Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafıq icra hakimiyyəti orqanınm 

müəyyən  etdiyi  hədlərdə  və  qaydada  birbaşa  və  ya  müvafıq  icra  hakimiyyəti  orqanı  vasitəsilə 

həmin xarici dövlətlərin səlahiyyətli orqanlarma verilir.  

41.3.  Hesabların  və  əmanətlərin  sahibləri  vəfat  etdikdə,  onların  hesabları  və  əmanətləri 

barəsində  arayışlar  notariuslara  onların  icraatında  olan  vərəsəlik  işləri  üzrə,  habelə  müvafiq 

notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.  

41.4.  Mərkəzi  Bankla  xarici  dövlətlərin  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  arasında 

qarşılıqlı  əməkdaşlığa  dair  sazişə  uyğun  olaraq,  informasiya  mübadiləsinin  predmeti  müvafiq 

dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında 

informasiyadırsa,  belə  informasiya  bank  sirrinin  açılması  hesab  edilmir,  bir  şərtlə  ki,  bu 

informasiya  üçüncü  şəxslərə  verilə  bilməz  və  yalnız  bank  nəzarəti  məqsədləri  üçün  istifadə 

edilir.  

41.5.  Bankların  mövcud  və  keçmiş  inzibatçıları  və  digər  əməkdaşları,  habelə  bankın 

səhmdarları bankın idarəedilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar 

onlara  məlum  olan  bank  sirrini  təşkil  edən  məlumatların  qeyri-qanuni  açılmasına  görə 

Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  mülki, 

inzibati və cinayət məsuliyyəti daşıyırlar.  

41.6. Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda, 

hüquqları  pozulmuş  müştəri  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  müvafiq  olaraq, 

bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.  



 

Maddə  42.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması 

42.1.  Kredit  təşkilatları  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  monitorinq  olunmalı  pul 

vəsaitləri  və  digər  əməliyyatlar  barədə  məlumatları  maliyyə  monitorinqi  orqanına  təqdim  edir, 

özünün daxili nəzarət sistemini hazırlayır və tətbiq edir, Azərbaycan Respublikasının qanunları 

və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş digər 

tədbirləri həyata keçirirlər.  

Kredit təşkilatları qanunla müəyyən olunmuş hallarda və qaydada müştərinin, benefisiarın və 

səlahiyyətli  nümayəndənin  eyniləşdirilməsi,  habelə  onlar  barədə  əldə  olunmuş  eyniləşdirilmə 

məlumatlarının  verifikasiyası  üçün  tədbirlər  görməli,  məlumatın  sənədləşdirilməsi  və 

saxlanılması tələblərinə əməl etməlidirlər. 

Anonim  hesabların,  o  cümlədən  anonim  əmanət  hesablarının  açılmasına  və  anonim  depozit 

sertifikatlarının buraxılmasına yol verilmir. 

42.2.  Bu  qanunun  42.1-ci  maddəsində  göstərilən  tələblərdən  başqa  digər  tələblər  "Cinayət 

yolu  ilə əldə edilmiş pul vəsaitlərinin və  ya digər əmlakın  leqallaşdırılmasına və terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  və  digər 

normativ hüquqi aktları ilə müəyyən edilir.  

 

V fəsil. Banklarda mühasibat uçotu və hesabat. Bankların fəaliyyətinə nəzarət 

 

Maddə 43. Banklarda mühasibat uçotu və maliyyə hesabatı  

43.1.  Bank  və  xarici  bankın  yerli  filialı  qanunvericiliyə  və  Beynəlxalq  Mühasibat 

Standartlarına uyğun olaraq, mühasibat uçotunu aparmalı, fəaliyyətlərini və maliyyə vəziyyətini 

əks  etdirən  hesabatları,  o  cümlədən  illik  maliyyə  hesabatları  tərtib  etməlidirlər.  Banklarda 

mühasibat  uçotu  qaydaları  və  hesabatların  forma,  məzmunu  və  dövriliyi  müvafiq  icra 

hakimiyyəti orqanı ilə razılaşdırılmaqla Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

43.2. Bankın maliyyə hesabatı ayrıca olaraq bankın və konsolidasiya əsasında (birləşdirilmiş 

əsasda) onun törəmə təsərrüfat cəmiyyətlərinin, filiallarının, şöbələrinin və nümayəndəliklərinin 

fəaliyyətini və maliyyə vəziyyətini əks etdirir.  



43.3.  Bir  və  ya  bir  neçə  yerli  filialı  olan  xarici  bank  bu  Qanunun  43.1-ci  və  43.2-ci 

maddələrində  müəyyən  edilmiş  tələblərə  müvafiq  hər  bir  yerli  filialı  üçün  ayrıca  olaraq  və 

konsolidasiya  əsasında  fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  maliyyə  hesabatının 

tərtib edilməsini təmin etməlidir.  



Maddə 44. Kənar audit  

44.1.  Bankın  və  xarici  bankın  yerli  filialının  maliyyə  fəaliyyəti  hər  il  auditor  fəaliyyətini 

həyata  keçirmək  üçün  xüsusi  razılığa  (lisenziyaya)  malik  olan  kənar  auditor  tərəfindən 

yoxlanılmalıdır.  

44.2. Auditor yoxlaması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata 

keçirilir.  

44.3.  Bankın  və  xarici  bankın  yerli  filialının  yoxlamasını  aparan  kənar  auditor  Azərbaycan 

Respublikasının qanunvericiliyində nəzərdə tutulan hüquq və vəzifələrlə yanaşı, aşağıdakıları da 

həyata keçirir:  

44.3.1.  bankın  maliyyə  hesabatının  onun  maliyyə  vəziyyəti  haqqında  tam  və  obyektiv 

təsəvvür yaradıb-yaratmadığı barəsində hesabat və rəy hazırlayır;  

44.3.2.  mühasibat  uçotunun,  maliyyə  nəzarəti  sistemlərinin  və  prosedurlarının  lazımi 

səviyyədə saxlamaqda banka kömək göstərir;  

44.3.3. inzibatçının və ya hər hansı əməkdaşın banka mühüm zərər vuran və ona məlum olan 

qanunsuz hərəkətləri barədə, habelə idarəetmədə və ya cari fəaliyyətində çatışmazlıqlar haqqında 

Mərkəzi Banka məlumat verir.  

44.4.  Yerli  filialı  və  ya  nümayəndəliyi  olan  xarici  bank  yerli  filial  və  nümayəndəliklərinin 

auditini konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.  

44.5. Mərkəzi Bank bankların və xarici bankların yerli filiallarının auditinin aparılmasına dair 

beynəlxalq bank nəzarəti praktikasına uyğun minimum tələblər müəyyən edə bilər. Kənar auditor 

yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun gəlməsə, Mərkəzi Bank auditorun dəyişdirilməsini, 

habelə bankın özünün vəsaiti hesabına təkrar auditin aparılmasını tələb edə bilər.  



 

Maddə 45. Balans hesabatının və kənar auditor rəyinin dərc edilməsi  

45.1.  Bank  və  xarici  bankın  yerli  filialı  maliyyə  ilinin  qurtarmasından  ən  geci  beş  ay 

müddətində  bankın  və  xarici  bankın  yerli  filialının  kənar  auditor  tərəfindən  təsdiqlənmiş 

konsolidasiya  əsasında  hazırlanmış  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə  bankın 

səhmdarlarına, habelə müştərilərin tələbi ilə onlara təqdim etməlidir.  

45.2. Bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində konsolidasiya əsasında 

fəaliyyətlərini  və  maliyyə  vəziyyətini  əks  etdirən  auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə 

hesabatını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməlidir.  

Bir və  ya bir neçə  yerli filialı olan xarici bank ayrıca olaraq, hər bir  yerli filialı üçün kənar 

auditor  tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını,  habelə  auditor  rəyi  ilə  birlikdə  beş  ay 

müddətində,  konsolidasiya  əsasında  təsdiqlənmiş  maliyyə  hesabatını  auditor  rəyi  ilə  birlikdə 

səkkiz ay müddətində Mərkəzi Banka təqdim etməlidir.  

45.3.  Bu  Qanunun  45.1-ci  maddəsində  göstərilmiş  maliyyə  hesabatı  kütləvi  informasiya 

vasitələrində  bank  və  xarici  bankın  yerli  filialları  tərəfindən  dərc  edilməlidir.  Dərc  olunan 

hesabatın forması, məzmunu və müddətləri Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

 

Maddə 46. Bankların hesabatı və onların fəaliyyətinə nəzarət  

46.1.  Bankın  maliyyə  vəziyyətinin  qiymətləndirilməsi  məqsədilə  bank  özünün  və  törəmə 

təsərrüfat cəmiyyətlərinin ayrıca olaraq və konsolidasiya əsasında prudensial və bank statistikası 

hesabatlarını  Mərkəzi  Banka  təqdim  etməlıdir.  Xarici  bankın  yerli  filialları  da  müvafiq 

hesabatları  Mərkəzi  Banka  təqdim  etməlidir.  Prudensial  və  bank  statistikası  hesabatlarının 

forması, məzmunu və təqdim edilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

46.2. Banklar və xarici bankların yerli filialları yerlərdə yalnız Mərkəzi Bankın inspektorları 

və ya Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar tərəfindən ildə bir dəfə  yoxlanılır. 

Bank  aktivlərinin itirilməsi  təhlükəsi  yarandıqda, habelə qanunvericiliyin pozulması  faktlarının 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə