Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

PANİKA POZUNTUSU
58
tegiyalar qururlar. Bunlar yayınmaq, qoruyucu qaydalar, dəstək olan 
adam və əşyalar, diqqəti dağıtmaq, qorxuyla mübarizə aparmaq, möv-
humat ola bilər.
– Bunlar haqqında bir az məlumat verə bilərsinizmi, – deyə Zeynəb 
xanım soruşdu.
– Əlbəttə, mən də elə bunları izah etmək istəyirdim. Daha əvvəl ya-
yınmaqdan danışmışdım. Qorxduğunuz yerlərdən və ya vəziyyətlər-
dən yayınma halının tez-tez rast gəlinməsi, lakin bunun məsələni tam 
həll etməməklə yanaşı, vahimənizi də artırıb müalicənizi gecikdirə 
biləcəyindən bəhs etmişdim. Uzaqlaşma ani rahatlamanı təmin edə 
bilər, lakin qorxunuzla üzləşməyinizə mane olar. Bunun nəticəsində 
qorxduğunuz hər hansı bir şeylə qarşılaşanda nəyin baş verdiyini an-
lamayıb necə davranmaq lazım olduğunu bilməyəcəksiniz. İnsanlar 
bəzi maraqlı hərəkətlər edərək panika tutmasından qurtulacaqlarını, 
təhlükədən uzaq olacaqlarını düşünə bilər. Bunların məntiqli bir əsası 
da ola bilər, lakin sadəcə müvəqqəti bir yüngüllük yaranar. Bunlarla 
yüngülləşdiyinizi zənn edər və onlara çox ciddi şəkildə əməl edərsi-
niz, bu isə öz növbəsində panika tutması baxımından sizi təhlükəyə 
ata bilər. Bunlara misal sizin məktəbə gedəndə qarşı səkidən istifadə 
etməyinizi, yolun daha boş olduğu səhər saattarında yola çıxmağını-
zı, bir mağazaya onun bağlanmasına yaxın və ya nisbətən boş oldu-
ğu saatlarda getməyinizi, həmişə yolun sağ tərəfi ilə addımlamağınızı 
göstərmək olar. Dəstək olan insanın əhəmiyyətindən və panika tutma-
sı olanların o adamın yanında özlərini etibarlı hiss etmələrindən da-
nışmışdım. Bəzən köməkçi əşyanın da bəzi insanlar üçün əhəmiyyəti 
ola bilər. Məsələn, insan yanında su şüşəsi aparmaq, sevdiyi insanların 
fotoşəkillərini saxlamaqla özünün müdafizə olunduğunu fikirləşər; 
onda elə bir hiss yarana bilər ki, bunlar onu panika tutmasından qoru-
yacaq. İnsanların özlərini qorumaq üçün müraciət etdikləri bir başqa 
yol fikri yayındırmaqdır. Bir insan fikrini başqa bir mövzu üstündə 
cəmləşdirib qorxularını fikirləşməsə daha az panika tutması keçirə 
bilər. Bunun təhlükəli tərəfi insanın etmək məcburiyyətində olduğu 
hər şeyin səhv başa düşülməsi və panikanın ötüb keçəcəyinə inanma-
sıdır. Bu da tədricən insanı daha qorxulu bir vəziyyətə salır. Diqqəti 


59
yayındırmağın çoxlu müxtəlif yolları var: mahnı oxumaq, avtomobil-
ləri saymaq, oyun oynamaq, gündəlik həyatla bağlı başqa məsələlər 
barədə düşünmək, istirahət planları haqqında fikirləşmək. Fikirləri 
yayındırma metodları hər kəsə görə fərqli ola bilər. Bəlkə siz də bun-
lardan bəzilərini tətbiq etmisiniz. 
İnsanların qorxuya qarşı reaksiyaları da fərqli olur. Deyə bilərik ki, 
qorxuyla savaşmaq və ya ona dözməyə çalışmaq qorxuya qarşı təbii 
reaksiyalardır. Qorxu hissi bədəni və əzələləri gərqinləşdirir, insanın 
tənəffüsünü çətinləşdirir. Bəzən qorxuya qalib gəlmək mümkündür. 
Bəzən də qorxuya qarşı müqavimət göstərməyə cəhd edir, onunla 
mübahisə edirlər. Bu təbii reaksiyalar və səylər sizin üçün problem 
yarada bilər. Adətən panika tutmasının baş verdiyi məkan və gün ge-
yilən paltarla bağlı mövhumat səciyyəli təsəvvürlərə də rast gəlmək 
mümkündür. O gün geyindikləri paltarı geyinməz və ya o yerə bir 
daha getməzlər. Bu vəziyyətdə də yenə sizin probleminiz davam edə-
cək və panika güclənəcək.
Həkimin danışdıqlarını diqqətlə dinləyən Barış bəy soruşdu: 
– Danışdıqlarınızdan belə başa düşürük ki, bunları etməməliyik? 
– Xeyr, tam elə deyil. Bu cür mübarizə səylərini yaxşılaşmağa 
gedən yolda ilk addımlar da hesab etmək olar. Ancaq təki bu uzun-
müddətli olmasın. Biz onların qısa müddətli bir yüngülləşməyə səbəb 
olduğunu və daimi bir sağalma yaratmayacağını bilməliyik. Bunların 
tətbiqi çətinlik yarada bilər, lakin bu çətinlikdən heç kim dünyasını 
dəyişməyib. 
 
Gözləmə vahiməsi
Həkim sanki fikrini toplamaq istəyirmiş kimi bir az fasilə verdi. 
Qarşı divara baxıb sonra üzünü Zeynəb xanıma tutdu: 
– Zeynəb xanım, siz soruşmuşdunuz ki, aldatma niyə davam et-
dirilir. İndi ikinci səbəbə gəlirəm. İkinci səbəb, gözləmə vahiməsidir. 
Panika tutması zamanı baş verən bütün o qorxulu şeylər burada cəm-
ləşir. Gözləmə vahiməsinin tərifi belə səslənə bilər: Tutmalar arasında 
siz adi haldakından daha böyük bir çətinlik və ya pis bir hadisə baş 
PANİKA TUTMASI ALDADIR


PANİKA POZUNTUSU
60
verəcəyi haqqında düşünürsünüz. Zaman baxımından o ana da bağ-
lı ola bilər, gələcəyə də. Gözləmə vahiməsinin vacibliyi ondadır ki, o, 
panikanın dövri şəkildə baş verməsinin mənbəyidir; panika tutmasını 
qızışdırır, onu sünı şəkildə yaradır. 
Gözləmə vahiməsi ümumi olaraq “Birdən...?” formasında olur. 
Məsələn, sizin məktəbdə və ya izdihamlı bir yerdə “Birdən indi bir pa-
nika hücumuna məruz qalsam?” deyə fikirləşməyiniz. Və ya “Birdən 
avtomobili idarə edəndə panika tutması baş verərsə?” yaxud “Birdən 
dərsin tən ortasında nəfəs ala bilməsəm?” kimi fikirlərin yaranması. 
Gözləmə vahiməsi, bəzən “Ümid edirəm ki, həftə sonu qonaqların ya-
nında panika tutması keçirmərəm” formasında da özünü göstərə bilər.
Gözləmə, ancaq şifahi bir düşüncə deyil, bir obrazdan da ibarət ola 
bilər. Gözləmə, əsasən avtomatik və iradədən kənar yaranır; çox halda 
instinktiv olur. Siz gözləmənin şüurlu bir şəkildə fərqində olmasanız 
belə, fikirlər sizi təqib edir. Buna görə də problemlə qarşılaşırsınız. Bu 
fikirlərlə mübarizə aparmağa başlayanda çətinliyinız daha da artır, 
eyni zamanda onların müqaviməti də çoxalır. Gözləmə fikirləri qəf-
lətən daha ağlabatan hala gələndə də sizin üçün çətinlik yaradır. 
Bilirsiniz ki, bu fikirlərlə əlaqədar olaraq “Onu fikirləşmə və ya 
belə düşünməkdən əl çək!” deməyin heç bir faydası yoxdur. Əksinə, 
beləcə siz onları daha çox fikirləşəcəksiniz. “Birdən...?” fikrinə qar-
şı müqavimət göstərmək üçün bu əsnada siz adətən ətrafınızda baş 
verən hadisələrlə maraqlanırsınız. Özünüzü bunları fikirləşməməyə 
məcbur etmək yerinə bu düşüncələrin varlığını qəbul etməyiniz daha 
düzgün olar. Ətrafınızla maraqlananda bu fikirlərə də açıq olun.
Həkim bir az fasilə verib daha sonra Barış bəydən soruşdu: 
– Barış bəy, gözləmə vahiməsi ilə bağlı siz nə deyə bilərsiniz? 
– Vallah, ay həkim, bu dediklərinizin hamısı məndə var. Bəzən 
mən də oxşar şeylər fikirləşirdim, fikirləşirəm də. Gözləmə otağında, 
məktəbdə, yolda, evdə, demək olar ki, hər yerdə. Panika tutması baş 
verəndə qızımın buna şahid olmasını istəmirəm. Hətta dua edirəm ki, 
olmasın belə bir şey. Çox vaxt diqqətimi başqa məsələlərə yönəltməyə 
çalışıram. Fikirləşməməyə çalışdıqca mənə elə gəlir ki, sanki daha çox 
fikirləşirəm.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə