Banklar haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix31.08.2018
ölçüsü0,61 Mb.
#65762
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

30.4.5.  bankın  mühüm  iştirak  payını  əldə  edəcəyi  hüquqi  şəxs  xarici  bank  olduqda,  əlavə 

olaraq  xarici  bankın  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı 

tərəfindən verilmiş və bankın bu ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan 

vəsait  cəlb  etməklə  bağlı  fəaliyyəti  həyata  keçirmək  üçün  icazəsinin  olduğunu  və  həmin 

təşkilatın nəzərdə tutulan iştirak payının əldə edilməsinə etiraz etmədiyini təsdiqləyən arayış.  

30.5.  Bu  Qanunun  30.4-cü  maddəsinin  tələblərinə  uyğun  təqdim  edilən  sənədlərə  Mərkəzi 

Bankda  ən  geci  90  təqvim  günü  müddətində  baxılır.  Həmin  müddət  ərzində  Mərkəzi  Bank 

ərizəyə dair münasibətini banka yazılı surətdə bildirməzsə, ərizəyə müsbət baxılmış hesab edilir. 

Aşağıdakı halları aşkar etdikdə Mərkəzi Bank başqa hüquqi şəxslərin kapitalında iştirak etməyə 

banka icazə vermir:  

30.5.1. bu Qanunun 30.4-cü maddəsində nəzərdə tutlmuş sənədlər tam təqdim edilməmişdir

30.5.2.  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  nəticəsində  bankın  törəmə  strukturuna 

çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərləri məqbul və lazımi keyfiyyətlərə malik deyildir;  

30.5.3.  iştirak  payının  əldə  edilməsi  nəzərdə  tutulan  hüquqi  şəxsin  maliyyə  vəziyyəti  qeyri-

qənaətbəxşdir  və  ya  belə  payın  əldə  edilməsi  bankın  maliyyə  vəziyyətinin  pisləşməsinə  səbəb 

olacaqdır;  

30.5.4.  nəzərdə  tutulan  iştirak  payı  əldə  edilən  xarici  banka  yerləşdiyi  ölkənin  bank 

tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən  lazımi  nəzarət  həyata  keçirilmədiyinə  və  ya  bu 

orqanın  əməkdaşlıqdan  imtina  etdiyinə  görə,  Mərkəzi  Bankın  öz  nəzarət  funksiyalarını  həyata 

keçirməsi qeyri-mümkündür.  

30.6.  Banka  icazəni  verdikdə  Mərkəzi  Bank  iştirak  payının  əldə  edilməsinin  maksimum 

müddətini müəyyən edir.  

30.7.  Bank  icazəsi  olmadan  mühüm  iştirak  payı  əldə  etdikdə  və  ya  iştirak  payı  əldə  etmək 

üçün  müəyyən  edilmiş  müddətləri  gözləmədikdə,  Mərkəzi  Bank  həmin  banka  yazılı  sərəncam 

göndərərək, onun öz iştirak payını sərəncamda göstərilən tarixədək ləğv etməyini və ya icazənin 

qüvvədən düşdüyünü bildirir.  

30.8. Xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanı tərəfindən həmin 

banka  lazımi  nəzarət  həyata  keçirilmədikdə  və  ya  bu  orqan  Mərkəzi  Bankla  əməkdaşlıqdan 

imtina etdikdə Mərkəzi Bank banka hüquqi şəxsin kapitalında mühüm iştirak payının müəyyən 

etdiyi müddətdə özgəninkiləşdirilməsi və ya geri alınması barədə yazılı göstəriş verir.  



 

IV fəsil. Bankların fəaliyyətinə dair tələblər 

 

Maddə 31. Bankların etibarlı fəaliyyətinə dair tələblər  

31.1.  Banklar  idarəetməni  və  cari  fəaliyyəti  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və 

ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında"  Azərbaycan  Respublikası  Qanununun,  digər  normativ  hüquqi  aktların,  habelə  bu 

Qanunun,  Mərkəzi  Bankın  normativ  xarakterli  aktlarının,  bankın  nizamnaməsinin  tələblərinə, 

onlara  verilmiş  bank  lisenziyasında  və  ya  icazədə  göstərilən  bütün  məhdudiyyətlərə  müvafiq 

surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.  

31.2.  Banklar  məcmu  kapitalını  və  likvid  ehtiyatlarını  daimi  olaraq  müəyyən  olunmuş 

səviyyədə  saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün  aktivlərin 

qiymətdən  düşməsinə  qarşı  zəruri  tədbirlər  görməli,  mühasibat  sənədlərini  və  digər  zəruri 

sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tərtib  etməli,  bankın  fəaliyyətinə  nəzarət 

mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə 

azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər.  



 

Maddə 32. Bankların fəaliyyət növləri  

32.1.  Banklar,  Mərkəzi  Bankdan  aldığı  bank  lisenziyasında  qadağan  edilməmişdirsə, 

aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:  



32.1.1.  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi;  

32.1.2.  kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o  cümlədən  istehlak  və  ipoteka 

kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan  faktorinq,  forfeytinq,  lizinq 

xidmətləri və digər kreditləşdirmə növləri;  

32.1.3.  fiziki  və  hüquqi  şəxslərin  hesablarının,  o  cümlədən  bankların  müxbir  hesablarının 

açılması və aparılması;  

32.1.4.  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  kağızların  və  ödəniş 

vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;  

32.1.5. ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə 

vekselləri) buraxılması;  

32.1.6.  öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə  vasitələrinin  (o  cümlədən  çeklərin, 

köçürmə  veksellərinin,  borc  öhdəliklərinin  və  depozit  sertifikatlarının),  xarici  valyutanın, 

qiymətli  metalların  və  qiymətli  daşların,  valyuta  və  faiz  vasitələrinin,  səhmlərin  və  digər 

qiymətli  kağızların,  habelə  forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin, 

opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz dərəcələrinə aid 

digər törəmə vasitələrin satın alınması və satılması;  

32.1.7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;  

32.1.8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına 

və ya müştərilərin hesabına akkreditivlərin açılması;  

32.1.9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;  

32.1.10. maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;  

32.1.11.  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər göstərilməsi;  

32.1.12. sənədləri və qiymətliləri,  o cümlədən pul  vəsaitlərini saxlanca qəbul  etmək (xüsusi 

otaqlarda və ya seyf qutularında saxlamaq);  

32.1.13.  qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkasasiya  edilməsi  və 

göndərilməsi;  

32.2.  Banklar  bu  Qanunun  32.1-ci  maddəsində  sadalanan  fəaliyyət  növlərindən  başqa  bu 

Qanunun 33-cü maddəsində göstərilən fəaliyyət növləri istisna olmaqla, digər qanunlarla nəzərdə 

tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər.  

32.3.  Bu  Qanunun  32.1-ci  maddəsində  göstərilmiş  hər  hansı  fəaliyyət  növü  üçün 

qanunvericiliyə  əsasən  əlavə  olaraq  xüsusi  razılıq  (lisenziya)  tələb  edildikdə,  banklar  yalnız 

müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər.  



 

Maddə 33. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri 

33.1. Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç bir 

bank  topdansatış  və  ya  pərakəndə  ticarət,  istehsal,  nəqliyyat,  kənd  təsərrüfatı,  yataqların 

işlənilməsi,  tikinti  və  sığorta  fəaliyyəti  ilə  məşğul  ola  və  ya  sığorta  təşkilatları  istisna  olmaqla 

tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.  

33.2. Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank  yalnız  Mərkəzi  Bankın  icazəsi  ilə və 

yalnız  icazədə  göstərilən  müddət  ərzində  bu  Qanunun  33.1-ci  maddəsində  nəzərdə  tutulan 

fəaliyyət növlərini həyata keçirə və ya həmin fəaliyyət növlərini həyata keçirən hüquqi şəxslərdə 

tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilər.  

 

Maddə 34. Prudensial normativlər və tələblər  

34.1.  Banklar  fəaliyyətləri  dövründə  öz  aktivləri,  balansarxası  öhdəlikləri  və  kapitalının 

miqdarı  ilə  bağlı  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial  normativlərə  və  tələblərə,  o 

cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.  

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni normativlər və tələblər, onlarda dəyişikliklər 

banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və məcmu  kapitalın 

minimum  miqdarına  aid  tələblərə  dəyişikliklər  isə  banklara  rəsmən  bildirildikdən  sonra  altı 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə