Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

edilmiş  ləğvedici  başqası  ilə  əvəz  edildiyi  hallarda,  eyni  qaydada  təhvil-təslim  işləri  həyata 

keçirilməlidir. Təhvil-təslim aktı bankın məcburi ləğvi barədə qərar çıxarmış məhkəmənin qərarı ilə 

təsdiq  edilir.  Ləğvedicinin  qəbul  etdiyi  qərarlar  və  göstərişlər  məcburi  ləğv  edilən  bankın  işçiləri 

üçün məcburi xarakter daşıyır.  

59.7.  Bankın  ləğvi  ilə  bağlı  bütün  xərclər  bankın  aktivləri  hesabına  ödənilir.  Ləğvedicinin 

(ləğvedicilərin)  əmək  haqqı  maliyyə  bazarlarına  nəzarət  orqanın  təklifi  ilə  məhkəmə  tərəfindən 

təyin edilir. Bu xərclər növbədənkənar qaydada ödənilir.  

59.8.  Bankın  məcburi  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən  edilmiş 

qaydada  həyata  keçirilir.  Məcburi  ləğv  olunan  bankın  aralıq  ləğvetmə  balansı,  ləğvetmə 

tədbirlərinin  və  öhdəliklərin  yerinə  yetirilməsi  barədə  hesabat,  habelə  ləğvetmə  balansı  məhkəmə 

tərəfindən  təsdiq  olunur.  Müvafiq  hesabatların  təqdim  edilməsi  müddətləri  məhkəmə  tərəfindən 

müəyyən olunur.  

59.9. Məhkəmənin qərarı ilə ləğvedici bu Qanunun 74-cü maddəsində nəzərdə tutulmuş bir və ya 

bir neçə əməliyyatı həyata keçirə bilər.  

59.10.  Bankın  məcburi  ləğvi  dövründə  ləğvedici  öz  fəaliyyəti  haqqında  maliyyə  bazarlarına 

nəzarət  orqanına  onun  müəyyənləşdirdiyi  formada  və  müddətlərdə  hesabat  verir,  habelə  maliyyə 

bazarlarına nəzarət orqanın tələb etdiyi sənədləri və informasiyanı təqdim edir.  

Ləğvedicinin  öz  funksiyalarını  lazımınca  yerinə  yetirməməsi  faktı  aşkar  edilərsə,  maliyyə 

bazarlarına nəzarət orqanın müraciəti ilə məhkəmə ləğvedicinin başqa şəxslə əvəz edilməsi barədə 

qərar çıxara bilər.       

59.11.  Ləğvedici  məcburi  ləğv  tədbirlərini  həyata  keçirərkən  bu  Qanunun  61-cı  maddəsində 

göstərilmiş  əsaslardan  hər  hansı  birinin  mövcudluğunu  aşkar  etdikdə,  bank  barəsində  iflas 

proseduruna  başlanmasına  dair  əsaslandırılmış  vəsatətlə  maliyyə  bazarlarına  nəzarət  orqanına 

müraciət edir.  

 

X fəsil. Bankların iflası 

 

Maddə 60. Bankların müflisləşmə və iflas prosedurlarının tənzimlənməsi  

60.1.  “Müflisləşmə  və  iflas  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  və  həmin  Qanunu 

tamamilə və ya qismən dəyişdirən və əvəz edən hər hansı digər qanunlar banklara tətbiq olunmur.  

60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan 

edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir.  

 

Maddə 61. İflas proseduruna başlanılması üçün əsaslar  

61.1. Bank barəsində iflas proseduruna aşağıdakı əsaslardan biri və ya bir neçəsi üzrə başlanıla 

bilər:  

61.1.1.  bankın  məcmu  kapitalının  miqdarı  banklar  üçün  müəyyən  edilmiş  məcmu  kapitalın 

minimum miqdarının 25 faizindən və ya məcmu kapitalın adekvatlıq əmsalının 3 faizdən az olduğu 

maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmişdir;  

61.1.2.  bank  (bu  Qanunun  57-11-ci  maddəsinə  əsasən  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyası  məsələlərinə  dair  bankla  maliyyə  bazarlarına  nəzarət  orqanı  arasında  yazılı 

razılaşma  bağlandığı  andan  restrukturizasiyasının  aparıldığı  müddət  istisna  olmaqla  öz  maliyyə 

öhdəliklərini onların icra vaxtı çatdıqda yerinə yetirməyə qadir deyildir;  

61.1.3.  bank  (bu  Qanunun  57-11-ci  maddəsinə  əsasən  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyası  məsələlərinə  dair  bankla  maliyyə  bazarlarına  nəzarət  orqanı  arasında  yazılı 

razılaşma  bağlandığı  andan  restrukturizasiyasının  aparıldığı  müddət  istisna  olmaqla  vaxtı  çatmış 

maliyyə öhdəliklərini kreditorlar tərəfindən tələblər irəli sürüldükdə ödəməyə qadir deyildir.  



 

Maddə 62. İflas proseduruna başlanılmasına dair ərizə  

62.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə məhkəmə aşağıdakı hallarda 

baxır:  



62.1.1. ərizə  bankın  lisenziyasının  ləğv  edilməsi  haqqında qərarla  və  bankın  bu Qanunun 61-ci 

maddəsində  göstərilən  əsasların  mövcudluğunu  təsdiqləyən  maliyyə  hesabatı  ilə  birlikdə  maliyyə 

bazarlarına nəzarət orqanı tərəfindən verildikdə;  

62.1.2. ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə bu Qanunun 62.2-ci maddəsinə 

uyğun olaraq, kreditorlar tərəfindən verildikdə.  

62.2. Bank bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, öz öhdəliklərini yerinə yetirmədikdə, 

bir  və  ya  daha  neçə  kreditor  maliyyə  bazarlarına  nəzarət  orqanına  vəsatətlə  müraciət  edə  bilər. 

Maliyyə bazarlarına nəzarət orqanı vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və 

əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi 

və  iflas  proseduruna  başlanılmasına  dair  məhkəməyə  ərizə  vermək  haqqında  qərar  qəbul  edir. 

Maliyyə  bazarlarına  nəzarət  orqanı  məhkəməyə  ərizəni  bu  barədə  qərarı  qəbul  etdikdən  sonra  3 

təqvim  günü  ərzində  verir.  Bankın  öz  öhdəliklərini  yerinə  yetirmədiyi  faktı  müəyyən 

edilməmişdirsə,  maliyyə  bazarlarına  nəzarət  orqanı  kreditorlara  əsaslandırılmış  imtina  göndərir. 

Kreditorların ərizəsinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən rədd edilməsi onlar tərəfindən 

məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.  

62.3.  Ərizə  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  verildikdən  sonra  dərhal  moratorium 

qüvvəyə  minir.  Moratoriuma  görə  məhkəmənin  icazəsi  olmadan  heç  bir  kreditor  borcunun 

qaytarılmasını  və  ya  borcu  müqabilində  bankın  əmlakının  ona  verilməsini  və  ya  hər  hansı  girov 

(ipoteka)  təminatının  tutulmasını  tələb  edən  tədbirlər  görə  bilməz,  yaxud  banka  qarşı  hər  hansı 

tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.  



 

Maddə 63. Müvəqqəti inzibatçının təyin edilməsi  

63.1.  Bankın  kreditorları  bu  Qanunun  61.1.3-cü  maddəsinə  uyğun  olaraq,  bank  barəsində  iflas 

proseduruna  başlanılmasına  dair  vəsatəti  maliyyə  bazarlarına  nəzarət  orqanına  verildikdən  sonra 

maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 57-ci maddəsinə müvafiq surətdə banka müvəqqəti 

inzibatçı  təyin  edir.  Müvəqqəti  inzibatçı  bu  Qanunun  57-2-ci  maddəsinə  uyğun  olaraq,  bankın 

idarəçiliyini dərhal üzərinə götürür.  

63.2. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda müvəqqəti inzibatçının təyinatına 

bu Qanunun 52.6-cı maddəsinin müddəaları şamil edilmir.  



 

Maddə 64. Məhkəmə baxışı  

64.1.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəni  baxılmağa  qəbul  etdikdən 

sonra  məhkəmə  maliyyə  bazarlarına  nəzarət  orqanını,  bütün  digər  ərizəçiləri  və  bankın  özünü, 

maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ərizə  verildikdə  isə  həmçinin  bankın  müvəqqəti 

inzibatçısını  ərizəyə  baxılması  üzrə  qapalı  iclasda  iştiraka  dəvət  edir.  Məhkəmə  baxışı  ərizənin 

verildiyi andan 48 saat ərzində başlanılmalıdır.  

64.2. Məhkəmə baxışı ərizənin verildiyi gündən 7 təqvim günü müddətində başa çatdırılmalıdır. 

Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.  



 

Maddə 65. Ərizənin rədd edilməsi üçün əsaslar  

65.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni məhkəmə aşağıdakı hallarda 

rədd edir:  

65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;  

65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq, maliyyə bazarlarına nəzarət orqanı ərizəyə 

etiraz etdikdə;  

65.1.3.  ərizənin  əsaslandırılması  üçün  məhkəməyə  təqdim  edilmiş  hər  hansı  sənəd  və  ya  digər 

sübut saxta və ya qeyri-dəqiq olduqda və bu sənədlərsiz, yaxud digər sənədlərsiz ərizə bu Qanunun 

tələblərinə cavab vermədikdə;  

65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;  

65.1.5. bu Qanunun 61.1-ci maddəsində göstərilmiş əsasların aradan qalxması üçün kifayət edən 

məbləğdə kapitalın  bərpasına dair  məhkəməni  və  maliyyə  bazarlarına  nəzarət orqanını təmin  edən 

sübutlar təqdim edildikdə.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə