Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

dəyişdirilməsi  (denominasiyası)  zamanı  köhnə  nümunəli  pul  nişanlarının  yeni  nümunəli  pul 

nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur  

Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və 

ödənilir.  Faiz  dərəcələri  və  bank  qarşısında  borca  görə  verilməli  olan  digər  ödənişlər  yalnız 

borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.  

36.7.  Yerli  banklarla  onun  yerli  müştəriləri  arasında  bütün  mübahisələr,  habelə  xarici 

bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə 

müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.  



 

Maddə  37.  Bankın  müxbir  hesabları  və  banka  həvalə  edilmiş  aktivlər  barəsində 

səlahiyyətlər  

37.1.  Hüquqi  və  fiziki  şəxslərin  bankda  olan  pul  vəsaitinə  və  digər  sərvətlərinə  qanunda 

nəzərdə  tutulan  hallarda  və  qaydada  məhkəmənin  və  ya  məhkəmə  icraçısının  qərarı  ilə  həbs 

qoyula  bilər.  Bank,  hesabın  üzərinə  həbs  qoyulması  barədə  müvafiq  qərarı  aldığı  andan 

depozitlər  (əmanətlər)  və  digər  hesablar  üzrə  məxaric  əməliyyatlarını  həbs  qoyulmuş  vəsait 

həcmində dayandırmalıdır.  

Bankların  müxbir  hesablarına  həbs  yalnız  məhkəmənin  qərarı  ilə  bankın  özünə  qarşı  olan 

tələblər üzrə öhdəlik məbləğində qoyula bilər.  

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və 

terrorçuluğun  maliyyələşdirilməsinə  şübhə  yaradan  bank  əməliyyatının  icrası  maliyyə 

monitorinqi orqanı tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada dayandırıla bilər. 

37.2  Müştərinin  bankda  olan  pul  vəsaiti  və  digər  sərvətləri  yalnız  məhkəmənin  qanuni 

qüvvəyə minmiş qərarı əsasında müsadirə edilə bilər.  

37.3. Bank müştərilərin pul vəsaitinə və digər sərvətlərinə həbs qoyulması, müsadirə edilməsi, 

yaxud  tələb  yönəldilməsi  nəticəsində  müştərilərinə  və  ya  kreditorlarına  dəymiş  zərər  üçün 

məsuliyyət daşımır.  



 

Maddə 38. Hesablaşmalar və pul köçürmələri  

38.1.  Banklar  hesablaşmaları  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə və Mərkəzi Bankın həmin Məcəlləyə müvafiq olaraq qəbul etdiyi normativ aktlara, 

bank  praktikasında  tətbiq  olunan  işgüzar  dövriyyə  adətlərinə  və  müvafiq  müqavilələrə  uyğun 

olaraq həyata keçirirlər.  

38.2.  Banklar  beynəlxalq  ödənişləri  və  pul  köçürmələrini  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə,  o  cümlədən  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarına,  Azərbaycan 

Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında 

tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər.  

38.3.  Mərkəzi  Bank  bankların  istifadə  etdikləri  avtomatlaşdırılmış  hesablaşma  və  pul 

köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin 

onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.  



 

Maddə 39. Sənədlərin saxlanılması  

39.1. Banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr 

(əqdlər)  üzrə  müvafiq  sənədləri,  o  cümlədən  elektron  daşıyıcılarda  olan  informasiyanı,  habelə 

fəaliyyətləri  nəticəsində  yaranan  digər  sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  və 

müddət ərzində saxlamalıdırlar.  

39.2.  Müştərini  eyniləşdirməyə,  habelə  müştərilərin  hesablaşma  və  köçürmə  əməliyyatlarını 

təsdiq  etməyə  imkan  verən  sənədlər  müştəri  ilə  qarşılıqlı  münasibətlərə  xitam  verildikdən  və 

ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı beş il müddətində bankda saxlanılmalıdır.  



 

 

 


Maddə  40.  Banklara  aidiyyəti  şəxslərlə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərlə 

əməliyyatların aparılması  

40.1.  Aşağıdakı  hallarda  banklar  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən 

şəxslərə kreditlər verə bilməzlər:  

40.1.1.  kreditin  verilməsinə  və  onun  şərtlərinə  dair  bankın  Müşahidə  Şurasının  razılığı 

olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda;  

40.1.2.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  həmin  hüquqi  şəxs  üçün  verilmiş 

kreditlərin  məcmu  miqdarı  bankın  məcmu  kapitalının  10  faizinə  bərabər  məbləği,  fiziki  şəxs 

üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;  

40.1.3.  kreditin  verilməsi  nəticəsində  bank  tərəfindən  bütün  aidiyyəti  şəxslərə  və  aidiyyəti 

şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  kreditlərin  məcmu  miqdarı  bankın  məcmu 

kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.  

40.2.  Aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  kredit  bu  Qanunun 

40.1-ci  maddəsinin  tələbləri  pozulmaqla  verildikdə,  həmin  kredit  dərhal  ödənilməlidir.  Bankın 

Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvləri  bu  Qanunun  40.1-ci  maddəsinin  tələbləri 

pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün 

məsuliyyət daşıyırlar.  

40.3.  Bankların  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  digər 

müştərilərdən  fərqli  olaraq  güzəştli  kreditlərin  verilməsi  və  ya  güzəştli  şərtlərlə  digər 

əməliyyatların aparılması qadağandır.  

 

Maddə 41. Bank sirri  

41.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank hesabının, hesab 

üzrə  əməliyyatlar  və  qalıqların,  habelə  müştəri  haqqında  məlumatların,  o  cümlədən  müştərinin 

adı,  ünvanı,  rəhbərləri  haqqında  məlumatların  sirrinə  bank  təminat  verir.  Müştərilərin  bank 

saxlancında  əmlakının  mövcudluğu,  bu  cür  əmlakın  sahibləri,  xarakteri  və  dəyəri  haqqında 

məlumatların sirrinə də bank təminat verir.  

41.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, bank sirrini təşkil edən 

məlumatlar  yalnız  müştərilərin  özlərinə  və  onların  nümayəndələrinə,  həmçinin  bank  nəzarəti 

üzrə  səlahiyyətlərin  həyata  keçirməsi  prosesində  Mərkəzi  Bankın  inspektorlarına,  kənar 

auditorlara,  sığortaçıların  fəaliyyətinə  dövlət  nəzarətinin  həyata  keçirilməsi  ilə  əlaqədar  sığorta 

nəzarəti  orqanına,  "Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında" 

Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  hallarda  maliyyə  monitorinqi 

orqanına,  habelə  bu  Qanuna  müvafiq  surətdə  kredit  reyestrinə  verilir.  Dövlət  orqanlarına  və 

onların  vəzifəli  şəxslərinə  bu  cür  məlumatlar  yalnız  cinayət  işinin  istintaqı,  müştərinin  pul 

vəsaitinə  və  bankın  saxlancında  olan  əmlakına  həbs  qoyulması,  tələb  yönəldilməsi  və  bunların 

müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra 

sənədlərinin  məcburi  icraya  yönəldilməsi  ilə  əlaqədar  müştərilərin  hesab  qalıqları  barədə 

məlumatlar  qanunvericiliklə  müəyyən  olunmuş  mənbələrdən  əldə  edilmiş  məlumat  əsasında 

məhkəmə  icraçılarına 

verilir. 

Əmanətlərin 

sığortalanması 

haqqında» 

Azərbaycan 

Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə 

məlumatlar  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Əmanətlərin  Sığortalanması  Fonduna 

verilir.  

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank 

hesabı  və  əməliyyatları  barədə  məlumat  vergi  orqanlarına  yalnız  Azərbaycan  Respublikasının 

Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.  

Xüsusi  seçki  hesabına  daxil  olan  və  xərclənən  vəsaitlər  barədə  məlumat  banklar  tərəfindən 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  olunmuş  qaydada  Mərkəzi  Seçki 

Komissiyasına verilir. 



Azərbaycan  Respublikası  ilə  digər  dövlətlər  arasında  bağlanmış  beynəlxalq  müqavilələrə 

uyğun  olaraq,  bu  dövlətlərin  hüquqi  və  fıziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə