Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin və tələblərin geriyə qüvvəsi 

yoxdur.  

34.2. Mərkəzi  Bank  bankların  və xarici  bankların  yerli  filiallarının  maliyyə sabitliyini təmin 

etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:  

34.2.1.  nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları  üçün  nizamnamə  kapitalına 

bərabər tutulmuş vəsaitin) minimum miqdarını;  

34.2.2.  məcmu  kapitalın  minimum  miqdarını  (xarici  bankların  yerli  filialları  üçün  məcmu 

kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarını);  

34.2.3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici bankların yerli 

filialları  üçün  əsas  və  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  risk  dərəcəsi  üzrə  ölçülmüş 

aktivlərə) nisbətini (kapitalın adekvatlıq əmsallarını);  

34.2.4. likvidlik göstəricilərini;  

34.2.5.  bir  borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üçün  kredit  risklərinin 

maksimum miqdarını;  

34.2.6. məcmu iri kredit risklərinin maksimum miqdarını;  

34.2.7. aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin 

maksimum miqdarını;  

34.2.8.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə  verilmiş  məcmu 

kreditlərin maksimum miqdarını;  

34.2.9. digər hüquqi şəxslərin kapitalında bankların iştirakının maksimum miqdarını;  

34.2.10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının maksimum miqdarını;  

34.2.11. açıq valyuta mövqeyinin limitlərini;  

34.2.12.  aktivlərin,  balansarxası  öhdəliklərin  təsnifatından  və  qiymətləndirilməsindən  asılı 

olaraq,  mümkün  zərərin  ödənilməsi  üçün  xərclər  hesabına  yaradılan  xüsusi  ehtiyatlara  aid 

tələbləri;  

34.2.13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri;  

34.2.14.  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə  aparılan 

əməliyyatlara aid tələbləri;  

34.2.15. aktivlərin və passivlərin ödəniş müddətlərinin və faiz dərəcələrinin uyğunluğuna dair 

tələbləri.  

34.3.  Mərkəzi  Bank  bankların  və  xarici  bankların  yerli  filiallarının  fəaliyyətinin 

tənzimlənməsini  həyata  keçirdikdə,  zərurət  yarandıqca  bu  Qanunun  34.2-ci  maddəsində 

göstərilən prudensial normativlərin və tələblərin hamısını və ya bir hissəsini tətbiq edə bilər.  

34.4.  Banklar  Mərkəzi  Bankın  müəyyən  etdiyi  korporativ  idarəetmə  standartlarına  riayət 

etməlidirlər.  

34.5.  Mərkəzi  Bank  bankların  fəaliyyət  riskini  azaltmaq,  əmanətçilərin  və  kreditorların 

mənafelərini qorumaq məqsədi ilə bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan normativ və 

tələblərdən  başqa  beynəlxalq  bank  nəzarəti  praktikasında  qəbul  olunmuş  əlavə  normativlər  və 

tələblər müəyyən etmək hüququna malikdir.  

34.6.  Mərkəzi  Bank  xarici  kapitallı  banklar  və  xarici  bankların  yerli  filialları  üçün  öz 

aktivlərini Azərbaycan Respublikasında yerləşdirmək barəsində tələblər müəyyən edə bilər.  

 

Maddə 35. Banklar arasında münasibətlər  

35.1.  Bu  Qanunla,  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  və  göstərişləri  ilə,  habelə 

lisenziyalar  və  icazələrlə  məhdudlaşdırılan  hallar  istisna  olmaqla,  banklar  qarşılıqlı  surətdə 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  hər  növ  əməliyyatlar  apara,  bir-birində  depozit,  o 

cümlədən müxbir və digər hesablar aça bilərlər.  

35.2. Banklar öz aralarında bank fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı həyata 

keçirə  bilərlər.  Banklar  bu  məqsədlə  öz  aralarında  pul  vəsaitinin  və  qiymətli  kağızların 

köçürülməsi,  klirinq  və  hesablaşma  mexanizmlərindən  istifadə  edilməsi,  qiymətli  kağızların 

depozitə  qəbul  olunması  və  digər  ümumi  bank  xidmətlərinin  göstərilməsi,  üzvlərinin 

mənafelərinə  kömək  üçün  qeyri-kommersiya  birliklərinin  yaradılması,  habelə  bank  işinin 




inkişafını və sabitliyini dəstəkləyən fəaliyyətin həyata keçirilməsi haqqında sazişlər bağladıqda, 

həmin  sazişlərin  iştirakçısı  olan  banklar  bu  sazişlər  bağlandıqdan  sonra  7  təqvim  günü 

müddətində onların surətlərini Mərkəzi Banka təqdim etməlidirlər.  

35.3.  Bankların  bank  xidmətləri  bazarının  inhisara  alınmasına  və  bank  işində  rəqabətin 

məhdudlaşdırılmasına  yönəldilmiş  sazişlər  bağlaması  və  razılaşdırılmış  əməliyyatlar  aparması 

qadağandır.  Bank  fəaliyyətinin  inhisara  alınmasına  qarşı  yönəldilmiş  qaydaların  yerinə 

yetirilməsinə nəzarəti Mərkəzi Bank və müvafiq dövlət orqanları həyata keçirirlər.  

35.4.  Banklar  bank  sisteminin  etibarlığını  təmin  etmək  məqsədilə  borcalanların  ödəniş 

qabiliyyəti və etibarlığı haqqında məlumatı Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit 

reyestrinə  verməyə  borcludurlar.  Mərkəzləşdirilmiş  kredit  reyestrinin  iş  rejimi,  o  cümlədən 

məlumatın  xarakteri,  məlumatların  verilməsi  və  alınması  qaydaları  və  şərtləri  Mərkəzi  Bankın 

normativ xarakterli aktları ilə müəyyən edilir.  

Mərkəzi  Bankın  icazəsi  və müəyyən etdiyi  şərtlər daxilində banklar öz aralarında da xüsusi 

kredit reyestri yarada bilərlər.  

Kredit  reyestrlərində  olan  məlumatlar  yalnız  banklara,  “Bank  olmayan  kredit  təşkilatları 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə  tutulmuş  bank  olmayan  kredit 

təşkilatlarına  və  borcalanların  özlərinə  (banklar  arasında  yaradılan  reyestrdəki  məlumatlar 

həmçinin  Mərkəzi  Banka)  onların  müraciəti  ilə  müəyyən  olunmuş  qaydada  verilə  bilər.  Kredit 

reyestrlərində  toplanan  və  oradan  alınan  məlumatlara  bank  sirrinin  bu  Qanunla  müəyyən 

olunmuş qorunması qaydaları şamil olunur.  

Kredit reyestrinin xərclərinin ödənilməsi məqsədi ilə məlumatlar ödənişli əsaslarla verilir.  

35.5.  Yerli  banklar  arasında,  yerli  bankla  xarici  bankların  yerli  filial  və  nümayəndəlikləri, 

habelə xarici  bankların yerli  filialları (nümayəndəlikləri) arasında mübahisələr qanunvericiliklə 

müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir.  



 

Maddə 36. Banklarla onların müştəriləri arasında münasibətlər  

36.1. Banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki 

Məcəlləsi,  həmin  Məcəlləyə  müvafiq  olaraq,  Mərkəzi  Bank  tərəfindən  qəbul  edilmiş  normativ 

aktlar və müqavilə əsasında həyata keçirilir.  

36.2. Müştərilər bank fəaliyyətinin bütün növlərinin həyata keçirilməsi üçün bankları müstəqil 

seçirlər və bu məqsədlə bir və ya bir neçə bankın xidmətlərindən istifadə edə bilərlər. Hesabların 

açılması, aparılması və bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və 

həmin  Məcəlləyə  müvafiq  olaraq  Mərkəzi  Bank  tərəfindən  qəbul  edilmiş  normativ  aktlara, 

habelə bu Qanuna əsasən həyata keçirilir.  

Xüsusi  seçki  hesablarının  açılması,  əməliyyatların  aparılması  və  dayandırılması  qaydası 

Mərkəzi Bankla razılaşdırılmaqla Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 

müəyyən edilir.  

36.3. Bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və ya fiziki şəxsin tələbi 

ilə  öz  bank  lisenziyasını,  maliyyə  vəziyyəti  haqqında  məlumatı  (sonuncu  ay,  rüb  və  il  üçün 

mühasibat  balansını,  mənfəət  və  zərər  haqqında  hesabatı)  və  sonuncu  hesabat  ili  üçün  auditor 

rəyini təqdim etməlidir.  

36.4.  Banklar  yerləşdikləri  binada  yazılı  formada  depozitlərin  (əmanətlərin)  qəbul 

edilməsinin,  kreditlərin  verilməsinin,  hesablaşma-kassa  xidmətinin  və  pul  köçürmələrinin 

aparılması şərtləri və qaydaları haqqında müştərilərinə məlumat verməlidirlər.  

36.5. Bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə 

saxlaya  bilməz, müştərinin  öz pul  vəsaiti  barəsində özü istədiyi  kimi  sərəncam  vermək hüququ 

üzərində qanunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz.  

36.6.  Hər  bir  bank  müştərilərlə  bağladığı  müqavilədə  xidmət  şərtlərini,  o  cümlədən  faiz 

dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank 

tərəfindən  verilmiş  kreditlərin  ödənişi  şərtlərini  və  qaydalarını  müəyyən  etməkdə  sərbəstdir. 

Azərbaycan  Respublikasında  pul  nişanlarının  nominal  dəyərinin  və  qiymətlər  miqyasının 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə