Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   15   16   17   18   19   20   21   22   23

62.1.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəyə  məhkəmə  aşağıdakı 

hallarda baxır:  

62.1.1. ərizə bankın lisenziyasının ləğv edilməsi haqqında qərarla və bankın bu Qanunun 61-

ci  maddəsində  göstərilən  əsasların  mövcudluğunu  təsdiqləyən  maliyyə  hesabatı  ilə  birlikdə 

Mərkəzi Bank tərəfindən verildikdə;  

62.1.2.  ərizə  kreditorların  tələbini  təsdiq  edən  sənədlərlə  birlikdə  bu  Qanunun  62.2-ci 

maddəsinə uyğun olaraq, kreditorlar tərəfindən verildikdə.  

62.2.  Bank  bu  Qanunun  61.1.3-cü  maddəsinə  uyğun  olaraq,  öz  öhdəliklərini  yerinə 

yetirmədikdə, bir və ya daha neçə kreditor Mərkəzi Banka vəsatətlə müraciət edə bilər. Mərkəzi 

Bank  vəsatətə  onu  aldığı  gündən  5  təqvim  günü  müddətində  baxır  və  əgər  bankın  öz 

öhdəliklərini  yerinə  yetirmədiyi  faktını  müəyyənləşdirirsə,  bank  lisenziyasının  ləğvi  və  iflas 

proseduruna  başlanılmasına  dair  məhkəməyə  ərizə  vermək  haqqında  qərar  qəbul  edir.  Mərkəzi 

Bank  məhkəməyə  ərizəni  bu  barədə  qərarı  qəbul  etdikdən  sonra  3  təqvim  günü  ərzində  verir. 

Bankın  öz  öhdəliklərini  yerinə  yetirmədiyi  faktı  müəyyən  edilməmişdirsə,  Mərkəzi  Bank 

kreditorlara  əsaslandırılmış  imtina  göndərir.  Kreditorların  ərizəsinin  Mərkəzi  Bank  tərəfindən 

rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.  

62.3.  Ərizə  Mərkəzi  Bank  tərəfindən  verildikdən  sonra  dərhal  moratorium  qüvvəyə 

minir. Moratoriuma görə məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun qaytarılmasını 

və  ya  borcu  müqabilində  bankın  əmlakının  ona  verilməsini  və  ya  hər  hansı  girov  (ipoteka) 

təminatının  tutulmasını  tələb  edən  tədbirlər  görə  bilməz,  yaxud  banka  qarşı  hər  hansı  tələbin 

yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.  



 

Maddə 63. Müvəqqəti inzibatçının təyin edilməsi  

63.1. Bankın kreditorları bu Qanunun 61.1.3-cü maddəsinə uyğun olaraq, bank barəsində iflas 

proseduruna  başlanılmasına  dair  vəsatəti  Mərkəzi  Banka  verildikdən  sonra  Mərkəzi  Bank  bu 

Qanunun  52-ci  maddəsinə  müvafiq  surətdə  banka  müvəqqəti  inzibatçı  təyin  edir.  Müvəqqəti 

inzibatçı bu Qanunun 53-cü maddəsinə uyğun olaraq, bankın idarəçiliyini dərhal üzərinə götürür.  

63.2.  Bu  Qanunun  63.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda  müvəqqəti  inzibatçının 

təyinatına bu Qanunun 52.6-cı maddəsinin müddəaları şamil edilmir.  

 

Maddə 64. Məhkəmə baxışı  

64.1. Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəni baxılmağa qəbul etdikdən 

sonra  məhkəmə  Mərkəzi  Bankı,  bütün  digər  ərizəçiləri  və  bankın  özünü,  Mərkəzi  Bank 

tərəfindən  ərizə  verildikdə  isə  həmçinin  bankın  müvəqqəti  inzibatçısını  ərizəyə  baxılması  üzrə 

qapalı  iclasda  iştiraka  dəvət  edir.  Məhkəmə  baxışı  ərizənin  verildiyi  andan  48  saat  ərzində 

başlanılmalıdır.  

64.2.  Məhkəmə  baxışı  ərizənin  verildiyi  gündən  7  təqvim  günü  müddətində  başa 

çatdırılmalıdır. Məhkəmə baxışının  nəticələrinə  əsasən məhkəmə ərizəni  rədd edir və  ya təmin 

edir.  

 

Maddə 65. Ərizənin rədd edilməsi üçün əsaslar  

65.1.  Bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  ərizəni  məhkəmə  aşağıdakı 

hallarda rədd edir:  

65.1.1. ərizə bu Qanunun 62.1-ci maddəsinin tələblərinə uyğun verilmədikdə;  

65.1.2. bu Qanunun 65.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bank ərizəyə etiraz etdikdə;  

65.1.3. ərizənin əsaslandırılması üçün məhkəməyə təqdim edilmiş hər hansı sənəd və ya digər 

sübut  saxta  və  ya  qeyri-dəqiq  olduqda  və  bu  sənədlərsiz,  yaxud  digər  sənədlərsiz  ərizə  bu 

Qanunun tələblərinə cavab vermədikdə;  

65.1.4. kreditorlar tərəfindən verilmiş ərizə əsassız olduqda;  

65.1.5.  bu  Qanunun  61.1-ci  maddəsində  göstərilmiş  əsasların  aradan  qalxması  üçün  kifayət 

edən  məbləğdə  kapitalın  bərpasına  dair  məhkəməni  və  Mərkəzi  Bankı  təmin  edən  sübutlar 

təqdim edildikdə.  




65.2.  Bankın  müflis  elan  edilməsi  barədə  ərizə  bankın  kreditorları  tərəfindən  verilmişdirsə, 

Mərkəzi Bank ərizəyə yalnız aşağıdakı hallarda etiraz edə bilər:  

65.2.1. Mərkəzi  Bank tərəfindən bankın  iflasına  başlamaq üçün əsasların olmadığı  müəyyən 

olunduqda. Məhkəmə Mərkəzi Bankdan onun rəyini təsdiqləyən sübutların, o cümlədən Mərkəzi 

Bank tərəfindən təsdiq olunmuş bankın maliyyə hesabatını tələb edə bilər;  

65.2.2.  bu  Qanunun  57-ci  maddəsinə  uyğun  olaraq,  maliyyə  sağlamlaşdırılması  barədə 

müvafiq icra hakimiyyəti orqanının qərarını məhkəməyə təqdim etdikdə.  

 

Maddə 66. Bankın kreditorları tərəfindən əsassız verilmiş ərizənin rədd edilməsi  

66.1.  Bankın  kreditorları  bank  barəsində  iflas  proseduruna  başlanılmasına  dair  əsassız  ərizə 

verdikdə  məhkəmə  istənilən  vaxt  həmin  ərizəni  bu  Qanunun  65.1.4-cü  maddəsində  göstərilən 

əsaslara istinadla dinləmələr keçirməklə və ya keçirmədən yazılı şəkildə rədd edə bilər. Bu halda 

məhkəmə  ərizəçilərin  üzərinə  ərizənin  verilməsi  nəticəsində  bankın  və/və  ya  Mərkəzi  Bankın 

çəkdiyi xərcləri və zərəri ödəmək vəzifəsini qoya bilər.  

66.2. Bank barəsində iflas proseduruna başlanılmasına dair əsassız ərizə verilməsində təqsirli 

sayılmış  şəxs  Azərbaycan  Respublikasının  inzibati  qanunvericiliyinə  uyğun  olaraq,  məsuliyyət 

daşıyır.  

 

Maddə 67. Müflis elan olunmayan bankın məcburi ləğvi  

Bank barəsində iflas proseduruna başlanılmasına dair Mərkəzi Bank tərəfindən verilmiş ərizə 

məhkəmə  tərəfindən  bu  Qanunun  65.1.3—65.1.5-ci  maddələrində  göstərilən  əsaslardan  başqa, 

digər əsaslar üzrə rədd edildikdə, bankın bu Qanunun 59-cu maddəsinə uyğun olaraq, məhkəmə 

qaydasında məcburi ləğvi həyata keçirilir.  

 

Maddə 68. Bankın müflis elan olunmasına dair qərar  

Bank  iflas  proseduruna  başlanılmasına  dair  ərizənin  təmin  olunması  haqqında  məhkəmənin 

qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın 

müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın 

iflas proseduruna başlanılır.  

 

Maddə 69.Bankın müflis elan olunmasına dair qərarın təqdim edilməsi və dərc olunması  

Məhkəmə  bankın  müflis  elan  olunması  haqqında  qərar  çıxardıqdan  sonra  dərhal  ləğvedici 

həmin qərarı banka təqdim edir və qərar barədə kütləvi informasiya vasitələrində 7 təqvim günü 

ara verilməklə üç dəfə məlumat dərc etdirir.  



 

Maddə 70. Şikayət verilməsi  

70.1.  Bankın  səhmdarları  və  ya  Müşahidə  Şurası,  habelə  Mərkəzi  Bank  bankın  müflis  elan 

olunmasına  dair  məhkəmənin  qərarından  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  şikayət 

verə  bilərlər.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərarı  bütün  müdafiə 

vasitələrindən istifadə edilənədək qüvvədə qalır.  

70.2.  Bank  tərəfindən  məhkəmənin  qərarından  şikayət  verilməsi  ləğvedicinin  bankın  iflası 

prosedurunun  həyata  keçirilməsi  çərçivəsində  öz  səlahiyyətlərinin  icrası  üzrə  hərəkətlərini 

dayandırmır.  

70.3.  Mərkəzi  Bankın  məhkəmə  qərarından  şikayət  verməsi  bankın  aktivlərinin  satışı  və 

köçürülməsi üzrə ləğvedicinin hərəkətlərini məhkəmədə mübahisəyə baxılanadək dayandırır.  



 

Maddə 71. Ləğvedici  

71.1. Məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Mərkəzi Bankın təqdim etdiyi 

namizədi banka ləğvedici (ləğvedicilər) təyin edir.  

Banklara  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər,  habelə  bankın 

kreditorları və borcluları (Mərkəzi Bank istisna olmaqla) banka ləğvedici vəzifəsinə təyin oluna 

bilməzlər.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə