Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

27.9.  Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin  fəaliyyətinin  standartlarını  və 

qaydalarını maliyyə bazarlarına nəzarət orqanı müəyyən edir.  



 

Maddə 28. Kommersiya maraqlarının açıqlanması  

28.1.  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  hər  bir  üzvü  özünün  və  ailə 

üzvlərinin birbaşa və ya dolayısı ilə malik ola bildiyi mühüm kommersiya maraqlarını bankın İdarə 

Heyəti  və  Müşahidə  Şurası  qarşısında  açıqlayır.  Belə  məlumatlar  həmin  şəxslər  bankın  idarəetmə 

orqanlarının  üzvü  seçildikdə  və  sonrakı  dövrlərdə  bankın  daxili  qaydalarına  müvafiq  olaraq 

açıqlanır.  

28.2.  Müşahidə  Şurasının,  Audit  Komitəsinin,  İdarə  Heyətinin  və  bankın  hər  hansı  digər 

komitəsinin və ya işçi qrupunun üzvlərindən birinin, habelə daxili audit bölməsinin əməkdaşlarının 

marağı  ilə  bağlı  məsələ  müzakirəyə  çıxarıldıqda  həmin  üzv  öz  marağı  barəsində  müzakirə 

başlanmazdan  əvvəl  məlumat  verməli,  müzakirədə  və  qərarın  qəbulunda  iştirak  etməməli,  onun 

iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.  

28.2-1.  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri,  habelə  bankın 

struktur  bölmələrinin  (filial,  nümayəndəlik,  şöbə  və  s.)  rəhbərləri  özlərinin,  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsinin  49-1.1.3-cü  və  49-1.1.5-ci  maddələrində  göstərilən  şəxslərin 

bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar 

öz  maraqlarının  xüsusiyyətləri  (onun  yaranması,  həcmi  və  s.)  barədə  məlumatı  Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsinin  49-1.5-ci,  49-1.6-cı  və  49-1.7-ci  maddələri  ilə  müəyyən 

edilmiş qaydada təqdim etməlidirlər.   

28.3. Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri bankın səhmləri 

ilə  əqd  bağlayarkən  məlumatı  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  qaydada 

açıqlamalıdır.  

 

Maddə 29. Bankların yenidən təşkili  

Bankın,  o  cümlədən  bank  lisenziyası  ləğv  edilmiş  bankın  yenidən  təşkilinə  (birləşməsinə, 

qoşulmasına,  bölünməsinə,  ayrılmasına  və  ya  çevrilməsinə)  maliyyə  bazarlarına  nəzarət  orqanın 

müəyyən etdiyi qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.  



 

Maddə 30. Hüquqi şəxslərin kapitalında bankların iştirakının məhdudlaşdırılması  

30.1.  Bankın  başqa  hüquqi  şəxsdə  iştirak  payı  əldə  etməsi  aşağıdakı  hallardan  birinə  səbəb 

olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:  

30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;  

30.1.2. bankın bütün bu cür iştirak paylarının məcmu balans məbləği bankın məcmu kapitalının 

40 faizindən çox olduqda. 

30.2.  Bank  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payını  təşkil  edəcək  və  ya  artıracaq, 

habelə  hüquqi  şəxsi  bankın  törəmə  strukturuna  çevirə  biləcək  iştirak  payını  maliyyə  bazarlarına 

nəzarət orqanın qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.  

30.3.  Banka  borcu  olan  şəxsin  maliyyə  sağlamlaşdırılması  tədbirlərinin  həyata  keçirilməsi 

dövründə  və  ya  borcun  əvəzinə  bankın  mülkiyyətinə  keçirilmiş  səhmlər  (paylar)  iki  ildən  çox 

olmayan  müddətə  bu  Qanunun  30.1-ci  maddəsinə  müvafiq  olaraq,  mühüm  iştirak  payının 

hesablanmasında nəzərə alınmır.  

30.4.  Bu  Qanunun  30.2-ci  maddəsinə  əsasən  icazə  almaq  üçün  banklar  maliyyə  bazarlarına 

nəzarət orqanına aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:  

30.4.1.  bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi 

haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;  

30.4.2.  bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payları  və  nəzərdə  tutulan 

iştirak payının artırılması nəticəsində yaranacaq mühüm iştirak payının miqdarı haqqında məlumat;  

30.4.3.  kapitalında  mühüm  iştirak  payı  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxslərin 

fəaliyyətlərinin əsas istiqamətləri və ünvanları haqqında məlumat, azı son üç maliyyə ilini (hüquqi 

şəxs  üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə  illərini)  əhatə  edən  və  auditor 




yoxlamasından  keçmiş  maliyyə  hesabatları  və  auditor  rəyləri  (maliyyə  vəziyyətini  əks  etdirən 

hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);  

30.4.4.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  hüquqi  şəxs  bankın  törəmə 

strukturuna  çevrilərsə,  bu  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərinin  siyahısı  və  hər  bir  rəhbər 

tərəfindən  imzalanmış  və  imzaları  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuzluğuna  dair 

ərizə;  


Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun 

cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə  müəyyən 

edilmiş qaydada leqallaşdırılmış arayış;  

30.4.5. bankın mühüm iştirak payını əldə edəcəyi hüquqi şəxs xarici bank olduqda, əlavə olaraq 

xarici  bankın  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən 

verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb 

etməklə  bağlı  fəaliyyəti  həyata  keçirmək  üçün  icazəsinin  olduğunu  və  həmin  təşkilatın  nəzərdə 

tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.  

30.5.  Bu  Qanunun  30.4-cü  maddəsinin  tələblərinə  uyğun  təqdim  edilən  sənədlərə  maliyyə 

bazarlarına  nəzarət orqanında ən geci 90 təqvim  günü  müddətində  baxılır.  Həmin  müddət ərzində 

maliyyə  bazarlarına  nəzarət  orqanı  ərizəyə  dair  münasibətini  banka  yazılı  surətdə  bildirməzsə, 

ərizəyə  müsbət  baxılmış  hesab  edilir.  Aşağıdakı  halları  aşkar  etdikdə  maliyyə  bazarlarına  nəzarət 

orqanı başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə banka icazə vermir:  

30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutlmuş sənədlər tam təqdim edilməmişdir; 

30.5.2.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankın  törəmə  strukturuna 

çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;  

30.5.3.  iştirak  payının  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-

qənaətbəxşdir  və  ya  belə  payın  əldə  edilməsi  bankın  maliyyə  vəziyyətinin  pisləşməsinə  səbəb 

olacaqdır;  

30.5.4. nəzərdə tutulan iştirak payı əldə edilən xarici banka yerləşdiyi ölkənin bank tənzimləməsi 

və nəzarəti orqanı tərəfindən lazımi nəzarət həyata keçirilmədiyinə və ya bu orqanın əməkdaşlıqdan 

imtina  etdiyinə  görə,  maliyyə  bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  öz  nəzarət 

funksiyalarını həyata keçirməsi qeyri-mümkündür.  

30.6. Banka icazəni verdikdə maliyyə bazarlarına nəzarət orqanı iştirak payının əldə edilməsinin 

maksimum müddətini müəyyən edir.  

30.7. Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək üçün 

müəyyən edilmiş müddətləri gözləmədikdə, maliyyə bazarlarına nəzarət orqanı həmin banka yazılı 

sərəncam göndərərək, onun öz  iştirak payını  sərəncamda göstərilən tarixədək  ləğv etməyini  və  ya 

icazənin qüvvədən düşdüyünü bildirir.  

30.8.  Xarici  bankın  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  həmin 

banka  lazımi  nəzarət həyata keçirilmədikdə  və  ya bu orqan  maliyyə  bazarlarına  nəzarət orqanı  ilə 

əməkdaşlıqdan  imtina etdikdə  maliyyə  bazarlarına nəzarət orqanı  banka  hüquqi  şəxsin kapitalında 

mühüm iştirak payının  müəyyən etdiyi  müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə 

yazılı göstəriş verir.  



 

IV fəsil. Bankların fəaliyyətinə dair tələblər 

 

Maddə 31. Bankların etibarlı fəaliyyətinə dair tələblər  

31.1.  Banklar  idarəetməni  və  cari  fəaliyyəti  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 

digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 

Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların, habelə bu Qanunun, Maliyyə 

bazarlarına  nəzarət  orqanının  və  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının,  bankın 

nizamnaməsinin  tələblərinə,  onlara  verilmiş  bank  lisenziyasında  və  ya  icazədə  göstərilən  bütün 

məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə