Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

informasiya  vasitələrində  rəsmi  məlumat  dərc  etdirməlidir.  Bank  lisenziyasının  və  ya  xarici 

bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi  haqqında  qərar,  onda  başqa  müddət  nəzərdə 

tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.  

18.2.  Bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  icazəsinin  ləğvi 

haqqında qərarın qüvvəyə mindiyi  gündən etibarən müvafiq bankın, filialın və nümayəndəliyin 

adında «ləğv prosesində olan» sözləri əlavə edilir və ona bank lisenziyasına və ya icazəyə əsasən 

müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan sonra bank, filial və ya 

nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın  və  ya xarici  bankın  yerli filialının  iflası 

proseduruna  başlanıldığı  hallar  istisna  olmaqla,  bu  Qanunun  tələbləri  nəzərə  alınmaqla 

qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.  

18.3.  Yerli  və  xarici  banklar  bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  haqqında 

Mərkəzi Bankın qərarından qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə 

bilərlər. Şikayətin verilməsi Mərkəzi Bankın müvafiq qərarının icrasını dayandırmır.  

 

III fəsil. Bankların yaradılması, idarə edilməsi və daxili audit 

 

Maddə 19. Bankların təşkili  

19.1.  Bank  ən  azı  üç  hüquqi  və/və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar  cəmiyyəti 

formasında yaradılır.  

19.2. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın 

səhmdarı ola bilməzlər.  

19.3.  Bank  yalnız  adlı  səhmlər  buraxa  bilər.  Bankın  imtiyazlı  səhm  sahibləri  səs  hüququna 

malik ola bilməzlər.  

19.4. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə 

üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.  

 

Maddə 20. Bankın nizamnaməsi və reqlamenti  

20.1.  Bankın  təsisçiləri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər Mərkəzi Bankın 

qabaqcadan yazılı icazəsi ilə edilir.  

20.2. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq, bu Qanunla müəyyən edilmiş qaydada 

təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:  

20.2.1.  bankın  təşkilati  və  idarəetmə  strukturu,  o  cümlədən  onun  əməliyyat  və  inzibati 

şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;  

20.2.2.  bankın  idarəetməsi  və  nəzarəti  altında  olan  şöbələrin  və  bölmələrin  rəhbərlərinin 

vəzifələri;  

20.2.3. daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;  

20.2.4. bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata 

keçirilməsi üzrə səlahiyyətləri;  

20.2.5.  filial  və  şöbələrin  inzibatçılarının  vəzifəyə  təyin  və  azad  edilməsi  qaydaları,  habelə 

onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.  

20.3.  Bankın  nizamnaməsinin  notariat  qaydada  təsdiqlənmiş  surəti,  bank  tərəfindən 

təsdiqlənmiş  daxili  reqlamenti,  habelə  bankın  bank  fəaliyyəti  ilə  əlaqədar  müqavilələri 

imzalamaq  səlahiyyəti  verilmiş  vəzifəli  şəxslərin  siyahısı  bank  tərəfindən  Mərkəzi  Banka  bir 

nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxlanılır.  

20.4.  Bankın  nizamnaməsində  edilən  dəyişikliklər  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və 

reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Mərkəzi Banka təqdim edilir.  



 

Maddə 21. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər  

21.1. Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş 

vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum 



miqdarından  aşağı  olmayan  səviyyədə  saxlamalıdır.  Bankın  məcmu  kapitalının,  xarici  bankın 

yerli  filialı  üçün  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  strukturu,  komponentləri  və 

hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

21.2.  Heç  bir  bank  Mərkəzi  Bankın  qabaqcadan  yazılı  icazəsi  olmadan  səhmlərinin  satın 

alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu 

ilə məcmu kapitalını azalda bilməz.  

21.3.  Heç  bir  xarici  bank  Mərkəzi  Bankın  qabaqcadan  yazılı  icazəsi  olmadan  nizamnamə 

kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala 

bərabər tutulmuş vəsaitini azalda bilməz.  

21.4.  Bankın  nizamnamə  kapitalı  və  xarici  bankın  yerli  filialının  nizamnamə  kapitalına 

bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının milli 

valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.  

21.5. Bankın  və  ya xarici  bankın  yerli filialının  inzibatçıları məcmu  kapitalın və  ya məcmu 

kapitala  bərabər  tutulmuş  vəsaitin  miqdarının  Mərkəzi  Bankın  banklar  üçün  müəyyən  etdiyi 

məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25 faizinə və 

ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda dərhal bu barədə 

Mərkəzi Banka bildiriş göndərməlidirlər.  

 

Maddə 22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının məhdudlaşdırılması  

22.1.  Hər  hansı  bir  şəxs  bankın  nizamnamə  kapitalında  mühüm  iştirak  payını,  o  cümlədən 

nizamnamə  kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına  çatdıran  əlavə  payı,  habelə 

mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya nizamnamə kapitalının 20 

faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı keçməsinə, yaxud bankın həmin şəxsin 

törəmə  strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  bu  Qanunla  müəyyən  edilmiş 

qaydada əldə edə bilər.  

22.2.  Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  şəxsin  başqa  hüquqi  şəxsin  kapitalında 

mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi 

Banka yazılı bildiriş göndərməlidir.  

22.3.  Bank,  kapitalında  mühüm  iştirak  payı  olan  hüquqi  şəxsin  kapitalında  hər  hansı  şəxsin 

mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə Mərkəzi 

Banka yazılı bildiriş göndərməlidir.  

22.4.  Bu  Qanunun  22.1-ci  maddəsində  nəzərdə  tutulan  iştirak  payının  alınması  üçün  bankın 

səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri Mərkəzi Banka 

təqdim edir:  

22.4.1. həmin sahib hüquqi şəxs olduqda:  

22.4.1.1. hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar, azı 

son  üç  maliyyə  ilini  (hüquqi  şəxs  üç  ildən  az  müddətdə  yaradıldıqda  isə  son  maliyyə  illərini) 

əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyləri, habelə həmin 

şəxsin  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsinə  icazə  verən  səlahiyyətli  idarəetmə 

orqanının qərarının təsdiqlənmiş surəti;  

22.4.1.2.  həmin  hüquqi  şəxsin  icra  orqanlarının  rəhbərlərinin  siyahısı  və  hər  bir  rəhbər 

tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair 

ərizə;  

22.4.1.3.  xarici  hüquqi  şəxslər  yuxarıda  göstərilən  sənədlərdən  başqa  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədləri təqdim edirlər:  

Onun yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd, nizamnamə (əsasnamə), ən 

azı sonuncu üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;  

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış;  

22.4.1.4. şəxs xarici bank olduqda, əlavə olaraq bankın yerləşdiyi ölkənin bank tənzimləməsi 

və nəzarəti orqanı tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər 

və  digər  qaytarılan  vəsait  cəlb  etmək  ilə  bağlı  fəaliyyəti  həyata  keçirmək  üçün  lisenziyasının 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə