Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

57-1.3.  Bankın  idarə  edilməsi  ilə  bağlı  bütün  xərclər  bankın  vəsaiti  hesabına  həyata  keçirilir. 

Bankın idarə edilməsi üçün bankın öz vəsaiti olmadıqda, bankın idarə edilməsi maliyyə bazarlarına 

nəzarət  orqanı  tərəfindən  təsdiq  edilmiş  xərclər  smetası  əsasında  maliyyə  bazarlarına  nəzarət 

orqanının  vəsaiti  hesabına  həyata  keçirilir.  İdarə  edilməsi  üçün  kifayət  qədər  vəsaiti  olmayan 

bankın rezolyusiyası 3 ay müddətində başa çatdırılmalıdır. 

 

Maddə 57-2. Müvəqqəti inzibatçının bankın idarə edilməsi ilə bağlı səlahiyyətləri 

57-2.1. Banka müvəqqəti inzibatçı təyin edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanının 

qərarı  banka  təqdim  edildiyi  gündən  idarəetmə  orqanları  bankın  möhürlərini,  ştamplarını,  bütün 

əmlakını, mühasibat kitablarını və digər sənədlərini müvəqqəti inzibatçıya təhvil verməli və bankın 

fəaliyyəti ilə bağlı zəruri olan məlumatları təqdim etməlidir. 

57-2.2.  Maliyyə  bazarlarına  nəzarət  orqanının  müraciəti  ilə  müvafiq  icra  hakimiyyəti  orqanı 

müvəqqəti inzibatçının bankın binasına daxil olmasını, bankın aktivlərini, mühasibat kitablarını və 

yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidir. 

57-2.3.  Müvəqqəti  inzibatçının  təyin  olunduğu  gündən  bankın  idarəetmə  orqanları  tərəfindən 

imzalanmış əqdlər və həyata keçirdiyi əməliyyatlar hüquqi qüvvəyə malik olmur və etibarsız hesab 

olunur. Müvəqqəti inzibatçı bankın bütün idarəetmə orqanlarının səlahiyyətlərini həyata keçirməklə 

yanaşı, aşağıdakı tədbirləri görür: 

57-2.3.1. bankın əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür; 

57-2.3.2.  bankın  kreditorlarını  və  onların  qarşısında  bankın  pul  öhdəliklərinin  miqdarını 

müəyyən edir; 

57-2.3.3. bankın qarşısında olan borcların qaytarılması üçün tədbirlər görür; 

57-2.3.4. bankın adından müqavilələr və sənədlər imzalayır; 

57-2.3.5.  kredit  müqavilələri  də  daxil  olmaqla,  bankın  maraqlarına  aşkar  şəkildə  zidd  olan 

şərtlərlə  bağlanılması  nəticəsində  bankın  maliyyə  vəziyyətinin  pisləşməsinə  səbəb  olmuş  müqavilə 

öhdəliklərinin  icrasından  imtina  və  həmin  müqavilələrin  ləğvi  üçün  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsində müəyyən edilmiş qaydada tədbirlər görür; 

57-2.3.6.  bankın  maliyyə  dayanıqlılığına  xələl  gətirdiyi  halda  bankın  investisiya  qoyuluşunu 

nəzərdə  tutan  müqavilələrinin  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  müəyyən  edilmiş 

qaydada ləğvi və ya onlara əlavə və dəyişikliklər edilməsi üzrə tədbirlər görür; 

57-2.3.7. aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bank tərəfindən 

verilmiş  kreditlərin  restrukturizasiyasını  (kreditin  ödəmə  müddətinin  uzadılması,  faizlərin 

azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi) həyata keçirir; 

57-2.3.8. bankın fəaliyyətinin auditini və hüquqi sənədlərinin ekspertizasını təşkil edir; 

57-2.3.9.  bu  Qanunun  57-10-cu  maddəsində  nəzərdə  tutulmuş  tədbirləri  görür,  bankın  ödəmə 

qabiliyyətinin itirilməsinə gətirib çıxaran halları araşdırır, bu kimi halların baş verməsində şübhəli 

bilinən  şəxslərin  məsuliyyətə  cəlb  edilməsi  üçün  aidiyyəti  orqanlara  müraciət  edir,  banka  dəymiş 

zərərin ödənilməsi üçün məhkəmədə iddia qaldırır; 

57-2.3.10. bankda və onun yaratdığı törəmə hüquqi şəxslərdə işdən azad edilmə, əmək şəraitinin 

şərtlərinin  dəyişdirilməsi,  aşağı  vəzifəyə  keçirilmə,  müvəqqəti  vəzifədən  kənarlaşdırma,  işçilər 

arasında vəzifə bölgüsü də daxil olmaqla, əmrlər verir; 

57-2.3.11. bankın xərclərinin azaldılması istiqamətində tədbirlər görür; 

57-2.3.12.  maliyyə  bazarlarına  nəzarət  orqanının  razılığı  ilə  bankın  idarə  edilməsinə  başqa 

şəxsləri, o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edir; 

57-2.3.13. mənfəətin bölüşdürülməsini və dividendlərin ödənilməsini dayandırır; 

57-2.3.14. ödəmə qabiliyyətini itirmiş bankın rezolyusiyası ilə bağlı tədbirlər planının layihəsini 

hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir; 

57-2.3.15.  ödəmə  qabiliyyətini  itirmiş  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planının  yerinə 

yetirilməsi üçün işlər görür; 

57-2.3.16. öz fəaliyyəti və bankın rezolyusiyası ilə bağlı tədbirlər planının icrası barədə ayda bir 

dəfə maliyyə bazarlarına nəzarət orqanına hesabat verir. 


57-2.4.  Bankın  maliyyə  vəziyyətinin  yaxşılaşdırılması,  itirilmiş  kapitalının  bərpası  və 

likvidliyinin  təmin  edilməsi  məqsədi  ilə  müvəqqəti  inzibatçı,  həmçinin  aşağıdakı  səlahiyyətləri 

həyata keçirir: 

57-2.4.1.  bankın  rezolyusiyası  ilə  bağlı  tədbirlər  planının  hazırlanması  çərçivəsində  bankın 

aktivlərinin  və  öhdəliklərinin  həcmini  müəyyən  edir,  yenilənmiş  balans  hesabatını  hazırlayır, 

məcmu kapitalını yenidən qiymətləndirir və bankın kapital kəsirini müəyyən edir; 

57-2.4.2. bankın kapitalının artırılması üçün: 

57-2.4.2.1.  nizamnamə  kapitalındakı  payının  artırılması  müqabilində  bankın  mühüm  iştirak 

payına malik səhmdarlarına məxsus olan, bankın çatışmayan kapitalı həcmində bankda saxlanılan 

əmanətlərini nizamnamə kapitalına daxil edir; 

57-2.4.2.2.  nizamnamə  kapitalındakı  payının  artırılması  müqabilində  bankın  mühüm  iştirak 

payına  malik  səhmdarlarının  banka  bilavasitə  və  ya  dolayı  olaraq  verdiyi  subordinasiya  borc 

öhdəliklərini ikinci dərəcəli kapitaldan nizamnamə kapitalına daxil edir; 

57-2.4.3. bankın yaratdığı törəmə hüquqi şəxslərdəki payını (onun bir hissəsini), mülkiyyətində 

olan daşınmaz əmlakı və digər aktivləri satır və ya girov qoyur. 

 

Maddə 57-3. Ödəmə qabiliyyətini itirmiş bankın aktivlərinin pisləşməsinin və mümkün zərərin 

qarşısının alınması üzrə tədbirlər 

57-3.1.  Müvəqqəti  inzibatçı  bankın  əmlakının  və  sənədlərinin  mühafizəsi  və  qorunması  üçün 

tədbirlər görməlidir. Müvəqqəti inzibatçı təyin edildiyi gündən 30 təqvim günü ərzində bankın aktiv 

və  öhdəliklərinin  inventarizasiyasını  aparmalı  və  bankın  yenilənmiş  balans  hesabatını 

hazırlamalıdır. 

57-3.2.  Təyin  oldunduğu  gündən  45  təqvim  günü  ərzində  müvəqqəti  inzibatçı  bankın  maliyyə 

vəziyyətinin  pisləşməsinə  səbəb  olan  halların,  o  cümlədən  aşağıdakı  halların  müəyyən  edilməsi 

üçün  bankın  son  2  il  ərzində  bağlamış  olduğu  müqavilələri,  sazişləri,  habelə  həyata  keçirdiyi 

əməliyyatları təhlil edir: 

57-3.2.1.  bankın  əmlakının  bazar  şərtlərindən  əhəmiyyətli  dərəcədə  aşağı  şərtlərlə  və  qiymətlə 

özgəninkiləşdirilməsini və ya istifadəyə verilməsini; 

57-3.2.2. normal bazar şəraitində tətbiq edilməyən güzəştlərin kredit müqavilələri ilə müştəriyə 

verilməsini; 

57-3.2.3.  kredit  və  ya  digər  müqavilələrin  bankın  aktivlərinin  ələ  keçirilməsi  məqsədi  ilə 

bağlanmasını; 

57-3.2.4. bankın bəzi kreditorlara imtiyazlar və güzəştlər verən ödənişlərlə və ya əmlakla bağlı 

əqdlər bağlamasını; 

57-3.2.5.  banka  aidiyyəti  olan  şəxslərlə  qanunvericiliyin  tələblərini  pozan  və  ya  bankın 

əmanətçilərinin və kreditorlarının maraqlarına təhlükə yaradan müqavilələrin bağlanmasını; 

57-3.2.6. bağlanmış müqavilələr əsasında əmlakı, malları və xidmətləri onların real dəyərindən 

əhəmiyyətli dərəcədə yuxarı qiymətə bankın satın almasını; 

57-3.2.7. kreditlərin təminatı kimi çıxış edən əmlakın dəyərinin şişirdilməsini. 

57-3.3. Bu Qanunun 57-3.2-ci maddəsində nəzərdə tutulmuş müqavilələr etibarsız hesab olunur. 

Müvəqqəti  inzibatçı  qeyd  olunan  müqavilələr  əsasında  bankın  əldən  çıxmış  aktivlərinin  geri 

qaytarılması,  habelə  banka  dəymiş  zərərin  ödənilməsi  üçün  qanunvericiliklə  müəyyən  edilmiş 

tədbirlər görür. 

57-3.4. Müvəqqəti inzibatçının bankın idarəedilməsi ilə bağlı bu Qanun çərçivəsində qəbul etdiyi 

qərarlarından maraqlı şəxslər inzibati qaydada və məhkəməyə şikayət verə bilər. 

 

Maddə 57-4. Müvəqqəti inzibatçının fəaliyyətinə nəzarət 

57-4.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  müvəqqəti  inzibatçının  fəaliyyətinə  nəzarəti 

aşağıdakı qaydada həyata keçirir: 

57-4.1.1. müvəqqəti inzibatçının fəaliyyəti barədə məlumat tələb edir və hesabat alır; 

57-4.1.2. müvəqqəti inzibatçıya bankın idarə edilməsi və bankın rezolyusiyası ilə bağlı tədbirlər 

planının icrası ilə əlaqədar tövsiyələr və yazılı şəkildə icrası məcburi göstərişlər verir; 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə