Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix20.09.2018
ölçüsü0,68 Mb.
#69435
1   ...   22   23   24   25   26   27   28   29   30

Maddə  71-1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  tərəfindən  ləğvedicinin fəaliyyəti  üzərində 

nəzarət 

71-1.1.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  ləğvedici  üzərində  fəaliyyətinin  bütün  müddəti 

ərzində nəzarəti həyata keçirir. 

71-1.2. Maliyyə bazarlarına nəzarət orqanı: 

71-1.2.1. ləğvedicinin fəaliyyəti barəsində məlumatların təqdim edilməsini tələb etməyə; 

71-1.2.2. ləğvedicidən hesabat almağa; 

71-1.2.3. ləğvedicinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı tövsiyələr və icrası məcburi 

olan yazılı göstərişlər verməyə; 

71-1.2.4. ləğvedicinin fəaliyyətini yoxlamağa; 

71-1.2.5.  ləğvedicinin  bankın  idarəedilməsi  ilə  bağlı  bu  Qanun  çərçivəsində  qəbul  etdiyi 

qərarlarından maraqlı şəxslərin verdiyi şikayətlərə baxmağa səlahiyyətlidir. 

71-1.3.  Bankın  iflası  dövründə  ləğvedici  öz  fəaliyyəti  haqqında  maliyyə  bazarlarına  nəzarət 

orqanına  onun  müəyyənləşdirdiyi  formada  və  müddətlərdə  hesabat  verir,  habelə  maliyyə 

bazarlarına nəzarət orqanının tələb etdiyi sənədləri və informasiyanı təqdim edir. 

 

Maddə 72. Bankın müflis elan olunmasının nəticələri  

72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan:  

72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər 

hüquqi qüvvəyə malik olur;  

72.1.2. banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır;  

72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız 

bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür;  

72.1.4.  qanunvericiliyə  müvafiq  hallarda  aktivlərin  üzərinə  qoyulmuş  bütün  həbslər  hüquqi 

qüvvəsini itirir;  

72.1.5.  girovla  təmin  edilmiş  aktivlər  barəsində  borc  məbləği  həddində  bu  Qanunun  81-ci 

maddəsinə  uyğun  icraat  istisna  olmaqla,  bankın  aktivlərinə  yönəldilmiş  icra  sənədlərinin  icrası 

dayandırılır;  

72.1.6. bankın öhdəlikləri üzrə  faizlərin  və digər  haqların  hesablanması dayandırılır. Bu zaman 

bankın aktivlərinə faizlərin və digər haqların hesablanması davam etdirilir.  

72.2.  Bankın  müflis  elan  olunmasına  dair  qərar  qüvvəyə  mindikdən  sonra  müflis  bankın 

səhmlərinin  ləğvedici  tərəfindən  digər  şəxsə  köçürülməsi  bu  Qanunun  74-cü  maddəsinə  müvafiq 

olaraq, yalnız məhkəmənin qərarı ilə həyata keçirilir.  

 

Maddə 73. Ödəniş sistemlərində hesablaşmaların qətiliyi  

73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq:  

73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab 

edilən  hesablaşmalar  üzrə  ödəniş  tapşırıqları,  o  cümlədən  qiymətli  kağızlar  üzrə  ödənişlər  bankın 

müflis  elan olunmasına dair qərar qəbul edildiyi  halda  hüquqi qüvvədə qalır  və üçüncü tərəf üçün 

məcburi  olur,  bu  şərtlə  ki,  ödəniş  tapşırıqları  həmin  qərar  qüvvəyə  minənədək  gerigötürülməz 

olsun;  

73.1.2. bu Qanunun 73.1.1-ci maddəsində göstərilən köçürmələr bu şərtlə hüquqi qüvvəyə malik 

olmur və üçüncü tərəf üçün məcburi olmur ki, ləğvedici sistemin operatorunun bankın müflis elan 

olunmasına  dair  qərar  çıxarıldığından  ödəniş  tapşırıqları  köçürmələri  həyata  keçirən  sistemin 

qaydalarına görə gerigötürülməz olanadək xəbər tutduğunu sübut edə bilsin.  

73.2.  Bankın  müflis  elan  olunmasına  dair  qərar  qüvvəyə  minənədək  bağlanmış  müqavilə  və 

əqdləri ləğv edən və ya təxirə salan hər hansı normativ hüquqi akt və ya sərəncam ödəniş sistemləri 

vasitəsilə həyata keçirilmiş klirinqin nəticələrini ləğv edə bilməz.  



 

Maddə 74. Bankın səhmlərinin, aktivlərinin, öhdəliklərinin köçürülməsi və satılması  

74.1. Bank sisteminin mənafeyi və bankın dəyərinin onun kreditorları üçün artırılması məqsədilə 

maliyyə  bazarlarına  nəzarət orqanın  müraciətinə əsasən  məhkəmə qərar qəbul  edə  bilər ki,  bankın 



ləğvedicisi  aşağıdakıları  təmin  etmək  üçün  maliyyə  bazarlarına  nəzarət  orqanın  təklif  etdiyi  və 

məhkəmənin təsdiq etdiyi şərtlər əsasında bir və ya bir neçə əməliyyat aparsın:  

74.1.1. bankın nizamnamə kapitalının hamısının və ya bir hissəsinin köçürülməsi və /və ya;  

74.1.2. bankın aktivlərinin və öhdəliklərinin hamısının və ya bir hissəsinin birlikdə köçürülməsi 

və ya satılması.  

74.2.  Bu  Qanunun  74.1-ci  maddəsinə  uyğun  əməliyyatın  aparılması  üçün,  bank  müflis  elan 

edildikdən  sonra onun  ləğv edildiyi anadək  istənilən  vaxt  müraciət edilə  və ona  icazə  verilə  bilər. 

Bu  barədə  məhkəməyə  təqdim  olunmuş  ərizəyə  bir  həftə  ərzində  baxılır  və  müvafiq  qərar  qəbul 

olunur.  

74.3. Bu Qanunun 74.1-ci  maddəsinə uyğun  icazə verilmiş əməliyyatın aparılması üçün  bankın 

səhmdarlarının  və  ya  onun  hər  hansı  idarəetmə  orqanının  razılığı  tələb  edilmir.  Öhdəliklərin 

köçürülməsi  müvafiq  bildirişin  kütləvi  informasiya  vasitələrində  dərc  edildiyi  gündən  sonrakı 

günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir.  

74.4. Bankın iflas proseduru çərçivəsində adi qaydada bank aktivlərinin satılmasına məhkəmənin 

qərarı tələb olunmur.  

 

Maddə 75. Əmlakın vəziyyətinə dair hesabat  

75.1. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qəbul edildiyi tarixdən 30 təqvim 

günü  müddətində  bankın  ləğvedicisi  məhkəməyə  əmlakın  vəziyyətinə  dair  hesabat  təqdim  edir. 

Hesabatda aşağıdakılar göstərilir:  

75.1.1.  bankın  aktivləri,  o  cümlədən  ödənilməmiş  bank  səhmləri  barəsində  bankın  tələbləri, 

verilmiş kreditlər, o cümlədən qarantiyalar və təminatlar üzrə öhdəliklər, icra olunmamış alqı-satqı 

müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış (bazar) dəyəri;  

75.1.2.  bankın  əmlakının  başqa  şəxslərin  sahibliyində  olmasına  əsas  vermiş  müqavilələr,  o 

cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr;  

75.1.3. banka xidmətlər göstərilməsi haqqında müqavilələr;  

75.1.4. bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi gündən əvvəlki 90 təqvim günü 

ərzində, aidiyyəti şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər.  

75.1.5.  bankın  inzibatçıları  tərəfindən  bankın  qəsdən  müflisləşmə  vəziyyətinin  yaradılması, 

əmlakın və ya əmlak öhdəliklərinin, habelə onlar haqqında məlumatın gizlədilməsi, məhv edilməsi 

və digər qanunsuz hərəkətlər barədə aşkar etdiyi faktlar haqqında məlumat.  

75.2. Hesabat hər rüb tərtib edilməlidir. Ümumi xarakter daşıyan məlumatlar bu Qanunun 77-ci 

maddəsinə  uyğun  hazırlanan  təsdiqli  tələblər  siyahısına  tələbləri  daxil  edilmiş  bank  kreditorlarına 

tanışlıq üçün təqdim edilir.  

 

Maddə 76. Tələblərin qeydə alınması  

76.1. Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis 

banka  qarşı  tələblər  bankın  müflis  elan  olunmasına  dair  məhkəmə  qərarının  kütləvi  informasiya 

vasitələrində  ilk  dəfə  dərc  edildiyi  gündən  60  təqvim  günü  ərzində  ləğvedici  tərəfindən  yazılı 

şəkildə qeydə alınmalıdır. Məhkəmə  bu  müddəti  bütün kreditorlar üçün  yalnız  bir dəfə 30 təqvim 

günü  müddətinə  uzada  bilər.  Kreditorların  sorğusu  üzrə  onlara  tələblərinin  qeydə  alındığına  dair 

qəbz verilir.  

76.2.  Tələblərin  qeydə  alınması  üçün  kreditorlar  öz  tələblərinin  hüquqi  əsasını  sübut  edən 

sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:  

76.2.1. kreditorun adı və ünvanı;  

76.2.2. tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;  

76.2.3. tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.  

76.3.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarı  bankın  mühasibat  uçotu  və 

hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərə  aid  tələblər  üzrə  iddia  müddətinin  axımını 

dayandırır.  Bütün  qalan  tələblər  üzrə  iddia  müddətinin  axımı  həmin  tələblər  qeydə  alındıqda 

dayandırılır.  Bütün  tələblər  üçün  iddia  müddətinin  axımı  həmin  tələblərin  bu  Qanunun  87-ci 

maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə