Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   ...   23

Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  bu  Qanun  və  bunlara 

müvafiq olaraq, qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.  

2.3. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının 

Konstitusiyası,  bu  Qanun,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  “Azərbaycan 

Respublikasının  Mərkəzi  Bankı  haqqında”,  “Bank  olmayan  kredit  təşkilatları  haqqında”  və 

“Kredit  İttifaqları  haqqında”  Azərbaycan  Respublikası  qanunları,  Mərkəzi  Bankın  bunlara 

müvafiq  olaraq,  qəbul  edilmiş  normativ  aktları,  Azərbaycan  Respublikasının  digər  normativ 

hüquqi  aktları,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 

tənzimlənir.  

2.4. Cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən, kredit təşkilatları dövlət hakimiyyəti 

və bələdiyyə orqanlarından asılı deyildir və onlar kredit təşkilatlarının fəaliyyətinə qarışa bilməz. 

Kredit təşkilatları qanunla onların fəaliyyət növlərinə aid edilməyən fəaliyyəti həyata keçirməyə 

məcbur edilə bilməz.  

2.5. Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün digər 

hallarda kredit təşkilatları  dövlətin,  dövlət isə kredit təşkilatlarının öhdəlikləri  üçün məsuliyyət 

daşımır.  

 

Maddə 3. Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 

3.1. Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları bank 

fəaliyyətini Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.  

3.2. Depozit əməliyyatları yalnız banklar və poçt rabitəsinin milli operatoru tərəfindən həyata 

keçirilə bilər.  

3.3. Bu Qanunun 3.1-ci, 3.4-cü maddələri, 35.4-cü maddənin üçüncü abzası və 42-ci maddəsi 

istisna  olmaqla,  digər  müddəaları  “Bank  olmayan  kredit  təşkilatları  haqqında”  və  “Kredit 

İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericiliyə müvafiq 

olaraq,  lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və  başqa  bank  olmayan  kredit 

təşkilatlarına şamil olunmur.  

3.4.  Bu  Qanunun  3.3-cü  maddəsində  göstərilən  bank  olmayan  kredit  təşkilatlarının  bank 

fəaliyyətinin  lisenziyalaşdırılması  və  tənzimlənməsi  qüvvədə  olan  qanunvericilik  və  Mərkəzi 

Bankın  normativ  xarakterli  aktları  ilə  həyata  keçirilir.  Bank  olmayan  kredit  təşkilatlarına 

rəhbərlik  edən  işçilərin  peşə  ixtisasına  və  təcrübəsinə  dair  tələblər  Mərkəzi  Bank  tərəfindən 

müəyyən edilir.  

3.5.  Mərkəzi  Bank  hər  hansı  şəxsin  lisenziyası  olmadan  bu  Qanunun  3.1-ci  maddəsində 

göstərilən  fəaliyyətlə  məşğul  olduğunu  müəyyən  etdikdə,  həmin  şəxsə  bu  fəaliyyətinə  xitam 

verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir.  

 

Maddə 4. Bankın adı  

4.1.  Bankın  onun  nizamnaməsi  ilə  müəyyən  edilmiş  firma  adında  mütləq  qaydada  «bank» 

sözü  olmalıdır.  Heç  bir  bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün 

nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz.  

4.2. «Bank» sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam aydın 

olduğu  hallardan  başqa,  bank  fəaliyyəti  ilə  məşğul  olmayan  hüquqi  şəxsin  adında  «bank» 

sözünün («bank» sözü olan söz birləşməsinin) istifadəsi qadağandır.  

4.3. Bankın törəmə banklarının adında əsas bankın adı göstərilməlidir. Bankların filiallarının, 

şöbələrinin  və  ya  nümayəndəliklərinin  adında  bank  sözü  hüquqi  bağlılıq  və  mənsubiyyət 

mənasında göstərilməlidir.  

4.4.  Bank  lisenziyası  ləğv  olunmuş  bankların  adına  «ləğv  prosesində  olan»  sözləri  əlavə 

edilir.  

4.5.  Bankın  adında  «Azərbaycan  Respublikası»,  «dövlət»,  «milli»  sözlərindən  istifadə 

edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir.  

4.6. Banklar eyni addan istifadə edə bilməz.  



 

Maddə 5. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı  

5.1.  Azərbaycan  Respublikasının  bank  sistemində  xarici  bank  kapitalının  iştirak  limiti 

Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

5.2. Xarici bank və ya xarici bank holdinq şirkəti istisna olmaqla, əcnəbilərin və xarici hüquqi 

şəxslərin yerli banklarda iştirakına Mərkəzi Bank tərəfindən limit müəyyən edilir. 

5.3.  Mərkəzi  Bank  xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  yerli  törəmə 

banklarının,  filiallarının  və  nümayəndəliklərinin,  habelə  yerli  bankların  xarici  filiallarının  və 

nümayəndəliklərinin fəaliyyətinin tənzimlənməsini və onlara nəzarəti həyata keçirdikdə müvafiq 

xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  ilə  qarşılılıq  əsasında  və  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  zidd  olmayaraq  (o  cümlədən  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq),  öz  nəzarət  funksiyalarının  yerinə 

yetirilməsi  üçün  zəruri  olan  məlumatı  ala  bilər.  Mərkəzi  Bank  xarici  bank  tənzimlənməsi  və 

nəzarəti  orqanları  ilə  məlumat  mübadiləsini  bu  məlumatın  məxfiliyini  təmin  etməklə  həyata 

keçirə  bilər.  Bu  məqsədlə  Mərkəzi  Bank  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  ilə 

əməkdaşlıq haqqında sazişlər bağlaya bilər.  

5.4. Xarici banklar və xarici bank holdinq şirkətləri də daxil olmaqla, siyahısı Mərkəzi Bank 

tərəfindən müəyyənləşdirilən offşor zonalarda qeydə alınmış əcnəbilər və xarici hüquqi şəxslər 

yerli  bankların  təsisçiləri  və  ya  səhmdarları  ola  bilməz,  habelə  yerli  törəmə  banklar  təsis  edə 

bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər.  

 

II fəsil. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya və icazələrin 

verilməsi 

 

Maddə 6. Bank lisenziyaları və icazələr  

6.1.  Mərkəzi  Bank  bank  lisenziyalarının  verilməsində  və  ləğv  edilməsində,  habelə  filiallar, 

şöbələr və nümayəndəliklər açmaq üçün banklara icazə verilməsində və verilmiş icazələrin ləğv 

edilməsində müstəsna hüquqlara malikdir.  

6.2. Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank lisenziyaları 

və  icazələr  yalnız  onları  almış  şəxslər  tərəfindən  istifadə  edilə  bilər  və  üçüncü  şəxslərə  verilə 

bilməz. Bank lisenziyaları və icazələr Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir.  

6.3.  Mərkəzi  Bank  verdiyi  bank  lisenziyasında  və  icazədə  bu  Qanunun  32-ci  maddəsi  ilə 

banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər qoya bilər.  

Bank  lisenziyasında  və  ya  icazəsində  elə  fəaliyyət  növləri  məhdudlaşdırıla  bilər  ki,  onların 

həyata  keçirilməsi  üçün  ərizəçi  kifayət  qədər  təşkilati-texniki  hazırlığa  və  ya  ixtisasa  malik 

deyildir.  



 

Maddə 7. Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət  

7.1. Bank lisenziyası və icazə alınması üçün bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq 

qaydada vəkil edilmiş şəxslər Mərkəzi Banka yazılı şəkildə müraciət edirlər. Müraciətin forması 

və məzmunu, ona əlavə edilən sənədlər Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən 

edilmiş tələblərə cavab verməlidir.  

7.2.  Bank  lisenziyası  və  icazə  alınması  üçün  müraciətə  baxarkən,  Mərkəzi  Bank  bankın 

kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra orqanlarının 

rəhbərlərinin)  və  inzibatçıların  maliyyə  vəziyyəti,  peşəkar  fəaliyyəti  və  keçmişdə  cinayət 

məsuliyyətinə  cəlb  olunub-olunmadıqları  haqqında  maliyyə,  vergi  və  hüquq-mühafizə 

orqanlarından  məlumat  ala  bilər.  Bu  tələb  sonradan  bankda  mühüm  iştirak  payını  əldə  etmək 

istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin olunan 

inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə 

də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq-mühafizə orqanları Mərkəzi Banka onun 

tələb edə biləcəyi məlumatı verir.  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə