Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

31.2. Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə 

saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün  aktivlərin  qiymətdən 

düşməsinə  qarşı  zəruri  tədbirlər  görməli,  mühasibat  sənədlərini  və  digər  zəruri  sənədləri 

qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini 

formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi 

ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.  



 

Maddə 32. Bankların fəaliyyət növləri  

32.1.  Banklar,  maliyyə  bazarlarına  nəzarət  orqanından  aldığı  bank  lisenziyasında  qadağan 

edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:  

32.1.1.  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi;  

32.1.2.  kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o  cümlədən  istehlak  və  ipoteka 

kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan  faktorinq,  forfeytinq,  lizinq 

xidmətləri və digər kreditləşdirmə növləri;  

32.1.3.  fiziki  və  hüquqi  şəxslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesablarının 

açılması və aparılması;  

32.1.4.  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və  ödəniş 

vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;  

32.1.5.  ödəniş  vasitələrinin  (o  cümlədən  kredit  və  debet  kartları,  yol  çekləri  və  bank  köçürmə 

vekselləri) buraxılması;  

32.1.6.  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə  vasitələrinin  (o  cümlədən  çeklərin, 

köçürmə  veksellərinin,  borc öhdəliklərinin  və depozit sertifikatlarının),  xarici  valyutanın, qiymətli 

metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin və digər qiymətli kağızların, 

habelə  forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin,  opsionların  və  valyutalara, 

səhmlərə,  istiqrazlara, qiymətli  metallara  və  ya  faiz dərəcələrinə aid digər törəmə  vasitələrin  satın 

alınması və satılması;  

32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;  

32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və 

ya müştərilərin hesabına akkreditivlərin açılması;  

32.1.9. çıxarılmışdır; 

32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;  

32.1.11.  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər göstərilməsi;  

32.1.12.  sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini  saxlanca  qəbul  etmək  (xüsusi 

otaqlarda və ya seyf qutularında saxlamaq);  

32.1.13.  qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkasasiya  edilməsi  və 

göndərilməsi;  

32.2.  Banklar  bu  Qanunun  32.1-ci  maddəsində  sadalanan  fəaliyyət  növlərindən  başqa  bu 

Qanunun  33-cü  maddəsində  göstərilən  fəaliyyət  növləri  istisna  olmaqla,  digər  qanunlarla  nəzərdə 

tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.  

32.3. Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət növü üçün qanunvericiliyə 

əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə, banklar yalnız müvafiq xüsusi razılıq 

(lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.  

 

Maddə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri 

33.1.  Bu  Qanunun  32-ci  maddəsində  icazə  verilmiş  fəaliyyət  növləri  istisna  olmaqla,  heç  bir 

bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların işlənilməsi, 

tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və 

ya payçı kimi bunlarda iştirak edə bilməz.  

33.2. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız maliyyə bazarlarına nəzarət orqanın 

icazəsi  ilə  və  yalnız  icazədə  göstərilən  müddət  ərzində  bu  Qanunun  33.1-ci  maddəsində  nəzərdə 



tutulan  fəaliyyət  növlərini  həyata  keçirə  və  ya  həmin  fəaliyyət  növlərini  həyata  keçirən  hüquqi 

şəxslərdə tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilər.  



 

Maddə 34. Prudensial normativlər və tələblər  

34.1. Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və kapitalının miqdarı 

ilə bağlı maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi prudensial normativlərə və tələblərə, o 

cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.  

Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən  edilmiş  yeni  normativlər  və  tələblər, 

onlarda dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və 

məcmu kapitalın minimum miqdarına aid tələblərə dəyişikliklər isə banklara rəsmən bildirildikdən 

sonra  altı  aydan  tez  olmayaraq  qüvvəyə  minir.  Yeni  prudensial  normativlərin  və  tələblərin  geriyə 

qüvvəsi yoxdur.  

34.2. Maliyyə bazarlarına nəzarət orqanı bankların və xarici bankların yerli filiallarının maliyyə 

sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:  

34.2.1.  nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları  üçün  nizamnamə  kapitalına 

bərabər tutulmuş vəsaitin) minimum miqdarını;  

34.2.2.  məcmu  kapitalın  minimum  miqdarını  (xarici  bankların  yerli  filialları  üçün  məcmu 

kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);  

34.2.3.  əsas  və  məcmu  kapitalın  risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə  (xarici  bankların  yerli 

filialları  üçün  əsas  və  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  risk  dərəcəsi  üzrə  ölçülmüş 

aktivlərə) nisbətini (kapitalın adekvatlıq əmsallarını);  

34.2.4. likvidlik göstəricilərini;  

34.2.5.  bir  borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üçün  kredit  risklərinin 

maksimum miqdarını;  

34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarını;  

34.2.7.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  kreditlərin 

maksimum miqdarını;  

34.2.8.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  məcmu 

kreditlərin maksimum miqdarını;  

34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;  

34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;  

34.2.11. açıq valyuta mövqeyinin limitlərini;  

34.2.12.  aktivlərin,  balansarxası  öhdəliklərin  təsnifatından  və  qiymətləndirilməsindən  asılı 

olaraq, mümkün zərərin ödənilməsi üçün xərclər hesabına yaradılan xüsusi ehtiyatlara aid tələbləri;  

34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;  

34.2.14. aidiyyəti şəxslərlə aparılan əməliyyatlara aid tələbləri;  

34.2.15.  aktivlərin  və  passivlərin  ödəniş  müddətlərinin  və  faiz  dərəcələrinin  uyğunluğuna  dair 

tələbləri; 

34.2.16kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını.  

34.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının 

fəaliyyətinin  tənzimlənməsini  həyata  keçirdikdə,  bu  Qanunun  34.2-ci  maddəsində  göstərilən 

prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edir.  

34.4.  Banklar  maliyyə  bazarlarına  nəzarət  orqanın  müəyyən  etdiyi  korporativ  idarəetmə 

standartlarına riayət etməlidirlər.  

34.5.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankların  fəaliyyət  riskini  azaltmaq,  əmanətçilərin  və 

kreditorların  mənafelərini  qorumaq  məqsədi  ilə  bu  Qanunun  34.2-ci  maddəsində  nəzərdə  tutulan 

normativ  və  tələblərdən  başqa  beynəlxalq  bank  nəzarəti  praktikasında  qəbul  olunmuş  əlavə 

normativlər  və  tələblər  müəyyən  etmək  hüququna  malikdir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı 

sistem  əhəmiyyətli  banklara  münasibətdə  banklar  üçün  bu  Qanunun  34.2-ci  maddəsinə  əsasən 

müəyyən  edilmiş  normativ  və  tələblərdən  fərqli  normativlər  və  tələblər  müəyyən  etmək  hüququna 

malikdir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə