Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

34.6. Maliyyə bazarlarına nəzarət orqanı xarici kapitallı banklar və xarici bankların yerli filialları 

üçün öz aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər.  



 

Maddə 35. Banklar arasında münasibətlər  

35.1. Bu Qanunla, Maliyyə bazarlarına nəzarət orqanının və Mərkəzi Bankın normativ xarakterli 

aktları  və göstərişləri  ilə, habelə  lisenziyalar  və  icazələrlə  məhdudlaşdırılan  hallar  istisna olmaqla, 

banklar  qarşılıqlı  surətdə  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  ilə  müəyyən  edilmiş 

qaydada hər növ əməliyyatlar apara, bir-birində depozit, o cümlədən müxbir və digər hesablar aça 

bilərlər.  

35.2.  Banklar  öz  aralarında  bank  fəaliyyətinin  həyata  keçirilməsi  ilə  bağlı  əməkdaşlığı  həyata 

keçirə bilərlər. Banklar bu məqsədlə öz aralarında pul vəsaitinin və qiymətli kağızların köçürülməsi, 

klirinq  və  hesablaşma  mexanizmlərindən  istifadə  edilməsi,  qiymətli  kağızların  depozitə  qəbul 

olunması  və  digər  ümumi  bank  xidmətlərinin  göstərilməsi,  üzvlərinin  mənafelərinə  kömək  üçün 

qeyri-kommersiya birliklərinin  yaradılması, habelə bank işinin inkişafını və sabitliyini dəstəkləyən 

fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, həmin sazişlərin iştirakçısı olan banklar 

bu  sazişlər  bağlandıqdan  sonra  7  təqvim  günü  müddətində  onların  surətlərini  maliyyə  bazarlarına 

nəzarət orqanına təqdim etməlidirlər.  

35.3.  Bankların  bank  xidmətləri  bazarının  inhisara  alınmasına  və  bank  işində  rəqabətin 

məhdudlaşdırılmasına  yönəldilmiş  sazişlər  bağlaması  və  razılaşdırılmış  əməliyyatlar  aparması 

qadağandır.  Bank  fəaliyyətinin  inhisara  alınmasına  qarşı  yönəldilmiş  qaydaların  yerinə 

yetirilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.  

35.4.  Banklar  bank  sisteminin  etibarlığını  təmin  etmək  məqsədilə  borcalanların  ödəniş 

qabiliyyəti  və  etibarlığı  haqqında  məlumatı  maliyyə  bazarlarına  nəzarət  orqanında  yaradılan 

mərkəzləşdirilmiş  kredit  reyestrinə  verməyə  borcludurlar.  Mərkəzləşdirilmiş  kredit  reyestrinin  iş 

rejimi,  o  cümlədən  məlumatın  xarakteri,  məlumatların  verilməsi  və  alınması  qaydaları  və  şərtləri 

maliyyə bazarlarına nəzarət orqanın normativ xarakterli aktları ilə müəyyən edilir.  

Maliyyə  bazarlarına  nəzarət  orqanın  icazəsi  və  müəyyən  etdiyi  şərtlər  daxilində  banklar  öz 

aralarında da xüsusi kredit reyestri yarada bilərlər.  

Kredit  reyestrlərində  olan  məlumatlar  yalnız  banklara,  “Bank  olmayan  kredit  təşkilatları 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  bank  olmayan  kredit 

təşkilatlarına və borcalanların özlərinə (banklar arasında yaradılan reyestrdəki məlumatlar həmçinin 

maliyyə bazarlarına nəzarət orqanına) onların müraciəti ilə müəyyən olunmuş qaydada verilə bilər. 

Kredit  reyestrlərində  toplanan  və  oradan  alınan  məlumatlara  bank  sirrinin  bu  Qanunla  müəyyən 

olunmuş qorunması qaydaları şamil olunur.  

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədi ilə məlumatlar ödənişli əsaslarla verilir.  

35.5. Yerli banklar arasında, yerli bankla xarici bankların yerli filial və nümayəndəlikləri, habelə 

xarici 


bankların 

yerli 


filialları 

(nümayəndəlikləri) 

arasında 

mübahisələr 

Azərbaycan 

Respublikasının  Mülki-Prosessual  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada,  Azərbaycan 

Respublikasının məhkəmələri tərəfindən həll edilir.  

 

Maddə 36. Banklarla onların müştəriləri arasında münasibətlər  

36.1.  Banklarla  onların  müştəriləri  arasında  münasibətlər  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsi,  həmin  Məcəlləyə  müvafiq  olaraq,  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul 

edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.  

36.2.  Müştərilər  bank  fəaliyyətinin  bütün  növlərinin  həyata  keçirilməsi  üçün  bankları  müstəqil 

seçirlər  və  bu  məqsədlə  bir  və  ya  bir  neçə  bankın  xidmətlərindən  istifadə  edə  bilərlər.  Hesabların 

açılması,  aparılması  və  bağlanması  qaydaları  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  və 

həmin  Məcəlləyə  müvafiq  olaraq  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul  edilmiş 

normativ xarakterli aktlara, habelə bu Qanuna əsasən həyata keçirilir.  

Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası maliyyə 

bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırılmaqla  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinə 

uyğun olaraq müəyyən edilir.  




36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi ilə 

öz bank lisenziyasını, maliyyə vəziyyəti haqqında məlumatı (sonuncu ay, rüb və il üçün mühasibat 

balansını,  mənfəət  və  zərər  haqqında  hesabatı)  və  sonuncu  hesabat  ili  üçün  auditor  rəyini  təqdim 

etməlidir.  

36.4.  Banklar  yerləşdikləri  binada  yazılı  formada  depozitlərin  (əmanətlərin)  qəbul  edilməsinin, 

kreditlərin  verilməsinin,  hesablaşma-kassa  xidmətinin  və pul köçürmələrinin aparılması  şərtləri  və 

qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər.  

36.5.  Bank  müştərinin  öz  pul  vəsaitindən  istifadə  istiqamətlərini  müəyyənləşdirə  və  nəzarətdə 

saxlaya  bilməz,  müştərinin  öz  pul  vəsaiti  barəsində  özü  istədiyi  kimi  sərəncam  vermək  hüququ 

üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.  

36.6.  Hər  bir  bank  müştərilərlə  bağladığı  müqavilədə  xidmət  şərtlərini,  o  cümlədən  faiz 

dərəcələrini,  komisyon  haqlarını  və  göstərilən  bank  xidmətləri  üçün  digər  ödənişləri,  habelə  bank 

tərəfindən  verilmiş  kreditlərin  ödənişi  şərtlərini  və  qaydalarını  müəyyən  etməkdə  sərbəstdir. 

Azərbaycan  Respublikasında  pul  nişanlarının  nominal  dəyərinin  və  qiymətlər  miqyasının 

dəyişdirilməsi  (denominasiyası)  zamanı  köhnə  nümunəli  pul  nişanlarının  yeni  nümunəli  pul 

nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur  

Kredit  üzrə  faizlər  bankla  müştəri  arasında  bağlanmış  müqavilə  şərtlərinə  uyğun  hesablanır  və 

ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun 

olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.  

36.7. Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların 

yerli  filialları  ilə  onların  yerli  müştəriləri  arasında  bütün  mübahisələr  qanunvericiliklə  müəyyən 

edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.  



 

Maddə 37. Bankın müxbir hesabları və banka həvalə edilmiş aktivlər barəsində səlahiyyətlər  

37.1. Hüquqi və fiziki şəxslərin bankda olan pul vəsaitinə və digər sərvətlərinə qanunda nəzərdə 

tutulan hallarda və qaydada məhkəmənin və ya icra məmurunun qərarı ilə həbs qoyula bilər. Bank, 

hesabın üzərinə həbs qoyulması barədə müvafiq qərarı aldığı andan depozitlər (əmanətlər) və digər 

hesablar üzrə məxaric əməliyyatlarını həbs qoyulmuş vəsait həcmində dayandırmalıdır.  

Bankların müxbir hesablarına həbs yalnız məhkəmənin qərarı ilə bankın özünə qarşı olan tələblər 

üzrə öhdəlik məbləğində qoyula bilər.  

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  bank  əməliyyatının  icrası  maliyyə  monitorinqi 

orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. 

37.2 Müştərinin bankda olan pul vəsaiti və digər sərvətləri yalnız məhkəmənin qanuni qüvvəyə 

minmiş qərarı əsasında müsadirə edilə bilər.  

37.3.  Bank  müştərilərin  pul  vəsaitinə  və  digər  sərvətlərinə  həbs  qoyulması,  müsadirə  edilməsi, 

yaxud  tələb  yönəldilməsi  nəticəsində  müştərilərinə  və  ya  kreditorlarına  dəymiş  zərər  üçün 

məsuliyyət daşımır.  

 

Maddə 38. Hesablaşmalar və pul köçürmələri  

38.1.  Banklar  hesablaşmaları  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə  maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  həmin  Məcəlləyə  müvafiq 

olaraq  qəbul  etdiyi  normativ  xarakterli  aktlara,  bank  praktikasında  tətbiq  olunan  işgüzar  dövriyyə 

adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.  

38.2.  Banklar  beynəlxalq  ödənişləri  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə,  maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  normativ  xarakterli 

aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq 

bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq 

həyata keçirirlər.  

38.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  istifadə  etdikləri  avtomatlaşdırılmış 

hesablaşma  və  pul  köçürmələri  sistemlərinin  etibarlığının  və  təhlükəsizliyinin,  bank 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə