Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

və  ya  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyasına  xitam  verilməsi  barədə  məhkəmə 

qərarının surətini qərar qüvvəyə mindiyi tarixdən 10 təqvim günü müddətində maliyyə bazarlarına 

nəzarət orqanına və tələbləri restrukturizasiya planına daxil edilmiş kreditorlarına göndərməlidir. 

57-11.20.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bank  tərəfindən  restrukturizasiya  planının  icra 

edilməsinə nəzarəti həyata keçirir. 

57-11.21. Restrukturizasiya planında nəzərdə tutulan hallardan başqa, bank onun öhdəliklərinin 

restrukturizasiyası  zamanı  bankın  digər  hüquqi  şəxslərdə  iştirak  etməsi  və  ya  iştirak  payının 

artırılması barədə qərar qəbul edə bilməz. 

 

Maddə 57-12. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi 

57-12.1.  Bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyasına  xitam  verilməsi  haqqında  qərar 

maliyyə  bazarlarına  nəzarət  orqanının  müraciəti  əsasında  aşağıdakı  əsaslardan  biri  mövcud 

olduqda məhkəmə tərəfindən qəbul edilir: 

57-12.1.1.  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası  haqqında  məhkəmə  qərarında 

nəzərdə tutulmuş restrukturizasiya müddəti başa çatdıqda; 

57-12.1.2. restrukturizasiya planında nəzərdə tutulmuş tədbirlər tam icra edildikdə; 

57-12.1.3.  bankın  könüllü  restrukturizasiyası  vaxtından  əvvəl  maliyyə  bazarlarına  nəzarət 

orqanının qərarı ilə aşağıdakı hallarda dayandırıldıqda: 

57-12.1.3.1. bankın öhdəliklərinin könüllü restrukturizasiyasının bankın maliyyə sağlamlığına və 

fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnməsinə  gətirib  çıxarmayacağına  kifayət  qədər  əsaslar 

olduqda; 

57-12.1.3.2.  kreditorların  bu  Qanunun  57-11.11-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada 

razılığı olmadıqda; 

57-12.1.3.3.  restrukturizasiya  planında  nəzərdə  tutulmuş  tədbirlər  həmin  plana  uyğun  yerinə 

yetirilmədikdə; 

57-12.1.3.4.  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyasının  həyata  keçirilməsi  dövründə 

maliyyə  bazarlarına  nəzarət  orqanının  sərəncam  və  ya  digər  yazılı  göstərişləri  yerinə 

yetirilmədikdə. 

57-12.2. Restrukturizasiya planına əsasən bütün tədbirlərin həyata keçirilməsi restrukturizasiya 

edilmiş öhdəliklər üzrə bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında məhkəmə qərarı 

qüvvəyə mindiyi tarixə qədər hər hansı müvafiq icra sənədi üzrə başlanılmış icraata xitam verilir. 

 

IX fəsil. Bankların ləğvi 



Maddə 58. Könüllü ləğv  

58.1. Bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən - bu Qanunun 17-ci maddəsinə 

uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət orqanı  tərəfindən  bank  lisenziyası  ləğv  edildikdə,  bank 

səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər.  

58.2.  Bankın  könüllü  ləğvi  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən  edilmiş 

qaydada  həyata keçirilir. Bank  bu təqdirdə  maliyyə  bazarlarına  nəzarət orqanına onun tələb etdiyi 

zəruri sənədləri  və  məlumatları təqdim  etməlidir  və ortaya çıxan  məsələləri  araşdırmaq  məqsədilə 

maliyyə  bazarlarına  nəzarət  orqanın  yazılı  müraciəti  əsasında  onun  səlahiyyətli  əməkdaşlarının 

bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları 

ilə işləməsinə imkan yaratmalıdır.  

58.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  bankın  ləğvetmə  komissiyasının  qanunvericiliklə 

müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və bank tərəfindən bu Qanunun 58.2-ci 

maddəsinə  riayət  etmədiyini  müəyyən  etdikdə  bu  Qanuna  müvafiq  surətdə  bankın  məcburi  ləğvi 

üçün müvafiq tədbirlər həyata keçirir.  



 

Maddə 59. Məcburi ləğv  

59.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  könüllü  ləğv  olunan  və  ya  müflis  elan  olunmuş  bank 

istisna olmaqla, bu Qanunun 16-ci maddəsində nəzərdə tutulmuş digər əsaslar üzrə lisenziyası ləğv 



edilmiş  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  (ləğvedicilərin)  təyin  edilməsi  barədə  ərizə  ilə 

məhkəməyə müraciət edir.  

Ləğvedicinin  (ləğvedicilərin)  namizədliyi  məhkəməyə  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən  təklif  edilir.  Banka  aidiyyəti  olan  şəxslər,  habelə  bankın  kreditorları  və  borcluları 

(maliyyə bazarlarına nəzarət orqanı istisna olmaqla) ləğvedici təyin oluna bilməzlər.  

59.2.  Məhkəmə  bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  maliyyə 

bazarlarına nəzarət orqanın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü 

müddətində  baxır  və  müvafiq  qərar  qəbul  edir.  Məhkəmədə  bankın  iştirak  etməməsi  ərizəyə 

baxılmasını dayandırmır.  

Məhkəmə  bankın  məcburi  ləğv  olunmasına  dair  qərarı  ilə  Fondu  ləğvedici  təyin  edir.  Bankın 

məcburi  ləğvi  barədə  məhkəmə  qərarı,  onun  qəbul  edildiyi  gündən  ən  geci  sonrakı  gün  maliyyə 

bazarlarına nəzarət orqanına və Fonda göndərilir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında 

hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və 

qanuni  mənafelərini  nəzərə  almaqla  bankın  ləğvi  üçün  bilavasitə  məsuliyyət  daşıyır  və  ləğvedici 

funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən 

ləğvedici  qismində  cəlb  ediləcək  hüquqi  və  fiziki  şəxslərin  xidmət  və  ya  əmək  haqlarının  məbləği 

maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırmaqla  müəyyən  edilir.  Bankın  ləğv  edilməsi  ilə 

bağlı  xərclər  smetası,  hər  üç  aydan  bir  Fondun  təqdimatına  əsasən  maliyyə  bazarlarına  nəzarət 

orqanı tərəfindən təsdiq olunur. 

Fondun  müqavilə  əsasında  cəlb  etdiyi  ləğvedici  bu  Qanunla  nəzərdə  tutulmuş  vətəndaş 

qüsursuzluğu  tələblərinə  cavab  verməlidir.  Məcburi  ləğv  edilən  banka  aidiyyəti  olan  şəxslər, 

səhmdarlar, habelə bankın kreditorları və borcluları bankın ləğvi prosesinə cəlb edilə bilməzlər. Bu 

kimi  halların  mövcudluğu  ləğvedici  cəlb  edildikdən  sonra  aşkar  olunarsa,  onların  fəaliyyətinə 

Fondun qərarı ilə xitam verilir və banka yeni ləğvedici cəlb edilir. 

59.3. Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında məhkəmə qərarı 

qəbul  edildiyi  gündən  dərhal  icraya  yönəldilir  və  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 

Məcəlləsinə  uyğun  olaraq  bu  qərardan  şikayət  verilməsi  onun  icrasını  dayandırmır.  Ləğvedici 

bankın  ləğvi  prosesinin  başlanması  və  ləğvedicinin  təyin  olunması  haqqında  məlumatı  dərhal 

kütləvi informasiya vasitələrində dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq 

bildiriş göndərir.  

59.4. Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından bankın 

səhmdarları  və  ya  bankın  Müşahidə  Şurası  Azərbaycan  Respublikasının  İnzibati  Prosessual 

Məcəlləsinə  müvafiq  qaydada  məhkəməyə  şikayət  verə  bilərlər.  Şikayət  ərizəsinin  surəti  maliyyə 

bazarlarına nəzarət orqanına göndərilir.  

Bankın  məcburi  ləğvinə  dair  məhkəmənin  qərarı  bütün  müdafiə  vasitələrindən  istifadə 

edilənədək  qüvvədə  qalır  və  ləğvedicinin  ləğvetmə  tədbirlərini  həyata  keçirmək  səlahiyyətlərini 

dayandırmır.  

59.5.  Bankın  məcburi  ləğvi  və  ləğvedicinin  təyin  edilməsi  haqqında  məhkəmə  qərarının  qəbul 

edildiyi andan:  

59.5.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi 

yığıncağının  səlahiyyətləri  ləğvediciyə  keçir  (banka  müvəqqəti  inzibatçı  təyin  olunduğu  halda, 

müvəqqəti inzibatçının səlahiyyətlərinə bankın məcburi ləğvi barədə məhkəmə qərarı qəbul edildiyi 

andan maliyyə bazarlarına nəzarət orqanı tərəfindən xitam verilir);  

59.5.2.  bank  inzibatçılarının  və  ya  səhmdarlarının  bank  adından  etdikləri  hərəkətlər  hüquqi 

qüvvəyə malik olmur;  

58.5.3. bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə 

qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;  

59.5.4.  bankın  girov  məbləği  (ipoteka)  həddində  təmin  etdiyi  öhdəlikləri  istisna  olmaqla  qalan 

aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.  

59.6. Ləğvedicinin təyin edildiyi tarixdən bankın idarəetmə orqanları (müvəqqəti inzibatçı təyin 



olunduğu  halda,  müvəqqəti  inzibatçı)  bankın  möhürlərini,  ştamplarını,  bütün  əmlakını,  mühasibat 

kitablarını  və  digər  sənədlərini  təhvil-təslim  aktı  ilə  ləğvediciyə  təhvil  verməlidir.  Banka  təyin 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə