Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   ...   23

12.6.  Xarici  bankın  yerli  nümayəndəliyinə  verilən  icazədə  nümayəndəliyin  həyata  keçirə 

biləcəyi  işlərin  xarakteri,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı 

göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər daxil 

edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir.  



 

Maddə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici 

bankın yerli filiallarına lisenziya verilməsi üçün və xarici bankın yerli nümayəndəliklərinin 

açılmasına icazə alınması üçün əlavə tələblər  

13.1. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, xarici bankın 

yerli filiallarına bank lisenziyaları və xarici bankın yerli nümayəndəliklərinin açılmasına icazələr 

yalnız  Mərkəzi  Bank  ilə  xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  bank  fəaliyyətini 

tənzimləyən  və  ona  nəzarət  edən  xarici  səlahiyyətli  orqanlar  arasında  məsləhətləşmələr 

keçirildikdən  və  həmin  orqanlar  tərəfindən  banka  və  ya  bank  holdinq  şirkətinə  konsolidasiya 

edilmiş əsasda lazımi nəzarətin həyata keçirilməsi müəyyən edildikdən sonra verilə bilər.  

13.2.  Xarici  bankın  və  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  bankına,  xarici  bankın 

filialına  bank  lisenziyası  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  açılmasına  icazə  alınması 

üçün  müraciətə  bu  Qanunun  8-ci  və  9-cu  maddələrində  göstərilən  sənədlərdən  başqa  aşağıdakı 

sənədlər də əlavə edilir:  

13.2.1. xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün — təsisçi xarici bankın 

yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi 

şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin olması, habelə həmin 

tənzimləmə  və  nəzarət  orqanının  banka  nəzarəti  həyata  keçirməsi  barədə  yazılı  bildirişi  və  bu 

orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, nümayəndəliyin açılmasına yazılı icazəsi;  

13.2.2. xarici bank holdinq şirkətinin törəmə bankı üçün—bank holdinq şirkətinin yerləşdiyi 

ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu şirkətə nəzarəti həyata keçirməsi, bu şirkətin 

fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə 

lisenziyası olan bir və ya bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi 

və bu orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi.  

13.3.  Xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  törəmə  banklarında  İdarə  Heyəti 

üzvlərinin,  xarici  bankların  yerli  filiallarında  isə  inzibatçılarının  ən  azı  biri  Azərbaycan 

Respublikasının vətəndaşları olmalıdırlar.  



 

Maddə 14. Bank lisenziyasının və ya icazənin verilməsi şərtləri  

14.1.  Bankların  və  xarici  bankların  yerli  filiallarının  etibarlı  və  prudensial  idarə  olunmasını 

təmin  etmək  zərurəti  nəzərə  alınmaqla,  bank  lisenziyası  bu  Qanuna  uyğun  olaraq,  yalnız 

aşağıdakı şərtlər gözlənildikdə verilə bilər:  

14.1.1. bankın  ilkin  nizamnamə kapitalı və  ya xarici  bankın  yerli filialının  ilkin  nizamnamə 

kapitalına  bərabər  tutulmuş  vəsaiti  Mərkəzi  Bank  tərəfindən  ilkin  müraciətin  təsdiq  edildiyi 

zaman müəyyən edilmiş miqdardan az deyildir;  

14.1.2.  mühüm  iştirak  paylarının  sahibi  olan  bir  və  ya  bir  neçə  təsisçisinin  banka  təsirinin 

onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar məlum 

deyildir;  

14.1.3. bank ilə mühüm iştirak payı olan xarici bank və ya xarici bank holdinq şirkəti arasında 

münasibətlər  Mərkəzi  Bankın  nəzarət  funksiyalarını  həyata  keçirməsinə  mane  olmayacaqdır, 

təsisçi  bankın  və  ya  bank  holdinq  şirkətinin  yerləşdiyi  ölkədə  bank  tənzimləməsi  və  nəzarəti 

orqanı  tərəfindən  onlara  səmərəli  nəzarət  həyata  keçirilir,  həmçinin  bu  ölkənin  bank 

tənzimləməsi və nəzarəti orqanları Mərkəzi Bankla əməkdaşlıq edəcəkdir;  

14.1.4.  mühüm  iştirak  paylarının  sahibləri  olan  fiziki  şəxslər  və  hüquqi  şəxslərin  icra 

orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik şəxslər olduqda;  

14.1.5. bankın və ya xarici bankın yerli filialının inzibatçıları bu Qanunun 10-cu və müvafiq 

hallarda 13.3-cü maddəsinin tələblərinə cavab verir;  



14.1.6.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  daxili  idarəetmə  və  nəzarət  prosedurları 

adekvatdır;  

14.1.7.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  biznes-planı,  o  cümlədən  maliyyə 

proqnozları adekvatdır;  

14.1.8. yerli törəmə bank xarici hüquqi şəxsin (xarici bank və ya bank holdinq şirkəti istisna 

olmaqla) törəmə strukturu deyildir; 

14.1.9. bank xarici bankın və ya xarici bank holdinq şirkətinin törəmə bankıdırsa, xarici bank 

və ya xarici bank holdinq şirkəti törəmə bankın gələcək öhdəliklərinin ödəniləcəyinə Azərbaycan 

Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda təminat verir;  

14.1.10. xarici bank yerli filialının gələcək öhdəliklərinin lazımınca və vaxtında ödəniləcəyinə 

təminat verir;  

14.1.11.  bank  xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  törəmə  bankıdırsa,  təsisçi 

xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və 

nəzarəti orqanı  törəmə bankın  təsis  edilməsinə icazə vermiş  və  Mərkəzi  Bank ilə həmin orqan 

arasında  məsləhətləşmələrdən  sonra  müəyyən  olunmuşdur  ki,  xarici  banka  və  ya  xarici  bank 

holdinq şirkətinə və onların törəmə banklarına (xarici və yerli) bu orqan tərəfindən konsolidasiya 

əsasında lazımi nəzarət həyata keçiriləcəkdir;  

14.1.12. təsisçi xarici bankın ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı 

yerli filialın açılmasına icazə vermiş və bankın fəaliyyətinə lazımi nəzarəti həyata keçirir;  

14.1.13.  bank  şirkətlər  qrupunun  üzvüdürsə,  bu  cür  üzvlük  Mərkəzi  Bankın  nəzarət 

funksiyalarını həyata keçirməsinə mane olmayacaqdır;  

14.1.14.  təsisçilərin  və  ya  yerli  filial  açan  xarici  bankın  müvafiq  sənədlərlə  təsdiq  olunmuş 

maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.1.15.  bankın  və  ya  xarici  bankın  yerli  filialının  lisenziyalaşdırılması  üçün  təqdim  etdiyi 

sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.2.  Yerli  bankların  yerli  və  xarici  filiallarının,  xarici  nümayəndəliklərinin  və  xarici 

bankların yerli nümayəndəliklərinin etibarlı və prudensial idarə olunmasını təmin etmək zərurəti 

nəzərə  alınmaqla,  onların  açılmasına  Mərkəzi  Bank  tərəfindən  icazə  bu  Qanuna  uyğun  olaraq, 

yalnız aşağıdakı şərtlər gözlənilməklə verilə bilər:  

14.2.1. bankın müvafiq sənədlərlə təsdiq olunmuş maliyyə vəziyyəti qənaətbəxşdir;  

14.2.2. filialın və ya nümayəndəliyin inzibatçıları bu Qanunun 10-cu maddəsinin tələblərinə 

cavab verir;  

14.2.3. filial üçün təklif edilən daxili idarəetmə və nəzarət prosedurları adekvatdır;  

14.2.4. filialın biznes-planı, o cümlədən maliyyə proqnozları adekvatdır;  

14.2.5. yerli bankın xarici filialının, nümayəndəliyinin yerləşdiyi ölkənin bank tənzimləməsi 

və nəzarəti orqanı Mərkəzi Bankla qarşılıqlı əməkdaşlıq əsasında həmin filiala, nümayəndəliyə 

lazımi nəzarəti həyata keçirəcəkdir;  

14.2.6. təsisçi olan xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı yerli 

nümayəndəliyin  açılmasına  icazə  vermişdir  və  bankın  fəaliyyətinə  lazımi  nəzarəti  həyata 

keçirəcəkdir.  

14.2.7.  bankın  yerli  filialının  fəaliyyət  göstərəcəyi  yer  Mərkəzi  Bankın  bank  fəaliyyətinin 

həyata keçirilməsi üçün müəyyən etdiyi texniki-təchizat tələblərinə cavab verir;  

14.2.8. filial tərəfindən bank hesabları üzrə aparılan əməliyyatlar təsisçi bankın hesabatlarında 

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş vaxt rejimində həyata keçirilir;  

14.2.9.  filialın  və  ya  nümayəndəliyin  açılmasına  icazə  almaq  üçün  təqdim  edilən  sənədlər 

Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğundur.  

14.3.  Bank  lisenziyası  və  ya  icazə  alınması  üçün  ərizə  rədd  edildikdə,  müraciət  edənlər 

Mərkəzi Bankın qərarını aldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə 

müraciət edə bilərlər.  

 

 

 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə