Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

65.2.  Bankın  müflis  elan  edilməsi  barədə  ərizə  bankın  kreditorları  tərəfindən  verilmişdirsə, 

maliyyə bazarlarına nəzarət orqanı ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:  

65.2.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  bankın  iflasına  başlamaq  üçün  əsasların 

olmadığı  müəyyən  olunduqda.  Məhkəmə  maliyyə  bazarlarına  nəzarət  orqanından  onun  rəyini 

təsdiqləyən  sübutların,  o  cümlədən  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təsdiq  olunmuş 

bankın maliyyə hesabatını tələb edə bilər;  

65.2.2.  bu  Qanunun  57-9.7-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  sağlamlaşdırılması  barədə 

müvafiq icra hakimiyyəti orqanının qərarını məhkəməyə təqdim etdikdə.  



 

Maddə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi  

66.1.  Bankın  kreditorları  bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  əsassız  ərizə 

verdikdə  məhkəmə  istənilən  vaxt  həmin  ərizəni  bu  Qanunun  65.1.4-cü  maddəsində  göstərilən 

əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə bilər. Ərizə rədd 

edildikdə  məhkəmə  ərizəçilərin  üzərinə  ərizənin  verilməsi  nəticəsində  bankın  və/və  ya  maliyyə 

bazarlarına nəzarət orqanın çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoyur.  

66.2.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  əsassız  ərizə  verilməsində  təqsirli 

sayılmış  şəxs  Azərbaycan  Respublikasının  inzibati  qanunvericiliyinə  uyğun  olaraq,  məsuliyyət 

daşıyır.  

 

Maddə 67. Müflis elan olunmayan bankın məcburi ləğvi  

Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən  verilmiş  ərizə  məhkəmə  tərəfindən  bu  Qanunun  65.1.3  -  65.1.5-ci  maddələrində 

göstərilən əsaslardan başqa, digər əsaslar üzrə rədd edildikdə, bankın bu Qanunun 59-cu maddəsinə 

uyğun olaraq, məhkəmə qaydasında məcburi ləğvi həyata keçirilir.  

 

Maddə 68. Bankın müflis elan olunmasına dair qərar  

Bank  iflas  proseduruna  başlanılmasına  dair  ərizənin  təmin  olunması  haqqında  məhkəmənin 

qərarına  müvafiq  surətdə  müflis  elan  edilir  və  banka  ləğvedici  (ləğvedicilər)  təyin  edilir.  Bankın 

müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas 

proseduruna başlanılır.  

 

Maddə 69.Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi və dərc olunması  

Məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin 

qərarı  banka  təqdim  edir  və  qərar  barədə  kütləvi  informasiya  vasitələrində  7  təqvim  günü  ara 

verilməklə üç dəfə məlumat dərc etdirir.  



 

Maddə 70. Şikayət verilməsi  

70.1.  Bankın  səhmdarları  və  ya  Müşahidə  Şurası,  habelə  maliyyə  bazarlarına  nəzarət  orqanı 

bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarından  Azərbaycan  Respublikasının  İnzibati 

Prosessual  Məcəlləsində  müəyyən  edilmiş  qaydada  şikayət  verə  bilərlər.  Bankın  müflis  elan 

olunmasına dair məhkəmənin qərarı bütün müdafiə vasitələrindən istifadə edilənədək qüvvədə qalır.  

70.2.  Bank  tərəfindən  məhkəmənin  qərarından  şikayət  verilməsi  ləğvedicinin  bankın  iflası 

prosedurunun  həyata  keçirilməsi  çərçivəsində  öz  səlahiyyətlərinin  icrası  üzrə  hərəkətlərini 

dayandırmır.  

70.3.  Maliyyə  bazarlarına  nəzarət  orqanın  məhkəmə  qərarından  şikayət  verməsi  bankın 

aktivlərinin  satışı  və  köçürülməsi  üzrə  ləğvedicinin  hərəkətlərini  məhkəmədə  mübahisəyə 

baxılanadək dayandırır.  

 

Maddə 71. Ləğvedici  

71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond 



ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha 

az  məsrəflə,  bütün  kreditorların  hüquq  və  qanuni  mənafelərini  nəzərə  almaqla  bankın  ləğvi  üçün 


bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu 

məsuliyyətdən  azad  etmir.  Fond  tərəfindən  ləğvedici  qismində  cəlb  ediləcək  hüquqi  və  fiziki 

şəxslərin  xidmət  və  ya  əmək  haqlarının  məbləği  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə 

razılaşdırmaqla  müəyyən  edilir.  Bankın  ləğv  edilməsi  ilə  bağlı  xərclər  smetası  hər  üç  aydan  bir 

Fondun  təqdimatına  əsasən  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təsdiq  olunur.  Fondun 

müqavilə  əsasında  cəlb  etdiyi  ləğvedici  bu  Qanunla  nəzərdə  tutulmuş  vətəndaş  qüsursuzluğu 

tələblərinə cavab verməlidir. Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə 

bankın  kreditorları  və  borcluları  ləğvedici  qismində  cəlb  edilə  bilməzlər.  Bu  kimi  halların 

mövcudluğu ləğvedici təyin olunduqdan  sonra aşkar olunarsa, onların fəaliyyətinə Fondun qərarı 

ilə xitam verilir və banka yeni ləğvedici təyin edilir. 

71.2.  Bankın  ləğvi  prosesi  ilə  əlaqədar  ləğvedicinin  əmək  (xidmət)

 

haqqı  və  çəkdiyi  xərclər 



bankın aktivləri hesabına, çatışmayan hissədə isə Fond (reqres hüququ ilə)

 

tərəfindən ödənilir.  



71.3.  Banka  təyin  edilmiş  ləğvedici  bankın  yeganə  qanuni  nümayəndəsi  olur  və  bank 

səhmdarlarının  ümumi  yığıncağının,  habelə  bankın  digər  idarəetmə  orqanlarının  səlahiyyətləri 

ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.  

71.4.  Ləğv  edilən  bankın  sənədlərinin  və  əmlakının  bankın  inzibatçılarından  ləğvediciyə  təhvil 

verilməsi aktını məhkəmə təsdiq edir.  

Ləğvedici  bu  Qanunun  müddəaları  ilə  tələb  edilən  hallarda  göstəriş  almaq  üçün  istənilən  vaxt 

məhkəməyə müraciət edə bilər.  

Ləğvedici  məhkəmənin  nəzarəti  altında  və  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  sıx  qarşılıqlı 

əlaqə şəraitində fəaliyyət göstərir.  

71.5. Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və 

başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər.  

71.6.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  61.12-ci  maddəsinə  əsasən  ləğv  prosesində 



olan  bankın  ləğvi  barədə  qeyd  hüquqi  şəxslərin  dövlət  reyestrinə  daxil  edilənədək  ləğvedici  bank 

statistikası hesabatlarını maliyyə bazarlarına nəzarət orqanına və Mərkəzi Banka təqdim etməlidir. 

71.7.  Bu  Qanunun  59.2-ci  və  71.1-ci  maddələrinə  əsasən  təyin  edildiyi  gündən  ləğvedici 

aşağıdakı səlahiyyətləri həyata keçirir: 

71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi 

yığıncağının səlahiyyətlərini həyata keçirir; 

71.7.2. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür, aralıq balansını tərtib 

edir, habelə bankın aktivlərini idarə edir; 

71.7.3. bankın əmanətçilər qarşısında öhdəliklərinin reyestrini tərtib edir və kompensasiyaların 

ödənilməsi üçün qanuna müvafiq tədbirlər görür; 

71.7.4. kreditorların tələblərini qeydə alır və onların ödənilməsi üçün tədbirlər görür; 

71.7.5. bankın qarşısında olan borcların qaytarılması üzrə tədbirlər görür; 

71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir; 

71.7.7.  bu  Qanunun  79-cu  maddəsində  müəyyən  edilmiş  qaydada  bankın  bağlamış  olduğu 

müqavilələrin qüvvəsinə xitam verilməsi üzrə tədbirlər görür; 

71.7.8. tədbirlər planında nəzərdə tutulduğu halda, bankın aktiv və öhdəliklərinin satışını və ya 

köçürülməsini həyata keçirir; 

71.7.9.  bank  tərəfindən  verilmiş  kreditlərin  restrukturizasiyasını  (kreditin  ödəmə  müddətinin 

uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 

71.7.10.  bankın  məcburi  ləğvinə  gətirib  çıxaran  halları  araşdırır,  bu  kimi  halların  baş 

verməsində  şübhəli  bilinən  şəxslərin  məsuliyyətə  cəlb  edilməsi  üçün  aidiyyəti  orqanlara  müraciət 

edir və bankın adından məhkəmələrdə iddialar qaldırılır. 

71.8.  Ləğvedicinin  başqası  ilə  əvəz  edildiyi  bütün  hallarda  ləğvedicini  əvəz  edən  şəxs 

ləğvedicinin  səlahiyyətlərini  əldə  edir,  mühasibat  uçotu  və  hesabatı  sənədlərini  və  ləğvedicinin 

sərəncamında  olan  bankın  aktivlərini,  habelə  bankın  ləğvi  prosesində  ləğvedicinin  bank  barəsində 

hazırladığı  mühasibat  uçotu  və  hesabat  sənədlərini  təhvil-təslim  aktı  ilə  qəbul  edir.  Təhvil-təslim 

aktını məhkəmə təsdiq edir.  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə