Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11

OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Kəpənəyi görən çiçəklər ona nə dedilər?
A)  Nə gözəl uçursan
B)  Sabahın xeyir,  kəpənək qardaş
C) Kaş biz də  kəpənək olaydıq.
2.  Göyüzü kəpənəyi, bənövşələri niyə bəyənmədi?
A)  Rənglərini
B) Ətirlərini
C) Boyunlarının  bükük olmasını
3.  Göy üzü  kəpənəyinin ömrü nə qədərmiş?
A)  Bir gün 
В)  Bir həfdə  С) Bir il
4.  Çətin  vəziyyətdə  qalan  Göy  üzü  kəpənəyinə 
kim yardım etdi?
A) Çiçək hakimi
B)  Quyruqlu ulduz
C) Günəş
5.  Aşağıdaki  cümlədə  nöqtələrin  yerinə  uyğun 
kəlməni yazın.
Qüsursuz dost arayan........ qalır.
-
75
-


YAĞMUR QUŞU 
TUTUQUŞUNUN  NAĞILI
Meşədə böyüsün çinarlar, şamlar. Xeyirli axşamlar. 
Nağılları sevərəm,  uşaqları öyərəm.
Nağılları sevərəm,  uşaqları öyərəm.
Nağılları...
Eyni sözleri təkrar etdiyim üçün, niyə təəccüblən- 
diniz canım?
Yoxsa tanımadınız? Mən gözəl tutuquşuyam. Alın 
sizə  bir nağıl, bu  günkü armağanım...
-
7 6
-


PROFESSOR PAP
İlk  baharı  gözləyən  bir kəpənəyin  həyəcanını ya- 
şayırdı  Betül.  Gül  baxçası  məktəbinə  gedəcək,  bilik 
çiçəklərinə tək-tək qonacaqdı. Ən çox da müəllimini 
düşünürdü.  Nəhayət  məktəbinə  qovuşmuş,  Nihal 
müəlliməyə  də  alışmışdı.  Yeni  bilgilər  öyrəndikcə 
ürəyi  sevicdən  çiçəklənirdi.  Nihal  müəllimə  nə  çox 
şey bilir,  nə çox şey öyrədirdi...
Birinci  rübün  sonuna  gəldikdə  oxumağı, 
hətta  yazmağı  da  öyrənmişdi.  Hətta  ədədləri, 
toplamanı,çıxmanı  da...  Nihal  müəllimə  sanki  anası, 
bacısı və  dostu  olmuşdu.  Bilgi  bağçası eyni zaman­
da bir sevgi  bağçası  idi onun  üçün.
Qiymət  cədvəlini  alınca  da  dünyalar  Betülün  ol­
muşdu.  Bütün  qiymətləri  əla  idi.  Qiymət  cədvəlini 
görən  qohumları 
əvəllcə  onun  yanaqlarından 
öpür,sonra  da  ona  hədiyyələr  verirdilər.  Bir  gün 
qiymət  cədvəlini  əmisinə  göstərir.  Ondan  da  hər 
kəsin  verdiyi  hədiyyələrdən  birini  gözləyirdi.  Hətta
-
7 7
-



hər kəsin verdiyindən daha artığını:
-Betül  xanım!  Sən  bizim  tutuquşunu  çox  sevir- 
din.  Madam  ki,belə  bir  gözəl  qiymət  cədvəlin  var, 
mən  də  məktəb  açılana  qədər  Professor  Papı  sənə 
hədiyyə edirəm -dedi əmisi.
Əmisinə  təşəkkür  edən  Betül,  sevincinden  uçur­
du.
Betülün  əmisi  axşam  verdiyi  sözü  yerinə  yetirdi. 
Betül  də  о  dəqiqə  tutuquşu  ilə  danışmağa  başladı. 
Nə  çox  şey  bilirdi...  Betülün  belə  bilmədiyi  vurma 
cədvəlini, Türkiyənin  bütün bölgələrinin adlarını...
Professor  Pap  gəldikdən  bir  gün  sonra,  Betüldə 
bəzi  dəyişikliklər  görünməyə  başladı.  Professorla 
danışmağı  bir  tərəfə  qalsın,  yanına  belə  getmirdi. 
Başqaları  ilə  də  heç  danışmırdı.  Ancaq  ondan  bir 
şey  soruşanda  cavab  verirdi.  Səssiz  susqun  bir  qız 
olmuşdu.  Anası  qücağına  alıb  saçlarını  oxşayır,  ya- 
naqlarından  öpürdü:
-Nə oldu xınalı quzuma? Biryerinmi ağrayır, yox- 
sa  seni  küsdürəcək  bir  şeymi  oldu  -deyə  Betüldən 
soruşurdu.
Betül,  gözlərini  bəlli  bir  nöqtəyə zilləyib  boş  bir 
ifadə ilə- "heç bir şey olmayıb, anacan"-deyirdi.
Bir  həftə  beləcə  keçdi.  Məktəblər  açılınca  anası 
rahatladı.  Nə  qədər  olmasa  məktəbə  gedincə  yol­
daşları  ilə  qaynayıb-qarışacaq  və  əwəlki  halına 
dönəcək,deyə özünə təsəlli verirdi. Məktəblər açıldı,
-  
79
  -



amma anasının düşündüyü olmadı. İki gün sonra da 
Nihal  müəllimə  Betülün anasını  məktəbə çağırdı: 
-Başa  düşə  bilmirəm,  o  şən-şaqraq  qızdan 
əsər-əlamət  qalmamış!  Bu  uşağa  nə  oldu  belə? 
Mənim  bilmədiyim  bir  şey  varsa  xahiş  edirəm 
söyləyin!
Anası  üzgün və dərdli  halda:
-Nə  deyim  müəllimə!  Qiymət cədvəlini  aldıq- 
dan  sonra  hər şey çox  gözəl  idi.  Nə  oldusa  о tutu- 
quşu  evə gəldikdən sonra oldu...
Nihal  müəllimə təəccüblə:
-Bir  dəqiqə!  О  tutuquşundan  bir  az  danışa 
bilərsinizmi?
-Tutuquşq  deyil  bir  bəladır,  Nihal  müəllimə! 
Bu  tutuquşu  hər  şeyi  bilir,  hər  şeyi!  Necə  öyrənib, 
necə əzbərləyib heyrət edirik! Adi da Professor Pap.
Nihal  müəllimə təşəkkür edərək Betülün ana­
sını  yola  saldı.Dərsə  girən  kimi  Betülün  yanına  ge- 
dib, əlini onun çiyninə qoydu və dedi:
-Betül qızım, əminin Professor Pap adlı bir tu- 
tuquşusu  varmış.  Bir  az əwəl  anan  daışdı.  Çox  şey 
bilirmiş.  Bir gün  gətir yoldaşlarınla tanış et
Səhər  tezdən  Betül  bir  gözəl  tutuquşu  ilə 
sinifə  girdi.  Professor  Papı  müəllimənin  masasının 
üstünə  qoydu.  Yoldaşları  böyük  bir  maraqla  tutu- 
quşuya  baxırdılar.  Bir  azdan  müəllimə  sinifə  girdi 
və "Sabahınız xeyir uşaqlar!"  -deyərək tutuquşunun
-
8 1
-


yanına getdi:
-Xoş  gəldin  gözəl  tutuquşu!  Necəsən,  yaxşısan- 
mı?
Tutuquşu özünə xas bir səslə cavab verdi:
-Professor Pap cavab verir: Xoş gördük, yaxşıyam. 
Professor Pap hər şeyi  bilir!
Uşaqlar heyrət içində qalmışdılar.  Nihal  müəllimə 
davam etdi:
-YaxşıProfessor Pap, vurma cədvəlini  bilirsənmi?
-Professor Pap cavab verir: İki dəfə biniki; iki dəfə 
iki:  dörd; iki  dəfə  üç:  altı;  iki  dəfə  dörd  səkkiz...  Pro­
fessor Pap hər şeyi  bilir!
Tutuquşu  bir  anda  bütün  vurma  cədvəlini  əzbər 
söyləyincə  uşaqların  heyrəti  bir az da  artdı.  Bir-biri 
ilə  pıçıldaşmağa  başladılar:
-Aaa.., nə çox şey bilirmiş bu tutuquşu?!
Müəllimə  pıçıldaşmalara  məhəl  qoymadan  da­
vam etdi:
-Yaxşı,  Professor  Pap,  ayları  və  fəsilləri  saya 
bilərsənmi?
Tutuquşu özündən  razı  halda:
-Professor Pap cavab verir: Fəsillər: İlk bahar, yay, 
payız,  qış.  Aylar:  Yanvar,  Fevral,  Mart,  Aprel,  May.... 
Professor Pap hər şeyi  bilir!
Nihal  müəllimə  uşaqların  tutuquşunun  azbər- 
lədikləri qarşısında heyrətləndiyini, hətta əzildiklərini
-
8 2
-


Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə