Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

V fəsil. Banklarda mühasibat uçotu və hesabat. Bankların fəaliyyətinə nəzarət 

 

Maddə 43. Banklarda mühasibat uçotu və maliyyə hesabatı  

43.1. Bank və xarici bankın yerli filialı qanunvericiliyə və Beynəlxalq Mühasibat Standartlarına 

uyğun  olaraq  mühasibat  uçotunu  aparmalı,  fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən 

hesabatları, o cümlədən illik maliyyə hesabatları tərtib etməlidirlər. Maliyyə vəziyyətini əks etdirən 

hesabatlar,  o  cümlədən  illik  maliyyə  hesabatları  maliyyə  bazarlarına  nəzarət  orqanına  və  Mərkəzi 

Banka təqdim edilməlidir. Banklarda mühasibat uçotu qaydalarının forması, məzmunu və dövriliyi 

müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla maliyyə bazarlarına nəzarət orqanı tərəfindən 

müəyyən edilir. Maliyyə vəziyyətini əks etdirən hesabatlar, o cümlədən illik maliyyə hesabatlarının 

forma, məzmunu və dövriliyi mavifiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı 

ilə razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir. 

43.2.  Bankın  maliyyə  hesabatı  ayrıca  olaraq  bankın  və  konsolidasiya  əsasında  (birləşdirilmiş 

əsasda)  onun  törəmə  təsərrüfat  cəmiyyətlərinin,  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin 

fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.  

43.3. Bir və ya bir neçə yerli filialı olan xarici bank bu Qanunun 43.1-ci və 43.2-ci maddələrində 

müəyyən edilmiş tələblərə müvafiq hər bir yerli filialı üçün ayrıca olaraq və konsolidasiya əsasında 

fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  maliyyə  hesabatının  tərtib  edilməsini  təmin 

etməlidir.  

 

Maddə 44. Kənar audit  

44.1. Bankın və xarici bankın yerli filialının maliyyə fəaliyyəti hər il auditor fəaliyyətini həyata 

keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olan kənar auditor tərəfindən yoxlanılmalıdır.  

44.2.  Auditor  yoxlaması  “Auditor  xidməti  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa 

uyğun olaraq həyata keçirilir.  

44.3. Bankın və xarici bankın yerli filialının yoxlamasını aparan kənar auditor “Auditor xidməti 

haqqında”  və  “Auditorun  peşə  məsuliyyətinin  icbari  sığortası  haqqında”  Azərbaycan 

Respublikasının  qanunlarında  nəzərdə tutulan  hüquq və  vəzifələrlə  yanaşı, aşağıdakıları  da  həyata 

keçirir:  

44.3.1. bankın  maliyyə  hesabatının onun  maliyyə vəziyyəti  haqqında tam  və obyektiv təsəvvür 

yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;  

44.3.2. mühasibat uçotunun,  maliyyə  nəzarəti  sistemlərinin  və prosedurlarının  lazımi səviyyədə 

saxlamaqda banka kömək göstərir;  

44.3.3.  inzibatçının  və  ya  hər  hansı  əməkdaşın  banka  mühüm  zərər  vuran  və  ona  məlum  olan 

qanunsuz  hərəkətləri  barədə,  habelə  idarəetmədə  və  ya  cari  fəaliyyətində  çatışmazlıqlar  haqqında 

maliyyə bazarlarına nəzarət orqanına məlumat verir.  

44.4.  Yerli  filialı  və  ya  nümayəndəliyi  olan  xarici  bank  yerli  filial  və  nümayəndəliklərinin 

auditini konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.  

44.5. Maliyyə bazarlarına nəzarət orqanı bankların və xarici bankların yerli filiallarının auditinin 

aparılmasına  dair  beynəlxalq  bank  nəzarəti  praktikasına  uyğun  minimum  tələblər  müəyyən  edir. 

Kənar  auditor  yoxlaması  maliyyə  bazarlarına  nəzarət orqanın  tələblərinə  uyğun  gəlməsə,  maliyyə 

bazarlarına nəzarət orqanı auditorun dəyişdirilməsini, habelə bankın özünün vəsaiti hesabına təkrar 

auditin aparılmasını tələb edir.  

 

Maddə 45. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi  

45.1. Bank və xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində 

bankın və xarici bankın yerli filialının kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında 

hazırlanmış  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə  bankın  səhmdarlarına,  habelə  müştərilərin 

tələbi ilə onlara təqdim etməlidir.  

45.2.  Bank  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay  müddətində  konsolidasiya  əsasında 

fəaliyyətlərini və maliyyə vəziyyətini əks etdirən auditor tərəfindən təsdiqlənmiş maliyyə hesabatını 

auditor rəyi ilə birlikdə maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  




Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  ayrıca  olaraq,  hər  bir  yerli  filialı  üçün  kənar 

auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə  birlikdə  beş  ay 

müddətində, konsolidasiya əsasında təsdiqlənmiş maliyyə hesabatını auditor rəyi ilə birlikdə səkkiz 

ay müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim etməlidir.  

45.3.  Bu  Qanunun  45.1-ci  maddəsində  göstərilmiş  maliyyə  hesabatı  kütləvi  informasiya 

vasitələrində bank və xarici bankın yerli filialları tərəfindən dərc edilməlidir. Dərc olunan hesabatın 

forması, məzmunu və müddətləri maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.  

 

Maddə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət  

46.1.  Bankın  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  məqsədilə  bank  və  xarici  bankın  yerli 

filialları  özünün  və  törəmə  təsərrüfat  cəmiyyətlərinin  ayrıca  olaraq  və  konsolidasiya  əsasında 

prudensial  hesabatlarını  maliyyə  bazarlarına  nəzarət  orqanına,  bank  statistikası  hesabatlarını 

maliyyə  bazarlarına  nəzarət  orqanına  və  Mərkəzi  Banka  təqdim  etməlıdirlər.  Prudensial 

hesabatlarının  forması,  məzmunu  və təqdim edilməsi qaydaları  maliyyə  bazarlarına  nəzarət orqanı 

tərəfindən  müəyyən  edilir.  Bank  statistikası  hesabatlarının  forması,  məzmunu  və  təqdim  edilməsi 

qaydaları maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla Mərkəzi Bank tərəfindən müəyyən 

edilir.  

46.2.  Banklar  və  xarici  bankların  yerli  filialları  yerlərdə  yalnız  maliyyə  bazarlarına  nəzarət 

orqanın  inspektorları  və  ya  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  təyin  edilən  kənar 

auditorlar  tərəfindən  ildə  bir  dəfə  yoxlanılır.  Bank  aktivlərinin  itirilməsi  təhlükəsi  yarandıqda, 

habelə  qanunvericiliyin  pozulması  faktlarının  araşdırılması  məqsədilə  maliyyə  bazarlarına  nəzarət 

orqanı banklarda və xarici bankların yerli filiallarında əlavə yoxlamalar keçirə bilər. Yoxlayıcıların 

tərkibinə  qarşılılıq  prinsipi  əsasında  maliyyə  bazarlarına  nəzarət  orqanın  yoxlamalar  sahəsində 

əməkdaşlıq  haqqında  saziş  bağladığı  digər  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının 

əməkdaşları da daxil edilə bilərlər. Yoxlamaların həyata keçirilməsinin prosedur qaydaları maliyyə 

bazarlarına nəzarət orqanın qərarları ilə müəyyən edilir.  

46.3.  Bu  Qanunun  46.1-ci  və  46.2-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  bazarlarına  nəzarət 

orqanına və onun təyin etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:  

46.3.1.  istənilən  banka,  onun  filiallarına,  şöbələrinə,  törəmə  təsərrüfat  cəmiyyətlərinə,  habelə 

xarici  bankın  yerli  filialına daxil olmaq  və onların  hesabatlarını,  mühasibat kitablarını, sənədlərini 

və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;  

46.3.2. bankın, onun törəmə təsərrüfat cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik olan 

şəxslərin,  banka  aidiyyəti  olan  şəxslərin  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərin,  bankın 

filialının,  şöbəsinin  və  xarici  bankın  yerli  filialının  inzibatçılarından,  əməkdaşlarından  və 

agentlərindən  həmin  qurumların  idarə  edilməsinə  və  cari  fəaliyyətinə,  o  cümlədən  müştərilərin 

əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.  

46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətini qanunvericilikdən və əsasnaməsi ilə 

müəyyən  edilmiş  hüdudlardan  kənara  çıxmadığını  göstərmək  üçün  özünün  idarə  edilməsi  qaydası 

və  cari  fəaliyyəti  haqqında  hesabatları  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  etməlidir. 

Hesabatın  forması,  məzmunu  və  təqdim  edilməsi  qaydası  maliyyə  bazarlarına  nəzarət  orqanı 

tərəfindən müəyyən edilir.  

Hesabat  məlumatlarını  dəqiqləşdirmək  məqsədilə  maliyyə  bazarlarına  nəzarət  orqanın 

inspektorları xarici bankın nümayəndəliyini yerində yoxlaya bilər.  

46.5.  Bank,  onun  törəmə  təsərrüfat  cəmiyyəti,  filialı  və  şöbəsi,  xarici  bankın  yerli  filialı  və 

nümayəndəliyi  bu  maddəyə  uyğun  vəzifələrin  icrası  zamanı  maliyyə  bazarlarına  nəzarət  orqanın 

inspektorlarına və ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilati və texniki imkanları 

yaradır.  

46.6. Qarşılıqlılıq prinsipinə əsasən xarici bank tənzimləməsi və nəzarəti orqanlarının sorğuları, 

habelə  məhkəmənin  qüvvəyə  minmiş  qərarı  ilə  nəzərdə  tutulan  hallar  istisna  olmaqla,  maliyyə 

bazarlarına nəzarət orqanı başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında 

yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə