Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   15   16   17   18   19   20   21   22   23

53.2.2.  bankın  kreditorlarını  və  onların  qarşısında  bankın  pul  öhdəliklərinin  miqdarını 

müəyyən edir;  

53.2.3.  bank  qarşısında  olan  borcların  qaytarılması  üçün  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada tədbirlər görür;  

53.2.4. bankın adından müqavilələr və sənədlər imzalıyır;  

53.2.5.  zərurət  olduqda  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bankın  investisiya 

qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələri ləğv edir və ya onlara dəyişikliklər və əlavələr 

edir,  habelə  bankın  bağladığı  müqavilələrdə  komisyon  haqlarının,  faizlərin  və  onların 

müddətlərini dəyişdirir;  

53.2.6. bankın adından və onun maraqları naminə məhkəmələrə iddia ərizələri verir;  

53.2.7.  işdən  azad  edilmə,  aşağı  vəzifəyə  keçirilmə,  müvəqqəti  vəzifədən  kənarlaşdırma, 

bankın işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla, əmrlər verir;  

53.2.8.  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq,  bankın  maliyyə  sağlamlaşdırılmasına 

dair tədbirləri həyata keçirir.  

53.3. Mərkəzi Bankın razılığı ilə müvəqqəti inzibatçı bankın idarə edilməsinə başqa şəxsləri, 

o cümlədən bankın inzibatçılarını və əməkdaşlarını cəlb edə bilər.  

53.4.  Fəaliyyətə  başladığı  gündən  etibarən  bankın  inzibatçıları  və  əməkdaşları  bankın 

möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakı və digər qiymətliləri 

müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim 

etməlidirlər.  

53.5. Müvəqqəti inzibatçının müraciəti  ilə hüquq-mühafizə orqanları  müvəqqəti inzibatçının 

bankın  binasına  daxil  olmasını,  bankın  aktivlərini,  mühasibat  kitablarını  və  yazılarını 

idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.  

 

Maddə 54. Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçının fəaliyyəti üzərində nəzarət  

54.1.  Mərkəzi  Bank  müvəqqəti  inzibatçının  üzərində  fəaliyyətinin  bütün  müddəti  ərzində 

nəzarəti həyata keçirir.  

54.2.Mərkəzi Bank:  

54.2.1.  bankın  idarə  edilməsi  və  bu  Qanunun  57-ci  maddəsinə  müvafiq  olaraq,  maliyyə 

sağlamlaşdırılması ilə əlaqədar müvəqqəti inzibatçıya müvafiq tədbirlərin həyata keçirilməsinin 

əsas istiqamətləri üzrə tövsiyələr verməyə;  

54.2.2. müvəqqəti inzibatçıya yazılı şəkildə icrası məcburi olan göstərişlər verməyə;  

54.2.3.  müvəqqəti  inzibatçının  fəaliyyəti  barəsində  məlumatların  təqdim  edilməsini  tələb 

etməyə;  

54.2.4. müvəqqəti inzibatçıdan hesabat almağa;  

54.2.5.  müvəqqəti  inzibatçının  təyinat  müddətinin  bu  Qanunun  52.1-ci  maddəsinə  müvafiq 

olaraq uzadılmasına səlahiyyətlidir.  

54.3.  Müvəqqəti  inzibatçı  öz  səlahiyyətlərinin  həyata  keçirilməsi  haqqında  yalnız  Mərkəzi 

Bank qarşısında hesabat verir.  

 

Maddə 55. Moratorium  

Banka müvəqqəti inzibatçı təyin olunduğu dövrdə bankın aktivlərinin və maliyyə vəziyyətinin 

qiymətləndirilməsi,  habelə  aktivlərin  dəyərinin  aşağı  düşməsinin  qarşısını  almaq  məqsədilə 

Mərkəzi  Bankın  ərizəsi  ilə məhkəmə hüquqi  və fiziki şəxslərin  bankdakı  depozitləri  və bankın 

digər öhdəlikləri üzrə ödənişləri tamamilə və ya qismən dayandıra bilər. Bu ərizə üzrə məhkəmə 

48 saat ərzində qərar çıxarır və həmin qərar dərhal icraya yönəldilir.  



 

Maddə 56. Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verilməsi  

56.1. Müvəqqəti inzibatçının fəaliyyətinə Mərkəzi Bankın qərarı ilə aşağıdakı hallarda xitam 

verilir:  

56.1.1. Mərkəzi Bank tərəfindən müəyyən edilən müddət bitdikdə;  




56.1.2.  Mərkəzi  Bank  tərəfindən  müvəqqəti  inzibatçının  fəaliyyətinə  vaxtından  əvvəl  xitam 

verildikdə;  

56.1.3. iflasa uğrayan banka məhkəmə ləğvedici təyin etdikdə.  

56.2.  Bankın  maliyyə  sağlamlaşdırılması  və  fəaliyyətinin  yaxşılaşdırılması  ilə  əlaqədar 

müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdə (o cümlədən vaxtından əvvəl), həmin banka 

münasibətdə  Mərkəzi  Bank  və  müvəqqəti  inzibatçı  tərəfindən  müəyyən  edilən  bütün 

məhdudiyyətlər ləğv edilir.  

56.3. Müvəqqəti inzibatçının həyata keçirdiyi tədbirlər bankın maliyyə sağlamlaşdırılması və 

fəaliyyətinin  yaxşılaşdırılması  ilə  nəticələnmədikdə  və  ya  bankın  fəaliyyətində  olan 

çatışmazlıqlar  aradan  qaldırılmadıqda,  Mərkəzi  Bank  müvəqqəti  inzibatçının  səlahiyyətlərinə 

vaxtından əvvəl xitam verilməsi haqqında qərar qəbul edə bilər və banka bank əməliyyatlarının 

həyata  keçirilməsi  üçün  verilmiş  lisenziyanı  və  icazəni  bu  Qanunda  nəzərdə  tutulmuş  əsaslara 

görə ləğv edə bilər.  

56.4.  Müvəqqəti  inzibatçının  səlahiyyətlərinə  xitam  verildikdən  sonra  o,  yekun  hesabatı  30 

gün müddətində hazırlayıb Mərkəzi Banka təqdim etməlidir.  

 

VIII fəsil. Bankların maliyyə sağlamlaşdırılması 

 

Maddə 57. Maliyyə sağlamlaşdırılması tədbirləri  

57.1.  Bank  aktivlərində  əhəmiyyətli  xüsusi  çəkiyə  malik  olması,  böyük  sayda  əmanət 

hesablarına  xidmət  göstərməsi  və  banklararası  hesablaşmalarda  mühüm  paya  malik  olması  ilə 

əlaqədar  maliyyə  sabitliyinin  pozulması  banklararası  ödəmələrdə  sistem  xarakterli  böhrana, 

əmanətçilərin  pul  vəsaitlərinin  kütləvi  surətdə  itirilməsinə  və  bank  sisteminə  etimada  ciddi 

təhlükə yaradılmasına səbəb ola biləcək ödəmə qabiliyyətini itirmiş və ya itirmək təhlükəsi olan 

bank  barəsində  dövlət  vəsaitləri  cəlb  etməklə  maliyyə  sağlamlaşdırılması  tədbirləri  həyata 

keçirilə bilər.  

57.2. Bankın maliyyə sağlamlaşdırılması sahəsində tədbirlər planını Mərkəzi Bank hazırlayır. 

Planda bankın idarə olunmasında və ya cari fəaliyyətində mövcud çatışmazlıqlar göstərilməklə, 

onların  aradan  qaldırılması  üçün  tələb  olunan  təshih  tədbirləri,  habelə  bu  tədbirlərin  həyata 

keçirilməsinin qrafiki müəyyən olunur. Planda, həmçinin bu Qanunun 74-cü maddəsində nəzərdə 

tutulmuş  bir  və  ya  bir  neçə  əməliyyat  nəticəsində  bankın  aktivlərinin  və  öhdəliklərinin  başqa 

banka  keçirilməsi  imkanlarının  mövcudluğu  və  bankın  səhmdarlarının  dəyəri  itirilmiş 

səhmlərinin dövlət vəsaiti hesabına bərpasına yol verilməməsi üçün tədbirlər göstərilir.  

Planda Azərbaycan Respublikasında büdcə siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti 

orqanı  ilə  razılaşdırılmış  qaydada  bankın  maliyyə  sağlamlaşdırılması  üçün  zəruri  olan  dövlət 

vəsaitinin məbləği müəyyən olunur.  

57.3.  Bankın  maliyyə  sağlamlaşdırılması  haqqında  Mərkəzi  Bankın  Azərbaycan 

Respublikasının  büdcə  siyasətini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə 

razılaşdırılmış  birgə  təklifi  müvafiq  qərar  qəbul  edilməsi  üçün  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilir.  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti  orqanı  təklifə  müsbət  baxdıqda  bankın  maliyyə  sağlamlaşdırılması  haqqında  qərar 

qəbul edir və müvafiq tədbirlər planını təsdiq edir.  

57.4.  Bankın  maliyyə  sağlamlaşdırılması  tədbirləri  Mərkəzi  Bankın  təyin  etdiyi  müvəqqəti 

inzibatçı tərəfindən təsdiq edilmiş plan əsasında həyata keçirilir.  

57.5.  Maliyyə  sağlamlaşdırılması  prosesində  olan  bankın  aktivlərinin  qorunması  və 

öhdəliklərinin  icrası  məqsədilə  Mərkəzi  Bankın  müraciəti  əsasında  bankın  maliyyə 

sağlamlaşdırılması üzrə tədbirlər planına uyğun olaraq məhkəmə:  

57.5.1  bankın  aktivlərinin  və  öhdəliklərinin  tam  və  ya  bir  hissəsinin  dövlət  tərəfindən 

yaradılan və/və ya kapitallaşdırılan banka köçürülməsi;  

57.5.2  bankın  məcmu  kapitalının  itirildiyi  halda  səhmdarların  səhmlər  üzərində  mülkiyyət 

hüquqlarının tam və ya qismən itirilməsi;  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə