Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

informasiyasının  mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid  minimum tələbləri  müəyyən 

edə bilər.  



 

Maddə 39. Sənədlərin saxlanılması  

39.1.  Banklar  bank  əməliyyatları  haqqında  bağlanmış  müqavilələr  və  icra  edilmiş  müqavilələr 

(əqdlər)  üzrə  müvafiq  sənədləri,  o  cümlədən  elektron  daşıyıcılarda  olan  informasiyanı,  habelə 

fəaliyyətləri  nəticəsində  yaranan  digər  sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və 

müddət ərzində saxlamalıdırlar.  

39.2.  Müştərini  eyniləşdirməyə,  habelə  müştərilərin  hesablaşma  və  köçürmə  əməliyyatlarını 

təsdiq  etməyə  imkan  verən  sənədlər  müştəri  ilə  qarşılıqlı  münasibətlərə  xitam  verildikdən  və 

ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı beş il müddətində bankda saxlanılmalıdır.  



 

Maddə 40. Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması  

40.1.  Aşağıdakı  hallarda  banklar  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən 



şəxslərə kreditlər verə bilməzlər:  

40.1.1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha çox 

hissəsini  təşkil  etdiyi  halda,  müstəqil  auditorun  rəyi  və  səsvermədə  iştirak  etmək  hüququ  olan 

səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;  

40.1.1-1.  aidiyyəti  olan  şəxslərə  verilən  kreditin  məbləği  bankın  aktivlərinin  5  faizədək 

hissüəsini  təşkil  etdiyi  halda,  həmin  şəxslərə  kreditlərin  verilməsi  barədə  qəqrarın  qəbul  edilməsi 

səlahiyyətinin  səhmdarların  ümumi  yığıncağına  həvalə  etdiyihallar  istisna  olmaqla,  bankın 

Müşahidə Şurasının qərarı olmadıqda; 

40.1.2.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  həmin  hüquqi  şəxs  üçün  verilmiş 

kreditlərin  məcmu  miqdarı  bankın  məcmu kapitalının 10  faizinə  bərabər  məbləği,  fiziki  şəxs üçün 

isə 3 faizinə bərabər məbləği keçdikdə;  

40.1.3.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  bütün  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs 



adından  hərəkət  edən  şəxslərə  verilmiş  kreditlərin  məcmu  miqdarı  bankın  məcmu  kapitalının  20 

faizinə bərabər məbləği keçdikdə.  

40.2. Aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit bu Qanunun 40.1-

ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın Müşahidə 

Şurasının  müvafiq  qərarın  lehinə  səs  vermiş  üzvləri  bu  Qanunun  40.1-ci  maddəsinin  tələbləri 

pozulmaqla  verildiyi  kreditlər  üzrə  əsas  məbləğin,  faizlərin  və  digər  ödənişlərin  ödənilməsi  üçün 

məsuliyyət daşıyırlar.  

40.3.  Bankların  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  digər 

müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların 

aparılması qadağandır.  

40.4.  Banklara  aidiyyəti  olan  şəxslərlə  əqdlərin  bağlanmasının  digər  qaydaları  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.  



 

Maddə 41. Bank sirri  

41.1.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq,  bank  hesabının,  hesab 

üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, 

ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında 

əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə 

də bank təminat verir.  

41.2.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq,  bank  sirrini  təşkil  edən 

məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və 

maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür 

məlumatlar  yalnız  cinayət  işinin  istintaqı,  müştərinin  pul  vəsaitinə  və  bankın  saxlancında  olan 

əmlakına  həbs  qoyulması,  tələb  yönəldilməsi  və  bunların  müsadirə  edilməsi  ilə  əlaqədar 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qərarı  əsasında  verilir.  İcra  sənədlərinin  məcburi  icraya 

yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən 



olunmuş  mənbələrdən  əldə  edilmiş  məlumat  əsasında  icra  məmurlarına  verilir.  “Əmanətlərin 

sığortalanması  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  sığorta 

hadisəsi  baş  verdikdə,  əmanətçilər  barədə  məlumatlar  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

Əmanətlərin Sığortalanması Fonduna verilir.  

Bankın  xidmət  etdiyi  vergi  ödəyicisi  olan  hər  hansı  hüquqi  şəxsin  və  ya  fərdi  sahibkarın  bank 

hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarına yalnız Azərbaycan Respublikasının Vergi 

Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.  

Xüsusi  seçki  hesabına  daxil  olan  və  xərclənən  vəsaitlər  barədə  məlumat  banklar  tərəfindən 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  olunmuş  qaydada  Mərkəzi  Seçki 

Komissiyasına verilir. 

Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun 

olaraq,  bu  dövlətlərin  hüquqi  və  fıziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində  həyata 

keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafıq icra hakimiyyəti orqanınm müəyyən 

etdiyi  hədlərdə  və  qaydada  birbaşa  və  ya  müvafıq  icra  hakimiyyəti  orqanı  vasitəsilə  həmin  xarici 

dövlətlərin səlahiyyətli orqanlarma verilir.  

41.3. Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə, onların hesabları və əmanətləri barəsində 

arayışlar  notariuslara  onların  icraatında  olan  vərəsəlik  işləri  üzrə,  habelə  müvafiq  notariat 

hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.  

41.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  xarici  dövlətlərin  bank  tənzimləməsi  və  nəzarəti 

orqanları  arasında  qarşılıqlı  əməkdaşlığa  dair  sazişə  uyğun  olaraq,  informasiya  mübadiləsinin 

predmeti  müvafiq  dövlətin  ərazisində  fəaliyyət  göstərən  və  ya  fəaliyyət  göstərməyə  hazırlaşan 

subyektlər  haqqında  informasiyadırsa,  belə  informasiya  bank  sirrinin  açılması  hesab  edilmir,  bir 

şərtlə  ki,  bu  informasiya  üçüncü  şəxslərə  verilə  bilməz  və  yalnız  bank  nəzarəti  məqsədləri  üçün 

istifadə edilir.  

41.5. Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları 

bankın  idarəedilməsi  və  ya  xidməti  səlahiyyətlərinin  həyata keçirilməsi  ilə əlaqədar onlara  məlum 

olan  bank  sirrini  təşkil  edən  məlumatların  qeyri-qanuni  açılmasına  görə  Azərbaycan 

Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  mülki,  inzibati  və  cinayət 

məsuliyyəti daşıyırlar.  

41.6.  Bank  sirrini  təşkil  edən  məlumatlar  bank  tərəfindən  qanunsuz  olaraq  açıqlandığı  halda, 

hüquqları  pozulmuş  müştəri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.  



 

Maddə  42.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

42.1.  Kredit  təşkilatları  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı monitorinq olunmalı pul vəsaitləri 

və digər əməliyyatlar barədə məlumatları maliyyə monitorinqi orqanına təqdim edir, özünün daxili 

nəzarət  sistemini  hazırlayır  və  tətbiq  edir,  Azərbaycan  Respublikasının  qanunları  və  Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı  beynəlxalq  müqavilələrlə  müəyyən  edilmiş digər tədbirləri  həyata 

keçirirlər.  

Kredit  təşkilatları  qanunla  müəyyən  olunmuş  hallarda  və  qaydada  müştərinin,  benefisiarın  və 

səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi,  habelə  onlar  barədə  əldə  olunmuş  eyniləşdirilmə 

məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməli,  məlumatın  sənədləşdirilməsi  və  saxlanılması 

tələblərinə əməl etməlidirlər. 

Anonim  hesabların,  o  cümlədən  anonim  əmanət  hesablarının  açılmasına  və  anonim  depozit 

sertifikatlarının buraxılmasına yol verilmir. 

42.2. Bu qanunun 42.1-ci  maddəsində göstərilən tələblərdən  başqa digər tələblər "Cinayət  yolu 

ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  və  digər 

hüquqi aktları ilə müəyyən edilir.  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə