Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Hərracın  nəticələri  ödəmə  qabiliyyətini  itirmiş  bankın  daha  az  məsrəflə  və  itkilərlə  ödəmə 

qabiliyyətinin  bərpasına  imkan  verməlidir.  Müvəqqəti  inzibatçı  ödəmə  qabiliyyətini  itirmiş  bankı 

hərrac yolu ilə seçilmiş investora satır. 

57-7.5.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  investora  satışı  bankın  səhmlərinin  satın  alınması 

müqaviləsi əsasında həyata keçirilir. 

57-7.6. Satınalma müqaviləsi ilə aşağıdakılar təmin olunmalıdır: 

57-7.6.1.  ödəmə  qabiliyyətini  itirmiş  bankın  müəyyən  vaxt  çərçivəsində  banklar  üçün  müəyyən 

edilmiş prudensial tələblərə uyğunlaşdırılması barədə investorun öhdəliyi; 

57-7.6.2. investorun bankın kapitallaşdırılması və (və ya) ödəmə qabiliyyətinin bərpa edilməsi, o 

cümlədən  bank  əməliyyatlarının  sabitləşdirilməsi  üzrə  öhdəliyini  icra  edə  bilmədiyi  halda 

müqavilənin ləğv edilməsi şərtləri. 

57-7.7.  Müvəqqəti  inzibatçı  və  investor  arasında  bağlanılmış  səhmlərin  satınalma  müqaviləsi 

səhmlər  üzrə  hüquqların  investorun  adına  qiymətli  kağız  mülkiyyətçilərinin  reyestrində  qeydə 

alınması üçün əsas sayılır. 

57-7.8.  Ödəmə  qabiliyyətini  itirmiş  bankın  digər  sağlam  banka  qoşulması  bankın  bu  Qanunun 

57-7-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  investor  olan  banka  satışı  formasında  həyata 

keçirilir. 

 

Maddə 57-8. Körpü bankın yaradılması və satışının həyata keçirilməsi 

57-8.1.  Bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planına  uyğun  olaraq,  maliyyə  bazarlarına 

nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş bir və ya bir neçə bankın aktiv və öhdəliklərinin tam və 

ya qismən köçürülməsi və onların müvəqqəti idarə edilməsi məqsədi ilə körpü bankın yaradılması 

barədə qərar qəbul edir. 

57-8.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  körpü  bankın  təsisçisi  və  yeganə  səhmdarı  hesab 

olunur.  Körpü  bankın  fəaliyyəti  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  qəbul  edilən 

qaydalarla tənzimlənir. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən digər banklar üçün müəyyən 

edilmiş  normativlər,  habelə  Mərkəzi  Bank  tərəfindən  pul  siyasətinin  həyata  keçirilməsi  aləti  kimi 

banklara tətbiq olunan məcburi ehtiyatların saxlanılması tələbi körpü banka şamil edilmir. 

57-8.3.  Körpü  bankın  yaradılması,  səhmlərinin  buraxılışı  və  qeydiyyatı,  körpü  banka  bank 

lisenziyasının  verilməsinin  xüsusi  sadələşdirilmiş  proseduru  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən müəyyən edilir. 

57-8.4.  Körpü  bankın  investora  satışı  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müəyyən 

edilmiş qaydalara uyğun olaraq keçirilən hərrac yolu ilə həyata keçirilir. Körpü bankın idarəetmə 

orqanlarının  səlahiyyətlərini  müvəqqəti  inzibatçı  həyata  keçirir  və  investora  satılana  kimi  körpü 

bank müvəqqəti inzibatçı tərəfindən idarə olunur. 

57-8.5. Körpü bankın satışı üçün başlanğıc qiymət maliyyə bazarlarına nəzarət orqanının qəbul 

etdiyi metodologiyaya uyğun olaraq müəyyən olunur. Körpü bankın satın alınması üçün ən yüksək 

qiymət  təklif  etmiş  və  körpü  bankın  müəyyən  vaxt  çərçivəsində  banklar  üçün  müəyyən  edilmiş 

prudensial tələblərə uyğunlaşdırılması və ya mövcud sağlam banklardan birinə qoşulması barədə 

öhdəlik götürmüş investor hərracın qalibi hesab olunur. 

57-8.6. Öhdəliklərin yerinə yetirilməsi zamanı maliyyə bazarlarına nəzarət orqanı kreditorların 

bu  Qanunun  82-ci  maddəsi  ilə  müəyyən  edilmiş  növbəliliyinə  uyğun  olaraq,  bütün  kreditorlarla 

bərabər və vicdanla davranmalıdır. 

57-8.7.  Körpü  bank  köçürülmüş  aktivlərlə  bağlı  bütün  hüquqları  (girov  müqavilələri  ilə  bağlı 

hüquqlar  da  daxil  olmaqla)  əldə  edir  və  köçürülmüş  öhdəliklər  üzrə  ödəmə  qabiliyyətini  itirmiş 

bankın  kreditorlarına  münasibətdə  borclunun  bütün  hüquq  və  vəzifələrini  əvvəl  bağlanılmış 

müqavilələrə əlavə və dəyişikliklər edilmədən qəbul edir. 

57-8.8. Hərracın qalibi elan olunması barədə yazılı bildiriş investora təqdim edildiyi gündən 7 

təqvim  günü  ərzində  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  investor  arasında  körpü  bankın 

səhmlərinin  satınalınmasına  dair  müqavilə  bağlanılır.  Bu  müqavilə  körpü  bankın  səhmləri  üzrə 

hüquqların investorun adına qiymətli kağız mülkiyyətçilərinin reyestrində qeydə alınması üçün əsas 

sayılır. 


57-8.9.  Satınalma  müqaviləsində  investorun  körpü  bankı  müqavilədə  müəyyən  edilən,  lakin  3 

aydan çox olmayan müddətdə banklar üçün müəyyən edilmiş prudensial tələblərə uyğunlaşdırması 

və ya mövcud sağlam banklardan birinə qoşulması barədə öhdəliyi əks olunmalıdır. Körpü bankın 

satışından  əldə  edilmiş  vəsait  ödəmə  qabiliyyətini  itirmiş  bankın  kreditorlarının  tələblərinin 

ödənilməsinə yönəldilir. 

57-8.10.  Satınalma  müqaviləsinin  bütün  şərtləri  investor  tərəfindən  icra  olunduğu  halda,  bank 

körpü bank statusunu itirir. Körpü bank statusunun itirilməsindən 3 ay sonra maliyyə bazarlarına 

nəzarət orqanı banklar üçün müəyyən edilən normativlərin yerinə yetirilməsini müəyyən etmək üçün 

bankda yoxlamalar aparır. 

57-8.11. Körpü bank statusunun itirildiyi gündən 3 iş günü ərzində maliyyə bazarlarına nəzarət 

orqanı müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir. 

57-8.12. Ödəmə qabiliyyətini itirmiş bankın aktiv və öhdəliklərinin körpü banka köçürülməsinin 

tamamlandığı  gün  maliyyə  bazarlarına  nəzarət  orqanı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  bank 

lisenziyasının ləğvi barədə qərar qəbul edir və bu Qanunun 59.1-ci maddəsində nəzərdə tutulmuş 

halda məhkəməyə müraciət edir. 

57-8.13. Təsis olunduğu gündən 6 ay ərzində maliyyə bazarlarına nəzarət orqanı körpü bankın 

investora  satışını  təmin  etməlidir.  Bu  müddət  maliyyə  bazarlarına  nəzarət  orqanının  qərarı  ilə  3 

aydan çox olmayan müddətə uzadıla bilər. Körpü bank statusu itirilənə qədər maliyyə bazarlarına 

nəzarət orqanı körpü bankın fəaliyyətinə nəzarəti həyata keçirir. 

57-8.14.  Körpü  bank  bu  Qanunun  57-8.13-cü  maddəsində  nəzərdə  tutulan  müddətlərdə  satıla 

bilmədikdə, bu məqsədlə müəyyən edilən müddətin başa çatmasından ən geci sonrakı gün maliyyə 

bazarlarına nəzarət orqanı körpü bankın bank lisenziyasının ləğvi və  məcburi ləğvi üçün müvafiq 

tədbirlər görməlidir. 

 

Maddə 57-9. Sistem əhəmiyyətli bankların ödəmə qabiliyyətinin bərpasında dövlətin iştirakı 

57-9.1.  Dövlət  vəsaitləri  cəlb  edilməklə  sistem  əhəmiyyətli  bank  barəsində  maliyyə 

sağlamlaşdırılması tədbirləri həyata keçirilə bilər. 

57-9.2.  Bankın  sistem  əhəmiyyətli  bank  kimi  qiymətləndirilməsi  meyarları  Mərkəzi  Bank  və 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 

müəyyən olunur. 

57-9.3.  Ödəmə  qabiliyyətini  itirmiş  bank  maliyyə  bazarlarına  nəzarət  orqanının  sistem 

əhəmiyyətli  banka  münasibətdə  müəyyən  etdiyi  meyarlara  uyğun  olduqda,  maliyyə  bazarlarına 

nəzarət orqanı bankın maliyyə sağlamlaşdırılması ilə bağlı tədbirlər planını hazırlayır. 

57-9.4.  Tədbirlər  planının  layihəsi  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  bankın 

sağlamlaşdırılması  üçün  ayrılacaq  ən  az  həcmdə  dövlət  vəsaiti  və  minimum  itkinin  hesablanması 

prinsipi ilə müvafiq təhlillər aparılmaqla hazırlanır. 

57-9.5.  Tədbirlər  planı  ödəmə  qabiliyyətini  itirmiş  bankın  aktiv  və  öhdəliklərinin 

inventarizasiyasının  nəticələri  əsasında  bankın  maliyyə  və  əmlak  vəziyyətinin  qiymətləndirilməsi 

yolu  ilə  müəyyən  edilmiş  aşağıdakı  metodlardan  hər  hansı  biri  ilə  bankın  ödəmə  qabiliyyətinin 

bərpası tədbirlərini özündə əks etdirməlidir: 

57-9.5.1.  ödəmə  qabiliyyətini  itirmiş  bankın  səhmlərinin  azı  75  faizinin  dövlətə  məxsus  banka 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun  olaraq  qoşulması  və  ya  bu  cür  dövlətə 

məxsus bank tərəfindən satın alınması; 

57-9.5.2. sonradan investora satılması şərtilə ödəmə qabiliyyətini itirmiş bankın səhmlərinin 50 

faizdən çoxunun dövlət tərəfindən əldə edilməsi və əlavə səhm emissiyası ilə dövlət vəsaiti hesabına 

bankın nizamnamə kapitalının artırılması; 

57-9.5.3. bankın səhmdarlarının razılığı ilə bankın idarə edilməsini dövlətin əlində saxlamaq və 

sonradan  dövlətin  iştirak  payını  bankın  mövcud  səhmdarlarına  və  ya  bankın  bütün  səhmlərinin 

başqa bir investora  satılması şərtilə bankın səhmlərinin 50 faizdən az hissəsinin dövlət tərəfindən 

satın alınması; 

57-9.5.4.  sistem  əhəmiyyətli  bankın  rezolyusiyası  məqsədi  ilə  bu  Qanunun  57.6-cı  maddəsində 

nəzərdə tutulmuş tədbirlərin görülməsi. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə