Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   2   3   4   5   6   7   8   9   ...   23

8.10.4. ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda həmin 

dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;  

8.10.5.  bankın  korporativ  idarəetmə  sistemlərinin,  o  cümlədən  idarəetmə  orqanlarının 

formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təsdiqləyən 

sənədlər;  

8.10.6.  bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiqləyən  bank 

sənədi.  

8.11.  Bankın  yekun  müraciətinə  və  ona  əlavə  edilmiş  sənədlərə  ən  geci  30  təqvim  günü 

müddətində  baxılır.  Yekun  müraciətdə  və/və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya 

çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün Mərkəzi Bank müraciət edən 

banka müvafiq bildiriş  göndərir. Yenidən təqdim olunmuş sənədlərə  Mərkəzi  Bank  ən  geci  15 

təqvim günü müddətində baxmalıdır. Mərkəzi Bank sənədlərin bu Qanunun 8.10-cu maddəsinin 

tələblərinə  cavab  verdiyini,  ilkin  nizamnamə  kapitalının  minimum  miqdarı  üzrə  ödənişlərin 

Mərkəzi  Banka  daxil  olduğunu  müəyyən  etdikdə  bank  lisenziyasının  verilməsi  haqqında  qərar 

qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir.  

 

Maddə 9. Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması  

9.1.  Mərkəzi  Bankın  verdiyi  bank  lisenziyası  olmadan  heç  bir  xarici  bank  Azərbaycan 

Respublikasında filiallar aça bilməz.  

9.2.  Xarici  bankın  yerli  filialının  açılmasına  bank  lisenziyasının  alınması  üçün  müraciətlərə 

baxılması iki mərhələdən ibarətdir:  

9.2.1.  bank  lisenziyası  almaq  üçün  ilkin  müraciətin  edilməsi  və  ona  baxılması  (birinci 

mərhələ) və  

9.2.2.  dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun  müraciətin 

edilməsi və ona baxılması (ikinci mərhələ).  

9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin müraciətə 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilir:  

9.3.1.  bankın  nizamnaməsi  və  filialın  yaradılması  barədə  səlahiyyətli  idarəetmə  orqanının 

qərarının surəti;  

9.3.2. bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı;  

9.3.3.  əgər  bank  şirkətlər  qrupuna  daxildirsə,  həmin  qrup  haqqında  məlumat,  o  cümlədən 

qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu şəxslərin inzibatçıları 

haqda məlumatlar;  

9.3.4.  təsisçi  bank  tərəfindən  filiala  ayrılmış,  kapitala  bərabər  tutulmuş  vəsaitin  miqdarı 

haqqında məlumat; 

9.3.5. bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı 

və auditor rəyi;  

9.3.6.  filialın  əsasnaməsi.  Əsasnamədə  filialın  fəaliyyəti  ilə  bağlı  digər  məlumatlarla  yanaşı 

bank  fəaliyyəti  növləri,  bank  tərəfindən  filial  üzərində  nəzarətin  həyata  keçirilməsi  və  ləğv 

edilməsi qaydası göstərilməlidir;  

9.3.7.  filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 

strukturunu,  o  cümlədən  daxili  nəzarət  sistemini,  habelə  filialın  işinin  ilk  üç  ili  üçün  maliyyə 

proqnozlarını (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;  

9.3.8. bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;  

9.3.9. filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;  

9.3.10. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər biri üçün 

peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti 

haqqında)  notariat  qaydasında  təsdiqlənmiş  surətləri,  həmin  şəxslər  tərəfindən  doldurulmuş 

anket,  bankda və digər  hüquqi  şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, 

tərəflərindən  imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuzluğuna 

dair ərizə;  



İnzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  

9.3.11.  ilkin  müraciətə  baxılması  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiq  edən  bank 

sənədi.  

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri ilkin 

və yekun müraciətlərə baxılması və bank lisenziyasının verilməsi bu Qanunun 8-ci maddəsində 

müəyyən edilmiş qaydada həyata keçirilir.  



 

Maddə 10. İnzibatçılara dair tələblər  

10.1.  Bankların,  onların  filiallarının,  şöbələrinin,  nümayəndəliklərinin  və  xarici  bankların 

yerli filiallarının və nümayəndəliklərinin inzibatçıları məqbul və lazımi keyfiyyətə malik şəxslər 

olmalıdır.  

10.2.  Aşağıdakı  şəxslər  bankların,  onların  filiallarının,  şöbələrinin  və  xarici  bankların  yerli 

filiallarının inzibatçısı ola bilməzlər:  

10.2.1.  maliyyə  vəziyyətinin  pisləşməsi  və  prudensial  tələbləri  pozmaqla  əlaqədar  məcburi 

ləğv olunmuş,  yaxud müflis elan olunmuş bankda ləğvetmə və  ya iflas haqqında qərarın qəbul 

edildiyi  tarixdən  əvvəlki  bir  il  ərzində  bankın  fəaliyyət  strategiyasının  müəyyən  edilməsi  və 

qərarların qəbul edilməsi proseslərində iştirak etmiş inzibatçısı (belə şəxslər üç il ərzində başqa 

bankın inzibatçısı ola bilməzlər);  

10.2.2. üç ildən az olmayan müddət ərzində başqası ilə əvəz edilməsi barədə Mərkəzi Bankın 

tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş şəxs (işə 

bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər istisna 

olmaqla);  

10.2.3.  bankın  inzibatçısı  hüququndan  qanunla  müəyyən  edilmiş  qaydada  məhrum  edilmiş 

şəxslər;  

10.2.4.  bankın  digər  idarəetmə  orqanının  (səhmdarların  ümumi  yığıncağı  istisna  olmaqla) 

üzvü olan şəxslər;  

10.2.5. İdarə heyətinin üzvləri istisna olmaqla bankda digər vəzifə tutan şəxslər;  

10.2.6.  Müşahidə  Şurasının  üzvü  üçün—üçdən  çox  hüquqi  şəxsin  və  ya  digər  hər  hansı  bir 

bankın idarəetmə orqanlarının üzvü olan şəxslər;  

10.2.7.  bankın  İdarə  Heyətinin  üzvləri,  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),  daxili 

audit  bölməsinin  rəhbəri,  bank  filialının,  şöbəsinin  rəhbəri  və  baş  mühasibi  üçün—başqa 

banklarda, xarici bankların yerli filiallarında, digər hüquqi şəxslərdə, o cümlədən banka aidiyyəti 

olan  hüquqi  şəxslərdə  vəzifə  tutan  şəxslər  (bankın  payçı  olduğu  digər  banklarda  və  hüquqi 

şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla);  

10.2.8.  bankın  inzibatçısı  ilə  qohumluq  münasibətlərində  olan  şəxs—onun  əri/  arvadı, 

valideyni,  o  cümlədən  ərinin/arvadının  valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən  övladlığa 

götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla);  

10.2.9. dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər (qanunvericilikdə 

nəzərdə tutulan hallar istisna olmaqla).  

10.3. İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir:  

10.3.1. bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün — ali iqtisadi və 

ya  hüquqi  təhsilin,  yaxud  təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət 

strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmək imkanı 

verən iş təcrübəsinin olması;  

10.3.2.  bankın  İdarə  Heyətinin  sədri  və  üzvləri,  habelə  bankın  daxili  audit  bölməsinin  və 

filiallarının rəhbərləri üçün — ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş 

stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;  

10.3.3.  bankın  və  bank  filialının  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri)  üçün  —  ali 

iqtisadi  təhsilin  və  bankda  mühasib  vəzifəsində  azı  2  illik  iş  stajının  olması  və  ya  orta  ixtisas 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə