Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   ...   23

7.3.  İlkin  müraciətə  baxılması  və  bank  lisenziyasının  verilməsi  üçün  «Dövlət  rüsumu 

haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət 

rüsumu ödənilir.  

 

Maddə 8. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları  

8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:  

8.1.1.  bankın  təsisçiləri  və  ya  qanunvericiliyə  müvafiq  qaydada  vəkil  edilmiş  şəxs  (şəxslər) 

tərəfindən  bank  lisenziyası  almaq  üçün  ilkin  müraciətin  edilməsi  və  ona  baxılması  (birinci 

mərhələ) və  

8.1.2.  bank  dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun 

müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).  

8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:  

8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:  

8.2.1.1.  həmin  sahib  hüquqi  şəxs  olduqda—onun  adını,  ünvanını,  kommersiya  fəaliyyətinin 

növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə 

illəri  və  ya  ili)  əhatə  edən  və  auditor  yoxlamasından  keçmiş  maliyyə  hesabatlarını  və  auditor 

rəyini  göstərən  məlumat  və  sənədlər,  habelə  həmin  şəxsin  nəzərdə  tutulan  iştirak  payının  əldə 

edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;  

8.2.1.2.  həmin  sahib  xarici  hüquqi  şəxs  olduqda,  bu  Qanunun  8.2.1.1-ci  maddəsində 

sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların 

yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son 

üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;  

8.2.1.3. həmin sahib fiziki şəxs olduqda, onun soyadını, adını, atasının adını və vətəndaşlığını, 

şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, daimi yaşayış 

yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;  

8.2.1.4.  həmin  sahib  əcnəbi  olduqda  —  bu  Qanunun  8.2.1.3-cü  maddəsində  sadalanan 

sənədlərdən  başqa  rezidenti  olduğu  ölkənin  bir  və  ya  bir  neçə  maliyyə  təşkilatlarının  müsbət 

tövsiyyələri və/və ya bank hesablarından çıxarışlar;  

8.2.2.  Bankın  təklif  edilən  nizamnamə  kapitalının  miqdarı,  bankın  nizamnamə  kapitalında 

təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları, 

habelə  hər  bir  hüquqi  şəxs  üçün  bu  hüquqi  şəxsin  kapitalında  digər  şəxslərin  mühüm  iştirak 

payları haqqında məlumatlar

8.2.3.  Bankda  mühüm  iştirak  payının  təklif  edilən  sahibi  hüquqi  şəxs  olduqda,  onun  icra 

orqanlarının  rəhbərlərinin  siyahısı.  Hər  bir  rəhbər  tərəfindən  imzalanmış  və  imzası  notariat 

qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.4.  Əgər  mühüm  iştirak  payının  sahibi  olan  hüquqi  şəxs  şirkətlər  qrupuna  daxildirsə  bu 

qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına 

malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;  

8.2.5. Bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda, onun tərəfindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

Mühüm iştirak payının sahibi əcnəbi  olduqda, rezidenti  olduğu ölkənin müvafiq  hakimiyyət 

orqanları  tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.6.  Bankın  yaradılması,  onun  nizamnaməsinin  qəbul  edilməsi  və  idarəetmə  orqanlarının 

formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın 

nizamnaməsi;  

8.2.7.  Bankın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını (balans, 

mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;  




8.2.8. Bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası 

və  təcrübəsi  haqqında  məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında) 

notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda 

və  digər  hüquqi  şəxslərdə  onların  mühüm  iştirak  paylarının  miqdarı  və  siyahısı,  tərəflərindən 

imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;  

İnzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun 

13.2-ci maddəsində göstərilmiş sənədlər;  

8.2.10.  İlkin  müraciətə  baxılması  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiq  edən  bank 

sənədi.  

8.3. Mərkəzi Bank baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə əlavə 

edilmiş sənədlərdə səhvlər və  ya çatışmazlıqlar  müəyyən etdikdə, bu barədə müraciət edənlərə 

15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan 

qaldırmağı  təklif  edir.  Həmin  müddətdə  Mərkəzi  Bank  müraciət  edənlərə  yazılı  bildiriş 

göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.  

8.4.  Mərkəzi  Bank  ilkin  müraciətə  bu  Qanunun  8.3-cü  maddəsində  göstərilən  bildirişin 

göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu halda 

isə  ən  geci  180  təqvim  günü  müddətində  baxır  və  müvafiq  qərar  qəbul  edir.  Hər  bir  halda 

Mərkəzi Bank qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.  

8.5.  Mərkəzi  Bankın  ilkin  müraciətə  müsbət  baxılması  haqqında  qərarında  aşağıdakılar 

göstərilir:  

8.5.1.  bankın  biznes-planı  və  təqdim  edilmiş  sənədlərdə  göstərilən  bank  fəaliyyəti  növlərini 

nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.  

8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;  

8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair 

tədbirlər;  

8.6.  Mərkəzi  Bank  bank  lisenziyası  almaq  üçün  ilkin  müraciəti  rədd  etdikdə,  öz  qərarında 

bunun səbəblərini göstərməlidir.  

8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət Mərkəzi Banka 

təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.  

8.8.  Mərkəzi  Bank  bank  lisenziyası  alınması  üçün  ilkin  müraciətə  müsbət  baxdıqda,  ilkin 

nizamnamə  kapitalının  minimum  miqdarının  köçürülməsi  üçün  öz  balansında  həmin  bankın 

müraciəti ilə onun adına hesab açır.  

8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu 

gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli 

və  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  və  ona  müvafiq  olaraq,  qəbul  edilmiş  digər 

qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən 

bank  korporativ  idarəetmə  sistemlərini  təşkil  etməli  (bu  Qanunun  tələblərinə  uyğun  idarəetmə 

orqanlarını  yaratmalı,  təşkilati  strukturu  formalaşdırmalı,  informasiya  texnologiya  sistemini 

tətbiq  etməyə  hazır  olmalı,  mühasibat  uçotu  və  hesabatı  siyasətini  müəyyən  etməli,  reqlament 

hazırlamalı,  müvafiq  rəhbər  və  minimum  işçi  heyəti  müəyyən  etməli),  texniki-təchizat  və 

təhlükəsizlik tədbirlərini tamamlamalıdır.  

8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:  

8.10.1.  dövlət  qeydiyyatı  haqqında  sənədin  və  nizamnamənin  surəti,  habelə  bankın 

reqlamenti;  

8.10.2.  bankın  yaradılması  və  inzibatçıların  təyin  edilməsi  haqqında  səhmdarların  ümumi 

yığıncağının qərarının surəti;  

8.10.3. bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında Mərkəzi 

Bankın  qərarı  ilə  müəyyən  edilmiş  şərtlər  qoyulduqda,  həmin  şərtlərin  yerinə  yetirildiyini 

təsdiqləyən sənəd (sənədlər);  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə