Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   15   16   17   18   19   20   21   22   ...   30

54.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müvəqqəti  inzibatçının  üzərində  fəaliyyətinin  bütün 

müddəti ərzində nəzarəti həyata keçirir.  

54.2. Maliyyə bazarlarına nəzarət orqanı:  

54.2.1.  bankın  idarə  edilməsi  və  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq,  maliyyə 

sağlamlaşdırılması  ilə  əlaqədar  müvəqqəti  inzibatçıya  müvafiq  tədbirlərin  həyata  keçirilməsinin 

əsas istiqamətləri üzrə tövsiyələr verməyə;  

54.2.2. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;  

54.2.3. müvəqqəti inzibatçının fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə;  

54.2.4. müvəqqəti inzibatçıdan hesabat almağa;  

54.2.5.  müvəqqəti  inzibatçının  təyinat  müddətinin  bu  Qanunun  52.1-ci  maddəsinə  müvafiq 

olaraq uzadılmasına səlahiyyətlidir.  

54.3.  Müvəqqəti  inzibatçı  öz  səlahiyyətlərinin  həyata  keçirilməsi  haqqında  yalnız  maliyyə 

bazarlarına nəzarət orqanı qarşısında hesabat verir.  

 

Maddə 55. Moratorium  

Banka  müvəqqəti  inzibatçı  təyin  olunduğu  dövrdə  bankın  aktivlərinin  və  maliyyə  vəziyyətinin 

qiymətləndirilməsi, habelə aktivlərin dəyərinin aşağı düşməsinin qarşısını almaq məqsədilə maliyyə 

bazarlarına  nəzarət orqanın ərizəsi  ilə  məhkəmə  hüquqi  və  fiziki şəxslərin  bankdakı depozitləri  və 

bankın  digər  öhdəlikləri  üzrə  ödənişləri  tamamilə  və  ya  qismən  dayandıra  bilər.  Bu  ərizə  üzrə 

məhkəmə 48 saat ərzində qərar çıxarır və həmin qərar dərhal icraya yönəldilir.  



 

Maddə 56. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi  

56.1.  Müvəqqəti  inzibatçının  fəaliyyətinə  maliyyə  bazarlarına  nəzarət  orqanın  qərarı  ilə 

aşağıdakı hallarda xitam verilir:  

56.1.1. Maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən müddət bitdikdə;  

56.1.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  müvəqqəti  inzibatçının  fəaliyyətinə 

vaxtından əvvəl xitam verildikdə;  

56.1.3. iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə.  

56.2.  Bankın  maliyyə  sağlamlaşdırılması  və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  əlaqədar 

müvəqqəti  inzibatçının  fəaliyyətinə  xitam  verildikdə  (o  cümlədən  vaxtından  əvvəl),  həmin  banka 

münasibətdə maliyyə bazarlarına nəzarət orqanı və müvəqqəti inzibatçı tərəfindən müəyyən edilən 

bütün məhdudiyyətlər ləğv edilir.  

56.3.  Müvəqqəti  inzibatçının  həyata  keçirdiyi  tədbirlər  bankın  maliyyə  sağlamlaşdırılması  və 

fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnmədikdə və  ya  bankın  fəaliyyətində olan  çatışmazlıqlar 

aradan qaldırılmadıqda, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti inzibatçının səlahiyyətlərinə 

vaxtından əvvəl  xitam  verilməsi  haqqında qərar qəbul edir  və  banka  bank əməliyyatlarının  həyata 

keçirilməsi  üçün  verilmiş  lisenziyanı  və  icazəni  bu  Qanunda  nəzərdə  tutulmuş  əsaslara  görə  ləğv 



edir.  

56.4. Müvəqqəti inzibatçının səlahiyyətlərinə xitam verildikdən sonra o, yekun hesabatı 30 gün 



müddətində hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  

 

 

VIII fəsil. Ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası

 

 

Maddə 57. Ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti inzibatçı təyin edilməsi 

57.1.  Aşağıdakı  əsaslardan  hər  hansı  birinin  və  ya  bir  neçəsinin  müəyyən  edildiyi  hallarda 

maliyyə  bazarlarına  nəzarət  orqanı  ödəmə  qabiliyyətinin  itirilməsi  ilə  əlaqədar  banka  müvəqqəti 

inzibatçının təyin edilməsi barədə qərar qəbul edir: 

57.1.1. bankın məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının banklar üçün 

müəyyən  etdiyi  məcmu  kapitalın  minimum  miqdarının  25  faizinə  və  ya  onun  adekvatlıq  əmsalı  3 

faizə çatdıqda; 


57.1.2.  bu  Qanunun  57-11-ci  maddəsində  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  bank  hər 

hansı  öhdəliyi  üzrə  ödənişlərin  icrasını  təmin  edə  bilmədikdə  və  ya  icra  müddəti  bitməkdə  olan 

öhdəliklərinin icrası üçün yetərli miqdarda likvid vəsaitə malik olmadıqda; 

57.1.3. bank lisenziyası bu Qanunla müəyyən edilmiş digər əsaslar üzrə ləğv edilməli olduqda. 

57.2. Bank bu Qanunun 47.5-ci, 48.1-ci və 49.2-ci maddələrinin tələblərini yerinə yetirmədikdə 

maliyyə  bazarlarına  nəzarət  orqanı  həmin  banka  müvəqqəti  inzibatçı  təyin  etmək  hüququna 

malikdir. 

57.3. Banka müvəqqəti inzibatçı təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının 

qərarı bankın prudensial hesabatlarına, bankda aparılmış yoxlamanın nəticələrinə dair hesabata və 

ya kənar audit hesabatlarına istinad edilməklə əsaslandırılır. Müvəqqəti inzibatçının təyin edilməsi 

və ya təyin olunma müddətinin uzadılması barədə qərarda onun haqqında məlumatlar və səlahiyyət 

müddəti göstərilir. Maliyyə bazarlarına nəzarət orqanı ödəmə qabiliyyətini itirmiş banka müvəqqəti 

inzibatçının  təyin  edilməsi  barədə  qərar  qəbul  etdiyi  gün  öz  işçiləri  sırasından  və  ya  kənar 

şəxslərdən  (fiziki  və  (və  ya)  hüquqi  şəxslərdən)  banka  müvəqqəti  inzibatçı  təyin  edir  və  həmin 

gündən  bankın  rezolyusiyası  prosesinə  başlayır.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müvəqqəti 

inzibatçının  təyin  edilməsi  barədə  qərarı  qəbul  etdikdən  sonra  dərhal  bankın  Müşahidə  Şurasının 

və İdarə Heyətinin sədrlərinə təqdim olunmasını təmin edir. 

57.4. Banka müvəqqəti inzibatçı təyin edildiyi gündən: 

57.4.1. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi 

yığıncağının səlahiyyətləri dayandırılır; 

57.4.2. bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi 

yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçir. 

57.5.  Müvəqqəti  inzibatçı  təyin  edildiyi  gündən  sonrakı  gündən  başlayaraq  ən  geci  30  təqvim 

günü  müddətində  rezolyusiya  metodunu,  şərtlərini,  iqtisadi  əsaslandırmasını  və  müddətlərini 

özündə  əks  etdirən  tədbirlər  planını  ödəmə  qabiliyyətini  itirmiş  bankın  maliyyə  göstəricilərinə 

əsasən hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. 

57.6. Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ayadək müddətə müvəqqəti inzibatçı tərəfindən 

idarə olunur. Bu müddət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 3 ayadək müddətə uzadıla 

bilər.  Bu  müddətdə  maliyyə  bazarlarına  nəzarət  orqanı  ödəmə  qabiliyyətini  itirmiş  bankın 

rezolyusiyası ilə bağlı aşağıdakı tədbirləri həyata keçirir: 

57.6.1. ödəmə qabiliyyətini itirmiş bankın sağlam banka qoşulmasını; 

57.6.2. ödəmə qabiliyyətini itirmiş bankın aktiv  və öhdəliklərinin tam və  ya qismən alıcı banka 

köçürülməsini; 

57.6.3.  körpü  bankın  yaradılmasını,  ödəmə  qabiliyyətini  itirmiş  bankın  sağlam  aktivlərinin  və 

öhdəliklərinin körpü banka köçürülməsini və körpü bankın investora satılmasını; 

57.6.4. ödəmə qabiliyyətini itirmiş bankın investora satılmasını; 

57.6.5. ödəmə qabiliyyətini itirmiş bankın ləğvini. 

57.7. Müvəqqəti inzibatçı bankın kreditorlarının  bankın rezolyusiyası çərçivəsində əldə edəcəyi 

vəsaitin bankın ləğv ediləcəyi halda əldə edəcəyi vəsaitdən az olmamasını təmin etməlidir. 

57.8.  Banka  müvəqqəti  inzibatçı  təyin  olunduğu  dövrdə  bankın  aktivlərinin  və  maliyyə 

vəziyyətinin  qiymətləndirilməsi,  habelə  aktivlərin  dəyərinin  aşağı  düşməsinin  qarşısını  almaq 

məqsədi  ilə  maliyyə  bazarlarına  nəzarət  orqanının  ərizəsi  ilə  məhkəmə  hüquqi  və  fiziki  şəxslərin 

bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra 

(moratorium tətbiq edilə) bilər. 

 

Maddə 57-1. Bankın müvəqqəti inzibatçı tərəfindən idarə edilməsi 

57-1.1. Müvəqqəti inzibatçı bu Qanunla bank inzibatçıları üçün müəyyən edilmiş tələblərə cavab 

verməlidir. 

57-1.2.  Ödəmə  qabiliyyətini  itirmiş  banka  aidiyyəti  olan  şəxslər,  bankın  səhmdarları, 

kreditorları  və  borcluları  müvəqqəti  inzibatçı  təyin  edilə  bilməzlər.  Bu  kimi  halların  mövcudluğu 

müvəqqəti inzibatçı təyin olunduqdan sonra aşkar olunarsa, inzibatçının fəaliyyətinə xitam verilir. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə