Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

57-4.1.3. müvəqqəti inzibatçının təyinat müddətinin uzadılması barədə qərar qəbul edir; 

57-4.1.4.  müvəqqəti  inzibatçının  bankın  idarəedilməsi  ilə  bağlı  bu  Qanun  çərçivəsində  qəbul 

etdiyi qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxır. 

57-4.2.  Müvəqqəti  inzibatçının  fəaliyyətinə  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

aşağıdakı hallarda xitam verilir: 

57-4.2.1. müvəqqəti inzibatçının təyinat müddəti bitdikdə; 

57-4.2.2. bu Qanunun 57-4.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, müvəqqəti inzibatçının 

fəaliyyətinə vaxtından əvvəl xitam verildikdə; 

57-4.2.3. ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda; 

57-4.2.4. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası başa 

çatdırıldıqda. 

57-4.3.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planının  icrası 

nəzərdə  tutulan  müddətdə  başa  çatdırılmadıqda  və  ya  ödəmə  qabiliyyətinin  bərpası  ilə  bağlı 

tədbirlər nəticə vermədikdə, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının fəaliyyətinə 

vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir. 

57-4.4.  Müvəqqəti  inzibatçının  fəaliyyətinə  xitam  verildikdən  sonra  o,  yekun  hesabatı  30  gün 

müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. 

 

Maddə 57-5. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planı 

57-5.1. Müvəqqəti inzibatçının təqdim etdiyi gündən 15 təqvim günü ərzində maliyyə bazarlarına 

nəzarət  orqanı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planını  təsdiq 

etməlidir. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 15 təqvim gününədək uzadıla 

bilər. 

57-5.2. Tədbirlər planının layihəsi müvəqqəti inzibatçı tərəfindən minimum itkinin hesablanması 

prinsipi ilə müvafiq təhlillər və hesablamalar aparılmaqla hazırlanır. 

57-5.3.  Tədbirlər  planı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin 

inventarizasiyasının nəticələri və bankın maliyyə və əmlak vəziyyətinin qiymətləndirilməsi əsasında 

müəyyən edilmiş bu Qanunun 57.6-cı maddəsində nəzərdə tutulmuş tədbirlərdən hər hansı biri ilə 

bankın ödəmə qabiliyyətinin bərpası və ya ləğvi üçün müvafiq tədbirləri özündə əks etdirməlidir. 

57-5.4. Tədbirlər planına xüsusilə aşağıdakılar daxil edilir: 

57-5.4.1.  ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiya  tədbiri  kimi  itkilər  və  xərclər 

baxımından  daha  sərfəli  olan  bu  Qanunun  57.6-cı  maddəsində  göstərilmiş  tədbirlərdən  hər  hansı 

birinin  seçilməsi  üçün  xərclərin  əsaslandırılması  və  onların  müqayisəli  təhlili  (bu  cür  təhlilin 

aparılması  qaydaları  və  metodologiyası  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən 

edilir); 

57-5.4.2.  bankın  rezolyusiyası  zamanı  proses  iştirakçıları,  bankın  əmanətçiləri  və  digər 

kreditorları ilə münasibətlərin tənzimlənməsinin üsul, qayda və şərtləri; 

57-5.4.3. alıcı bankın və investorun seçilməsi üçün hərracın şərtləri; 

57-5.4.4. tədbirlər planının həyata keçirilməsi üçün müddət; 

57-5.4.5. bankın ləğvi zamanı satıla bilən aktivlərin qiymətləndirilmiş dəyəri. 

57-5.5.  Tədbirlər  planı  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təsdiq  edildikdən  sonra 

bankın müvəqqəti idarə edilməsi və (və ya) ləğv edilməsi bu plan əsasında həyata keçirilir. Maliyyə 

bazarlarına nəzarət orqanı tədbirlər planına əlavə və dəyişikliklər etmək səlahiyyətinə malikdir. 

 

Maddə  57-6.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin alıcı  banka 

köçürülməsi 

57-6.1.  Tədbirlər  planına  uyğun  olaraq  müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş  bankın 

aktiv  və  öhdəliklərinin  bu  Qanunda  nəzərdə  tutulan  qaydada  alıcı  banka  köçürülməsini  təmin 

etməlidir. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərini qəbul etmək istəyən alıcı bank 

sağlam  bank  olmalıdır.  Alıcı  bankın  sağlam  bank  olmasının  müəyyən  edilməsi  üçün  alıcı  bankın 

maliyyə  vəziyyəti,  idarəetmə  sistemi,  əmanətçilər  və  kreditorlar  qarşısında  öhdəliklərini  yerinə 

yetirmə  qabiliyyətinin  olması,  prudensial  tələbləri  yerinə  yetirməsi,  habelə  aktivlərin 


köçürülməsinin  bank  sistemində  yaradacağı  risklər  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən 

qiymətləndirilir. Qiymətləndirmə nəticəsində maliyyə bazarlarına nəzarət orqanının müsbət  rəyini 

almış alıcı bank bu Qanunun 57-6.3-cü maddəsində nəzərdə tutulmuş hərracda iştirak edə bilər. 

57-6.2.  Müvəqqəti  inzibatçı  köçürüləcək  aktiv  və  öhdəliklərin  reyestrini  tərtib  edir.  Aktiv  və 

öhdəliklərin  köçürülməsi  zamanı  müvəqqəti  inzibatçı  kreditorların  bu  Qanunun  82-ci  maddəsi  ilə 

müəyyən  edilmiş  növbəliliyinə  uyğun  olaraq,  bütün  kreditorlarla  bərabər  və  vicdanla 

davranmalıdır. 

57-6.3.  Alıcı  bank  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən  edilən  qaydalara 

uyğun  olaraq  keçirilən  hərrac  yolu  ilə  seçilir.  Hərrac  nəticəsində  seçilmiş  alıcı  bankla  bağlanan 

müqavilədə  həmin  bankın  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərini  qəbul  etməsi 

barədə yazılı öhdəliyi əks olunmalıdır. 

57-6.4.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  öhdəlikləri  onların  balans  dəyərində  alıcı  bankla 

bağlanılan  borcların  ötürülməsi  haqqında  müqavilə  əsasında  köçürülür.  Borcların  ötürülməsi 

haqqında müqavilənin bağlanması üçün kreditorların razılığı, eləcə də ödəmə qabiliyyətini itirmiş 

bankın  kreditorları  ilə  bağlanmış  müqavilələrdə  əlavə  və  dəyişikliklərin  edilməsi  tələb  olunmur. 

Alıcı bank kreditorlara münasibətdə borclunun bütün hüquq və vəzifələrini əldə edir. 

57-6.5.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktivləri  qüvvədə  olan  əqdlər  və  qiymətli  kağızlarla 

bağlı  müqavilələr  əsas  götürülməklə,  alıcı  bankla  bağlanan  tələbin  güzəşti  və  qiymətli  kağızlara 

hüquqların  ötürülməsi  haqqında  müqavilə  əsasında  köçürülür.  Bu  cür  müqavilənin  bağlanması 

üçün borcluların razılığı tələb olunmur. Alıcı bank ona ötürülmüş tələblər və qiymətli kağızlar üzrə 

hüquqlarla bağlı borclulara münasibətdə kreditorun bütün hüquq və vəzifələrini əldə edir. Müvafiq 

borclularla  ödəmə  qabiliyyətini  itirmiş  bank  arasında  bağlanmış  müqavilələrə  əlavə  və 

dəyişikliklərin edilməsi tələb olunmur. 

57-6.6.  Bu  Qanunun  57-6.4-cü  və  57-6.5-ci  maddələrində  qeyd  olunan  müqavilələr  bir  sənəd 

kimi (qarışıq müqavilə) tərtib oluna bilər. 

57-6.7.  Müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin  digər 

banka köçürülməsi barədə borcluları və kreditorları müvafiq müqavilələr bağlandığı vaxtdan 5 gün 

müddətində məlumatlandırmalıdır. 

57-6.8. Aktiv  və  öhdəliklərin  alıcı  banka  köçürülməsinin  başa  çatdığı  gün  maliyyə  bazarlarına 

nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bankın bank lisenziyasının ləğvi barədə qərar qəbul edir 

və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəməyə müraciət edir. 

 

 

Maddə 57-7. Ödəmə qabiliyyətini itirmiş bankın satılması və sağlam banka qoşulması 

57-7.1. Müvəqqəti inzibatçı bankın rezolyusiyası ilə bağlı tədbirlər planına uyğun olaraq ödəmə 

qabiliyyətini itirmiş bankı məhkəmənin qərarı ilə təsdiq edilməklə investora satır. 

57-7.2.  İnvestor  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən  edilən  tələblərə  cavab 

verməlidir. 

57-7.3.  Bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planında  ödəmə  qabiliyyətini  itirmiş  bankın 

investora satılmasının məhkəmə qərarı ilə təsdiq edildiyi gündən başlayaraq: 

57-7.3.1.  müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  səhmdarları  adından  səhmlər 

barəsində sərəncam vermək hüquqlarını əldə edir; 

57-7.3.2. ödəmə qabiliyyətini itirmiş bankın məcmu kapitalı nizamnamə kapitalından az olduğu 

halda, müvəqqəti inzibatçı bankın səhmlərinin yeni nominal dəyərinin müəyyən edilməsi və bankın 

nizamnamə  kapitalının  müvafiq  həcmdə  azaldılması  barədə  qərar  qəbul  edir.  Bankın  kapitalı 

itirildiyi halda, bankın nizamnamə kapitalının dəyəri şərti maliyyə vahidinə endirilir; 

57-7.3.3. bankın səhmdarlarına  səhmlər barədə istənilən formada sərəncam verilməsi, xüsusilə 

onların özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya vəkalətli idarəetməyə verilməsi qadağan olunur. 

Səhmlərin  bu  cür  yüklülüyü  barədə  məlumat  maliyyə  bazarlarına  nəzarət  orqanının  müraciəti 

əsasında qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınır. 

57-7.4.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  satış  qiyməti  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən  müəyyən  olunmuş  qaydalara  uyğun  olaraq  keçirilən  hərrac  yolu  ilə  müəyyən  olunur. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə