Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   15   16   17   18   19   20   21   22   23

məbləğ  təminatsız  kreditor  tələbi  kimi  bu  Qanunun  82-ci  maddəsində  göstərilmiş  növbəliliklə 

ödənilir.  



 

Maddə 82. Ödənişlərin növbəliliyi  

82.1.  Müflis  elan  olunmuş  bankın  aktivləri  onun  kreditorları  arasında  aşağıdakı  növbəlilik 

qaydasında bölüşdürülür:  

82.1.1. çıxarılmışdır;  

82.1.2. Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;  

82.1.3. iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin 

çəkdiyi  bütün  məsrəflər  və  xərclər,  o  cümlədən  onların  əmək  haqqı,  məhkəmə  xərcləri  və 

ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;  

82.1.4.  iş  vaxtı  baş  vermiş  bədən  xəsarəti  və  ya  ölüm  halları  ilə  əlaqədar  bank  işçilərinin 

tələbləri;  

82.1.5. bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki 

altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında 

bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;  

82.1.6.  müvəqqəti  inzibatçının  idarəetmə  və  maliyyə  sağlamlaşdırması  prosedurları  ilə 

əlaqədar bankın öhdəlikləri;  

82.1.7.  bankın  müflis  elan  olunmasına  dair  qərarın  qəbul  edildiyi  tarixdən  əvvəlki  bir  ildən 

çox  olmayan  müddət  üçün  büdcəyə  məcburi  ödənişlər  üzrə  vergilər  və  məcburi  dövlət  sosial 

sığortası üzrə ödənilməli məbləğlər;  

82.1.8. təminatsız kreditorların tələbləri;  

82.2.  Qalan  aktivlər  bankın  səhmdarlarına  onların  paylarına  mütənasib  surətdə 

qanunvericiliyə uyğun qaydada ödənilir.  

 

Maddə 83. Ləğv planı  

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən geci 

120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq olunması 

üçün məhkəməyə müraciət edir:  

83.1.1. bankın  aktivlərini və passivlərini onların ehtimal edilən ləğv dəyəri ilə göstərən cari 

maliyyə  hesabatı,  cari  tarixdən  sonrakı  üç  ay  üçün  bankın  ehtimal  edilən  maliyyə  hesabatı. 

Balansın  passivində  kreditorlardan  qəbul  edilmiş  tələblər,  o  cümlədən  etiraz  edilmiş  tələblər 

göstərilir;  

83.1.2. bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatlar;  

83.1.3. bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında və 

satış planları haqqında hesabat;  

83.1.4.  bankın  tələblərinin  ödənilməsinə  yönəldilən  məhkəmə  və  məhkəmədənkənar 

hərəkətlər  haqqında  hesabat,  o  cümlədən  qanunsuz  sazişlərin  və  köçürmələrin,  habelə  bu  cür 

sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər;  

83.1.5.  bankın  inzibatçılarının  qanunsuz  hərəkətləri  və  bankın  xeyrinə  kompensasiya 

alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat;  

83.1.6. sığorta, şəxsi muzd müqavilələri və banka xidmət müqavilələri kimi cari kontraktların 

qüvvəsinin  davam  etdirilməsi  və  ya  qüvvəsinə  xitam  verilməsi  haqqında  hesabat,  o  cümlədən 

bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili;  

83.1.7.  bankın  öhdəlikləri  haqqında  hesabat  və  növbəti  rüb  ərzində  bankın  kreditorlarına 

nəzərdə tutulan ödənişlərin cədvəli;  

83.1.8. ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat.  

83.2.  Ləğv  planı  hər  rüb  təzələnir.  Məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra  ləğv  planı 

bank  sirri  məlumatları  istisna  olmaqla,  tanışlıq  üçün  tələbləri  bu  Qanunun  77-ci  maddəsinə 

uyğun hazırlanan təsdiqli tələblər siyahısına daxil edilmiş bank kreditorlarına təqdim edilə bilər.  

 

Maddə 84. Müflis bankların maliyyə sağlamlaşdırılması  



Bu Qanunun 57-ci maddəsi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, müflis bank tamamilə 

və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.  



Maddə 85. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi  

Bank və kreditorlar arasında bankın fəaliyyətinin bərpasına yönəldilən barışıq sazişlərinin və 

ya başqa razılaşmaların bağlanmasına yol verilmir.  

 

Maddə 86. Kreditorların ümumi yığıncağı və komitəsi  

86.1. Kreditorların müflis bankın ləğvi ilə əlaqədar ümumi  yığıncağı  yalnız o halda keçirilə 

bilər  ki,  ləğvedicinin  Mərkəzi  Bank  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə  belə 

yığıncağın keçirilməsinin bankın səmərəli ləğvi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin.  

86.2. Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər ki, 

ləğvedicinin  Mərkəzi  Bank  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə  belə  komitənin 

yaradılmasını  kreditor  qruplarının  mühüm  mənafelərinin  təmsil  və  müdafiə  edilməsi  üçün 

lüzumlu olduğu barədə qərar qəbul etsin.  

86.3.  Kreditorların  ümumi  yığıncağının  keçirilməsinə  və  ya  kreditorlar  komitəsinin 

yaradılmasına  icazə  verən  məhkəmə  qərarlarında  yığıncağın  və  ya  komitənin  vəzifələri  və 

səlahiyyət dairəsi müəyyənləşdirilir.  

 

Maddə 87. Tələblərin ödənilməsi  

87.1. Bu Qanunun 82-ci  maddəsinə uyğun olaraq, təsdiq  edilmiş  tələblər ödəniş  növbəliyinə 

müvafiq surətdə təsnifləşdirilərək kateqoriyalar üzrə birləşdirilir və bölgü cədvəlinə daxil edilir. 

Hər kateqoriya üzrə tələblər əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. Növbə 

daxilində  tələblərin  ödənilməsinə  vəsait  çatışmadıqda,  ödənişlər  tələblərə  proporsional  faizlə 

bölüşdürülür.  

87.2. Tələbləri təsdiq edilmiş və bölgü cədvəlinə daxil edilmiş bank kreditorlarına ödənişlərin 

aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim edilir.  

87.3.  Məhkəmə  tərəfindən  təsdiq  edilmiş  ödənişlərin  aparılması  qrafiki  qətidir  və  ondan 

şikayət verilə bilməz.  

87.4.  Ödənişlərin  aparılması  qrafiki  məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra  ləğvedici 

dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması qrafikinə daxil 

edilmiş  məbləğləri  kreditorlara  ödəmək  üçün  onlarla  əlaqə  yaratmaq  mümkün  olmadığı  halda 

ödənilməmiş  məbləğlər  Mərkəzi  Bankda  xüsusi  hesabda  depozitə  qoyulur.  Ləğvedici  kütləvi 

informasiya  vasitələrində  bildiriş  dərc  etdirərək,  göstərilən  kreditorlara  vəsaiti  almaq  üçün 

müraciət  etməyi  təklif  edir.  Bu  qaydada  depozitə  qoyulmuş  vəsait  göstərilən  kreditorlar  və  ya 

onların hüquq varisləri tərəfindən həmin tələblər üzrə iddia müddəti bitənədək alına bilər. İddia 

müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər dövlət büdcəsinə köçürülür.  



 

Maddə 88. Xarici bankın yerli filialı barəsində iflas proseduru  

88.1. Xarici bankın yerli filialı barəsində iflas proseduruna aşağıdakı hallardan hər hansı biri 

olduqda başlanıla bilər:  

88.1.1.  bu  Qanunun  61-cı  maddəsində  göstərilmiş  əsaslardan  hər  hansı  biri  müəyyən 

edildikdə;  

88.1.2.  xarici  bankın  yerləşdiyi  ölkədə  onun  barəsində  iflas  proseduruna  başlanıldıqda.  Bu 

zaman iflas proseduruna Mərkəzi Bankın ərizəsi üzrə başlanır.  

88.2. Bu fəslin müddəalarının məqsədləri üçün xarici bankın hər hansı yerli filialı Azərbaycan 

Respublikasında fəaliyyəti nəticəsində əmələ  gələn,  yaxud bu və  ya digər şəkildə onunla bağlı 

olan  aktivləri  və  passivləri  də  daxil  olmaqla,  xarici  bankın  törəmə  bankı  kimi  qəbul  edilir,  o 

şərtlə  ki,  bundan  asılı  olmayaraq,  xarici  bank  yerli  filialının  öhdəlikləri  üçün  tam  məsuliyyət 

daşıyır.  

88.3.  Xarici  bankın  yerli  filialı  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  məhkəmə 

qərarının  təqdim  edildiyi  andan  xarici  bankın  yerli  filialının  Azərbaycan  Respublikasında 




göstərdiyi  bütün  fəaliyyət  növlərinə  xitam  verilir.  Bu  zaman  filiala  təyin  edilmiş  ləğvedicinin 

qabaqcadan yazılı icazəsi ilə göstərilən fəaliyyət növləri istisna təşkil edir.  

88.4.  Müflis  elan  olunmuş  xarici  bankın  yerli  filialı  barəsində  bu  Qanunun  78-ci  maddəsi 

yalnız xarici  bankın  Azərbaycan Respublikasında fəaliyyəti nəticəsində  əmələ  gələn,  yaxud bu 

və  ya  digər  şəkildə  onunla  bağlı  olan  öhdəliklərin  əvəzləşdirilməsi  və  saldosunun  çıxarılması 

hallarında tətbiq edilir.  

88.5. Azərbaycan Respublikasında filialı olan xarici bankın iflası haqqında işə başlanıldıqda, 

onun yerli filialının aktivlərindən ilk növbədə  yerli filialın Azərbaycan Respublikası ərazisində 

bank fəaliyyəti nəticəsində əmələ gələn öhdəliklərinin ödənilməsi üçün istifadə edilir.  

88.6.  Xarici  bankın  yerli  filialı  barəsində  Azərbaycan  Respublikasında  başlanılmış  iflas 

proseduru  filialın  kreditorlarının  öz  tələblərinin  ödənilməsi  məqsədi  ilə  həmin  tələbləri  bankın 

xaricdəki aktivlərinə yönəltmək hüququnu məhdudlaşdırmır.  



 

Maddə 89.Transmilli Bankın ödəniş qabiliyyətinin olmaması  

89.1.  Birdən  çox  ölkədə  filial  şəbəkəsi  ilə  fəaliyyət  göstərən  müflis  olmuş  bankın 

aktivlərindən yerli və xarici kreditorların bərabər istifadəsini təmin etmək üçün:  

89.1.1.  yerli  müflis  bankın  başqa  ölkədə  filialları  və  nümayəndəlikləri  olduqda,    Mərkəzi 

Bank  həmin  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanları  ilə  mümkün  olduğu  qədər 

əməkdaşlıq edir;  

89.1.2.  yerli  müflis  bankın  kreditoru  öz  tələblərini  başqa  ölkədə  bankın  filialından  qismən 

almışdırsa, kreditorun tələbləri üzrə ödənilməmiş qalıq müflis elan olunmuş banka təqdim edilə 

bilər;  

89.1.3.  məhkəmə  bankın  müflis  elan  olunmasına  dair  xaricdə  qəbul  edilmiş  qərarı  və  xarici 

bankların  aktivlərinin  qorunması  və  maliyyə  sağlamlaşdırılması  üçün  xaricdə  görülmüş 

tədbirlərin onların Azərbaycan Respublikasındakı filiallarına nə dərəcədə aid olmasını müəyyən 

edir;  

89.1.4.  xarici  bank  yerləşdiyi  ölkədə  ləğv  prosesində  olduqda,  Mərkəzi  Bank  xarici  bankın 



yerli filialının Azərbaycan Respublikası ərazisində olan kreditorlarının mənafelərinə uyğunluğu 

baxımından aktivlərin köçürülməsini və  ya verilməsini məqbul sayarsa, həmin aktivlərin xarici 

ölkədəki  ləğvediciyə  köçürülməsinə  və  ya  verilməsinə  dair  qərar  çıxarılması  üçün  məhkəməyə 

müraciət edir.  



 

Maddə 90. Müflisləşmə ilə əlaqədar Mərkəzi Bankın məhkəmə prosesində iştirakı  

Bankın müflis elan olunması və ya müflis elan olunmuş bankla əlaqədar işə baxarkən birinci 

instansiya  məhkəməsi  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinə  müvafiq 

olaraq, həmin məsələyə dair Mərkəzi Bankın rəyini alır.  



 

Maddə 91. İflas prosedurunun başa çatması  

91.1.  Ləğvedici  bankın  ləğvini  başa  çatdırdıqdan  və  müvafiq  hesabatı  məhkəməyə  təqdim 

etdikdən sonra o, məhkəmənin qərarı ilə öz vəzifələrindən azad edilir. Həmin qərarda məhkəmə 

bankın mühasibat və digər sənədlərinin qanunvericiliyə müvafiq qaydada Dövlət Arxivinə təhvil 

verilməsi barədə göstəriş verir.  

91.2. Bankın aktivlərinin satışından əldə edilən vəsait bankın kreditorlarına ödənildikdə və ya 

bu  Qanunun  87.4-cü  maddəsinə  müvafiq  surətdə  Mərkəzi  Bankda  depozitə  qoyulduqda,  bank 

barəsində iflas proseduru məhkəmənin qərarı ilə başa çatmış hesab edilir.  

91.3.  Bank  barəsində  iflas  prosedurunun  başa  çatmasına  dair  məhkəmənin  qərarı  məhkəmə 

tərəfindən Mərkəzi Banka və dövlət qeydiyyatı orqanına göndərilir, habelə kütləvi informasiya 

vasitələrində  dərc  edilir.  Ləğv  olunmuş  bank  hüquqi  şəxslərin  dövlət  qeydiyyat  reyestrindən 

çıxarılır.  



 

XI fəsil. Keçid və yekun müddəaları 

 


Maddə 92. Məhkəmə iddiasından müdafiə  

Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və ya onun vəzifəli şəxsləri, əməkdaşları, habelə bu 

Qanuna uyğun təyin edilmiş müvəqqəti inzibatçılar və ləğvedicilər bu Qanunla müəyyən edilmiş 

tənzimləmə,  nəzarət  və  ləğvetmə  funksiyalarını  və  vəzifələrini  həyata  keçirərkən  hər  hansı 

hərəkəti  və  ya  hərəkətsizliyi  nəticəsində  yaranmış  zərər  üçün  məsuliyyət  daşımır,  bu  şərtlə  ki, 

həmin hərəkətin və  ya hərəkətsizliyin  qanunsuz əməllərin  və  ya vicdansız hərəkətlərin nəticəsi 

olduğu sübut edilməsin.  

 

 

Maddə 93. Keçid müddəaları  

93.1.  Bu  Qanun  qüvvəyə  mindiyi  tarixdən  bir  il  ərzində  fəaliyyətdə  olan  banklar  aşağıdakı 

tələblərin yerinə yetirilməsini təmin etməlidirlər:  

93.1.1. məhdud məsuliyyətli cəmiyyət formasında fəaliyyət göstərən banklar bu Qanunun 19-

cu  maddəsinin  tələblərinə  uyğun  olaraq,  səhmdar  cəmiyyəti  formasında  yenidən  təşkil 

edilməlidir;  

93.1.2.  bankların  digər  hüquqi  şəxslərdə  bu  Qanunun  33-cü  maddəsi  ilə  qadağan  edilmiş 

fəaliyyəti ilə bağlı iştirakı ləğv edilməlidir.  

93.2. Bu Qanunun qüvvəyə mindiyi tarixədək dövlət qeydiyyatından keçmiş xarici bankların 

yerli nümayəndəlikləri bir il ərzində Mərkəzi Bankda aparılan mərkəzi reyestrdə qeydə alınmalı 

və bu Qanunun V fəslinə uyğun olaraq hesabat sənədlərini Mərkəzi Banka təqdim etməlidirlər.  

 

Maddə 94. Yekun müddəaları  

94.1. Bu Qanunda birbaşa göstərilən hallarla yanaşı, Qanunun IV, VI, VII, IX, X fəsilləri də 

eynilə xarici bankların yerli filiallarına şamil edilir.  

94.2. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.  

94.3.  Bu  Qanunun  qüvvəyə  minməsi  ilə  əlaqədar  1996-cı  il  14  iyun  tarixli,  «Azərbaycan 

Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında»  Azərbaycan  Respublikası  Qanunu  və 

1995-ci il 19 yanvar tarixli, «Bank sirrinin qorunması Qaydaları»nın təsdiq edilməsi haqqında» 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı qüvvədən düşmüş hesab edilir.  



 

 

Azərbaycan Respublikasının Prezidenti  

İlham ƏLİYEV  

Bakı şəhəri, 16 yanvar 2004-cü il  

№ 590-IIQ 

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə