Banklar haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 77. Tələblərin qəbulu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

Maddə 77. Tələblərin qəbulu  

77.1. Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər 

istisna  olmaqla,  yalnız  bu  Qanunun  76-cı  maddəsinə  uyğun  qəbul  edilmiş  tələblər  qeydə  alınır. 

Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.  

77.2.  Bank  tərəfindən  əks  etdirilmiş  məbləğdən  az  məbləğdə  irəli  sürülmüş  tələblər  istisna 

olmaqla,  bankın  mühasibat  uçotu  və  hesabatı  sənədlərində  əks  etdirilmiş  tələblər  sənədlərdə  əks 

olunmuş məbləğdə qəbul edilir. Az məbləğdə irəli sürülmüş tələblər isə təqdim olunmuş miqdarda 

qəbul edilir.  

77.3.  Tələbləri  bank  aktivlərinin  girovu  (ipotekası)  ilə  təmin  edilmiş  bank  kreditorları  öz 

tələblərini  tələb  məbləği  ilə  aktivin  açıq  hərracda  ehtimal  edilən  satış  dəyəri  arasındakı  fərq 

məbləğində qeydə aldıra bilərlər. Bu şəkildə qeydə alınmış hər hansı tələb hərrac başa çatanadək və 

ya aktiv bu Qanunun 81-ci maddəsinə uyğun digər şəkildə satılanadək icra olunmur.  

77.4.  Məbləği  müəyyənləşdirilməmiş  tələblər  ləğvedicinin  qiymətləndirdiyi  dəyər  üzrə  qəbul 

edilə bilər.  

77.5.  Qeydə  alınmış  tələblərin  təhlilindən  sonra  ləğvedici  qəbul  etdiyi  tələbləri  qəbul  edilmiş 

tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər 

siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və 

etiraz  edilmiş  hissədə  hər  iki  siyahıya  daxil  edilir.  Hər  iki  siyahıda  tələbi  olanın  adı  və  ünvanı, 

tələblərin  məbləği  və  irəli  sürülən  tələblərin  təminatı  üçün  sübutların  mövcudluğu  göstərilir. 

Siyahılara  daxil  edilən  tələblər  kateqoriyalar  üzrə  birləşdirilir  və  ödəniş  növbəliyi  qaydasında 

yerləşdirilir.  

77.6. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində 

tərtib  edilir  və  məhkəmənin  təsdiqinə  verilir.  Bundan  sonra  ləğvedici  hər  rüb  təzələnən  siyahıları 

məhkəmənin  təsdiqinə  verir.  Həmin  siyahıları  təsdiq  edənədək  məhkəmə  ləğvedici  ilə 

razılaşdırmaqla  tələbləri  bir  siyahıdan  digərinə  keçirə  bilər.  Məhkəmə  etiraz  edilmiş  tələblərin 

təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.  

77.7.  Məhkəmə  etiraz  edilmiş  tələblər  siyahısını  təqdim  olunduğu  tarixdən  etibarən  60  təqvim 

günündən  gec  olmayaraq,  aydınlaşdırmaq  məqsədi  ilə  dinləmələrin  keçirilməsi  tarixini  müəyyən 

edir.  Tələblərinə  etiraz  edilmiş  kreditorlar  həmin  dinləmələrdə  ləğvediciyə  və  məhkəməyə  öz 

tələblərini  təsdiqləyən  sübutlar  təqdim  edə  bilərlər.  Hər  dinləmənin  tarixi  barəsində  kreditorlara 

poçt  bildirişi  və  ləğvedicinin  kütləvi  informasiya  vasitələrində  dərc  etdirdiyi  bildirişlə  məlumat 

verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq 

bildiriş  göndərilmir.  Dinləmələr  qurtardıqda  məhkəmə  etiraz  edilmiş  tələblərin  təsdiq  və  ya  rədd 

olunmasına  dair  qərar  qəbul  edir.  Kreditor  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada  xəbərdar  edildiyi  dinləməyə  üzürlü  səbəb  olmadan 

gəlmədikdə,  onun  tələbləri  rədd  edilir.  Tələbləri  rədd  edilmiş  kreditorlara  bu  barədə  ləğvedici 

tərəfindən yazılı bildiriş göndərilir.  

77.8. Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər 

siyahısından  və  ya  etiraz  edilmiş  tələblər  siyahısından  çıxarılır  və  təsdiqlənmiş  tələblər  siyahısına 

daxil  edilir.  Həmin  siyahı  məhkəmədə  və  ləğvedicidə  saxlanılır.  Tələbləri  məhkəmə  tərəfindən 

təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.  

77.9.  Ləğvedici  məhkəmənin  rədd  etdiyi  tələblərin  hesabına  heç  bir  ödənişi  icra  etmir.  Tələbi 

məhkəmə tərəfindən rədd edilmiş kreditor məhkəmənin qərarından həmin qərara dair bildirişi aldığı 

gündən iki həftə ərzində şikayət verə bilər. Belə şikayətlərə ərizə məhkəməyə daxil olduğu gündən 

ən geci 7 təqvim günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. Şikayətin verilməsi tələbin 

rədd edilməsi barədə məhkəmə qərarının qüvvəsini dayandırmır.  

77.10. Bank  sirrinin qorunması  məqsədilə göstərilən  siyahılar tanışlıq üçün kreditorlara təqdim 

olunmur.  



 

Maddə 78. Əvəzləşdirmə və saldo çıxarma  

78.1.  Bu  Qanunun  82-ci  maddəsinin  tələblərinə  əməl  etmək  şərti  ilə  müflis  bankla  onun 

kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər.  



78.2. İflas proseduruna başlanılmasına dair məhkəmə qərarı qüvvəyə minənədək qanunsuz yolla 

bankın  qəbul  etmiş  olduğu  borclar  ləğvedici  tərəfindən  aşkara  çıxarıldıqda  onların  və  qərar  qəbul 

edildikdən  sonra  bankın  əldə  etmiş  olduğu  tələblərin  və  yaratdığı  öhdəliklərin  əvəzləşdirilməsinə 

yol verilmir.  

 

Maddə 79. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi  

79.1.  Müflis  bankın  mallar  göndərilməsinə  və  ya  xidmətlər  göstərilməsinə  dair  bütün  cari 

müqavilələrin,  o  cümlədən  satış,  icarə  və  lizinq,  möhlətlə  satınalma  müqavilələrinin  qüvvəsinə 

ləğvedici istənilən vaxt birtərəfli qaydada xitam verə bilər. Bu zaman bankın kreditoru müqavilənin 

pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi haqqında bankın müflis olunmasına 

dair qərar çıxarmış məhkəməyə iddia verə bilər.  

79.2. Ləğvedici istənilən vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş 

qaydada bankın işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər.  



 

Maddə 80. Mübahisələrin danışıqlar yolu ilə həlli  

Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama salınması 

məqsədilə  bankın  istənilən  kreditoru  və  ya  borclusu  ilə  danışıqlara  başlaya  bilər.  Bu  cür 

nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.  



 

Maddə 81. Girovla təmin edilmiş tələblər  

81.1.  Aşağıdakı  hallar  istisna  olmaqla,  kreditorların  banka  qarşı  təsdiqlənmiş  tələblərinin 

təminatı  və  bankın  öz  tələblərinin  təminatı  olan  bütün  aktivlər  ləğvedici  tərəfindən  açıq  hərracda 

satılır:  

81.1.1.  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli  kağızların,  xarici  valyutanın  və  digər 

aktivlərin  həmin  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda  ləğvedici  tərəfindən 

satılmasına yol verilir;  

81.1.2.  bankın  borclarının  təminatı  olan  və  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli 

kağızların, xarici valyutanın və bankın digər aktivlərinin həmin aktivləri öz sərəncamında saxlayan 

kreditorlar  tərəfindən  bu  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda  satılmasına  yol 

verilir.  

81.1-1.  Bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq  hərrac  yolu  ilə 

satılması  bankın  müflis  elan  olunması  haqqında  məhkəmə  qərarının  qanuni  qüvvəyə  minməsi 

tarixindən 30 gündən gec olmayaraq keçirilir. 

81.2.  Ləğvedici  bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq  hərracda 

qənaətbəxş  qiymətlə  sata  bilməyəcəyini  müəyyənləşdirərsə,  məhkəmə  ona  aktivləri  məhkəmənin 

təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər.  

81.3. Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan sonra 

kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir.  

81.4.  Təminatlı  kreditorların  tələbləri  növbədənkənar  qaydada  təminatın  satılmasından  əldə 

edilən  vəsait  hesabına  ödənilir.  Təminat  kreditorların  tələbini  tam  ödəmədikdə,  ödənilməmiş 

məbləğ  təminatsız  kreditor  tələbi  kimi  bu  Qanunun  82-ci  maddəsində  göstərilmiş  növbəliliklə 

ödənilir.  

 

Maddə 82. Ödənişlərin növbəliliyi  

82.1.  Müflis  elan  olunmuş  bankın  aktivləri  onun  kreditorları  arasında  aşağıdakı  növbəlilik 

qaydasında bölüşdürülür:  

82.1.1. çıxarılmışdır;  

82.1.2. Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;  

82.1.3.  iflas  prosedurunun  həyata  keçirilməsi  ilə  bağlı  müvəqqəti  inzibatçının  və  ləğvedicinin 

çəkdiyi  bütün  məsrəflər  və  xərclər,  o  cümlədən  onların  əmək  haqqı,  məhkəmə  xərcləri  və 

ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə