Banklar haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 15. Bank lisenziyalarının və icazələrin reyestri



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Maddə 15. Bank lisenziyalarının və icazələrin reyestri  

15.1.  Mərkəzi  Bank  bankların,  filialların,  şöbələrin  və  nümayəndəliklərin  ictimaiyyət  üçün 

açıq  olan  mərkəzi  reyestrini  tərtib  edir.  Reyestrə  bankların,  filialların,  şöbələrin  və 

nümayəndəliklərin  adları,  ünvanları,  inzibatçıları  barədə  məlumatlar,  onlara  verilmiş  və  ləğv 

edilmiş  lisenziyaların  və  icazələrin  qeydiyyat  nömrələri  və  tarixi,  fəaliyyətinə  xitam  verilmiş 

banklar, filiallar, şöbələr və nümayəndəliklər haqqında məlumatlar daxil edilir.  

15.2. Banklar reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş 

təqvim günü müddətində yazılı bildiriş göndərirlər.  



 

Maddə 16. Bank lisenziyasının və ya icazənin ləğvi  

16.1.  Bankın  və  ya  xarici  bankın  yerli  filialının  bank  lisenziyası  yalnız  Mərkəzi  Bank 

tərəfindən aşağıdakı bir və ya bir neçə əsas olduqda ləğv edilə bilər:  

16.1.1. bankın təsisçilərinin (səhmdarlarının) müraciəti (qərarı) əsasında;  

16.1.2. xarici bank yerli filialını bağlamaq haqqında qərar qəbul etdikdə;  

16.1.3. bank müflis elan edildikdə;  

16.1.4.  lisenziya  alınması  üçün  ərizə  verilərkən  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyən edildikdə;  

16.1.5. bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən on 

iki  ay  müddətində  bank  lisenziyasına  müvafiq  olaraq,  fəaliyyətə  başlamadıqda  və  ya  Mərkəzi 

Bank  tərəfindən  bankın  və  ya  xarici  bankın  yerli  filialının  altı  ay  müddətində  depozitlər  və  ya 

digər qaytarılan vəsait cəlb etmədiyi və ya kreditlər vermədiyi müəyyən edildikdə;  

16.1.6. bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın yerli 

filialının  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitinin  və  ya  məcmu  kapitalının  (xarici 

bankın  yerli  filialının  məcmu  kapitalına  bərabər  tutulmuş  vəsaitinin)  miqdarı  müvafiq  olaraq, 

Mərkəzi  Bankın  banklar  üçün  müəyyən  etdiyi  nizamnamə  kapitalının  və  ya  məcmu  kapitalın 

minimum miqdarından az olduqda;  

16.1.7. bankın məcmu kapitalının və ya xarici bankın yerli filialının məcmu kapitala bərabər 

tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda;  

16.1.8. bank və ya xarici bankın yerli filialı kreditorları qarşısında öhdəliklərini yerinə yetirə 

bilmədikdə, o cümlədən ona həvalə olunmuş aktivlərin təhlükəsizliyini təmin edə bilmədikdə;  

16.1.9.  bank  və  ya  xarici  bankın  yerli  filialı  idarəetməni  və  ya  cari  fəaliyyətini  etibarlı  və 

prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, “Cinayət  yolu ilə əldə edilmiş pul 

vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə 

qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  Mərkəzi  Bankın  normativ 

xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;  

16.1.10.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.1.11. bu Qanunun 14.1.2—14.1.4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə və 

14.1.5—14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə;  

16.1.12. Mərkəzi Bankın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə;  

16.1.13. yerli törəmə bankı və ya filialı olan xarici bank və ya xarici bank holdinq şirkətinin 

lisenziyası ləğv edildikdə;  

16.1.14. bankın yenidən təşkili Mərkəzi Bankın icazəsi olmadan həyata keçirildikdə;  

16.1.15.  xarici  bank  və  xarici  bank  holdinq  şirkətinə,  habelə  şirkətlər  qrupunun  üzvü  olan 

banka  yerləşdiyi  ölkənin bank tənzimlənməsi  və nəzarəti orqanı  tərəfindən lazımınca nəzarətin 

təmin  edilməməsi  səbəbindən  Mərkəzi  Bank  onların  törəmə  banklarına  nəzarəti  həyata  keçirə 

bilmədikdə;  

16.1.16.  bilərəkdən  Mərkəzi  Banka  yanlış  hesabat  və  məlumat  verildiyi  faktları 

müəyyənləşdirildikdə;  

16.1.17. sonuncu üç hesabat tarixinə Mərkəzi Banka aylıq hesabat təqdim edilmədikdə;  



16.1.18.  bank  və  ya  xarici  bankın  yerli  filialı  bu  Qanuna  və  Mərkəzi  Bankın  normativ 

xarakterli  aktlarına  uyğun  olaraq,  Mərkəzi  Bankın  ona  verdiyi  sərəncamları  və  ya  digər  yazılı 

göstərişləri yerinə yetirmədikdə.  

16.2.  Yerli  bankın  filiallarına  və  nümayəndəliklərinə,  o  cümlədən  xarici  bankın  yerli 

nümayəndəliklərinə verilmiş icazə yalnız Mərkəzi Bank tərəfindən aşağıdakı bir və ya bir neçə 

əsas olduqda ləğv edilə bilər:  

16.2.1.  icazə  almaq  üçün  ərizə  verilərkən,  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyənləşdirildikdə; 

16.2.2. bankın lisenziyası ləğv edildikdə;  

16.2.3. bank müflis elan olunduqda;  

16.2.4. bank ləğv edildikdə;  

16.2.5. icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud Mərkəzi Bank 

yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə;  

16.2.6.  bu  Qanunun  14.2.1—14.2.5-ci  maddələrində  göstərilmiş  hər  hansı  şərt  yerinə 

yetirilmədikdə;  

16.2.7.  icazəni  almış  bank,  filial  və  ya  nümayəndəlik  idarəetməni  və  ya  cari  fəaliyyətini 

etibarlı  və  prudensial  qaydada  həyata  keçirmədikdə  və  ya  bu  Qanunun,  “Cinayət  yolu  ilə  əldə 

edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun, Mərkəzi 

Bankın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;  

16.2.8.  bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;  

16.2.9. filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;  

16.2.10.  yerli  bankın  xarici  filialının  və  ya  nümayəndəliyinin  yerləşdiyi  ölkədə  bank 

tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə;  

16.3. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi qərarı haqqında banka  Mərkəzi Bank 

tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.  

 

Maddə 17. Bank lisenziyasının və ya icazənin bankın öz müraciəti ilə ləğvi  

17.1.  Bank  ona  verilmiş  bank  lisenziyasının  və  ya  filialın  və  nümayəndəliyin  açılmasına 

verilmiş icazənin ləğv edilməsi haqqında Mərkəzi Banka müraciət edir.  

17.2.  Bank  ona  verilmiş  lisenziyanın  ləğvi  barədə  ərizəyə  bank  tərəfindən  təsdiq  edilmiş 

ləğvetmə planını, ərizənin verildiyi gündən etibarən üç ay əvvəlki tarixə kənar auditor tərəfindən 

təsdiqlənmiş maliyyə hesabatını əlavə etməlidir. Mərkəzi Bank ərizənin təqdim edildiyi gündən 

ən geci 90 təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul etməlidir.  

Bankların  filiallarına  verilmiş  icazələrin  ləğvi  barədə  müraciətə  və  əlavə  edilmiş  ləğvetmə 

planına  Mərkəzi  Bank  ərizənin  təqdim  edildiyi  gündən  etibarən  ən  geci  30  təqvim  günü 

müddətində baxaraq, bankın müraciətinə dair qərar qəbul etməlidir.  

17.3. Bankın və ya xarici bankın yerli filialının ləğvetmə planı və ödəniş qabiliyyəti məqbul 

hesab edildikdə, habelə bank lisenziyası ləğv edildikdən sonra onların öz öhdəliklərini ödəmək 

üçün  yetərli  miqdarda  likvid  vəsaiti  olduqda,  Mərkəzi  Bank  tərəfindən  ərizəyə  dair  müvafiq 

qərar  qəbul  edilir  və  bank  və  ya  xarici  bankın  yerli  filialı  bu  Qanunun  58-ci  maddəsinin 

müddəalarına uyğun ləğv edilir. 

17.4. Bank lisenziyasının və ya icazənin ləğv edilməsi barədə ərizənin rədd edilməsi haqqında 

əsaslandırılmış qərar Mərkəzi Bank tərəfindən dərhal banka və  ya təsisçi xarici banka və onun 

yerli filialına göndərilməlidir.  



 

Maddə  18.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğvi  haqqında  qərarın  dərc  edilməsi  və 

qüvvəyə minməsi  

18.1. Mərkəzi Bank bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin 

ləğv  edilməsi  haqqında  qərarını  onu  qəbul  etdiyi  gündən  etibarən  5  təqvim  günü  müddətində 

dövlət  qeydiyyatı  və  vergi  orqanlarına  ləğvetmə  haqqında  bildiriş  göndərməli  və  kütləvi 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə