Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

71
da faydalı olacaqdır. Bu yanaşmanın detallarına keçməzdən əvvəl yax-
şı olar ki, bəzi xüsusiyyətlə diqqət yetirək. Artıq panika tutmalarının 
sizi aldatdığını və təhlükəli olmadığını bilirsiniz. Əgər siz buna əmin 
olsanız, panika tutması sizə daha az təsir edəcək. Müqavimət göstər-
məyə cəhd etdiyinizdə vəziyyətiniz daha da pisləşə bilər. Buna görə 
də müqavimət göstərmədən panikanı keçirməyin, panika ilə birlikdə 
necə yaşamağın yolunu tapmalısınız. 
Zeynəb xanım:
– Müzakirə edəcəyimiz xüsusiyyətlər xəstəylə, yoxsa xəstəliklə 
əlaqədar xüsusiyyətlərdir? – deyə soruşdu. 
– İkisiylə də bağlıdır, – deyə həkim cavab verdi. – Hər şeydən əvvəl 
panika tutması haqqında mümkün qədər çox məlumatınız olmalıdır. 
Düşünürəm ki, burada Barış bəy üçün elə bir problem yoxdur. Xü-
susilə bilir ki, bu, onu öldürməyəcək, dəli etməyəcək və təhlükəli de-
yil; tədricən ötüb keçəcək. Bu məlumatlara əsasən Barış bəy “Panika 
tutmalarım olur və bundan qorxuram”, deyə bilməlidir. Başqa sözlə, 
özündə panika pozuntusunun olduğunu qəbul etməlidir. 
Panika tutmaları sizin düşünmək, xatırlamaq, diqqəti cəmləşdir-
mək kimi əqli bacarıqlarınızı da müvəqqəti olaraq zədələyə bilər. Siz 
də, əlbəttə, hamı kimi bir panika tutmasının dərhal keçməsini istəyə-
cəksiniz. Bunun üçün oradan bəlkə uzaqlaşar, bəlkə mübarizə apa-
rarsınız. Uzaqlaşmağın müvəqqəti bir anlıq yaxşılaşma yaratdığını, 
mübarizə aparmağın isə vəziyyətinizi daha da pisləşdirdiyini bilirsi-
niz. Bu səbəblə bir az gözləyib nə baş verəcəyini görmək üçün səbirli 
olmalısınız. 
Panika tutması baş verəndə avtomatik olaraq öz-özünüzə verdiyi-
niz :
 “Niyə mən?”, 
“Niyə indi?”, 
“Niyə burada?” kimi sualların əvəzinə; 
“İndi nə baş verir”’, 
“Necə baş verir?”,
“Buna necə reaksiya verəcəyəm?” kimi doğru sualları vermək va-
cibdir. 
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA 
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI


PANİKA POZUNTUSU
72
Əvvəldə sizi dəstəkləyən bir adamın olması haqqında danışmışdıq, 
bunu da o xüsusiyyətlər arasında qeyd edə bilərik. Digər xüsusiyyət 
odur ki, panika tutmaları ilə üzləşməyə hazır olmalısınız. Sonuncu 
və ən vacib xüsusiyyət qızıl qaydanı heç bir zaman unutmamaqdır: 
“Uzun müddətli azadlığı seç, müvəqqəti (ani) rahatlığı yox!”
Barış bəy: 
– Maraqlıdır, müalicə inkişaf edən bir xətt üzrə davam edəcək, yox-
sa eniş–yoxuşlar da olacaq? 
– Heç bir müalicə düz bir xətt üzrə yuxarıya doğru getməz. Panika 
pozuntusunun müalicə və yaxşılaşma prosesi ərzində eniş–yoxuşların 
olması normaldır. Hərdənbir bəzi xoşagəlməz hallar ola bilər. Qarşını-
za bəzi maneələr çıxa və sağalma prosesini uzada bilər. Bunlar haqqın-
da məlumatınızın olması onların aradan qaldırılması baxımından fay-
dalı bilər. Bu maneələri qısaca belə şərh edə bilərik: 
1. Müalicə vaxtı həyat tərzinizi dəyişdirmək məcburiyyəti yarana 
bilər. Həyat tərzi barədə daha sonra məlumat verəcəyəm. Dəyişdirmə 
fikri sizi bir az qorxuda, vahimənizi artıra bilər. Həyat tərzinizi dəyiş-
dirməyin faydaları barədə fikirlər bu səbəblərə yönəlməyinizi təmin 
edər. Dəyişikliyin səbəbləri və həyatınızdakı effektlərini göstərən bir 
siyahı tərtib edib ara–bir ona baxa bilərsiniz.
2. Qohumlarınız və ya dostlarınız bu müalicə səylərinizdə sizi 
ruhdan sala bilər. Bəzən həddindən artıq sizi qorumaq istəyə bilərlər. 
Qorxa da bilərlər, çünki sizin həyat tərzinizin dəyişməsi onların da 
həyatında dəyişiklik yaradacaq. Belə bir dəstək əhəmiyyətli olmaqla 
yanaşı, müvəffəqiyyət qazanmağınız üçün elə də zəruri deyil. 
3. Həyatınızda əhəmiyyətli bir hadisənin baş verməsi, bir qohumu-
nuzun ölümü ya bir dostunuzun ciddi bir xəstəliyə tutulması müalicə 
proqramınıza zərər vura bilər. Bu cür hadisələr yeni bir panika tutma-
sının baş verməsini sürətləndirə və ya vəziyyətinizi gərginləşdirə bilər. 
Bu cür xoşagəlməz halların başlanğıc dövründə baş verməsi bəzi in-
sanların müalicəni yarıda kəsməsi ilə nəticələnə bilər. Əgər siz belə çə-
tinliklərlə qarşılaşsanız, dərhal qızıl qaydanı xatırlamağınız yaxşı olar. 
Bunlar və ya başqa səbəblərə görə siz də müalicəni dayandırmaq 
fikrinə düşə bilərsiniz. Belə olduğu halda müalicəyə başlamaq səbəb-


73
lərinizi yenidən nəzərdən keçirə bilərsiniz. Sizə dəstək olan adamla 
proqramı davam etdirmək barədə söhbət edə bilərsiniz. Panika tut-
masının olmadığı köhnə günlərinizi yada sala bilərsiniz. Bunlardan 
sonra proqrama yenidən başlamağa qərar verəndə bu problemlərin 
dünyanın axırı olmadığını da qəbul edəcəksiniz. 
Zeynəb xanım: 
– Müalicəyə başlayıb yarıda kəsənlər olubmu?, – deyə soruşdu. 
– Bəli, –deyə həkim cavab verdi. – Bəzən bu qeyd etdiyimiz səbəb-
lərə görə və ya çox tez nəticə almaq istəyənlər müalicəni yarıda kəsir.
Daha sonra Barış bəy soruşdu: 
–Tətbiq edəcəyimiz bu müalicə proqramı panika pozuntusundan 
əziyyət çəkən hər adama kömək edirmi? 
– Barış bəy, araşdırmalar və klinik təcrübələr nəticəsində ümumiy-
yətlə bu müalicə proqramının faydalı olduğu isbat edilib. Panika po-
zuntusu olanların çoxunda faydalı olur, lakin hamıya kömək etdiyini 
demək düzgün olmaz. Bir az əvvəl qeyd etdiyim xüsusiyyətlərə görə 
bunun hər adama faydası fərqli ola bilər. Müddəti də adamdan ada-
ma dəyişə bilər. Digər tərəfdən unutmamalıyıq ki, müddət yox, nəticə 
vacibdir. 
İndi isə özünüzə kömək proqramının ümumi nüanslarını müzakirə 
edə bilərik. Birlikdə həyata keçirəcəyimiz proqram Silov və Manika-
vaşaqarın (1997) yaratdıqları ALTI ADDIM proqramıdır. Bu addım-
lar və onların xüsusiyyətləri bunlardır: 
ADDIM 1. Panikanı tezləşdirən amillərin tərif edilməsi və vahimə-
li olduğunuzda onları tanımaq. 
Bu addımda panika tutmalarınıza təsir edən amilləri tərif etdikdən 
sonra siz xüsusi stress simptomlarınızı ayırd etməyi öyrənəcəksiniz. 
Bu addımın hədəfi əlamətləri müşahidə etmə bacarığını öyrənmək-
dir. Beləliklə həqiqi vahimə simptomlarını və onlara bənzəyən lakin 
həqiqətdə başqa səbəblərə bağlı olan əlamətləri bir-birindən ayıra 
biləcəksiniz. 
ADDIM 2. Həyat tərzinin vahimə və panika tutmalarına təsir edən 
amilləri. 
Bu addım həyat tərzinizin panika tutmaları riskini artıran faktorla-
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA 
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə