Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

24.1.14. bankın satılması, yenidən təşkili və ləğvi barəsində qərarlar qəbul etmək;  

24.1.15.  Bu  Qanunla  və  bankın  nizamnaməsi  ilə  səlahiyyətinə  aid  edilmiş  digər  məsələləri 

həll etmək;  

24.2. bu Qanunun 24.1.2—24.1.7-ci maddələri ilə səhmdarların ümumi yığıncağının müstəsna 

səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın Müşahidə Şurasına verilə bilər.  

24.3.  Bankın  təsis  yığıncağı  bütün  təsisçilər  və  ya  onların  nümayəndələri  iştirak  etdikdə 

səlahiyyətli  sayılır.  Səhmdarların  sonrakı  ümumi  yığıncaqları  bütün  səsvermə  hüququ  olan 

səhmlərin azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli sayılır. Bankın təsis 

yığıncağında  onun  yaradılması,  nizamnaməsinin  qəbul  edilməsi  və  idarəetmə  orqanlarının 

formalaşdırılması  barədə  qərarlar  yekdilliklə  qəbul  edilir.  Nizamnaməyə  əlavə  və  dəyişikliklər 

edilməsi, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyin və azad edilməsi, bankın satılması, 

yenidən  təşkili,  başqa  bankın  alınması  və  bankın  fəaliyyətinə  xitam  verilməsi  məsələləri  üzrə 

qərarlar yığıncaqda təmsil edilən səhmdarların 75 faiz səs çoxluğu ilə qəbul olunur. Bütün digər 

qərarlar yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul olunur.  

24.4.  Səhmdarlar  bankın  nizamnamə  kapitalındakı  paylarına  mütənasib  səs  hüququna 

malikdirlər.  Hər  bir  səhmdar  səhmdarların  ümumi  yığıncağında  özünün  səs  hüququnu  həm 

şəxsən, həm də səlahiyyətli nümayəndəsi vasitəsilə həyata keçirə bilər. Etibarnamə yazılı şəkildə 

rəsmiləşdirilir  və  yığıncağın  protokoluna  qoşulur.  Etibarnamə  yığıncaq  başlananadək  verilir. 

Səhmdarları  qanuni  əsasda  təmsil  edən  şəxslər  üçün  ayrıca  etibarnamə  tələb  olunmur.  Həmin 

şəxslər bu cür səlahiyyətlərini təsdiqləyən sənəd təqdim edirlər.  

24.5. Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir 

ümumi  yığıncağının  keçirilməsi  günü,  yeri,  vaxtı  və  gündəlik  üzrə  materiallarla  tanış  olma 

qaydası  barəsində bildirişlər, habelə həmin  yığıncağın  gündəliyi  yığıncağın  keçirilməsi  gününə 

ən  azı  45  təqvim  günü  qalmış  səhmdarlara  göndərilir  və  bu  barədə  kütləvi  informasiya 

vasitələrində  məlumat  dərc  etdirilir.  Bildirişlə  birlikdə  göndərilən  gündəliyə  daxil  edilməmiş 

məsələlər  üzrə  qərar  qəbul  olunmasına  yol  verilmir.  Növbəti  yığıncaqlar  ildə  bir  dəfədən  az 

olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və 

kənar auditor yoxlamasından kecdikdən sonra ən geci iki ay ərzində keçirilir.  

Növbədənkənar  yığıncaqlar  səsvermə  hüququ  olan  səhmlərin  azı  5  faizinin  sahibləri  olan 

səhmdarların, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. 

Növbədənkənar  yığıncaqların  çağrılması  qaydası  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi 

ilə tənzimlənir.  

24.6.  Səhmdarların  yığıncağında  səsvermə  hüququna  malik  olan  bütün  səhmdarlar  təmsil 

olunmuşdursa,  yığıncaq  onun  çağırılması  vaxtından  və  üsulundan  asılı  olmayaraq  səlahiyyətli 

sayılır.  Səsvermə  hüququna  malik  olan  səhmdarların  hamısı  yekdilliklə  razılıq  verərsə,  bu 

yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə 

bilər.  

 

Maddə 25. Müşahidə Şurası  

25.1. Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:  

25.1.1. bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirmək, o cümlədən bankın 

İdarə Heyətindən hesabat almaq;  

25.1.2. səhmdarların ümumi yığıncağı və İdarə Heyəti üçün tövsiyələr vermək;  

25.1.3.  səhmdarların  ümumi  yığıncağının  hər  bir  iclasını  bildirişlər  göndərmək  yolu  ilə 

çağırmaq  və  səhmdarların,  habelə  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  tələbi  ilə  və  onların 

gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul 

etmək;  

25.1.4. bank tərəfindən qüvvədə olan qanunvericiliyin pozulması faktını müəyyən etdikdə, bu 

pozuntu  barəsində  səhmdarların  ümumi  yığıncağını,  Audit  Komitəsini  və  İdarə  Heyətini 

xəbərdar etmək, Mərkəzi Banka isə bank qanunvericiliyinin və "Cinayət yolu ilə əldə edilmiş pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 



qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tələblərinin  pozulması  faktları 

barədə bildiriş göndərmək;  

25.1.5.  bu  Qanuna  müvafiq  olaraq,  İdarə  Heyəti  üzvlərini  vəzifədən  kənarlaşdırmaq, 

səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq bu Qanunun 10-cu 

maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək;  

25.1.6. bank ilə İdarə Heyətinin bir və ya bir neçə üzvü arasında mənafelər toqquşması olduğu 

hallarda bankı idarə və təmsil etmək;  

25.1.7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri olan qaydaları 

və daxili əsasnamələri qəbul etməkhabelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya 

digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  daxili  nəzarət 

sistemini hazırlamaq və tətbiq etmək;  

25.1.8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək;  

25.1.9. bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın nizamnaməsində 

nəzərdə tutulmuş hallarda bank adından müvafiq əqdlərin bağlanmasına icazə vermək;  

25.1.10.  banka  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  əqdlər 

bağlanmasını təsdiq etmək;  

25.1.11.  bankın  fəaliyyətinin  kompleks  və  ya  ayrı-ayrı  sahələrinin  yoxlanması  barədə  qərar 

qəbul etmək;  

25.1.12.  kənar  və  daxili  auditorların,  habelə  Mərkəzi  Bankın  yoxlamalarının  nəticələrini 

nəzərdən keçirmək və bu yoxlamaların yekunlarına dair tədbirlər görmək

25.1.13. bu Qanunla, bankın nizamnaməsi və Mərkəzi Bankın normativ xarakterli aktları ilə 

nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.  

Müşahidə Şurası bu Qanunun 25.1.6-cı maddəsində nəzərdə tutulan səlahiyyəti icra etməzdən 

əvvəl  Mərkəzi  Banka  əsasları  göstərməklə  yazılı  bildiriş  göndərir  və  səhmdarların  ümumi 

yığıncağının növbədənkənar iclasını çağırır. Mərkəzi Bank Müşahidə Şurasının qərarına dair öz 

münasibətini bildirə bilər.  

Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə əsasən qəbul etdiyi 

qərarlar  səhmdarların  ümumi  yığıncağının  növbəti  iclasının  gündəliyinə  daxil  edilməli  və 

müzakirə olunmalıdır.  

25.2.  Bankın  Müşahidə  Şurası  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir. 

Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və/və ya kənar 

şəxslərdən 4 ildən çox olmayan müddətə təyin  edilən fiziki şəxslərdir. Şuranın  üzvləri  növbəti 

müddətlərə  yenidən  seçilə  bilərlər.  Səhmdarların  ümumi  yığıncağı  Müşahidə  Şurasının  üzvləri 

sırasından  Müşahidə  Şurasının  sədrini  təyin  edir.  Müşahidə  Şurası  üzvlərinin  muzdu  bankın 

bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi 

yığıncağında təyin edilə bilər.  

25.3.  bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın Müşahidə Şurasının üzvü ola bilməz və bank səhmdarlarının ümumi yığıncağının qərarı 

ilə Müşahidə Şurasının üzvləri vəzifəsindən azad edilməlidirlər.  

25.4.  Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  etdikdə 

səlahiyyətlidir.  İclaslarının  keçirilməsi  qaydası  bankın  nizamnaməsində və  ya Müşahidə Şurası 

haqqında əsasnamədə müəyyən edilir.  

25.5. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair 

protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.  

25.6.  Müşahidə  Şurasının  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərinin  sadə  səs  çoxluğu  ilə 

qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına 

icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır.  

 

Maddə 26. İdarə Heyəti  

26.1.  Bankın  İdarə  Heyəti  bankın  idarə  olunması  və  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

məsuliyyət daşıyır.  



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə