Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

araşdırılması  məqsədilə  Mərkəzi  Bank  banklarda  və  xarici  bankların  yerli  filiallarında  əlavə 

yoxlamalar  keçirə  bilər.  Yoxlayıcıların  tərkibinə  qarşılılıq  prinsipi  əsasında  Mərkəzi  Bankın 

yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı digər ölkənin bank tənzimləməsi və 

nəzarəti  orqanının  əməkdaşları  da  daxil  edilə  bilərlər.  Yoxlamaların  həyata  keçirilməsinin 

prosedur qaydaları Mərkəzi Bankın qərarları ilə müəyyən edilir.  

46.3. Bu Qanunun 46.1.-ci və 46.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Banka və onun təyin 

etdiyi kənar auditorlara aşağıdakı səlahiyyətlər verilir:  

46.3.1. istənilən banka, onun filiallarına, şöbələrinə, törəmə təsərrüfat cəmiyyətlərinə, habelə 

xarici  bankın  yerli  filialına  daxil  olmaq  və  onların  hesabatlarını,  mühasibat  kitablarını, 

sənədlərini və digər uçot yazılarını yoxlamaq, onlara dair izahat tələb etmək;  

46.3.2. bankın,  onun törəmə təsərrüfat  cəmiyyətlərinin, bankda mühüm iştirak payına malik 

olan şəxslərin,  banka aidiyyəti olan şəxslərin  və  aidiyyəti şəxs adından hərəkət  edən şəxslərin, 

bankın filialının, şöbəsinin və xarici bankın yerli filialının inzibatçılarından, əməkdaşlarından və 

agentlərindən həmin qurumların idarə edilməsinə və cari  fəaliyyətinə, o cümlədən müştərilərin 

əməliyyatlarına aid istənilən məsələ barəsində bütün lazımi informasiyanı verməyi tələb etmək.  

46.4. Xarici bankın yerli nümayəndəliyi özünün fəaliyyətini qanunvericilikdən və əsasnaməsi 

ilə  müəyyən  edilmiş  hüdudlardan  kənara  çıxmadığını  göstərmək  üçün  özünün  idarə  edilməsi 

qaydası  və  cari  fəaliyyəti  haqqında  hesabatları  Mərkəzi  Banka  təqdim  etməlidir.  Hesabatın 

forması, məzmunu və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

Hesabat məlumatlarını dəqiqləşdirmək məqsədilə Mərkəzi Bankın inspektorları xarici bankın 

nümayəndəliyini yerində yoxlaya bilər.  

46.5.  Bank,  onun  törəmə  təsərrüfat  cəmiyyəti,  filialı  və  şöbəsi,  xarici  bankın  yerli  filialı  və 

nümayəndəliyi bu maddəyə uyğun vəzifələrin icrası zamanı  Mərkəzi Bankın inspektorlarına və 

ya onun tərəfindən təyin edilmiş auditorlara zəruri təşkilati və texniki imkanları yaradır.  

46.6.  Qarşılıqlılıq  prinsipinə  əsasən  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanlarının 

sorğuları, habelə məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar istisna olmaqla, 

Mərkəzi  Bank  başqa  şəxslərin  tələbi  ilə  banklarda  və  xarici  bankların  yerli  filiallarında 

yoxlamalar keçirməyə, onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyildir.  

46.7. Azərbaycan Respublikasında vergi  nəzarətini  həyata keçirən müvafiq  icra hakimiyyəti 

orqanı  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətini  yalnız  vergi  ödəyiciləri 

qismində  yoxlaya  bilər.  Yoxlamaların  keçirilməsi  zamanı  bank  müştərilərinin  hesabları  və 

əməliyyatları  ilə  bağlı  məlumatlar  və  sənədlər  yalnız  bank  sirrini  təşkil  edən  məlumatların 

açıqlanması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydalara 

uyğun əldə edilə bilər.  



 

VI fəsil. Banklara təsir tədbirləri və sanksiyalar 

 

Maddə 47. Banklara təsir tədbirləri  

47.1. Bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin 

bu  Qanunun,  "Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında" 

Azərbaycan Respublikası Qanununun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələbləri 

pozulmaqla həyata keçirilməsinə, Mərkəzi  Bankın verdiyi  lisenziyaya və  icazəyə daxil edilmiş 

məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdikdə, yaxud bu cür pozuntulara səbəb 

ola biləcək əsaslar aşkar etdikdə pozuntunun xarakterindən asılı olaraq,  Mərkəzi Bankın banka 

aşağıda göstərilən təsir tədbirlərini tətbiq etmək hüququ vardır: 

47.1.1. pozuntuların aradan qaldırılması haqqında bankdan öhdəlik məktubu tələb etmək;  

47.1.2. bankla razılaşma bağlamaq;  

47.1.3. banka sərəncam vermək;  

47.2. Pozuntuların və ya pozuntulara səbəb ola biləcək faktların aradan qaldırılması haqqında 

Mərkəzi  Bank  tərəfindən  bankdan  öhdəlik  məktubu  tələb  edildikdə,  bankın  Mərkəzi  Banka 




təqdim  etdiyi  məktubda  yol  verilmiş  çatışmazlıqların  aradan  qaldırılması  üçün  bank  tərəfindən 

görüləcək tədbirlər və onların həyata keçirilməsi müddətləri göstərilir.  

47.3.  Mərkəzi  Bankla  bank  arasında  bağlanmış  razılaşmada  aşkar  edilmiş  çatışmazlıqların 

təxirəsalınmadan  aradan  qaldırılması  və  bununla  bağlı  ilk  növbədə  həyata  keçirilməli  tədbirlər 

müəyyən olunur.  

47.4. Mərkəzi Bankın banka icrası məcburi olan sərəncamında bu Qanunun 48-ci maddəsində 

göstərilmiş  təshih  tədbirlərinin  həyata  keçirilməsi  və  çatışmazlıqların  aradan  qaldırılması 

müddətləri barədə banka yazılı göstəriş verilir.  

Bankın  maliyyə  vəziyyətinin  sağlamlaşdırılmasına  yönəldilən  təshih  tədbirləri  tətbiq 

edildikdə,  bank  verilən  sərəncama  müvafiq  olaraq  tədbirin  həyata  keçirilməsi  planını  iki  həftə 

müddətində Mərkəzi Banka təqdim edir.  

Mərkəzi  Bankın  icrası  məcburi  olan  sərəncamından  məhkəmə  qaydasında  şikayət  verilməsi 

həmin sərəncamın icrasını dayandırmır.  

47.5.  Bank  bu  Qanunun  47.2-ci,  47.3-cü  və  47.4-cü  maddələrində  göstərilmiş  müvafiq 

öhdəlik  məktubunun,  razılaşmanın  və  sərəncamın  icrası  barədə  həmin  sənədlərdə  göstərilmiş 

müddətdə Mərkəzi Banka məlumat verməlidir.  



 

Maddə 48. Banklara təshih tədbirləri  

48.1.  Mərkəzi  Bank  bu  Qanunun  47-ci  maddəsinə  müvafiq  olaraq,  banka  aşağıdakı  təshih 

tədbirlərini tətbiq edə bilər:  

48.1.1. bank fəaliyyətinin ayrı-ayrı növlərinin həyata keçirilməsinin məhdudlşdırılması və ya 

dayandırılması;  

48.1.2. inzibatçıların vəzifələrindən müvəqqəti kənarlaşdırılması;  

48.1.3.  banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxslər  adından  hərəkət  edən  şəxslərlə  bank 

əməliyyatlarının və əqdlərin həyata keçirilməsinin dayandırılması;  

48.1.4. depozitlərin qəbul edilməsinin məhdudlaşdırılması;  

48.1.5.  xarici  bankların  törəmə  banklarının  və  ya  yerli  filiallarının  təsisçi  banklardan  cəlb 

etdikləri  vəsaitlərdən  başqa  digər  mənbələrdən  vəsaitlərin  cəlb  edilməsinin  məhdudlaşdırılması 

və ya dayandırılması;  

48.1.6.  digər  hüquqi  şəxslərin  kapitalında  payların  alınmasının  məhdudlaşdırılması, 

dayandırılması və ya ləğv edilməsi;  

48.1.7. yeni fililalların və şöbələrin açılmasının dayandırılması və ya fəaliyyət göstərən filial 

və şöbələrin işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi;  

48.1.8. maliyyə güzəştlərinin verilməsinin dayandırılması;  

48.1.9. kredit verilməsi və depozit cəlb edilməsi qaydasının və şərtlərinin dəyişdirilməsi;  

48.1.10. kapitalın artırılmasının tələb edilməsi;  

48.1.11. mənfəət hesabına kapital ehtiyatlarının yaradılmasının tələb edilməsi;  

48.1.12.  aktivlərin  keyfiyyətindən  asılı  olaraq,  xüsusi  ehtiyatların  yaradılmasının  və/və  ya 

nizamnamə kapitalının bankın zərəri məbləğində azaldılmasının tələb edilməsi;  

48.1.13.  başqa  şəxslərin  öhdəlikləri  üzrə  təminatların  (qarantiyaların)  verilməsinin 

dayandırılması;  

48.1.14. dividendlərin ödənilməsinin məhdudlaşdırılması və ya dayandırılması;  

48.1.15. bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər 

edilməsi;  

48.1.16.  bank  səhmdarlarının  növbədənkənar  ümumi  yığıncağının  keçirilməsinin  tələb 

edilməsi.  

48.2.  Bu  Qanunun  48.1-ci  maddəsində  göstərilən  təshih  tədbirləri  ayrılıqda  və  ya  bir  neçəsi 

eyni zamanda tətbiq edilə bilər.  

48.3. Bankın fiziki şəxslərdən əmanətlərin cəlb edilməsi hüququ «Əmanətlərin sığortalanması 

haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  əsaslar  olduqda  da 

dayandırılır.  



 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə