Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

PANİKA POZUNTUSU
80
Qəflətən (öz-özünə): Qorxduğunuz bir vəziyyət barədə fikirləş-
mədiyiniz və ya qarşılaşmadığınız halda qəflətən panika tutmasının 
baş verməsi.
– Utanma: Panika pozuntusu olan şəxslər həm tutma halına görə 
utana bilərlər, həm də başqalarının onların vəziyyətlərini hiss etmək-
lərinə çox həssas olurlar. Kiminsə onlara diqqətlə baxması onların va-
himəsini artıra bilər. Bu da panika tutmalarını sürətləndirə bilər. 
– Yardım ala bilməmə ehtimalı: Panika pozuntusu olanlar istə-
yirlər ki, tutma baş verəndə onlara yardım göstərilsin. Buna görə də 
dəstək olan adamın yanında və ya onlara yardım göstərilə biləcək bir 
yerin (məsələn xəstəxana kimi) yaxınlığında özlərini daha rahat hiss 
edərlər.
– Dəli olmaq qorxusu: Bəzi insanlar fikirləşə bilər ki, panika tut-
ması onlar ya özlərindən gedənə, ya dəli olana və ya ürək infarktı ke-
çirənə qədər davam edəcək. Bu cür fikirlər sizin simptomları daha da 
pisləşdirə, tutma müddətini uzada və ya başqa bir tutmanı sürətlən-
dirə bilər.
 – Özünə nəzarəti itirmək: Bu qrupda panika tutması baş verən za-
man insanın özünə nəzarəti itirib qəribə hərərkətlər etməsi və başqa-
larına ziyan verməsi kimi xüsusiyyətlər yer alır. Həqiqətdə bu cür eh-
timalların olması mümkün deyil.
Buraya qədər danışdıqlarımız proqramın ilk addımıydı. Barış bəy 
yaxşı olar ki, sizə verdiyim blankları doldurasanız. Panika gündəliyi 
də həmişə yanınızda olsun. Bunlar sizin tutmalar və onlarla bağlı mə-
lumatlarınızı daha da zənginləşdirəcək. Panika tutmalarının bitməsi 
üçün mümkün olduğu qədər çox məlumatlı olmağın vacibliyi barədə 
danışdıqlarımızı da unutmayın.


81
7
Həyat tərziniz həlledici amildir, rahatlanma 
(relaksasiya) üsulları
ADDIM 2. Vahiməyə və panika tutmalarına təsir edən həyat tərzi 
amilləri
Həkim Barış bəydən panika tutmalarının ən vacib əlamətlərini ya-
zıb – yazmadığını, əvvəlki tutmalar əsasında panika gündəliyi blankı-
nı doldurub – doldurmadığını soruşdu. 
Bəli, doldurmuşdu. 
– Çox gözəl, gələcəkdə bunların xeyrini görəcəksiniz. Dərmanınızı 
da vaxtlı-vaxtında qəbul edirsinizmi?
– Edirəm, ancaq cinsi istəyim heç yoxdur, – dedi bir az başını 
əyərək. – Sanki dünyada heç elə bir şey yoxdur. Bir də iştahım bir az 
artıb.
– Cinsi istəksizlik tez-tez rast gəlinən kənar təsirlərdən biridir, – 
dedi həkim. – Bunun müvəqqəti xarakter daşıdığını, həmişəlik olma-
dığını bilmək bəlkə sizi bir az sakitləşdirər. İştahınızın artması kökəl-
məyinizə səbəb ola bilər. İdmanla da bunu həll edə bilərsiniz.
Barış bəy heç nə demədi, Zeynəb xanıma baxdı, o da bir şey demə-
di. Həkim davam etdi: 
– Bu həftə həyat tərzinizin sizin tutmalarınıza təsiri haqqında da-
nışacağıq. Stressiz həyat yoxdur, bunu bilirsiniz və yaşayırsınız. Vacib 
olan odur ki, siz həyatın bu stressli hadisələrinin öhdəsindən gələ 
biləsiniz. Stressli bir həyat tərzi həssas insanlarda vahimə və panika 
tutmalarının yaranmasına səbəb ola bilər. Həyatdakı stresslər panika 
simptomlarının davam etməsinə də yol aça bilər. Panika simptomları 
ortaya çıxdıqdan sonra həyatın stressləri ilə bacarmaq daha çətin ola 
bilər. Gündəlik həyatın stresləri panika pozuntusunun sağalma prose-
sini uzadar və ya maneçilik törədər. Bir insan kimi stressdən qaça bil-
məyəcəyinizə görə, həyatın stressli hadisələrinə qarşı müqavimətinizi 
artırmaq və gərginlikdən xilas olmağa çalışmaq daha real bir yoldur.
Əvvəlki həftələrdə stressin təsirləri barədə danışmışdıq. Stressin 
mənbələri psixi və ya fiziki olur. Psixi mənbəli stresslər özünüzlə, ailə-
HƏYAT TƏRZİNİZ HƏLLEDİCİ AMİLDİR, RAHATLANMA (RELAKSASİYA) ÜSULLARI


PANİKA POZUNTUSU
82
nizlə, işinizlə, digər insanlarla münasibətlərinizlə əlaqədardır. Bunlar 
sizdə hədsiz narahatlıq yarada bilər. Bu narahatlıq yeni bir panika 
tutmasını yarada və ya panika tutmasına nəzarəti çətinləşdirər. Fiziki 
mənbəli stress idmanla az məşğul olanda, düzgün qidalanmayanda və 
yaxşı yata bilməyəndə müşahidə olunur. Əgər fiziki olaraq sağlamsı-
nızsa, stressə qarşı daha dözümlü olacaqsınız. Əks təqdirdə siz stressə 
qarşı daha həssas olacaq, yorğunluq və narahatlıq hiss edəcəksiniz. 
Məsələyə bu nöqteyi-nəzərdən baxdığınızda bədən və beyin arasında 
yaxın bir əlaqə olduğunu görə bilərsiniz. Hər iki sahə daimi qarşılıqlı 
əlaqə içərisindədir və bir-birinə təsir edir. Həyatınızdakı stressli ha-
disələr eviniz, işiniz, maddi vəziyyətiniz, idman edib–etməməyiniz, 
qidalanma şəkli və yuxu rejimi ilə bağlı ola bilər. İndi bunları nəzərdən 
keçirək və baxaq görək, siz nə edə biləcəksiniz. İstəyirsinizsə, evdən 
başlayaq. Barış bəy, ev sizin üçün hansı mənaları ifadə edir?
Barış bəy bir az fikirləşdi. Ev onun üçün rahatladığı, xoşbəxt oldu-
ğu bir yerdir. 
– Mən evinə və ailəsinə çox bağlı bir insanam. Evimi sevirəm, 
evimdə yoldaşımla və qızımla xoşbəxt oluram. Qızımla oynayıram, 
vaxtım çox yaxşı keçir. Yeri gəlmişkən, məktəbdən kənarda demək 
olar ki bütün vaxtı evimdə oluram.
– Yaxşı, ümumi olaraq desək, eviniz sizin üçün rahat, şən, gündəlik 
həyatın çətinliklərindən uzaqlaşdığınız bir yerdir. Saray kimi bir evi-
nizin olması vacib deyil. Vacib olan sizin evinizdə stressiz və xoşbəxt 
olmağınızdır. Bu mənada sizin bir probleminiz yoxdur. Ümumiyyətlə 
evdə stress yaradan bir mühitin olması insanların bunu dəf etmə gü-
cünü azaldır. İşinizlə əlaqədar bir problem varmı? 
– Xeyr, peşəmi istəyib seçmişəm, müəllimliyi və ədəbiyyatı se-
virəm. Düşünürəm ki, işimi də yaxşı bacarıram.
– Çox gözəl, insanların hansı işlə məşğul olduqları, bundan nə qə-
dər həzz aldıqları, nə qədər müvəffəqiyyətli olduqları vacibdir. İş ye-
rindəki münasibətlər də ən az bunun qədər əhəmiyyətlidir. Belə başa 
düşürəm ki, sizin iş yerinizdəki insanlarla da münasibətlərinizdə bir 
problem yoxdur.
– Yox. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə