Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

50.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bu  Qanunun  49-cu  maddəsində  nəzərdə  tutulmuş 

sanksiyaların  tətbiqi  haqqında  qərar  qəbul  etdikdə,  bu  qərar  barəsində  müvafiq  banka 

təxirəsalınmadan bildiriş göndərməlidir.  

50.4.  Barəsində  sanksiya  tətbiq  edilmiş  şəxslər  bu  qərardan  Azərbaycan  Respublikasının 

“İnzibati  Prosessual  Məcəlləsi”  ilə  müəyyən  edilmiş  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər. 

Şikayətin verilməsi bu Qanunun 49.1.2-ci və 49.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaların 

icrasını dayandırmır.  

 

VII fəsil. Müvəqqəti inzibatçı 

 

Maddə 51. Müvəqqəti inzibatçının təyin edilməsinin əsasları  

51.1.  Aşağıdakıların  müəyyənləşdirildiyi  hallarda  maliyyə  bazarlarına  nəzarət  orqanı  banka 

müvəqqəti inzibatçı təyin edir:  

51.1.1.  bankın  məcmu  kapitalının  miqdarı  maliyyə  bazarlarına  nəzarət  orqanın  banklar  üçün 

müəyyən etdiyi məcmu kapitalının minimum miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalı 3 

faizə çatmışdır;  

51.1.2. bank öhdəlikləri üzrə ödənişlərin icrasını təmin edə bilmir;  

51.1.3. bank barəsində iflas proseduruna başlanılması haqqında ərizə verilmişdir;  

51.1.4. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməlidir.  

51.2.  Bank  bu  Qanunun  47-ci,  48-ci  və  49.1.2-ci  maddələrinə  uyğun  olaraq,  müəyyən  edilmiş 

tələbləri yerinə yetirmədikdə, maliyyə bazarlarına nəzarət orqanı həmin banka müvəqqəti inzibatçı 

təyin etmək hüququna malikdir.  



 

Maddə 52. Müvəqqəti inzibatçının təyin edilməsi  

52.1.  Müvəqqəti  inzibatçı  maliyyə  bazarlarına  nəzarət  orqanın  işçiləri  sırasından  və  ya  kənar 

şəxslərdən  (fiziki  və/və  ya  hüquqi)  12  aydan  çox  olmayan  müddətə  təyin  edilir.  Təyinat  müddəti 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 6 aydan çox olmayan müddətə uzadıla bilər.  

52.2.  Müvəqqəti  inzibatçının  əmək  haqqı  və  çəkdiyi  xərclər  bankın  aktivləri  hesabına, 

çatışmayan hissədə isə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ödənilir.  

52.3.  Banklara  aidiyyəti  olan  şəxslər,  habelə  bankın  kreditorları  və  borcluları  (maliyyə 

bazarlarına  nəzarət  orqanı  istisna  olmaqla)  bankın  müvəqqəti  inzibatçısı  vəzifəsinə  təyin  oluna 

bilməzlər.  

52.4.  Müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  təyinat  müddətinin  uzadılması  haqqında 

qərarda  müvafiq  əsaslar,  müvəqqəti  inzibatçı  haqqında  məlumat  və  onun  səlahiyyət  müddəti 

göstərilir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  qərar  qəbul  edildikdən  sonra  onun  dərhal  bankın 

Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir.  

52.5.  Müvəqqəti  inzibatçı  öz  fəaliyyətində  bu  Qanunu,  qüvvədə  olan  normativ  hüquqi  aktları, 

maliyyə  bazarlarına  nəzarət  orqanın  normativ  xarakterli  aktlarını,  habelə  göstəriş  və  tövsiyələrini 

rəhbər tutur.  

52.6.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  müvəqqəti  inzibatçının  təyin  edilməsi  haqqında 

qərarının  təsdiq  edilmiş  surəti  banka  təqdim  edildiyi  gündən  etibarən  5  təqvim  günü  müddətində 

bankın Müşahıdə Şurası banka təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona razılıq 

verilməsi  barədə  qərar  qəbul  etməli  və  qərarın  təsdiq  edilmiş  surətini  maliyyə  bazarlarına  nəzarət 

orqanına  təqdim  etməlidir.  Bank  maliyyə  bazarlarına  nəzarət  orqanın  müraciətinə  münasibətini 

bildirmədikdə, bank müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş hesab olunur.  

52.7. Maliyyə bazarlarına nəzarət orqanı təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz aldıqda 5 

təqvim  günü  müddətində  öz  qərarına  yenidən  baxmalı,  təyinatın  ləğv  edilməsi  və  ya  seçimini 

əsaslandıraraq  qərarının  qüvvədə  saxlanılması  barədə  qərar  qəbul  etməlidir.  Maliyyə  bazarlarına 

nəzarət  orqanın  digər  müvəqqəti  inzibatçının  təyin  edilməsi  və  ya  əvvəlki  təyinatının  qüvvədə 

saxlanılması barədə qərarı dərhal müvafiq banka təqdim olunmalıdır.  

52.8.  Bu  qanunun  52.6-cı  və  52.7-ci  maddələrində  nəzərdə  tutulmuş  hallardan  asılı  olmayaraq, 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı maliyyə bazarlarına 



nəzarət  orqanın  onun  təyin  olunması  barədə  qərarı  çıxarıldıqdan  sonra  dərhal  öz  vəzifələrinin 

icrasına  başlamalıdır.  Müvəqqəti  inzibatçının  təyinatı  dəyişdirildikdə,  müvəqqəti  inzibatçı  dərhal 

bankın  aktivlərinin  idarə  olunmasını,  mühasibat  kitablarını  və  yazılarını  yeni  təyin  olunmuş 

müvəqqəti inzibatçıya təhvil verməlidir.  

52.9. Bank müvəqqəti inzibatçının təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanın 

qərarı,  habelə  maliyyə  bazarlarına  nəzarət  orqanın  müvəqqəti  inzibatçının  təyinatını  təsdiq  edən 

qərarı  ilə  razı  olmadıqda,  həmin  qərarlardan  sonuncu  qərar  təqdim  edildikdən  sonra  Azərbaycan 

Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət edə 

bilər.  

 

Maddə 53. Müvəqqəti inzibatçının səlahiyyətləri  

53.1. Müvəqqəti inzibatçı təyin olunduğu gündən:  

53.1.1. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır;  

53.1.2. bankın idarəedilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri müvəqqəti inzibatçıya 

keçir.  Bankın  müvəqqəti  inzibatçısı  bankın  satılması,  yenidən  təşkili  və  ləğvi  haqqında  qərarlar 

qəbul  edə  bilməz.  Bankın  satılması  və  yenidən  təşkili  yalnız  məhkəmənin  qərarı  əsasında  həyata 

keçirilə bilər;  

53.1.3. bankın mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat 

hazırlayıb  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  edir.  Hesabata  bankın  ləğvi  zamanı  satıla 

bilən  aktivlərin  dəyərləndirilmiş  qiyməti  daxil  edilir.  Hesabatın  tərtib  edilməsinə  müstəqil  auditor 

da  cəlb  oluna  bilər.  Auditorun  xidmətləri  bankın  hesabına  ödənilir.  Maliyyə  bazarlarına  nəzarət 

orqanı ona təqdim olunan hesabata dair müvafiq qərar qəbul edir;  

53.1.4. bankın adından və bankın hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə həyata 

keçirilir, əks halda həmin əqdlər etibarsız sayılır.  

53.2.  Müvəqqəti  inzibatçı  bankın  idarəetmə  orqanlarının  səlahiyyətlərindən  başqa  aşağıdakıları 

həyata keçirir:  

53.2.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;  

53.2.2. bankın kreditorlarını və onların qarşısında bankın pul öhdəliklərinin miqdarını müəyyən 

edir;  

53.2.3.  bank  qarşısında  olan  borcların  qaytarılması  üçün  qanunvericiliklə  müəyyən  edilmiş 



qaydada tədbirlər görür;  

53.2.4. bankın adından müqavilələr və sənədlər imzalıyır;  

53.2.5.  zərurət  olduqda  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bankın  investisiya 

qoyuluşunu  nəzərdə  tutan  bağlanmış  müqavilələri  ləğv  edir  və  ya  onlara  dəyişikliklər  və  əlavələr 

edir, habelə bankın bağladığı müqavilələrdə komisyon haqlarının, faizlərin və onların müddətlərini 

dəyişdirir;  

53.2.6. bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir;  

53.2.7. işdən azad edilmə, aşağı vəzifəyə keçirilmə, müvəqqəti vəzifədən kənarlaşdırma, bankın 

işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir;  

53.2.8. bu Qanunun 57-ci maddəsinə müvafiq olaraq, bankın maliyyə sağlamlaşdırılmasına dair 

tədbirləri həyata keçirir.  

53.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  razılığı  ilə  müvəqqəti  inzibatçı  bankın  idarə 

edilməsinə başqa şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər.  

53.4. Fəaliyyətə başladığı gündən etibarən bankın inzibatçıları və əməkdaşları bankın möhürünü 

və  ştamplarını,  mühasibat  kitablarını  və  digər  sənədlərini,  əmlakı  və  digər  qiymətliləri  müvəqqəti 

inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim etməlidirlər.  

53.5.  Müvəqqəti  inzibatçının  müraciəti  ilə  hüquq-mühafizə  orqanları  müvəqqəti  inzibatçının 

bankın  binasına daxil olmasını,  bankın  aktivlərini,  mühasibat kitablarını  və  yazılarını  idarəetməyə 

qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.  

 

Maddə 54. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvəqqəti inzibatçının fəaliyyəti 

üzərində nəzarət  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə