Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

57-9.6.  Tədbirlər  planına  xüsusilə  ödəmə  qabiliyyətini  itirmiş  bankın  ödəmə  qabiliyyətinin 

bərpası  tədbiri  kimi  itkilər  və  xərclər  baxımından  daha  sərfəli  olan  bu  Qanunun  57-9.5-ci 

maddəsində göstərilmiş metodlardan hər hansı birinin seçilməsi üçün xərclərin əsaslandırılması və 

onların  müqayisəli  təhlili  daxil  edilir  və  bankın  sağlamlaşdırılması  üçün  tələb  olunan  dövlət 

vəsaitinin məbləği göstərilir. 

57-9.7.  Tədbirlər  planı  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  hazırlandıqdan  sonra 

bankın  sağlamlaşdırılması  üçün  tələb  olunan  dövlət  vəsaitinin  məbləği  və  ödənilməsi  üsulları 

razılaşdırılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Tədbirlər planına müvafiq 

icra  hakimiyyəti  orqanının  təklifi  ilə  müvafiq  əlavə  və  (və  ya)  dəyişikliklər  edilir.  Tədbirlər  planı 

təqdim  olunduqdan  sonra  10  gün  ərzində  müvafiq  icra  hakimiyyəti  orqanı  plana  dair  öz 

əsaslandırılmış  rəyini  təqdim  etməlidir.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müvafiq  icra 

hakimiyyəti  orqanının  rəyini  aldıqdan  sonra  3  gün  müddətində  ödəmə  qabiliyyətini  itirmiş  sistem 

əhəmiyyətli  bankın  tədbirlər  planını  müvafiq  qərar  qəbul  edilməsi  üçün  həmin  rəylə  birlikdə 

müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edir.  Müvafiq  icra  hakimiyyəti  orqanı  bankın 

sağlamlaşdırılması  təklifinə  müsbət  baxdıqda,  bankın  maliyyə  sağlamlaşdırılması  haqqında  qərar 

qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir. 

57-9.8.  Ödəmə  qabiliyyətini  itirmiş  sistem  əhəmiyyətli  bankın  dövlət  tərəfindən  satınalınması 

dövlət büdcəsi vəsaiti hesabına və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət zəmanəti ilə 

təmin  edilmiş  istiqrazların  emissiya  edilərək  qiymətli  kağızlar  bazarında  yerləşdirilməsilə  həyata 

keçirilir.  Ödəmə  qabiliyyətini  itirmiş  sistem  əhəmiyyətli  bankın  məcmu  kapitalı  nizamnamə 

kapitalından  az  olduğu  halda,  bankın  səhmlərinin  yeni  nominal  dəyəri  müəyyən  edilərək 

nizamnamə kapitalı müvafiq həcmdə azaldılır. Bankın kapitalı itirildiyi halda isə bankın nizamnamə 

kapitalının dəyəri şərti maliyyə vahidinə endirilir və bu qiymətə satın alınır. 

57-9.9.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  təyin  etdiyi  müvəqqəti  inzibatçı  bankın  maliyyə 

sağlamlaşdırılması  tədbirlərini  müvafiq  icra  hakimiyyəti  orqanının  təsdiq  etdiyi  tədbirlər  planı 

əsasında həyata  keçirir. Müvəqqəti inzibatçı ödəmə qabiliyyətini itirmiş sistem əhəmiyyətli bankın 

ödəmə  qabiliyyətinin  bərpası  ilə  bağlı  bu  Qanunun  57-2-ci  və  57-3-cü  maddələrində  nəzərdə 

tutulmuş səlahiyyətləri həyata keçirir. 

57-9.10.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  ödəmə  qabiliyyətinin  bərpası  ilə  bağlı  tədbirlər 

planının  təsdiq  olunduğu  gündən  3  ay  ərzində  bu  Qanunun  57-9.5.1-57-9.5.3-cü  maddələrində 

nəzərdə tutulmuş hər hansı metodlardan biri tətbiq oluna bilmədikdə, maliyyə bazarlarına nəzarət 

orqanı  bu  Qanunun  57.6-cı  maddəsində  nəzərdə  tutulmuş  qaydada  bankın  rezolyusiyası  üzrə 

tədbirlər görür. 

 

Maddə  57-10.  Banka  vurulmuş  zərərin  ödənilməsi  və  bankın  ödəmə  qabiliyyətinin  bərpası 

çərçivəsində ödənilmiş vəsaitin geri qaytarılması 

57-10.1.  Bu  Qanunun  57-9-cu  maddəsində  nəzərdə  tutulmuş  şərtlərlə  sağlamlaşdırılmış  sistem 

əhəmiyyətli  bankın  dövlət  vəsaiti  hesabına  bu  Qanunun  57-9-cu  maddəsində  nəzərdə  tutulmuş 

qaydada  ödəmə  qabiliyyətinin  bərpası  həyata  keçirildikdə,  bankın  inzibatçıları  və  mühüm  iştirak 

payına  sahib  səhmdarları  banka  vurulmuş  zərəri  müvəqqəti  inzibatçının  müəyyən  etdiyi  müddət 

ərzində ödəməlidirlər. 

57-10.2.  Bankın  inzibatçılarının  və  mühüm  iştirak  payına  sahib  səhmdarlarının  aşağıdakı 

qanunsuz hərəkətləri nəticəsində banka vurduqları zərər ödənilməlidir: 

57-10.2.1.  bankın  əsas  vəsaitlərinin  satılması,  bağışlanması,  digər  formada  mənimsənilməsi  və 

ya israf edilməsi; 

57-10.2.2.  bankın  əsas  vəsaitlərinin  girov  qoyulması  və  ya  bankın  aktivlərinin  digər  formada 

yüklü edilməsi; 

57-10.2.3. açıq-aşkar ödəniş qabiliyyəti olmayan şəxslərə kredit verilməsi; 

57-10.2.4. ölkə daxilində və ya xaricdə depozit hesabları açaraq, bu hesablardakı vəsaitin girov 

qoyularaq təminat qismində göstərilməsi; 

57-10.2.5. bankın səhmdarlarına və ya inzibatçılarına bank zərərlə işlədiyi halda  və ya bankın 

mənfəətinə qeyri-mütənasib həcmdə bonusların və dividendlərin ödənilməsi; 


57-10.2.6.  bu  Qanunun  57-3.2-ci  maddəsində  nəzərdə  tutulmuş  bankın  ödəmə  qabiliyyətinin 

pisləşməsinə səbəb olmuş müqavilələrin bağlanılması; 

57-10.2.7.  başqa  formada  özü,  banka  aidiyyəti  olan  şəxslər  və  ya  başqa  şəxslər  üçün  istənilən 

növ maddi və qeyri-maddi əmlak nemətləri və bu cür əmlaka hüquqların təmin edilməsi məqsədi ilə 

bankın əmlakının mənimsənilməsi və ya israf edilməsi. 

57-10.3.  Müvəqqəti  inzibatçı  bu  Qanunun  57-10.2-ci  maddəsində  nəzərdə  tutulmuş  şəxslərin 

banka vurduğu zərərin həcmini və geri ödəniləcək məbləği bankın ödəmə qabiliyyətinin bərpasına 

başlandığı  tarixdən  əvvəlki  iki  illik  müddəti  əhatə  edən  dövrdə  bankda  həyata  keçirilmiş 

əməliyyatları  və  qəbul  edilən  qərarları  təhlil  etməklə  müəyyən  edir  və  bu  barədə  ayrıca  akt 

hazırlanır. 

57-10.4.  Müvəqqəti  inzibatçı  hazırlanmış  akta  əsasən  banka  zərər  vurmuş  şəxslərə  vurulmuş 

zərərin  könüllü  qaydada  ödənilməsi  barədə  bildiriş  göndərir  və  zərərin  ödənilməsi  müddətini 

müəyyən  edir.  Banka  zərər  vurmuş  şəxslər  müəyyən  edilmiş  müddətdə  vurulmuş  zərəri  könüllü 

qaydada  ödəmədiyi  təqdirdə,  müvəqqəti  inzibatçı  zərərin  məcburi  qaydada  ödənilməsi  üçün 

məhkəməyə müraciət edir. 

57-10.5.  Müvəqqəti  inzibatçı  banka  vurulmuş  zərərin  müəyyən  edilməsi  çərçivəsində  bankın 

səhmdarlarından,  inzibatçılarından,  banka  aidiyyəti  olan  şəxslərdən  onların  sahibliyində  və 

mülkiyyətində  olan  pul  vəsaitləri  və  ya  digər  əmlak,  son  iki  il  müddətində  əldə  etdiyi  gəlirlər, 

bankdan  aldıqları  dividendlər  və  bonuslar  barədə  məlumat  təqdim  edilməsini  tələb  edə  bilər. 

Maliyyə bazarlarına nəzarət orqanı dövlət orqanlarına, idarə, müəssisə və təşkilatlara bu şəxslərin 

sahibliyində və mülkiyyətində olan pul vəsaitləri və ya digər əmlak, son iki il müddətində əldə etdiyi 

gəlirlər üzrə məlumatların təqdim edilməsi barədə sorğu verə bilər. 

57-10.6.  Bankın  inzibatçılarının  qanuna  zidd  qərarları,  digər  hərəkətləri  və  hərəkətsizliyi 

nəticəsində bankın müflis olduğu və ya ödəmə qabiliyyətini itirdiyi müəyyən edilərsə və onların bu 

öhdəliklərini  ödəmə  qabiliyyəti  olmazsa  məhkəmə  müvəqqəti  inzibatçının  müraciəti  əsasında 

“Müflisləşmə  və  iflas  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq  banka 

vurduğu  zərər  həddində  bu  şəxsləri  müflis  elan  edə  bilər.  Bu  cür  qanuna  zidd  əməllər  bankın 

səhmdarlarına  mənfəət  əldə  etmək  məqsədi  ilə  edildikdə,  məhkəmə  bu  cür  qanunsuz  əməllərdən 

mənfəət götürən səhmdarlar barəsində eyni cür qərar qəbul edə bilər. 

57-10.7.  Bu  Qanunun  57-10-cu  maddəsinin  müddəaları  bu  Qanunun  57-ci  maddəsinə  əsasən 

müvəqqəti  inzibatçı  tərəfindən  həyata  keçirilən  ödəmə  qabiliyyətini  itirmiş  bankların 

rezolyusiyasına da şamil olunur. 

VIII-I FƏSİL 

BANKIN ÖHDƏLİKLƏRİNİN KÖNÜLLÜ RESTRUKTURİZASİYASI 

 

Maddə 57-11. Bankın öhdəliklərinin könüllü restrukturizasiyası 

57-11.1.  Bankın  kreditorları  qarşısında  olan  öhdəlikləri,  bankın  sığortalanmış  əmanətçiləri 

qarşısında  olan  öhdəlikləri  istisna  olmaqla,  bu  Qanun  ilə  müəyyən  edilmiş  qaydada  könüllü 

restrukturizasiya edilə bilər. 

57-11.2. Bank, öz öhdəliyinin (öhdəliklərinin) icrası ilə bağlı kreditorun (kreditorların) tələbini 

(tələblərini)  pul  vəsaitinin  olmaması,  çatışmaması  və  ya  hər  hansı  əsaslarla  pul  vəsaitinin 

istifadəsinin  mümkün  olmaması  səbəbindən  icra  etmək  imkanında  olmaması  və  ya  icra  etmək 

imkanında  olmaması  təhlükəsi  yarandıqda  Müşahidə  Şurasının  bu  barədə  qərarı  əsasında  bankın 

öhdəliklərinin  könüllü  restrukturizasiyası  prosesinə  başlaya  bilər.  Müşahidə  Şurasının  bankın 

öhdəliklərinin  könüllü  restrukturizasiyası  haqqında  qərarının  surəti  həmin  qərar  qəbul  olunduğu 

tarixdən sonrakı birinci iş günündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanına təqdim 

olunmalıdır. 

57-11.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası 

haqqında  Müşahidə  Şurasının  qərarını  aldıqdan  sonra  10  təqvim  günü  ərzində  bankın 

öhdəliklərinin  könüllü  restrukturizasiyası  məsələlərinə  dair  bankla  yazılı  razılaşma  bağlayır.  Bu 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə