyi gündən hesablanmağa başlayır. 

 

5.3.



 

Tərəflərin hüquq və vəzifələri 

5.3.1.


 

Bankın hüquqları: 

a.

 



Müştəri tərəfindən Müqavilənin şərtləri pozulduqda, Kartdan istifadəni dayandırmaq və ya ləğv 

etmək kimi tədbirlər görmək, habelə Kartı müsadirə etmək və Kartın nömrəsini “stop-vərəqə”yə 

daxil etmək; 

b.

 



Müqavilə ilə müəyyən olunan xidmət tariflərini Müştərini qabaqcadan məlumatlandırmaq şərti 

ilə birtərəfli qaydada dəyişmək

c.

 

Müştəri  tərəfindən  Müqavilə  öhdəlikləri  yerinə  yetirilmədikdə,  Azərbaycan  Respublikası 



Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək; 

d.

 



Müştəri  ilə  münasibətlərin  tənzimlənməsində  Viza  və  MaterCard  beynəlxalq  normativlərinə 

əsaslanmaq; 

e.

 

Müqavilənin V.5.4. bəndi ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsini 



və onların pozulmasına yol verilməməsini “Müştəri”dən tələb etmək

f.

 



Müştəri  tərəfindən  Banka  ödəniləcək  məbləğləri  Müştərinin  bütün  hesablarından  mübahisəsiz 

qaydada silmək. 

g.

 

Kredit xətti üzrə borcların vaxtında ödənilməsini Müştəridən tələb etmək; 



h.

 

Öz daxili qərarı ilə Kredit xətti üzrə limiti birtərəfli qaydada ləğv etmək



i.

 

Öz daxili qərarlarına əsasən Müştərinin Kredit limitinin həddinə yenidən baxmaq. 



j.

 

Öz daxili qərarlarına əsasən 15 (on beş) təqvim günü əvvəlcədən müvafiq bildirişi təqdim etməklə 



Müştəriyə verilən kredit şərtlərinə yenidən baxmaq.  

5.3.2.

 

Bankın vəzifələri: 

a.

 



Müştəri tərəfindən daxil olmuş müraciətə əsasən Müştəriyə Kartı və müvafiq PİN-zərfi  hazırlayıb 

təqdim etmək; 

b.

 

Müştərinin  müraciətinə əsasən onun hesabı üzrə çıxarışlar vermək; 



c.

 

Kartın  itirilməsi  barədə  Müştəridən  məlumat  aldıqdan  dərhal  sonra  Kartla  əməliyyatları 



dayandırmaq; 

d.

 



Müştərini nağd pul vəsaitinin alınması, xidmət və malların dəyərinin Kart vasitəsilə ödənilməsi 

və bu Kart üzrə təklif olunan digər xidmətlərlə təmin etmək;

 

e.

 



Müqavilə  ilə  üzərinə  götürdüyü  öhdəlikləri  vaxtında  və  lazımi  qaydada  icra  etmək  və  onların 

pozulmasına yol verməmək. 



5.3.3.

 

 Müştərinin hüquqları: 

a.

 



Yazılı sorğu əsasında öz hesabından hər hansı bir dövr üçün əlavə çıxarışlar və hesabdan silinmiş 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə