Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

26.2.  İdarə  Heyəti  3  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir.  İdarə  Heyətinin 

üzvləri  bank  səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan  müddətə  təyin 

edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə 

Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri 

İdarə Heyətinin əsasnaməsində müəyyən edilir.  

26.3.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın  İdarə  Heyətinin  üzvü  ola  bilməz  və  səhmdarların  ümumi  yığıncağının  qərarı  ilə  İdarə 

Heyətinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  

26.4. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.  

26.5. İdarə Heyətinin qərarları  yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul 

edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə 

verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.  



 

Maddə 27. Audit Komitəsi və daxili audit  

27.1. Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və 

s.) fəaliyyət göstərir.  

27.2. Audit Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:  

27.2.1. bankın audit siyasətini və strategiyasını müəyyən etmək;  

27.2.2.  daxili  audit  planlarını  təsdiq  etmək  və  audit  bölməsinin  fəaliyyətinə  nəzarəti  həyata 

keçirmək;  

27.2.3.  kənar  auditin  təyin  edilməsi  ilə  əlaqədar  bankın  səlahiyyətli  idarəetmə  orqanlarına 

təkliflər vermək;  

27.2.4.  kənar  auditlə  birgə  işi  təşkil  etmək,  auditin  nəticə  və  tövsiyyələrinin  həyata 

keçirilməsinə yardım etmək;  

27.2.5.  bankın  idarəetmə  orqanları  ilə  kənar  auditorlar,  habelə  nəzarət  orqanları  arasında 

əlaqələr qurmaq;  

27.2.6.  daxili  nəzarət  sistemlərinin  təkmilləşdirilməsinə  dair  Səhmdarların  Ümumi 

Yığıncağına və Müşahidə Şurasına təkliflər vermək.  

27.2.7.  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  ilə  nəzərdə  tutulmuş  digər  səlahiyyətləri 

həyata keçirmək.  

27.3.  Bankın  Audit  Komitəsi  üç  nəfərdən  az  olmamaqla,  tək  sayda  üzvlərdən  ibarətdir. 

Komitənin  üzvləri  Səhmdarların  Ümumi  Yığıncağı  tərəfindən  4  ildən  çox  olmayan  müddətə 

təyin  edilir.  Komitənin  üzvləri  növbəti  müddətə  yenidən  seçilə  bilər.  Səhmdarların  Ümumi 

Yığıncağı Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin 

əmək haqqı formasında muzdu Səhmdarların Ümumi Yığıncağı tərəfindən təyin edilir.  

27.4.  Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən  fiziki  şəxslər 

bankın  Audit  Komitəsinin  üzvü  ola  bilməz  və  Səhmdarların  Ümumi  Yığıncağının  qərarı  ilə 

Audit Komitəsinin üzvləri vəzifəsindən azad edilməlidirlər.  

27.5. Audit Komitəsi onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. 

İclasların  keçirilməsi  qaydası  Audit  Komitəsi  haqqında  təsdiq  edilmiş  əsasnamədə  müəyyən 

edilir.  

27.6.  Audit  Komitəsinin  qərarları  yığıncaqda  iştirak  edən  üzvlərinin  sadə  səs  çoxluğu  ilə 

qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir, üzvlərin səsvermə zamanı bitərəf qalmasına 

icazə verilmir. Səslər bərabər olduqda Audit Komitəsi sədrinin səsi həlledici sayılır.  

27.7.  Daxili  audit  bölməsi  (departament,  şöbə  və  s.)  Audit  Komitəsinin  nəzarəti  altında 

fəaliyyət  göstərir  və  bankın  icra  orqanı  ilə  qarşılıqlı  surətdə  bankda  daxili  nəzarət  və  risklərin 

idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarəti həyata keçirir;  

27.8. Daxili audit bölməsinin rəhbəri və əməkdaşları Audit Komitəsinin təqdimatı ilə bankın 

Müşahidə Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.  

27.9.  Bankda  Audit  Komitəsinin  və  daxili  audit  bölməsinin  fəaliyyətinin  standartlarını  və 

qaydalarını Mərkəzi Bank müəyyən edir.  



 


Maddə 28. Kommersiya maraqlarının açıqlanması  

28.1. Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin hər bir üzvü özünün və ailə 

üzvlərinin  birbaşa  və  ya  dolayısı  ilə  malik  ola  bildiyi  mühüm  kommersiya  maraqlarını  bankın 

İdarə  Heyəti  və  Müşahidə  Şurası  qarşısında  açıqlayır.  Belə  məlumatlar  həmin  şəxslər  bankın 

idarəetmə orqanlarının üzvü seçildikdə və sonrakı dövrlərdə bankın daxili qaydalarına müvafiq 

olaraq açıqlanır.  

28.2.  Müşahidə  Şurasının,  Audit  Komitəsinin,  İdarə  Heyətinin  və  bankın  hər  hansı  digər 

komitəsinin  və  ya  işçi  qrupunun  üzvlərindən  birinin,  habelə  daxili  audit  bölməsinin 

əməkdaşlarının marağı ilə bağlı məsələ müzakirəyə çıxarıldıqda həmin üzv öz marağı barəsində 

müzakirə  başlanmazdan  əvvəl  məlumat  verməli,  müzakirədə  və  qərarın  qəbulunda  iştirak 

etməməli, onun iştirakı isə yetərsayın müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır.  

28.3.  Bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri  bankın 

səhmləri ilə əqd bağlayarkən məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq 

qaydada açıqlamalıdır.  



 

Maddə 29. Bankların yenidən təşkili  

Bankın,  o  cümlədən  bank  lisenziyası  ləğv  edilmiş  bankın  yenidən  təşkilinə  (birləşməsinə, 

qoşulmasına,  bölünməsinə,  ayrılmasına  və  ya  çevrilməsinə)  Mərkəzi  Bankın  müəyyən  etdiyi 

qaydada və onun qabaqcadan yazılı razılığı ilə yol verilir.  



 

Maddə 30. Hüquqi şəxslərin kapitalında bankların iştirakının məhdudlaşdırılması  

30.1.  Bankın  başqa  hüquqi  şəxsdə  iştirak  payı  əldə  etməsi  aşağıdakı  hallardan  birinə  səbəb 

olarsa, bank həmin payı əldə etmək hüququna malik deyildir:  

30.1.1. iştirak payının balans məbləği bankın məcmu kapitalının 10 faizindən çox olduqda;  

30.1.2.  bankın  bütün  bu  cür  iştirak  paylarının  məcmu  balans  məbləği  bankın  məcmu 

kapitalının 40 faizindən çox olduqda. 

30.2. Bank hüquqi  şəxslərin kapitalında mühüm iştirak payını təşkil edəcək və  ya  artıracaq, 

habelə  hüquqi  şəxsi  bankın  törəmə  strukturuna  çevirə  biləcək  iştirak  payını  Mərkəzi  Bankın 

qabaqcadan yazılı icazəsi ilə əldə edə bilər.  

30.3.  Banka  borcu  olan  şəxsin  maliyyə  sağlamlaşdırılması  tədbirlərinin  həyata  keçirilməsi 

dövründə  və  ya  borcun  əvəzinə  bankın  mülkiyyətinə  keçirilmiş  səhmlər  (paylar)  iki  ildən  çox 

olmayan  müddətə  bu  Qanunun  30.1-ci  maddəsinə  müvafiq  olaraq,  mühüm  iştirak  payının 

hesablanmasında nəzərə alınmır.  

30.4.  Bu  Qanunun  30.2-ci  maddəsinə  əsasən  icazə  almaq  üçün  banklar  Mərkəzi  Banka 

aşağıdakı sənədləri qoşmaqla yazılı ərizə təqdim edirlər:  

30.4.1. bankın başqa hüquqi şəxslərin kapitalında nəzərdə tutulan iştirak payının əldə edilməsi 

haqqında səlahiyyətli idarəetmə orqanının qərarının təsdiqlənmiş surəti;  

30.4.2.  bankın  başqa  hüquqi  şəxslərin  kapitalında  mühüm  iştirak  payları  və  nəzərdə  tutulan 

iştirak  payının  artırılması  nəticəsində  yaranacaq  mühüm  iştirak  payının  miqdarı  haqqında 

məlumat;  

30.4.3.  kapitalında  mühüm  iştirak  payı  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxslərin 

fəaliyyətlərinin  əsas  istiqamətləri  və  ünvanları  haqqında  məlumat,  azı  son  üç  maliyyə  ilini 

(hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə illərini) əhatə edən və auditor 

yoxlamasından  keçmiş  maliyyə  hesabatları  və  auditor  rəyləri  (maliyyə  vəziyyətini  əks  etdirən 

hesabatlara dair tələb yeni yaradılan hüquqi şəxslərə şamil edilmir);  

30.4.4.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  hüquqi  şəxs  bankın  törəmə 

strukturuna çevrilərsə, bu hüquqi şəxsin icra orqanlarının rəhbərlərinin siyahısı və hər bir rəhbər 

tərəfindən  imzalanmış  və  imzaları  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuzluğuna 

dair ərizə;  

Rəhbər  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları  tərəfindən 

onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və  qanunvericilikdə 

müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;  




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə