Bestami yazgan yağmur Quşları



Yüklə 219,19 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix14.01.2018
ölçüsü219,19 Kb.
#20624
1   2   3   4   5   6   7   8   9   10   11

anladı:
Bu  Professora  bir  dərs  vermenin  zamanı  gəldi, 
deyə ürəyindən  keçirdi.
Nihal  müəllimə:
-Təbriklər yoldaş Professor! Vurma cedvelini yaxşı 
bilirsen. Deyə  bilersenmi iki ile  bir neçe eder?
Tutuquşu  başını aşağı, yuxarı terpederek bir neçe 
defe udqunduqdan sonra:
-Professor  Pap  cavab  verir:  İki  ile  bir  neçe  eder? 
Professor Pap cavab verir: İki ile  bir neçe eder?
Tutuquşu  eyni  şeyleri  tekrar  edince  uşaqlar 
gülmeye  başladılar.  Nihal  müellime,  mehriban  ve 
sevgi dolu  bir sesle:
-Betül qızım  Professorumuz bu suali bilmedi. Sen 
söyleye  bilersenmi, iki ile  bir neçe eder?
Betül,  sevine  ve  heyecanla  barmaqlarını  sayaraq 
cavab verdi:
-Üç eder,  müellime.
Bu  cavabı  her kes alqışladı.
-Teşekkür  ed i re m  Betül-  dedikden  sonra  Nihal 
müellime yeniden tutuquşuya teref döndü:
-Yaxşı  hörmetli  Professor!  Bir ilde  neçe fesil var? 
Professor yene  bir  neçe  defe  başını  aşağı,  yuxarı 
terpetdikden sonra:
-Professor Pap cavab verir:  Bir ilde  neçe fesil var? 
Professor Pap cavab verir:  Bir ilde  neçe fesil var? 
Nihal  müellime:
-  
83
  -


-Yaxşı, yaxşı  Professor!  Əzgi  qızım,  sən  cavab ver 
görək bir ildə  neçə fəsil var?
Əzgi fəsillərlə bərabər barmaqlarını sayaraq-dörd 
fəsil  var,  müəllimə,-  dedi.  Bu  cavabı  da  sinif  yol­
daşları  alqışladı.  Nihal  müəllimə  uşaqların  keyfinin 
açıldığını görüncə,  bu  dəfə  səmimi  bir şəkildə yenə 
üzünü tutuquşuya tutdu:
-Sevgili tutuquşu! Sənə  bu qədər şeyləri öyrədən 
insan  dünyanın ən  gözəl varlığının  nə  olduğunu  da 
öyrətmişdir.  Söyləyə  bilərsənmi,  dünyanın  ən  gözəl 
varlığı nədir?
Tutuquşu özündən  razı  bir halda danışmağa  baş­
ladı:

Professor Pap cavab verir:  Dünyadaki  hər varlıq 
gözəldir. Amma onların içində ən gözəli insandır. İn­
sanların içində ən gözəli uşaqlardır. Uşaqların içində 
ən gözəli şagirdlərdir! Professor Pap hər şeyi  bilir!
Bu  cavabdan  sonra  sinifdən  böyük  alqış  səsləri 
ucaldı. Əlbəttə ki, bu alqışlar Professor Pap üçün idi. 
Professor Pap da  qanadlarını  bir-birinə vuraraq  on­
lara qoşuldu...


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Betül  niyə həyəcanlanırdı?
A)  Məktəbə  başlayacağı üçün
B) Nənəsini görəcəyi üçün
C)  Bayram yaxınlaşdığı üçün
2.  Betülün qiymət cədvəlini görənlər, yanaqların- 
dan öpdükdən sonra nə edirdilər?
A) Bizim də qiymət cədvəlimiz belə idi,- deyirdilər
B)  Mükafat olaraq  hədiyyə verirdilər
C) Bu qiymət cədvəlini çərçivələdib divara asaq,- 
deyirdilər
3.  Əmisi  Betülə nə hədiyyə edir?
A) Çanta 
В) Telefon 
С) Tutuquşu
4.  Professor Papin ən böyük xüsusiyyəti  nə idi?
A)  Hər şeyi əzbər bilməsi
B)  Düşünərək danışması
C) Gözəl  rəngli  bir quş olması
5.  Sonuncu dəfə kimə və nə üçün hədiyyə vermi­
şiniz?
-
8 5
-


YAĞMUR QUŞU 
GÖYƏRÇİNİN  NAĞILI
Simitlerin üstündə dadlı  küncütlər. Xeyirli axşam- 
lar.
Nə  insanam  nə cinəm.
Ağappaq göyərçinəm.
Göydə qanad çalaram,
Məni  başa düşsəniz 
Sizə  nağıl  sataram.
Bir öpüşə  bir nağıl,
Ikisinə  ikinci...
Hə  necədir,  razısız?
Uzadın yanaqlarınızı...
-
8 6
-


ÇOBAN  ULDUZU
Çox gözəl və bəxtiyar qoyunlar yaşarmış bir nağıl 
ölkəsində.  Dağlara,  otlaqlara  bir rahatlıq yayılırmış 
quzuların səsiylə. Qoyunlar,  quzular bəxtəvər olma­
sı  üçün  orada  işini  yaxşı  bilən  bir  çobanın  olması 
lazım  deyilmi? Əlbəttə  lazımdır. Analarımız,  ataları­
mız olmasa biz bu qədər xoşbəxt ola bilərikmi? Bax, 
Fərman  çoban da  bir ana,  bir ata  kimi  baxarmış qu- 
zularına. Onları ən gözəl otlaqlarda otarar, ən təmiz 
çeşmələrdən  su  içirərmiş.  Quzulardan  biri  yorulub 
geridə qalanda tez onu qucağına alıb sevə-sevə yo­
luna davam  edərmiş.
Fərman  çobana  quzularını  təslim  etdikləri  üçün 
qoyunların da ürəkləri çox rahatlarmış. Səhərtezdən 
quzularını  sürüyə  qoşar,  öz  işlərl  ilə  məşğul  olar- 
mışlar.  Sanki  -"Qoyunların  da  işi  olar?"  -  dediyinizi 
eşitdim.  Qoyunlar,  öz  quzularının  xoşbəxt  olmasını 
görüncə,  insanların  da  xoşbəxt  olmasını  istəyərlər. 
Buna görə də səhər- axşam  içdiyiniz südləri hazırla- 
maq  üçün çalışarlar.
Qoyunlar  çalışsınlar,  quzular  otlaqda  gəzib  otla­
sınlar,  biz  çıxaq  dağlara.  Dağların  havası,  suyu,  hər 
bir şeyi xoşdur, amma yırtıcı heyvanları olmasa! Hələ 
qurdlar!  Hamsi  gözlərini  açıb,  gecə-gündüz otlağı
-
8 7
-



güdərlər. Çobanı yuxuya gedən bir sürü gördülərmi, 
keyifləri yerinə gələr. Fəqət Fərman çobanın yaşadığı 
yerdəki  qurdlar hayatlarından  heç də  razı  deyildilər. 
Necə  də  razı  olsunlar?  Başqa  dağlardaki yoldaşları 
yeyib-içib  kef  çəkərkən,  onların  acından  qarınları 
bellərinə  yapışmışdı.  Quzuları  uzaqdan  seyr  edər, 
onları  ancaq yuxularında görərdilər.
Fərman  çoban,  yenə  xınalı  quzuları  ilə  yaylağa 
çıxmışdı.  Quzular  sevine  içində  idilər.  Atılıb,  düşür, 
otlarla bərabər sevine toplayırdılar. Qurdlar da onla­
rı ümidsizcəsinə seyr edirdilər. Quzuları yemək üçün 
ürəkləri  gedirdi,  amma  bu  onlara  canları  bahasına 
başa gələrdi.  Ona  Fərman çoban deyərlər qorxmaz 
ki,  qorxudasan,  ürkməz  ki,  ürküdəsən.  Sürüyə  yan 
baxanın  canını alardı!
Qurdlar beləcə gözləyərkən heyvanxanadan qaçıb 
gələn  bir  tülkü  onlara  yaxınlaşdı.  Salam  verdikdən 
sonra dedi:
-  Nədir  bu  halınız  dostlar?  Bu  gözəl  quzular  ot- 
laqda  gəzir,  sizsə  seyr edirsiniz?  Niyə  hücum  etmir- 
siniz?  Mənmi  yanlış  görürəm, yoxsa  siz  qurd  deyil- 
siniz?.
Qurdların başçısı boş mədəsini ovuşduraraq dedi:
-  Yalan  dünyanın  halı  belədir  dostlar,  ас  qalan 
qurd  tülkünün  məsxərəsinə  çevrilərmiş.  Şəhərli  tül­
kü  nə  bilsin  çoban  Fərmanın  kim  olduğunu!  Onun 
bir  an  belə  yatmadığını,  gözünü  quzulardan  ayır-
-  
8 9
-



madiğini,  hardan  bilsin?!
Şəhərli tülkü quyruğunu yelləyərək cavab verdi:
- Çoban  Fərman  kimdir ki?  Nə  qədər uca  olsa  da 
har dağın  kanarından  bir yol  keçər. Əgər rəhbəriniz 
manim  kimi  bir tülkü olsa,  açılmayan qapı  qalmaz...
Qurdların  başçısı dedi:
-  Yaxşı  aç  görək  bu  qapım,  madamız  bayram  et­
sin.  Sanin da  payını unutmarıq.
Şaharli tülkü  dedi:
-  Bundan asan  na var ki, geca sabah qədər evinin 
atrafında  ulayaraq  dolaşın. Çoban səhəra qədəryu- 
xusuz  qalsın.  Günortaya  doğru  çobanı  yuxu  apara- 
caq. Siz da sürüya  hücum  edarsıniz.
Qurdların  başçısı gülarak:
-  Boş-boş  danışma  tülkü  bay!  Onu  biz  da  bilirik. 
Bir dafa  sanin  dediyin  kimi  etdik olmadı!  Çoban  bir 
daqiqa  bela yatmır.  Bir az yatsa işimiz çox rahat ola- 
caq. Çoban özüna arxayın olduğu üçün sürüda it da 
saxlamır. Ah,  bir az yatsa...
Şaharli tülkü çantasını qarışdıraraq cavab verdi:
- Yaxşı,yaxşı masala aydın oldu. Mansahartezdan, 
hala  çoban  galmamiş  bu  qoz ağacına  çıxaram.  Qu- 
zular dıncalanda çoban da har halda yemayini yeyib, 
suyunu  içar.  Yemayini  yeyarkan  siz  onun  diqqatini 
yayındırar,  man  da  suyuna  yuxu  darmanı  tökaram. 
O zaman  işi  bitar.
Tülkü  heyratla  baxan  qurdlara  yuxu  darmanımn
-
9 1
-


nə olduğunu  başa salmağa  bağladı:
-  Şəhərdəki  insanların  yuxusu  pozulub  yata 
bilmədikləri  zaman  bu  dərmanı  içərək,  mışıl-mışıl 
yatarlar.
Onlar ümidlənərək bu  planı  qəbul etdilər.
Ertəsi  gün  tülkü  dediyi  kimi  etdi  və  çobanın  su­
yuna yuxu  dərmanı tökdü. Çoban  Fərman  nə qədər 
çalışsa  da  yuxusunu  dağıda  bilmədi.  Qoz  ağacının 
altında  yatıb  qaldı.  Axşama  doğru  oyananda  gör­
dü ki, oba köçüb, yurdu qalıb. Quzuları görməyincə 
dünya  başına  çökdü. Aşağı  qaçdı, yuxarı qaçdı,  irəli 
getdi,  geri  qaçdı,  quzulardan  əsər-əlamət  görmədi. 
Sanki  yer  yarılmış,  yerin  dibinə  girmişdilər.  Sonra 
çağırmağa  başladı:
-  Quzuiarım,  xınalı  quzularım!  Hardasınız səs ve­
rin səsimə.
Çobanın səsi tutulur, amma quzulardan bir "məə" 
səsi gəlmir.
Fərman çoban fikrə  gedir:
- Mən bu quzuların ana və atalarına nə deyəcəyəm? 
Qurd  yedi  desəm,  bir  iz yox.  Sel  apardı  desəm, ya­
ğış  yağmayıb!  Qanadlanıb  uçdUlar  desəm,  mənə 
gülərlər!  Həm  də  bir  quzunu  qoruya  bilməyən  ço­
bana  kim  inanar  ki!  Mən  onların  üzünə  necə  ba- 
xacağam,  deyərək  boynunu  bükdü.Gözlərində  yaş 
qalmayana qədər hönkür-hönkür ağladı.  Daha son­
ra əlini  açıb uca Yaradana yalvardı:
-  
92
  -


-  Allahım!  Halımı  hər  kəsdən  yaxşı  sən  bilirsən! 
Mənim  evladım  yoxdur,  quzuları  evladlarım  bilmi^ 
şəm. Öz əllərimlə onları yedırıb-içirtmişəm.  Uşaqla- 
rımın başını oxşar kimi onların tüklərini oxşayıb, qara 
gözlərindən öpmüşəm. Babam, "Allah işini  ürəkdən 
görənləri  sevər"  dediyi  üçün ən  gözəl  çoban  olma­
ğa  çalışmışam.  İndi  mən  nə  edəcəyəm!  Ya  burada 
məni öldür, ya da göylərə  qaldır, deyə dua edir.
Elə  bu vaxt  yerdən  göyə  doğru  bir İşığın yüksəl- 
diyini  görən  qoyunlar  heyrətləndilər,-Allah  xeyirə 
çalasın,- dedilər.
Axşam  olunca  ətraflarında  yeni  ulduzu  görən 
digər  ulduzlar və  ay  çox təəcübləndilər.  Onun  hü­
zünlü  halım  görüb  məyus  oldular.  Dərdini  dam* 
şınca  çobancığazı  anladılar.  Daha  sonra  ay  yuxu 
mələyindən  yardım  istədi.  Çobanla  bərabər  yer 
üzünə  endilər.  Yuxu  mələyi  qanadlarını  qurdların 
üzərində  gəzdirincə  qurdlar,  quzuları  yemədən  yu- 
xuya getdilər. Quzular da mələyərək evlərinə yollan­
dılar.
О  gündən  sonra  çoban  Fərmanı  bir  daha  görən 
olmadı.  O  gündən  heç  bir  qurd  quzulara  hücum 
etmədi.  Çünki  göy  üzündə  bir  ulduz  gözünü  qu- 
zulardan  heç  ayırmadı.  Nə  zaman  bir  qurd  quzu­
lara  hücum  etmək  istəsə  yanıb-sönərək  çobanları 
xəbərdar  etdi.  Buna  görə  də  bu  ulduzun  adını  Ço­
ban  Ulduzu qoydular...
-  
9 3
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1.  Heyvanları  çəmənlikdə  gəzdirib,  otaran  ada­
ma nə ad verilir?
A) Turist rəhbəri
B) Çoban
C) Heyvan  baxıcısı
2.  Ana qoyunlar uşaqlara nə vermək üçün çalışır­
lar?
A) Yun 
В) Ət 
С) Süd
3.  Qoyunların ən  böyük düşmənı kimlərdir?
A) Qəssablar 
B) İtlər 
C) Qurdlar
4.  Qurdlar  kimdən  qorxduqları  üçün  sürüyə  hü­
cum  edə bilmirdilər?
A) Çoban  itindən
B) Çoban  Fərmandan
C)  Meşə polisindən
5.  Bildiyiniz göy cisimlərinin adını yazın.


YAĞMUR QUŞU 
DURNANIN  NAĞILI
Səbr edincə arifləşirmiş xamlar. Xeyirli axşamlar. 
"Allı  durnam  bizim elə vararsan 
Şəkər söylə, qaymaq söylə,  bal söylə."
İllər  boyu  bu  mahnıda  deyilənləri  etdim.  İnsan­
lara  hər  zaman  gözəl  xəbərlər  apardım.  Onlar  da 
mənə ən  gözəl  nağıllarını  hədiyyə  etdilər.  Mən  alıb 
sizə  gətirdim.  Nağıla  qulaq  asdıqdan  sonra  yatın. 
Eşidməsin divlər, cücələr. Xeyirli gecələr...
-
9 5
-


ASLAN PİŞİK
Heyvanxanaya gələnlər onun kükrəməsini eşidin- 
cə  ürpənərdilər.  Hələ  onun  heybətli  görünüşü  hər 
kəsi  ürküdərdi.Qəfəsdə  olan  köhnə  Kral,  əsarətdə 
olduğunu qüruruna sığışdıra bilmirdi. Qəfəsi pençe­
siyle didişdirir, dəmirləri gəmirməyə çalışırdı.
Yenə çox əsəbləşdiyi bir gün idi. Boynunun tükləri 
qabarmış,  pəncəsi  havaya  qalxmışdı.  Kiçik  bir  pişik 
miyoldayaraq qəfəsin içinə girdi. Aslanın  pəncəsinə 
sarıldı və  boynunu  sürtməyə başladı və  miyoldaya­
raq dedi:
-  Salam aslan qardaş. Keçmiş olsun, Allah qurtar- 
sm.
Əwəlcə  aslanın  başının  tükləri  endi,daha  sonra 
da  pəncəsi. Seyr edənlərlə  bərabər qəfəsdəki digər  I
-
9 6
-



heyvanlar d heyrətlənmişdi.  Tülkü aslanı ələ salaraq:
-  Kəskin  dişlərinə,  öldürücü  pəncələrinə  nə  oldu 
ay Kral? Pişiyi görüncə sən də  mi pişik oldun?
Asian sərt-sərt baxınca tülkü qorxusundan küncə 
sıxıldı.  Köhnə  Kral  göy  gurultusu  kimi  kükrədikdən 
sonra dedi:
-  Sevgi  və  dostluq  qarşısında  ən  kəskin  dişlər 
yumuşalır,  ən  sərt  pəncələr  belə  pambıq  kimi  olar. 
İndiyə qədər heç kimsə mənə dostca davranmamış- 
dı....
Pişik  bir  tərəfdən  aslanın  tüklərini  oxşayır,  digər 
tərəfdən  də dərdini  danışırdı:
-Bu  insan  oğlunu  heç  başa  düşə  bilmirəm  as­
lan  qardaş.  Yeməklərinin  artıqlarını  zibilliyə  atırlar, 
amma  bizə vermirlər.
Köhnə  Kralın  dərdi təzələndi:
-  Sən  onlardan  yemək  artığı  da  olsa,  bir  şey 
istəyirsən.  Mən  isə  heç  bir  şey  istəmirəm,  pişik 
qardaş.  Çörəkləri  də,  yeməkləri  də  özlərinə  qalsın. 
Sadəcə  əlimdən  aldıqları  azadlığımı  geri  versinlər 
yetər!
Söhbət  əsnasında  aslan,  meşənin  kralı  olduğu­
nu,  balaları  üçün çox darıxdığım pişiyə danışdı. Pişik 
dərin düşüncələrə daldı.  Birdən:
- Aslan  qardaş!  Buradan  qaçman  üçün  mən  sənə 
kömək edə  bilərəmmi,- dedi.
Köhnə  Kral gülümsəyərək pişiyə təşəkkür etdi:
-
9 8
-



-  Çox  sağol  dostum,  axı  sən  mənim  üçün  nə. 
edə  bilərsən?!  Bu  qəfəsin  kilidi  iç  tərəfdə  olsa  bir 
pəncəmlə  onu  qıraram.  Amma  nə  çarə!  Kilid  bayır­
da  olunca əlimdən bir şey gəlmir.  Bilirsənmi  mənim 
bir  oğlum  var  adı  Dəmirqırandır.  Xəbəri  olsa  gəlib 
məni  qurtarar.  Bayırdaki  kilidi  parça-parça  edərdi. 
Ah  bir xəbəri  olsa!..
Pişik  həyəcandan  iki  ayağının  üstünə  qalxdı  və 
dedi:
-  Yerini  söyləsən  mən  gedib  ona  xəbər verərəm, 
aslan  qardaş.
Köhnə Kral yaşadığı meşənin yerini pişiyə söylədi. 
Pişik tez yola çıxmaq  istədi. Aslan:
-  Bir dəqiqə, pişik qardaş.
Boynundan  üç  tük  qopararaq  pişiyin  boynuna 
bağladı və  dedi:
-  Meşənin  tam  ortasında  bir  göl  var.  Gedib  ora­
da  gözlə. Axır əwəl  Dəmirqıran  su  içməyə  gələcək. 
Boynundaki tüklərdən  mənim  iyimi  alıb  səni tapar.
Pişik yola çıxdı. Az getdi,  üz getdi.  Dərə təpə  düz 
getdi.  Köhnə  Kralın  yaşadığı  rneşəni  və  gölü  tapdı. 
Əyilib  su  içəmək  istəyirdi  ki,  nərə  səsiylə  gözlərini 
aslanın  pəncəsinin  içində açdı:
-  Özünə  yazığın  gəlirsə,  tez  ol,  de  görüm  sən 
kimsən?  Bu  nə  iydir səndən  gəlir?
Pişik qorxudan titrəyərək:
-  Mən  Köhnə  Kralın  dostuyam.  Üstümdə  də
-  
100
-


aslanın  boynundan  qopardığı  üç  tük  var.  Oğlu 
Dəmirqıranı axtarıram.
Pişiyi yerə  buraxan  aslan:

Bağışla  pişik  qaraş!  Dəmirqıran  mənəm,  tez  ol, 
atamın yerini söylə!  Mən  onu xilas edim.
Pişik,  gündüz  oraya  getmənin  təhlükəli  oldu­
ğunu,  gecə  yarısı  getməyin  daha  uyğun  olacağını 
söylədi.  Axşam  olan  kimi  yola  çıxdılar  Pişik  yoru­
lunca  Dəmirqıran  onu  belinə  mindirirdi.  Bir saatda 
heyvanxanaya  çatdılar.  Öncə  bir  nərilti  səsi  eşidildi, 
sonra  dəmirləri  parçalayan  bir  pəncə  səsi.  Köhnə 
Kral  artıq  azad  idi.
Kralın  qurtuluşunu  qeyd  etmək  üçün  qırx  gün 
qırx gecə şənləndilər. Kral, pişiyi özünə vəzir seçdi və 
ona  Aslan  Pişik  adını  verdi.  Pişik  meşədə  gəzərkən 
qurdlar  kənara  çəkilir,  fillər  ona  yol  verir,  zürafələr 
qarşısında  hörmətlə  baş  əyirdilər.  Bütün  bunları 
görən  pişik,  heç vaxt qürurlanmırdı:
-Bu  mənım  deyil,  sevginin və  dostluğun gücüdür 
deyirdi.
-  
101
-


OXUYAQ VƏ ÖYRƏNƏK
1. 
Şəhərdə  insanların  gedib görməsi  üçün  hey- 
vanların saxlandığı yerin adı  nədir?
A)  Kinoteatr 
В)  Muzey 
С)  Heyvanxana
2. 
Kral Aslana kim  kömək etmək istəmişdi?
A) Qoca Tülkü 
В)  Pişik 
С)  Heyvan  baxıcısı
3. 
Kral Aslanın oğlu,  pişiyi  haradan tapdı?
A) Dərədə 
В) Küçədə 
С) Göl kanarında
4. 
Dəmirqıran  atasını  xilas  etmək  üçün  nə  za­
man yola çıxdı?
A) Günəş doğarkən
B) Günorta vaxtı
C) Gecə yarısı
5. 
Heyvanxanaya  getmisinizsə,  gördüklərinizi 
yazın.
-
1 0 2
-


M e t b » «   &  R e k l a m   ş i r k e t i
Çapa imzalanmışdır: 09.10.2012 
Format: 60x90 ş.ç.v. 1/16 
Tiraj: 300
M
Yek Production” Şirketinin mətbəəsində çap edilmişdir. 
Tel/Fax: 4925774 
www.yekpro.com


Həyata sevgi ilə baxan xosbəxt olar,  hər şeyi sevər.  Bu gün ən 
çox ehtiyac duyulan şeydir sevgi.Kəlimələr ilə hörməyə 
çalışdığımız bir dünyanın sərhəd tanımaz tək kelimesidir 
sevgi.Bunun üçün sevginin qaynağı ola  bilecek hər bir şey 
sevgi ile yoğrulub teqdim edilmelidir.
Xüsusile sevgini  heyatının  merkezine qoymuş, sevgi oxuyub 
sevgi yazmış ustaların qeləmə aldığı  10 kitabliq “Dört Yanım 
Sevgi  Dizisi”,  nagıl  hekaye ve şeirlərle uşaqlarımızın ellerinden 
tutmaqda,  dünyaya daha sağlam ayaq  basmalarına  kömek 
etmekdedir.
Dörd yanı sevgi olan ve dörd yanını  sevgi  ile dolduranlar 
necede xoşbextdirler..
Yaşasın “sevgi”...

Yüklə 219,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə