Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

müddət  maliyyə  bazarlarına  nəzarət  orqanının  qərarı  ilə  10  təqvim  günü  müddətinədək  uzadıla 

bilər. 

57-11.4.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  bank  arasında  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyasına  dair  yazılı  razılaşma  bağlandıqdan  sonra  10  təqvim  günü  ərzində,  bank 

restrukturizasiya planının layihəsini hazırlayır və baxılması üçün yazılı surətdə maliyyə bazarlarına 

nəzarət orqanına təqdim edir. 

57-11.5. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş restrukturizasiya 

planının  layihəsinə  dair  təklifləri  olduqda,  bu  barədə  banka  yazılı  bildiriş  təqdim  edir  və 

restrukturizasiya  planına  əlavə  və  (və  ya)  dəyişikliklərin  edilməsini  tələb  edir.  Bank 

restrukturizasiya  planına  əlavə  və  (və  ya)  dəyişiklikləri  etdikdən  sonra,  restrukturizasiya  planının 

layihəsini  təkrar  yazılı  surətdə  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  edir.  Maliyyə 

bazarlarına  nəzarət  orqanı  restrukturizasiya  planının  layihəsi  ilə  razı  olduqda,  bu  barədə  banka 

yazılı bildiriş göndərir. 

57-11.6.  Restrukturizasiya  planına  razılıq  barədə  maliyyə  bazarlarına  nəzarət  orqanının  yazılı 

bildirişini aldıqdan sonra bank, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bildirişdə müəyyən 

edilmiş  müddətdə  öhdəliklərinin  könüllü  restrukturizasiyasına  başlamaq  üçün  mülki  prosessual 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  məhkəməyə  müraciət  edir.  Restrukturizasiyaya 

başlamaq  haqqında  məhkəmənin  qərarı  (bundan  sonra  -  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyası  haqqında  məhkəmə  qərarı)  qüvvəyə  mindiyi  tarixdən  və  restrukturizasiya 

planına  əsasən  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyanın  aparıldığı,  lakin  hər  bir  halda 

180  gündən  artıq  olmayan  müddət  ərzində  bu  Qanunun  57-11.8-ci  və  57-11.21-ci  maddələrində 

nəzərdə  tutulmuş  məhdudiyyətlər  tətbiq  olunur.  Bu  müddət  öhdəlikləri  restrukturizasiya  olunan 

bankın  maliyyə  bazarlarına  nəzarət  orqanı  ilə  razılaşdırılmış  müraciətinə  əsasən  məhkəmə 

tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər. 

57-11.7.  Bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası  haqqında  məhkəmə  qərarı  qəbul 

olunduğu  tarixdən  7  təqvim  günü  ərzində  bank  restrukturizasiya  planına  daxil  edilmiş 

öhdəliklərinin restrukturizasiyası barədə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən azı 

iki dövri mətbu nəşrdə və bir beynəlxalq səviyyədə tanınmış nəşrdə, habelə özünün rəsmi internet 

səhifəsində  məlumat  dərc  etdirməli  və  həmin  məlumatlarda  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyası  haqqında  məhkəmə  qərarının  və  restrukturizasiya  planının  surətlərinin 

məhkəmədən  və  ya  bankın  hüquqi  ünvanından  tələbləri  restrukturizasiya  planına  daxil  edilmiş 

bütün kreditorlar tərəfindən əldə edilə bilməsi imkanı göstərilməlidir. 

57-11.8.  Bu  Qanunun  57-11.6-cı  maddəsinə  müvafiq  olaraq,  bankın  öhdəliklərinin  könüllü 

restrukturizasiyası  haqqında  məhkəmə  qərarı  qüvvəyə  mindiyi  tarixdən  bank  aşağıdakı  hüquqlara 

malikdir: 

57-11.8.1.  alqı-satqı,  dəyişdirmə,  bağışlama  müqavilələrinin  və  ya  bankın  hər  hansı  əmlakının 

özgəninkiləşdirilməsi  ilə  bağlı  olan  hər  hansı  digər  müqavilələrin  icra  edilməsini,  bank  üçün  hər 

hansı risk, o cümlədən, kredit riski yaradan borc, kredit, qarantiya və ya hər hansı maliyyələşdirmə 

növlərini təqdim edən müqavilələrin bağlanmasını dayandırmaq; 

57-11.8.2.  bankın  məhkəmə  tərəfindən  təsdiq  edilmiş  restrukturizasiya  planına  daxil  edilən 

öhdəliklərinin icrasını dayandırmaq. 

57-11.9.  Bank  restrukturizasiya  planına  dair  razılığın  alınması  məqsədilə  tələbləri 

restrukturizasiya  planına  daxil  edilmiş  kreditorların  yığıncağını  çağırmalıdır.  Kreditorların 

yığıncağının  keçirilməsinədək  olan  müddət  ərzində  bu  Qanunun  57-11.5-ci  maddəsinə  əsasən 

razılaşdırılmış  plana  dəyişikliklər  edilərsə,  restrukturizasiya  planı  kreditorların  yığıncağının 

keçirilməsinə ən azı 30 təqvim günü qalmış baxılması üçün maliyyə bazarlarına nəzarət orqanına 

təqdim edilir. 

57-11.10.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  10  təqvim  günü  ərzində  bu  Qanunun  57-11.9-cu 

maddəsinə  əsasən  təqdim  edilən  restrukturizasiya  planına  baxır  və  həmin  plana  dair  qeydləri 

olduqda onların aradan qaldırılmasını yazılı surətdə bankdan tələb edir. Bank maliyyə bazarlarına 

nəzarət  orqanının  restrukturizasiya  planına  dair  təkliflərini  nəzərə  almalı  və  müvafiq  düzəlişlər 

edərək  həmin  planı  maliyyə  bazarlarına  nəzarət  orqanına  təqdim  etməlidir.  Bank  maliyyə 


bazarlarına  nəzarət  orqanı  tərəfindən  təsdiq  edilmiş  restrukturizasiya  planı  barədə  5  iş  günü 

ərzində  Azərbaycan  Respublikasının  bütün  ərazisini  əhatə  edən  azı  iki  dövri  mətbu  nəşrdə  və  bir 

beynəlxalq  səviyyədə  tanınmış  nəşrdə,  habelə  özünün  rəsmi  internet  səhifəsində  məlumat  dərc 

etdirməlidir  və  həmin  məlumatlarda  restruktizasiya  planının  surətinin  bankın  hüquqi  ünvanından 

tələbləri  restrukturizasiya  planına  daxil  edilmiş  bütün  kreditorlar  tərəfindən  əldə  edilə  bilməsi 

imkanı göstərilməlidir. 

57-11.11. Tələblərinin restrukturizasiya olunması nəzərdə tutulan kreditorlar yığıncaqda şəxsən 

və  ya  öz  səlahiyyətli  nümayəndələri  vasitəsilə  iştirak  edə  bilərlər.  Tələbləri  restrukturizasiya 

planına  daxil  edilmiş  kreditorlar  tərəfindən  restrukturizasiya  planının  təsdiq  edilməsi  üçün 

restrukturizasiya planına əsasən restrukturizasiya edilməsi nəzərdə tutulan tələblərin ən azı üçdə iki 

hissəsinə malik olan kreditorların razılığı tələb edilir. 

57-11.12. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi ilə nəzərdə tutulan qaydada 

təsdiq  edildikdən  sonra,  bank  1  iş  günü  ərzində  restrukturizasiya  planını  yazılı  surətdə  maliyyə 

bazarlarına nəzarət orqana təqdim edir. Restrukturizasiya planı bu Qanunun 57-11.11-ci maddəsi 

ilə  nəzərdə  tutulan  qaydada  təsdiq  edilmədikdə,  bank  öhdəliklərinin  restrukturizasiyanın  bu 

Qanunun  57-11.11-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  mümkün  olmaması  barədə  maliyyə 

bazarlarına nəzarət orqanına 1 iş günü ərzində yazılı məlumat göndərir. Restrukturizasiya planı bu 

Qanunun  57-11.11-ci  maddəsi  ilə  nəzərdə  tutulan  qaydada  təsdiq  edilmədikdə,  bankın 

öhdəliklərinin  könüllü  restrukturizasiyası  baş  tutmamış  sayılır.  Restrukturizasiya  planının  bu 

Qanunun  57-11.11-ci  maddəsinə  müvafiq  olaraq  kreditorlar  tərəfindən  təsdiq  edilməsi  şərti  ilə, 

bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası  bankın  kreditorlar  qarşısında  daşıdığı  və 

restrukturizasiya  planına  uyğun  olaraq  restrukturizasiyası  nəzərdə  tutulan  bütün  öhdəliklərinə 

münasibətdə aparılır. 

57-11.13.  Restrukturizasiya  planına  maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  baxıldıqdan 

sonra  bank  restrukturizasiya  planının  təsdiq  edilməsi  üçün  mülki  prosessual  qanunvericilikdə 

nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edir. 

57-11.14.  Bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyası  planının  təsdiq  edilməsi  haqqında 

məhkəmə qərarı qüvvəyə mindiyi andan və restrukturizasiya planı qüvvədə olduğu müddət ərzində: 

57-11.14.1.  banka  qarşı  restrukturizasiya  edilməsi  nəzərdə  tutulan  öhdəliklər  üzrə  hər  hansı 

müvafiq icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır; 

57-11.14.2.  öhdəliklərinin  restrukturizasiya  edilməsi  nəzərdə  tutulan  kreditorların  banka  qarşı 

həmin öhdəliklərdən irəli gələn tələblərinin icrası dayandırılır. 

57-11.15. Bankın restrukturizasiya planı ən azı aşağıdakı məlumatları özündə əks etdirməlidir: 

57-11.15.1. restrukturizasiyanın məqsədini, aparılması qaydasını və müddətini; 

57-11.15.2. restrukturizasiyaya məruz qalan öhdəliklərin siyahısını; 

57-11.15.3. restrukturizasiya çərçivəsində aparılması nəzərdə tutulan tədbirlərin siyahısını; 

57-11.15.4. bankın fəaliyyətinə tətbiq edilməli olan məhdudiyyətləri. 

57-11.16. Restrukturizasiya olunan bank hər hansı bank holdinq şirkətinə daxil olduqda, bankın 

restrukturizasiya planında restrukturizasiya zamanı bank holdinq şirkətinin törəmə banklarına təsir 

edən amillər göstərilməlidir. 

57-11.17. Bankın öhdəliklərinin könüllü restrukturizasiyasına aşağıdakı hallarda xitam verilir: 

59-11.17.1.  məhkəmə  tərəfindən  bu  Qanunun  57-12-ci  maddəsinə  uyğun  olaraq  bankın 

öhdəliklərinin könüllü restrukturizasiyasına xitam verilməsi haqqında qərar qəbul edildikdə; 

57-11.17.2.  öhdəlikləri  restrukturizasiya  olunan  bankın  lisenziyasının  ləğvi  və  məcburi  ləğv 

edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qərar qəbul edildikdə; 

57-11.17.3.  bankın  öhdəliklərinin  könüllü  restrukturizasiyasına  xitam  verilməsi  barədə  bankın 

Müşahidə Şurasının qərarı olduqda. 

57-11.18.  Restrukturizasiya  planının  tam  icra  edilməsi  ilə  əlaqədar  bankın  öhdəliklərinin 

könüllü  restrukturizasiyasına  xitam  verildikdə  bankın  restrukturizasiya  planına  daxil  edilmiş 

öhdəlikləri lazımi qaydada icra edilmiş hesab edilir. 

57-11.19.  Bank  restrukturizasiya  planında  nəzərdə  tutulmuş  qaydada  və  müddətdə  bankın 

öhdəliklərinin könüllü restrukturizasiyanın başa çatdırılması barədə bildirişi 3 təqvim günü ərzində 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə